• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video

İlham Bağırov Azərbaycan dövlətinə sədaqəti, yüksək peşəkarlığı ilə seçilir [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

---

10-09-2023, 11:49

İlham Bağırov Azərbaycan dövlətinə sədaqəti, yüksək peşəkarlığı ilə seçilir


Əziz oxucu! Bir az toxta, dur! Məmurların qanunsuzluqlar, sosial problemlər, kresloda oturanların vətəndaşlara təhkimçi kimi baxmaları, korrupsiya və maliyyə maxinasiyaları ilə toplanan milyonlardan, kapitaldan bəhs edən məlumatlardan bir qədər uzaqlaşaq. Sizə çoxlarının yazacaqlarımıza inanmadığı, şəxsiyyəti və real əməli ilə bizi də fəth edən bir şəxsdən - Qəbələ şəhər Vəndam qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsi İlham Bağırov barədə bəhs edəcəyik. Onun haqqında elini-obasını sevən bir insan kimi gördüklərimizi, bildiklərimizi və başqalarının fikirlərini təqdim edəcəyik.

Dünyaya göz açan hər bir kəsin, öz yolu, öz cığırı olur. Bu da əzəli məlum, sonu ALLAHIN qismətindən asılı ömür yoludur. Deyirlər, öz dünyasında olan insanın söz və əməl dünyası saleh olur. Bu yolu şərəflə, ləqayətlə, inam və imanla addımlayan İlham Bağırov Vətənə ləyaqət nümunəsi sayılacaq vəzifə sahiblərindəndir.

Qəbələ şəhər Vəndam qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsi İlham Bağırov Azərbaycan dövlətinə sədaqəti, yüksək peşəkarlığı və öz işində hər zaman nümayiş etdirdiyi prinsipiallığı ona göstərilmiş bu yüksək etimadı qazanmaq və doğrultmaq üçün kifayət edə biləcək bir səviyyədədir.

Qəbələ şəhər Vəndam qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsi İlham Bağırov qazilərin, şəhid ailələrinin, veteranların yaxın dostudur. Şəhid ailələri, qazilər, həmçinin müharibə veteranları daim İlham Bağırovun diqqətindədir. “Bütün bayramlarda və əlamətdar günlərdə onlara baş çəkir, qayğıları ilə maraqlanır, hər cür maddi-mənəvi dəstək göstərilir. Onların heç bir müraciətini geri çevirməyən İlham Bağırov səlahiyyətləri çərçivəsində hər cür köməklik göstərməyə həmişə hazırdır.

Mayası vətənpərvərliklə, halallıqla yoğrulan bu gözəl insana, Qəbələ şəhər Vəndam qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsi İlham Bağırova biz də uğurlar diləyirik. Xalq üçün, Vətən üçün əlindən gələni əsirgəməyən bu insana uzun və sağlam ömür, işlərində nailiyyətlər arzu edirik. Bir də arzu edirik ki, bu cür insanların sayı çox olsun, biz də onlarla fəxr edək, barələrində yazaq.

Qəbələ şəhər Vəndam qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsi İlham Bağırov - “44 günlük İkinci Qarabağ müharibəsi Azərbaycanın hərbi qüdrətinin təqdimatında əhəmiyyətli rol oynadı. Şanlı Qələbəmiz böyük qətiyyətin, səylərin, sabaha inamın nəticəsi idi. Müstəqilliyimizin bərpasının ilk illərində Silahlı Qüvvələrimizin torpaqların deyil, ayrı-ayrı qrupların maraqlarının müdafiəsinə xidmət etməsi ərazilərimizin işğalında əsas amillərdən biri idi. 1993-cü ildə Ümummilli Lider Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışı digər sahələr kimi, müstəqilliyimizin, suverenliyimizin qarantı olan ordumuzun formalaşdırılması, maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində mühüm addımların atılması ilə tarixə yazıldı. Nizami silahlı qüvvələrin yaradılması, torpaqlarımızın müdafiə olunması üçün təxirəsalınmaz vəzifələrin həyata keçirilməsi, xalq-ordu birliyinin inkişaf etdirilməsi istiqamətində həyata keçirilən tədbirlər qısa müddətdə müsbət nəticəsini göstərdi. Ulu Öndərin “Sülh danışıqlarını cəsarətlə aparmaq üçün güclü ordun olmalıdır” çağırışı dövlətimizin siyasətinin əsas tərkib hissəsinə çevrildi. Artıq tarixə qovuşan Qarabağ münaqişəsinin sülh danışıqları əsasında həllində maraqlı olan Azərbaycan bu danışıqlar səmərə vermədiyi təqdirdə hərb yolunun seçiləcəyini istisna etmədi. Diplomatik uğurları önə çəkən dövlətimizin başçısı İlham Əliyev, eyni zamanda, bildirdi ki, bununla yanaşı, hərbi gücümüzü də artırırıq. Azərbaycan Ordusu dünya miqyasında güclü ordular sırasındadır. Ordumuz üçün nə lazımdırsa onu da edirik. Ordumuzun maddi-texniki bazası möhkəmlənir. Hərbi bazalar, şəhərciklər, hərbi hissələr yenidən qurulur, əsaslı təmir edilir. Nə qədər lazımdırsa vəsait ayrılır və ayrılacaq. O cümlədən yeni müasir silahların alınması üçün lazım olan vəsait ayrılır. Yoxsul Ermənistandan fərqli olaraq Azərbaycan öz hesabına yaşayır, o cümlədən hərbi gücünü öz hesabına artırır.

44 günün hər gününü tariximizə zəfər səhifəsi kimi yazan, ərazi bütövlüyümüzü və tarixi ədaləti bərpa edən Azərbaycan Silahlı Qüvvələri nəyə qadir olduğunu nümayiş etdirdi. Ermənistanın himayədarları tərəfindən silahlandırıldığı bir daha təsdiqləndi. 2020-ci il 10 dekabr tarixində keçirilən Zəfər paradı, həmçinin paytaxt Bakıda açıq səma altında salınan Hərbi Qənimətlər Parkı Azərbaycan Ordusunun gücünün, qüdrətinin dünyaya təqdimatıdır.”
İlham Bağırov Azərbaycan dövlətinə sədaqəti, yüksək peşəkarlığı ilə seçilir


Dövlət başçısı İlham Əliyevin 7 sentyabr 2023-cü il tarixli “Azərsilah” Müdafiə Sənayesi Holdinqi” Qapalı Səhmdar Cəmiyyətinin yaradılması və Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 27 sentyabr tarixli 462 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Müdafiə Sənayesi Nazirliyi haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə” Fərmanı məhz ölkənin müdafiə sənayesinin müasir tələblərə uyğunlaşdırılmasına və ordunun hərbi-texniki təchizatının daxili istehsal hesabına təmin edilməsinə, Azərbaycanın regionda silah istehsal edən əsas sənaye mərkəzlərindən birinə çevrilməsinə nail olunmasına, habelə bu sahədə fəaliyyət göstərən dövlət müəssisələrinin qabaqcıl korporativ idarəetmə təcrübəsi tətbiq edilməklə rəqabətədavamlılığının, maliyyə-təsərrüfat fəaliyyətində dayanıqlılığın artırılmasına, gəlir və xərclərinə nəzarətin daha da gücləndirilməsinə, vahid prinsiplər əsasında idarə olunmasına xidmət edir.

Müzəffər Ali Baş Komandan İlham Əliyev postmünaqişə dövrünün reallıqlarından və hədəflərindən bəhs edərkən müdafiə gücümüzün daha da artırılmasının vacibliyini, bu istiqamətdə atılan addımları xüsusi qeyd edir: “Bir faktı qeyd etmək kifayətdir ki, bu ilin dövlət büdcəsinə yenidən baxıldı, 3 milyard manatdan çox vəsait əlavə edildi. Bunun 1,8 milyard manat hissəsi Qarabağın və Şərqi Zəngəzurun bərpa edilməsinə, 1,1 milyard manat isə hərbi potensialımızın güclənməsinə istiqamətləndirildi. Çünki bu gün ölkə qarşısında duran iki əsas vəzifə məhz bu məsələlərdir. Hərbi təhsillə bağlı qəbul edilmiş qərarlar yaxın gələcəkdə öz bəhrəsini verəcək. Yeni döyüş birləşmələrinin, ilk növbədə, Komando Qüvvələrinin yaradılması döyüş qabiliyyətimizin artırılması üçün önəmli amillərdən biridir. Bu gün Silahlı Qüvvələrimiz vahid proqram əsasında inkişaf edir. Belə bir əminlik ifadə edilir ki, yaxın gələcəkdə Ordumuz yeni, yüksək səviyyəyə qalxacaq. Hazırda Azərbaycan Ordusu müharibə dövründə qəhrəmanlıq və peşəkarlıq göstərmiş Azərbaycan Ordusundan daha da güclüdür. Uğurlu iqtisadi siyasətimiz ordu quruculuğuna, yeni silahların, texnikaların alınmasına, döyüş birləşmələrinin yaradılmasına lazımi dərəcədə dövlət vəsaiti ayrılmasına geniş imkanlar yaradır.”
İlham Bağırov Azərbaycan dövlətinə sədaqəti, yüksək peşəkarlığı ilə seçilir

Dövlət başçısı İlham Əliyevin imzaladığı hər bir Fərman və Sərəncam ölkəmizin gələcək inkişafı barədə aydın təsəvvür yaradır. “Gələcəkdə yerli istehsalın gücləndirilməsi ilə bağlı bizim böyük planlarımız vardır” söyləyən Prezident İlham Əliyev imzaladığı sənədlərlə, həyata keçirdiyi tədbirlərlə bu planları qısa zamanda reallığa çevirir: “Ölkəmiz artıq çox güclü hərbi sənayeyə malikdir. Azərbaycan məhsulları dünya sərgilərində nümayiş etdirilir və eyni zamanda, ixrac imkanlarımız artmaqdadır. İradə, düşünülmüş siyasət istənilən vəzifənin yerinə yetirilməsini təmin edir. Dövlətimiz ordu quruculuğunu başlıca vəzifə, davamlı proses olaraq daim diqqətdə saxlayır.”

Oxunub: 82
Paylaş:
Digər xəbərlər

---

10-09-2023, 11:46

Dilarə Mövlayeva Vətənə ləyaqət nümunəsi sayılacaq vəzifə sahiblərindəndir [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

---

8-09-2023, 10:39

Kürdoğlu Muradov: Xalqın və dövlətin mənafeyi naminə [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

---

7-09-2023, 12:42

ALLAHIN bəxş etdiyi ömrü doğru-düzgün yaşayan insan Hacı Eldayaq Huseynov [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

---

7-09-2023, 12:01

Şərəfli vəzifəyə yiyələnən Ağaəli Məsimov bu işin müqəddəsliyini qoruyub saxlayır [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

---

8-09-2023, 12:54

Sabirabadda nasos stansiyalar tam gücü ilə işləyir [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

Araşdırma
Sabah leysan olacaq - Xəbərdarlıq
Məktəblilərin payız tətili başlayır
Bu imtahanlar üçün sənəd qəbulu başlayır
On ayda 48 toqquşma olub - Heyvanlara görə...
Ötən ay bahalaşan məhsullar - Açıqlandı
Dağlıq ərazilərdə qar yağacaq
Hadisə
Bugün, 08:05
Nəsli kəsilən heyvanın buynuzunu Bakıya gətirmək istədi - Saxlanıldı
13-11-2025, 16:39
Azyaşlıların pornoqrafik videolarını satanlar tutuldu - Kiberpolisdən əməliyyat
13-11-2025, 13:46
"Aqat”da insanlara camış əti verilirmiş - Fotolar
13-11-2025, 13:39
Azərbaycanlı jurnalist Türkiyədə qəzada həlak oldu - Foto
13-11-2025, 11:35
Ağdamda fəhlə betonqarışdıranın altında qalaraq öldü - Foto
10-11-2025, 12:33
Ana və körpəsi doğuş zamanı öldü
Son xəbərlər
  • Bugün, 13:06
    Sabah leysan olacaq - Xəbərdarlıq
  • Bugün, 11:56
    Toral da millidən çıxarıldı
  • Bugün, 11:55
    Azərbaycan XİN-dən Fələstinlə bağlı paylaşım
  • Bugün, 11:55
    ABŞ “Lukoyl”a bu tarixədək möhlət verdi
  • Bugün, 11:53
    Məktəblilərin payız tətili başlayır
  • Bugün, 11:52
    İlham Əliyev Mahmud Abbası təbrik etdi
  • Bugün, 08:09
    Rusiyada mikroavtobus və yük maşını toqquşub - Xeyli sayda ölən və yaralanan var
  • Bugün, 08:08
    Dubay şokoladına rəqib oldular
  • Bugün, 08:07
    Quterreş səfirliyimizin raket zərbəsinə məruz qalmasını pislədi
  • Bugün, 08:05
    Nəsli kəsilən heyvanın buynuzunu Bakıya gətirmək istədi - Saxlanıldı
  • Dün, 16:24
    Azərbaycan Rusiyaya nota verdi
  • Dün, 16:21
    Bu komissiyanın tərkibi genişləndirildi - Fərman
  • Dün, 14:22
    “Neftçi” Samir Abasovun qalmaqallı görüntülərini yayan saytla müqaviləyə xitam verdi - Fotolar
  • Dün, 14:19
    Əli Nağıyev və Orxan Sultanov Xankəndidə iclasda - Fotolar
  • Dün, 14:17
    Bu imtahanlar üçün sənəd qəbulu başlayır
  • Dün, 14:15
    Onlar daha yüksək maaş alır
  • Dün, 14:13
    Azərbaycan şirkətinin növbəti böyük uğuru - Fotolar
  • Dün, 14:03
    “Neftçi” Samir Abasovun qalmaqallı görüntülərini yayan saytla müqaviləyə xitam verdi
  • Dün, 14:01
    On ayda 48 toqquşma olub - Heyvanlara görə...
  • Dün, 13:59
    Ötən ay bahalaşan məhsullar - Açıqlandı
  • Dün, 12:54
    Liderlər Kopenhagendə bu mövzuları müzakirə ediblər
  • Dün, 12:52
    Dağlıq ərazilərdə qar yağacaq
  • Dün, 12:51
    "Napoli” - “Qarabağ” oyunu üçün vauçerlər bu gün satışa çıxarılır
  • Dün, 12:36
    Məşhur şirkətlər qrupunun vergi borcu 18 milyonu ötdü
  • Dün, 12:35
    Prezident qəbul keçirdi - Fotolar
  • Dün, 12:15
    Azərbaycan regionun turizm maqnitinə çevrilir - Statistika
  • Dün, 12:10
    Kiyevə atılan “İskəndər”in qəlpələri səfirliyimizin binasına düşüb
  • Dün, 12:09
    Yararsız gənci əsgərliyə göndərdilər, halı pisləşdi - Həkimlərə cəza
  • Dün, 12:08
    Bu xəstəxanaya tibbi avadanlıqlar ianə olundu - Fotolar
  • Dün, 12:03
    Leyla Əliyevanın Mingəçevir səfərindən - Fotolar
  • Dün, 11:50
    "Nəqliyyat və kommunikasiya xətlərimiz beynəlxalq terrorçuluqla üzləşir”
  • Dün, 11:48
    "Pozuculuq aktları barədə birgə profilaktik tədbirlərin görülməsi olduqca vacibdir”
  • 13-11-2025, 23:42
    Leysan olacaq, şimşək çaxacaq - Xəbərdarlıq
  • 13-11-2025, 23:41
    “Barselona” ona elçi düşdü
  • 13-11-2025, 23:39
    Papanın ən çox sevdiyi dörd film - Adlar
Daha çox
  • Baş redaktor: Çingiz Məmmədov
  • Telefon: (+99450) 344 66 36
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Müsahibə
  • Araşdırma
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
Müəllif hüquqları qorunur. Gundelikxeber.org-nun məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə