• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video

Leyla Əliyeva: Əsası Ulu öndər Heydər Əliyev tərəfindən qoyulan milli təhsil strategiyası bu gün uğurla davam etdirilir [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

---

12-09-2023, 09:41

Leyla Əliyeva: Əsası Ulu öndər Heydər Əliyev tərəfindən qoyulan milli təhsil strategiyası bu gün uğurla davam etdirilir


Dünyaya göz açan hər bir kəsin, öz yolu, öz cığırı olur. Bu da əzəli məlum, sonu ALLAHIN qismətindən asılı ömür yoludur. Deyirlər, öz dünyasında olan insanın söz və əməl dünyası saleh olur. Bu yolu şərəflə, ləqayətlə, inam və imanla addımlayan Sumqayıt şəhəri Yusif Məmmədəliyev adına 31 nömrəli tam orta məktəbinin direktoru Leyla Əliyeva Vətənə ləyaqət nümunəsi sayılacaq vəzifə sahiblərindəndir.

Leyla Əliyeva Azərbaycan dövlətinə sədaqəti, yüksək peşəkarlığı və öz işində hər zaman nümayiş etdirdiyi prinsipiallığı ona göstərilmiş bu yüksək etimadı qazanmaq və doğrultmaq üçün kifayət edə biləcək bir səviyyədədir.

Müdriklər demişkən, “xalq üçün, vətən üçün yaşanan ömür əsl insan ömrüdür”. Belə insanların ömrü çətin, mənalı və şərəfli olur, başı həmişə el içində uca olur. Onlar öz xoşbəxtliyini, səadətini, varlığını vətənə, xalqa ləyaqətlə xidmətdə görür. Belə insanlar öz xalqının, millətinin mənəvi siması, genefondudur desək səhv etmərik. Tam məsuliyyət və qürurla deyə bilərik ki, belə insanlardan biri də sözün həqiqi mənasında, gözəl insan, Sumqayıt şəhəri Yusif Məmmədəliyev adına 31 nömrəli tam orta məktəbinin direktoru Leyla Əliyevadır.

Sumqayıt şəhəri Yusif Məmmədəliyev adına 31 nömrəli tam orta məktəbinin direktoru Leyla Əliyeva qazilərin, şəhid ailələrinin, veteranların yaxın dostudur. Şəhid ailələri, qazilər, həmçinin müharibə veteranları daim Leyla Əliyevanın diqqətindədir. “Bütün bayramlarda və əlamətdar günlərdə onlara baş çəkir, qayğıları ilə maraqlanır, hər cür maddi-mənəvi dəstək göstərilir. Onların heç bir müraciətini geri çevirməyən Leyla Əliyeva səlahiyyətləri çərçivəsində hər cür köməklik göstərməyə həmişə hazırdır.

Mayası vətənpərvərliklə, halallıqla yoğrulan bu gözəl insana, Sumqayıt şəhəri Yusif Məmmədəliyev adına 31 nömrəli tam orta məktəbinin direktoru Leyla Əliyevaya biz də uğurlar diləyirik. Xalq üçün, Vətən üçün əlindən gələni əsirgəməyən bu insana uzun və sağlam ömür, işlərində nailiyyətlər arzu edirik. Bir də arzu edirik ki, bu cür insanların sayı çox olsun, biz də onlarla fəxr edək, barələrində yazaq.

Leyla Əliyeva insanlara maksimum diqqət və qayğıyla yanaşır, onların problemlərini həll edərək, onların dövlətimizə və Prezidentimizə inamını artırır!

Leyla Əliyeva bütün işləri yüksək professionallıqla və böyük operativliklə icra edir! Bunun sirri onun professional olmasıyla, dövlətçiliyimizin və prezidentimizin yüksək reytinqini hər şeydən uca tutmasıyla bağlıdır!

Ona etibar edilən bütün işlərdə Leyla Əliyeva özünü doğruldub. Bizdə hörmətli Leyla Əliyevanı dövlətimizə, xalqımıza şərəfli xidmətində yeni-yeni uğurlar başarılar diləyirik.

Sumqayıt şəhəri Yusif Məmmədəliyev adına 31 nömrəli tam orta məktəbinin direktoru Leyla Əliyeva - 1969-cu ilin 14 iyul tarixi müasir tariximizin yeni salnaməsinin əsasını qoymaqla Azərbaycan xalqının taleyində müstəsna əhəmiyyətə malik oldu. Ulu öndər Heydər Əliyev zehni, ağlı, səmərəli fəaliyyəti ilə Azərbaycan xalqının müstəqil və güclü dövlətə sahib olmaq arzusunu reallığa çevirdi. Azərbaycanda müstəqilliyin əbədi və dönməz xarakter alması, milli-mənəvi yüksəliş, azərbaycançılıq ideyalarının bərqərar olması, gələcək inkişaf üçün güclü və möhkəm əsasların yaradılması ümummilli liderin zəngin təcrübəyə, parlaq zəkaya, ali liderlik qabiliyyətinə, yüksək siyasi idarəçiliyə əsaslanan siyasətin həyata keçirilməsi nəticəsində mümkün oldu. Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi istər birinci, istərsə də ikinci dövr yüzilliklər boyu davam edən dövlətçilik tariximizin şanlı səhifəsinə çevrilib. Bu gün Azərbaycanın ictimai-siyasi, sosial-iqtisadi, mədəni həyatın elə bir sahəsi yoxdur ki, o sahənin inkişafı ulu öndərin adı ilə bağlı olmasın. Azərbaycanın gələcək müstəqilliyi üçün zəmin hazırlayan dövlət xadimi 1969-1982-ci illərdə milli ruhun və azərbaycançılığın sovet ideologiyası çərçivəsində sıxışdırılmasının qarşısını almaqla onun dirçəldilməsi istiqamətində böyük işlər görüb.

“Təhsil sahəsi xalqımızın bu günü, millətimizin, dövlətimizin gələcəyi üçün ən vacib bir sahədir”-deyə təhsilin cəmiyyətin inkişafında rolunu və şəxsiyyətin formalaşmasında əhəmiyyətini daim yüksək qiymətləndirən ulu öndərin qəbul etdiyi qərarlar, uzaqgörənliklə irəli sürdüyü konseptual fikirlər və ideyalar, tarixi tövsiyələr bu gün də ölkəmizdə təhsil islahatlarının əsas istiqamətlərinin müəyyənləşdirilməsinə öz töhfəsini verməkdədir.

Azərbaycan təhsilinin inkişafı naminə son dərəcə böyük işlər görən müdrik rəhbər təhsilə yalnız savad, bilik qazanmaq, elm öyrənmək imkanı kimi baxmayıb, fəal vətəndaş mövqeyinin formalaşmasında, cəmiyyətdə gedən tərəqqi prosesində yaxından iştirak etməsində təhsilin mühüm rola malik olduğunu daim önə çəkib. İlk gündən sovet rejiminin bütün ideoloji-siyasi baryerlərinə sinə gərən, cəmiyyəti bütün istiqamətlərdə yüksəlişə aparan dahi şəxsiyyət cəmiyyətdə milli məfkurənin güclənməsi, dövlətçilik şüurunun yenidən formalaşması üçün hər bir azərbaycanlının yüksək təhsil almasını, elmi yenilikləri mənimsəməsini son dərəcə vacib amil hesab edirdi.

Ulu Öndərin rəhbərliyi ilə təhsilin milliləşdirilməsi, dilimizin inkişafı, ictimai elmlərin tarixi xarakterinin qorunması istiqamətində ardıcıl tədbirlər həyata keçirilirdi. Ulu öndər təhsilə xüsusi həssaslıqla yanaşıb,bu sahəyə daim qayğı göstərib. Ümummilli lider öz çıxışlarında da dəfələrlə təhsilin mürəkkəb və olduqca vacib bir sahə olduğunu vurğulayaraq qeyd edib ki, “təhsil sahəsi nə sənayedir, nə kənd təsərrüfatıdır, nə ticarətdir. Bu, cəmiyyətin xüsusi, intellektual cəhətini əks etdirən bir sahədir. Belə halda təhsil sisteminə çox diqqətlə yanaşmaq lazımdır və bu sistemə münasibət çox həssas olmalıdır”

Heydər Əliyevin təşəbbüsü ilə ötən əsrin 70-ci illərində və 80-ci illərin əvvəllərində ali təhsil müəssisələrinin şəbəkəsinin genişləndirilməsi, maddi-texniki bazasının möhkəmləndirilməsi və yüksəkixtisaslı kadr hazırlığı istiqamətində böyük işlər görülüb. Ali məktəblər üçün çoxlu sayda tədris korpusları, yataqxana kompleksləri tikilib.

1970-82-ci illərdə Azərbaycanda yeni ali məktəblər yaradılıb, yüzlərlə yeni ixtisaslar açılıb, kafedralar, problem laboratoriyaları fəaliyyətə başlayıb. Bu illərdə ali məktəblərdə təhsilalanların sayı 70 mindən 100 minə yüksəlib. Heydər Əliyev respublikanın ehtiyacı оlan ixtisaslar üzrə Azərbaycandan kənarda ali təhsili də daim önə çəkib. 1970-80-ci illərdə dahi rəhbərin təşəbbüsü və qayğısı ilə SSRİ-nin 170-dən çоx ən məşhur ali məktəbində Azərbaycanın müxtəlif sahələrdə ehtiyac duyduğu 250-dən çоx ixtisas üzrə 15 mindən çox azərbaycanlı gənc ali təhsil alıb. 1970-ci ilədək respublikadan kənarda ali təhsil almağa göndərilən azsaylı kontingentin cəmi 40 faizi Azərbaycan millətindən idisə, ulu öndərin respublikaya rəhbərliyə başlamasından sonra ali təhsilə göndərilənlərin sayı ilbəil dəfələrlə artdığı kimi, milli tərkib də dəyişib. Belə ki, 1970-ci illərin sonu, 1980-ci illərin əvvəllərində respublikadan kənarda ali təhsil almağa göndərilənlərin 97,7 faizi Azərbaycan xalqının nümayəndəsi idi.

Bu gün ölkəmizdə fəaliyyət göstərən məktəbəqədər, ümumi, peşə, orta ixtisas və ali təhsil müəssisələrinin geniş şəbəkəsi, güclü elmi-pedaqoji kadr potensialı öz mənbəyini məhz ötən əsrin 70-ci illərindən Heydər Əliyevin rəhbərliyi altında təhsil sahəsində aparılan məqsədyönlü siyasətdən almış, həyata keçirilən genişmiqyaslı təhsil quruculuğu gələcək inkişafın güclü təməlini yaratmışdır. Həmin dövrdə Azərbaycanda bütün təhsil ocaqları əvvəlki illərlə müqayisədə yeni inkişaf pilləsinə yüksəlmiş, bu istiqamətdə aparılan ardıcıl dövlət siyasəti Azərbaycan əhalisinin təhsil, ümummədəni və intellektual səviyyəsinin yüksəldilməsində müstəsna rol oynamışdır.

Azərbaycan müstəqillik qazandıqdan sоnra təhsilimizin milli əsaslar üzərində yenidən qurulması, əsl inkişafa qоvuşması da məhz Heydər Əliyev dühası sayəsində gerçəkləşdi. Bütün varlığı ilə Vətəninə bağlı olan Heydər Əliyevin rəhbərliyi ilə elm və təhsil sahəsində köklü dəyişikliklər, qəbul olunmuş qərar, fərman və sərəncamlar, onların həyata keçirilməsi müstəqil Azərbaycanda təhsil sektorunun hərtərəfli yüksəlişini, tərəqqisini, məzmunca yeniləşməsini, maddi-texniki cəhətdən möhkəmlənməsini, dünya standartlarına yaxınlaşmasını şərtləndirdi.

Ümummilli lidеrimizin təməlini qоyduğu, möhkəmləndirdiyi təhsil siyаsəti bu gün еtibаrlı zəmin üzərində inkişаf еtdirilir. Hеydər Əliyеv siyаsi kursunun lаyiqli dаvаmçısı Prezident İlhаm Əliyеvin xüsusi diqqəti sаyəsində təhsil Аzərbаycаnın dаvаmlı inkişаf strаtеgiyаsının mühüm istiqаmətlərindən birinə çеvrilib. Qəbul оlunmuş yeni qanunlar və оna uyğun aparılan islahatlar, bir-birinin ardınca tikilib istifadəyə verilən, ən müasir maddi-texniki bazaya malik məktəblər, təhsilin keyfiyyətinin yüksəldilməsinə yönələn tədbirlər Azərbaycan təhsilinin dünyaya inteqrasiyasına, milli və dünyəvi dəyərlər zəminində yüksəlişinə layiqincə xidmət etməkdədir. Bu da “Təhsil millətin gələcəyidir”,– deyən ulu öndər Heydər Əliyevin siyasi kursunun layiqli davamıdır.

Oxunub: 88
Paylaş:
Digər xəbərlər

---

9-09-2023, 17:30

Aygün Qurbanova: Uşaqların inkişafında bağçanın rolu [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

---

10-09-2023, 14:35

42 nömrəli körpələr evi-uşaq bağçasında uşaqlar üçün hər cür şərait yaradılıb [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

---

10-09-2023, 11:46

Dilarə Mövlayeva Vətənə ləyaqət nümunəsi sayılacaq vəzifə sahiblərindəndir [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

---

7-09-2023, 13:24

Elnur İbişov: İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevanın təhsilimizə yüksək diqqət və qayğısı var [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

---

7-09-2023, 12:42

ALLAHIN bəxş etdiyi ömrü doğru-düzgün yaşayan insan Hacı Eldayaq Huseynov [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

Araşdırma
Bakı Şəhəri üzrə Təhsil İdarəsində yeni təyinatlar
Yoldaş Hətəmovun XUDMANİ TENDER ORTAQLIĞI... - İLGİNC FAKTLAR...
Qaradağda ŞIDIRĞI ALVER GEDİR: Köhnə başçının aqibəti dərs olmadı? - BU NƏDİ BELƏ?
Suraxanı İH-də kimdir rəhbər: Adil Əliyev, yoxsa Mais Məmmədov? - İLGİNC İDDİALAR
GƏNCƏ SƏHİYYƏSİNDƏ KORRUPSİYA ŞƏBƏKƏSİ - Qanunsuzluq, qohumbazlıq və özbaşınalığın pik həddi!
İşçilər maaşını ala bilmir: “Azəriqaz” isə bunun səbəbini açıqlamır - NARAZILIQ VAR...
Hadisə
31-03-2026, 16:36
Qadın sürücü “Range Rover”i aşırdı; xəsarət alanlar var
31-03-2026, 15:24
26 yaşlı oğlan ahıl qadına təcavüz edib? - Cinayət işi açıldı
9-03-2026, 15:14
Milli Onkologiya Mərkəzi yox... RÜŞVƏT MƏRKƏZİ! - İTTİHAM VAR...
7-03-2026, 15:34
Komendant işlədiyi binadan yıxılıb öldü
4-03-2026, 15:48
Hoteldə anasını öldürən yeniyetməyə hökm oxundu
21-02-2026, 16:14
Zabratda mağaza və evlərdən silsilə oğurluq edən şəxs saxlanılıb
Son xəbərlər
  • Bugün, 18:19
    Bakı Şəhəri üzrə Təhsil İdarəsində yeni təyinatlar
  • Bugün, 18:01
    Yoldaş Hətəmovun XUDMANİ TENDER ORTAQLIĞI... - İLGİNC FAKTLAR...
  • Bugün, 16:49
    Prezident Azərbaycanın ərazi bütövlüyünün qorunmasında xüsusi xidmətləri olmuş şəxsləri təltif edib - SİYAHI
  • Bugün, 16:27
    Qaradağda ŞIDIRĞI ALVER GEDİR: Köhnə başçının aqibəti dərs olmadı? - BU NƏDİ BELƏ?
  • Bugün, 15:28
    Suraxanı İH-də kimdir rəhbər: Adil Əliyev, yoxsa Mais Məmmədov? - İLGİNC İDDİALAR
  • Bugün, 14:44
    GƏNCƏ SƏHİYYƏSİNDƏ KORRUPSİYA ŞƏBƏKƏSİ - Qanunsuzluq, qohumbazlıq və özbaşınalığın pik həddi!
  • Bugün, 13:33
    İşçilər maaşını ala bilmir: “Azəriqaz” isə bunun səbəbini açıqlamır - NARAZILIQ VAR...
  • Bugün, 12:24
    Sabirabadda Təhsil "Mafiyası": Direktor Murad Dəmirovun Qanunsuzluqlarına Kim "Yaşıl İşıq" Yandırır? -FOTOFAKT
  • Bugün, 11:46
    Saleh Məmmədov 1 milyard mənimsəyib? - Zəngi açsa da, suallardan yayındı
  • Bugün, 11:03
    Rusiyada məktəbli sinif rəhbərini bıçaqladı
  • Dün, 19:11
    “Kontakt Home” köhnə məhsullar satır – “Şeş-Qoşa” layihəsi ifşa edildi – FOTO
  • Dün, 17:42
    Mətanət Əfəndiyeva Tibbi Bərpa İnstitutundan çıxarılsa da, heç də az iz qoymayıb
  • Dün, 17:09
    İçərişəhərdə yeraltı keçidlər “ticarət obyektinə” çevrilib – ictimai məkanlar kimlərin nəzarətindədir?
  • Dün, 16:27
    Keşlədə kollektor üzərində tikilən evə Rafiq Quliyev "icazə" verib? - Yüzlərlə evə ziyan vuran günahkar kimdir?
  • Dün, 15:45
    Təhsil adı altında qurulan sistem: Sumqayıt 23 nömrəli məktəbdə baş verənlər
  • Dün, 15:12
    Keçmiş deputatdan adı milyardlıq yeyintidə hallanan Saleh Məmmədova ATMACA... - "Vədədir…"
  • Dün, 14:49
    Ziya Məmmədovun qalmaqallı qohumuna yüksək vəzifə VERİLDİ
  • Dün, 13:11
    Qazax-Tovuz Regional Təhsil İdarəsi “UNİKAMP” MMC ilə NƏ İŞLƏR ÇEVİRİR?.. - İcazə verin, şübhələnək...
  • Dün, 12:33
    7 ton əlvan metal yoxa çıxıb: Rəşad Borçiyevin işi araşdırılır
  • Dün, 11:58
    Prezidentin Tbilisidə rəsmi qarşılanma mərasimi keçirilir
  • Dün, 11:26
    Zeynal Bayramlı tibb sahəsində hansı xidmətlərinə görə TƏBİB-də müşavir təyin edildi - İLGİNC FAKTLAR...
  • Dün, 10:40
    İlham Əliyev Gürcüstanda dövlət səfərindədir
  • Dün, 10:20
    Sabirabadda TƏHSİL ÖZBAŞINALIĞI...
  • Dün, 09:28
    Maxinasiya ustası registrator və podoloq rolunda - Klinikada çalışan Sevda Alibekovnanın tibbdən uzaq əməlləri
  • Dün, 09:08
    Mingəçevir Dövlət Universitetində milyonluq tender - Rektor Azər Eminov kiminlə razılıb?
  • 4-04-2026, 16:06
    İcbari Tibbi Sığorta dövlətə hansı zərbəni vurdu?
  • 4-04-2026, 15:28
    Baş nazir müşavirə keçirib, leysan yağışların vurduğu ziyanla bağlı tapşırıqlar verilib
  • 4-04-2026, 15:00
    Fuad Abdullayev qanunsuz Estetik əməliyyatları icra edir?
  • 4-04-2026, 14:17
    Sevindik Hətəmov Hacıqabulluları sevindirə bilmədi... VİDEO
  • 4-04-2026, 14:08
    Sabunçu Tibb Mərkəzi - Ümid yeri yoxsa, “Qəssabxana”? - Əlin cibində olsa şansın var...
  • 4-04-2026, 13:34
    Beynəlxalq Bank vətəndaşları intihar həddinə çatdırır - 10 ildən zonra zəng... VİDEO
  • 4-04-2026, 12:23
    Sumqayıt xəstəxanasında insident - Vətəndaşlarla işçilər arasında əlbəyaxa dava olub?
  • 4-04-2026, 11:45
    Masallını səhrlaşdıran məmurlar kimlərdir? - FOTOLAR
  • 4-04-2026, 10:47
    Nazir postunu istirsələr də şirkətləri hələ də qazanır - 13 min manatlıq sifariş
  • 4-04-2026, 10:26
    Bu gün Beynəlxalq Mina Xəbərdarlığı və Minatəmizləmə Fəaliyyətinə Yardım Günüdür
Daha çox
  • Baş redaktor: Çingiz Məmmədov
  • Telefon: (+99450) 344 66 36
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Müsahibə
  • Araşdırma
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
Müəllif hüquqları qorunur. Gundelikxeber.org-nun məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə