• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video

Qoşqar Zeynalov ona göstərilən etimadı yüksək səviyyədə icra edir [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

---

9-10-2023, 12:50

Qoşqar Zeynalov ona göstərilən etimadı yüksək səviyyədə icra edir


Əziz oxucu! Bir az toxta, dur! Məmurların qanunsuzluqlar, sosial problemlər, kresloda oturanların vətəndaşlara təhkimçi kimi baxmaları, korrupsiya və maliyyə maxinasiyaları ilə toplanan milyonlardan, kapitaldan bəhs edən məlumatlardan bir qədər uzaqlaşaq. Sizə çoxlarının yazacaqlarımıza inanmadığı, şəxsiyyəti və real əməli ilə bizi də fəth edən bir şəxsdən - Baş Dövlət Yol Polisi İdarəsində Texniki Baxış Şöbəsinin müdiri Qoşqar Zeynalov barədə bəhs edəcəyik. Onun haqqında elini-obasını sevən bir insan kimi gördüklərimizi, bildiklərimizi və başqalarının fikirlərini təqdim edəcəyik.

Bəzi internet saytlarında Baş Dövlət Yol Polisi İdarəsində Texniki Baxış Şöbəsinin müdiri Qoşqar Zeynalov ilə bağlı böhtan xarakterli məlumatlar dərc edilir. Amma məlumatların hardan qaynaqlandığını deyə bilmərik. Lakin tam məsuliyyətlə qeyd edirik ki, Qoşqar Zeynalov haqqında yayımlanan qərəzli və böhtan xarakterli məlumatlar tamamilə əsassızdır. Bu cür dezinformasiyalar cəmiyyət arasında heç də birmənalı qarşılanmır.
Bəzi saytlar bunun əksini yazmaqla cəmiyyət arasında ajiotaj yaratmağa çalışırlar. Amma alınmayacaq.

Baş Dövlət Yol Polisi İdarəsində Texniki Baxış Şöbəsinin müdiri Qoşqar Zeynalov qazilərin, şəhid ailələrinin, veteranların yaxın dostudur. Şəhid ailələri, qazilər, həmçinin müharibə veteranları daim Qoşqar Zeynalovun diqqətindədir. “Bütün bayramlarda və əlamətdar günlərdə onlara baş çəkir, qayğıları ilə maraqlanır, hər cür maddi-mənəvi dəstək göstərilir. Onların heç bir müraciətini geri çevirməyən Qoşqar Zeynalov səlahiyyətləri çərçivəsində hər cür köməklik göstərməyə həmişə hazırdır.

Baş Dövlət Yol Polisi İdarəsində Texniki Baxış Şöbəsinin müdiri Qoşqar Zeynalov - Sentyabrın 20-də Lokal xarakterli antiterror tədbirləri və onun nəticələri ilə bağlı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev xalqa etdiyi müraciətində  bir çox mühüm məsələlərə toxundu, o cümlədən Cənub Qafqazın gələcəyi ilə bağlı vacib açıqlama verdi. O qeyd etdi ki, “Biz onların(yəni - Ermənistanın) ərazi bütövlüyünü tanıyırıq və bunu bəyan etmişik, bütün ölkələrin ərazi bütövlüyünü tanıyırıq. Biz, sadəcə olaraq, tələb edirdik həm onlardan, həm onların arxasında duran və onlar üçün dar məqamda onların yanında olmayan, uzaqda, Avropada yerləşən dırnaqarası erməni cəfakeşləri bilsinlər - nə qədər uzaq dursalar bizim bölgəmizdən, o qədər də bölgə rahat nəfəs alacaq və biz bunu təklif edirik. Biz təklif edirik ki, Cənubi Qafqaz ölkələrinin gələcəyi sülhə, əmin-amanlığa, inkişafa söykənsin. Biz təklif edirik ki, bölgəmizdən uzaqda yerləşən, ancaq öz siyasi gündəliyini güdən və erməni xalqından bir alət kimi istifadə edən, onları istismar edən və dar gündə onları, necə deyərlər, satan qüvvələr, saxtakarlar, korrupsiyalaşmış siyasətçilər əl çəksinlər bizdən. Dünyanın o başında oturub bizə qarşı əsassız ittihamlar irəli sürənlər əl çəksinlər bizdən, qoysunlar Cənubi Qafqaz rahat nəfəs alsın”. Bu gün bölgədə sülhün və təhlükəsizliyin təmin olunması üçün bundan ideal düstur ola bilməz. Azərbaycan öz ərazi bütövlüyünü  və suveren hüquqlarını təmin etdikdən sora bölgədə yeni reallıqlar yaranmışdır. Ölkəmizin hazırkı geosiyasi  vəziyyəti  onun  regional liderliyi ilə yanaşı, beynəlxalq nüfuzunu daha da artırmışıdr.

Bu gün isə rəsmi Bakının  təşəbbüsü ilə Cənubi Qafqazda etibarlı sülhün  əsası qoyulur. Prezident İlham Əliyevin  həyata keçirdiyi balanslı xarici siyasətin nəticəsində  regionda sabitliyin qarantı, həmçinin bölgənin iqtisadi yüksəlişinin təminatçısıdır. Hazırda dünyada baş verən hadisələr, geosiyasi proseslər, qeyri-sabitlik dinc, sakit, təhlükəsiz həyatın dəyəri getdikcə daha da aktuallaşdırır. Azərbaycan son üç ildə Cənubi Qafqaz üçün separatizmdən uzaq firavan gələcək üçün davamlı inkişaf, rifah və firavanlığa yönəlmiş sülh gündəmini təşviq etməkdə davam edir. Bu təşəbbüslər qonşu Gürcüstandan birmənalı dəstək alır, tarixi dostluq, mehriban qonşuluq və strateji tərəfdaşlıq münasibətləri bu gün regionda dinc gələcəyin qurulmasının mühüm amillərindən birinə çevrilir. Bu baxımdan, Azərbaycan Prezidenti İlham Əliyevin oktyabrın 8-də Tbilisiyə işgüzar səfəri zamanı Gürcüstanın baş naziri İrakli Qaribaşvilinin verdiyi bəyanatlar göstəricidir. Bu gün Azərbaycan və Gürcüstanın eyni çağırış və problemlərlə üzləşdiyini deyən Prezident İlham Əliyev Cənubi Qafqazda sülhün hələ tam bərqərar olmadığını vurğulayıb. “Cənubi Qafqazda sülhün bərqərar olmasının vaxtı çatıb”, - deyə dövlət başçısı vurğulayıb. Azərbaycan və Gürcüstan hər zaman bir-birinin ərazi bütövlüyünü və suverenliyini dəstəkləyib. Bütün beynəlxalq təşkilatlarda xalqlarımızın bu və digər maraqlarını əks etdirən məsələlərdə hər iki dövlət bir-birini dəstəkləyib. Ölkələrin ərazi bütövlüyü beynəlxalq hüququn fundamental prinsipidir və ərazi bütövlüyünün pozulması qəbuledilməzdir. Azərbaycanın bu məsələ ilə bağlı mövqeyi birmənalıdır.

Azərbaycan və Ermənistan arasında normallaşma prosesinə toxunan Azərbaycan lideri bildirib ki, üç il əvvəl İkinci Qarabağ müharibəsi nəticəsində Azərbaycan öz ərazi bütövlüyünü bərpa edib, ötən ay bütün ölkə üzərində suverenliyini bərpa edib: “Bütün regionun inkişafı üçün yaranmış şansı əldən vermək böyük səhv olar. Ermənistanla Azərbaycan arasında imzalanacaq sülh müqaviləsi üzərində fəal çalışmalar aparılır. Əgər buna nail olsaq, o zaman Cənubi Qafqazda tamamilə yeni bir siyasi vəziyyət yaranacaq. Cənubi Qafqaz ölkələri əməkdaşlığa üçtərəfli formatda başlaya bilərlər və bir çox sahələr üzrə nəqliyyat, enerji təhlükəsizliyi, ticarət, qarşılıqlı sərmayə qoyuluşu əməkdaşlıq çox uğurlu ola bilər.”

Prezident İlham Əliyev qeyd edib ki, bu gün bir sıra dövlətlər, eləcə də bəzi beynəlxalq təşkilatlar Ermənistanla Azərbaycan arasında normallaşma prosesinə öz dəstəyini verməyə çalışır: “Biz bunu alqışlayırıq. Biz istənilən vasitəçilik və yardımı qəbul edirik, o şərtlə ki, təbii ki, birtərəfli və qərəzli olmasın. Amma məncə, həm tarixi bağlar, həm də coğrafi faktor nəzərə alınmaqla bu sahədə ən düzgün seçim təbii ki, Gürcüstan ola bilər. Bu sahədə vasitəçilik imkanları təklif etdiyi üçün cənab Baş nazirə minnətdaram. Hesab edirəm ki, biz buna hazır olan ölkə olaraq Ermənistandan da analoji yanaşma gözləməliyik və Ermənistan da razılaşarsa, bizim müvafiq strukturların rəhbərləri dərhal Gürcüstanda həm ikitərəfli, həm də üçtərəfli görüşə gələ bilərlər”. Gürcüstanın Baş naziri İrakli Qaribaşvili  ölkələrin qarşılıqlı olaraq  ərazi bütövlüyü və suverenliyini  dəstəklədiklərini bildirməklə yanaşı qeyd etdi ki, “Bizim gələcəyimiz dinc, sabit olmalıdır və Cənubi Qafqazın hər üç ölkəsi regional məsələləri özləri həll etməlidir”.

Qoşqar Zeynalov ona göstərilən etimadı yüksək səviyyədə icra edir

Azərbaycan Gürcüstanın etibarlı müttəfiq və tərəfdaşdır. Həyata keçirilən Azərbaycan-Gürcüstan layihələrinin bu gün bir çox ölkələrin enerji və nəqliyyat təhlükəsizliyinə xidmət etdiyini xatırladan Prezident İlham Əliyev gələcək üçün yeni birgə planların olduğunu qeyd etdi - “Əməkdaşlığımızı dərinləşdirmək üçün aydın şəkildə işlənmiş gündəlik var”. Bakı-Tbilisi-Qars dəmir yolunun ötürücülük qabiliyyətinin beş dəfədən çox artırılması və yaxın gələcəkdə fəaliyyətə başlaması da təbii ki, Orta Dəhlizin möhkəmlənməsinə xidmət edəcəkdir. Enerji sektorunda ənənəvi sənayelərlə yanaşı, bu gün bizi Yaşıl Enerji Dəhlizi layihəsi birləşdirir.  Gürcüstan və Azərbaycan həm ikitərəfli, həm də çoxtərəfli qaydada sıx əməkdaşlıq edir. Yaşıl Enerji Dəhlizinin və enerji kabelinin çəkilməsi həm bizim enerji təhlükəsizliyimizi, həm də tərəfdaş ölkələrin enerji təhlükəsizliyini gücləndirəcək” - deyə Azərbaycan lideri vurğulayıb. “Bir sözlə, bu gün Gürcüstan və Azərbaycanın digər qonşu dövlətlərlə birgə həyata keçirdiyi layihələr təkcə Cənubi Qafqaz regionu üçün deyil, həm də geniş mənada Avrasiya üçün böyük əhəmiyyət kəsb edir”, - Beləliklə, Prezident İlham Əliyevin öz çıxışı ilə Ermənistan üçün imkanlar yaradır. Ermənistan bu şansdan istifadə edərək regional inkişaf dairəsinə daxil olmaqla öz xalqına daha yaxşı, firavan və firavan gələcək bəxş edə bilər. Bakı və Tiflisin   buna hazırdır, növbə İrəvanındır.

Oxunub: 118
Paylaş:
Digər xəbərlər

---

3-10-2023, 09:55

Əkrəm Babayev Azərbaycan dövlətinə sədaqəti ilə tanınır [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

---

10-09-2023, 11:46

Dilarə Mövlayeva Vətənə ləyaqət nümunəsi sayılacaq vəzifə sahiblərindəndir [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

---

7-09-2023, 12:42

ALLAHIN bəxş etdiyi ömrü doğru-düzgün yaşayan insan Hacı Eldayaq Huseynov [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

---

8-09-2023, 12:54

Sabirabadda nasos stansiyalar tam gücü ilə işləyir [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

Araşdırma
Sürücülərin nəzərinə!
Kərkicahana yola salınan köç ünvana çatdı
Bir məktəb, bir millət, bir söz : Bəxtiyar Vahabzadə ruhu
Nasaz nəqliyyat vasitələri ilə yola çıxmayın! - Müraciət
Avtomobil hasara çırpıldı - Ölən və yaralanan var
Bu marşrut avtobuslarında ödənişi daha bank kartı ilə edə bilərik
Hadisə
20-12-2025, 18:10
Nəsimidə oğurluq edən 4 nəfər saxlanıldı
20-12-2025, 18:05
Oğurladığı dollarların yerinə saxtasını qoydu - Polis saxladı
20-12-2025, 13:20
Sumqayıtda 17 yaşlı qız, Bakıda 33 yaşlı kişi binadan yıxılıb öldülər
19-12-2025, 15:47
9-cu sinif şagirdi ağır xəsarət aldı
18-12-2025, 11:14
34 vətəndaşımız Almaniyadan geri qəbul edildi
17-12-2025, 10:54
Sumqayıtda yeniyetmə bıçaqlandı - Həmyaşıdı saxlanıldı
Son xəbərlər
  • 20-12-2025, 18:12
    Silahlı hücumda yaralanan futbolçu 3 gün sonra öldü
  • 20-12-2025, 18:10
    Nəsimidə oğurluq edən 4 nəfər saxlanıldı
  • 20-12-2025, 18:09
    Sürücülərin nəzərinə!
  • 20-12-2025, 18:08
    Kərkicahana yola salınan köç ünvana çatdı
  • 20-12-2025, 18:07
    Goranboyda 13 yaşlı qız dəm qazından öldü
  • 20-12-2025, 18:05
    Oğurladığı dollarların yerinə saxtasını qoydu - Polis saxladı
  • 20-12-2025, 14:19
    Bir məktəb, bir millət, bir söz : Bəxtiyar Vahabzadə ruhu
  • 20-12-2025, 13:30
    Nasaz nəqliyyat vasitələri ilə yola çıxmayın! - Müraciət
  • 20-12-2025, 13:27
    Avtomobil hasara çırpıldı - Ölən və yaralanan var
  • 20-12-2025, 13:24
    ABŞ və Azərbaycan arasında ikitərəfli İşçi Qrupun - İlk görüşü keçirildi
  • 20-12-2025, 13:22
    Bu marşrut avtobuslarında ödənişi daha bank kartı ilə edə bilərik
  • 20-12-2025, 13:20
    Sumqayıtda 17 yaşlı qız, Bakıda 33 yaşlı kişi binadan yıxılıb öldülər
  • 20-12-2025, 13:18
    Həftəsonunun havası
  • 19-12-2025, 21:09
    Azərbaycanın FİFA referilərinin sayı artdı
  • 19-12-2025, 21:07
    Mirziyoyev İlham Əliyevi təbrik etdi
  • 19-12-2025, 21:05
    Baş Prokurorluq Kamran Əsədov və “şərikləri” ilə bağlı - Açıqlama yaydı
  • 19-12-2025, 21:02
    Karantin rejiminin müddəti uzadıldı
  • 19-12-2025, 21:01
    “Fənərbaxça” prezidentinin evində axtarış aparıldı
  • 19-12-2025, 20:59
    Trampın dəstəklədiyi qanun ABŞ-də təsdiqləndi
  • 19-12-2025, 15:50
    “Tibb bacılarının evdə iynə vurmalarına icazə yoxdur”
  • 19-12-2025, 15:48
    "Reanimasion xəstələrin yerləşdirilməsi ilə bağlı ciddi problemlərimiz var”
  • 19-12-2025, 15:47
    9-cu sinif şagirdi ağır xəsarət aldı
  • 19-12-2025, 15:45
    Vəkil adından qanunsuz istifadəyə görə cərimələrdə dəyişiklik
  • 19-12-2025, 15:40
    Uşaq ölümlərinin sayı 30 faiz azalıb
  • 19-12-2025, 13:22
    “Prezidentin bu ölkəyə səfəri mühüm siyasi əhəmiyyət daşıyır”
  • 19-12-2025, 13:19
    Onların cəzası 6 ay azaldılacaq
  • 19-12-2025, 13:18
    Ölkə üzrə 3500-dən çox vərəmli xəstə qeydiyyata alınıb
  • 19-12-2025, 13:16
    Si Cinpin Prezidenti təbrik etdi
  • 19-12-2025, 13:14
    Prezidentdən 1,4 milyonluq - Sərəncam
  • 18-12-2025, 14:26
    Bu institutun əməkdaşları təltif edildi - Siyahı
  • 18-12-2025, 14:24
    Prezidentdən Gülçöhrə Məmmədova ilə bağlı - Sərəncam
  • 18-12-2025, 14:23
    İlham Əliyev onları təltif etdi - Siyahı
  • 18-12-2025, 14:22
    21 yaşlı əsgər hospitalda vəfat edib - Rəsmi
  • 18-12-2025, 14:20
    Maşın təyyarəsini zədələdi
  • 18-12-2025, 14:19
    Məcnun Məmmədov Omanın iqtisadiyyat naziri ilə görüşdü
Daha çox
  • Baş redaktor: Çingiz Məmmədov
  • Telefon: (+99450) 344 66 36
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Müsahibə
  • Araşdırma
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
Müəllif hüquqları qorunur. Gundelikxeber.org-nun məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə