Gəncə şəhər prokuroru Rauf Gözəlov cəmiyyətimiz üçün əsl insanlıq nümunəsidir. Onun fəaliyyətində təkcə hüquqi peşəkarlıq deyil, vicdan və mərhəmət də mühüm rol oynayır. O, hər bir vətəndaşın dərdini diqqətlə dinləyir, həll yolları üçün alternativlər axtarır. Ədalət insanlığın ən uca dəyəridir. Ədalətin keşikçiləri isə qanunların tətbiqinə məsul olan məmurlardır. Onların sırasında xüsusi bir missiya daşıyan şəxslər var - prokurorlar.
Qoltuq insanlar arasında sərhəd deyil
"Rauf Gözəlovun problemimə yanaşması bir daha sübut etdi ki, qoltuq insanlar arasında sərhəd deyil, körpüdür. Sosial statusundan asılı olmayaraq, hər bir müraciəti eyni hörmət və diqqətlə qarşılayan Gəncə şəhər prokurorunun bu davranışı peşəkarlıq və səmimiyyətini sərgilədi.
Rauf müəllim məni səbrlə dinlədi, sözümü kəsmədi, hər detala həssaslıqla yanaşdı. Onun bu insanı yanaşması mənə ümid verdi. Bircə dəfə qapısını döydüm. Digər məmurlar və vəzifəli şəxslər kimi qapını üzümə bağlamadı. Qapısı xalqa açıq olan Rauf müəllim sübut etdi ki, ədalət yalnız qanun kitablarında deyil, insanların qəlbindədir. Gəncə prokuroruna xalqın inamını qazandıran məmur kreslosu deyil, vicdan kürsüsüdür. Rauf Gözəlov vətəndaşla dövlət arasında inam körpüsünün möhkəmlənməsində müstəsna rol oynayır. O, mənim yaddaşımda bir adla qaldı - xidmət edən insan. Belə məmurlar cəmiyyətin nəfəsidir. Onlar xalqın inamını yaşadır. Haqqı tapdamadan, mərhəməti itirmədən dövlətə xidmət etməyin mümkün olduğunu göstərirlər. Rauf Gözəlov isə bu yolun canlı sübutudur. Onun ən böyük gücü hüququn sərtliyini insanın taleyi ilə uzlaşdırmaqdır. Onunla dialoqum səmimi və ümidverici oldu. Burada rəsmi soyuqluq yox, əsl ünsiyyət vardı. Əvvəllər şikayətimizi kimə deyəcəyimizi bilmirdik. İndi isə qapı üzümüzə daim açıqdır". - dedi,Gəncə şəhər sakini Rima Bədəlova.
Ədalət susan deyil, danışan xalqın səsindədir
Vətəndaşlar çox vaxt dövlət orqanlarına müraciət edərkən narahat olurlar. Lakin Rauf Gözəlov kimi məmurlar göstərir ki, dövlət vətəndaşın yanında və onun xidmətindədir. Bu münasibət insanların dövlətə etimadını artırır, cəmiyyətdə ədalətə inamı gücləndirir.
Qanun maddələri yazılı sözlərdir, onların cana gəlməsi insanların taleyinə toxunması missiyasını, vəzifə öhdəliyini vicdanla, şərəflə yerinə yetirən məmurların sayəsində mümkündür. Ədalət susan deyil, danışan xalqın səsindədir. O harayı eşidən, səsinə səda verən prokuror isə həm dövlətə, həm də xalqa xidmət edən əsl məmurdur.
Ədalət yalnız qanunla deyil, həm də vicdanla bərqərar olur
Rauf Gözəlov kabinetdə oturan məmur deyil, xalqın içində insanlara yaxın olan, problemlərinə həssaslıqla yanaşan bir vəzifə sahibidir. Ədaləti yalnız qanunla deyil, həm də vicdanla bərqərar etməyə çalışan Rauf müəllim hər bir addımında vicdanını rəhbər tutur, haqqın bərpasına çalışır. O, peşəkarlığı ilə yanaşı sadəliyi və insanlara münasibəti ilə də hörmət və ehtiram qazanıb. Kreslosunu sadəcə bir idarəetmə vasitəsi yox, xalqın dərdinə qulaq asmaq üçün bir tribunaya çevirib. Gözəlovun kabineti qapalı divarlar arasında gizlənən yer deyil, vətəndaş üçün ümid işığına çevrilən bir ünvandır. O, hər addımında sübut edir ki, qanunun gücü vicdanla birləşəndə həqiqi ədalət doğulur. Hər bir problemin arxasında bir insan taleyinin dayandığını unutmur. Onun üçün vətəndaş kağız üzərində bir ad deyil - hər biri bir həyat hekayəsidir. Bu insani keyfiyyətləri onu şəhər sakinlərinin gözündə etibarlı bir dövlət adamına çevirib.
Vəzifələr keçicidir. Amma insanlıq və vicdan əbədi dəyərlərdir
Rauf Gözəlovun nümunəsi göstərir ki, insanı ucaldan vəzifə deyil, vicdan, mərhəmət və insana hörmətdir.
Rauf müəllimin timsalında bir daha aydın olur: əsl dövlət məmuru həm qanunları qoruyur, həm də insanlara hörmət və qayğı göstərir.