• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video

Şafiq Heydərov: Ulu Öndər Heydər Əliyev xalqını zamanın mürəkkəb tarixi-siyasi sınaqlarından uğurla çıxarmış qüdrətli şəxsiyyətdir [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

---

10-12-2023, 13:49

Şafiq Heydərov: Ulu Öndər Heydər Əliyev xalqını zamanın mürəkkəb tarixi-siyasi sınaqlarından uğurla çıxarmış qüdrətli şəxsiyyətdir


Sabirabad Suvarma Sistemləri İdarəsinin rəisi Şafiq Heydərov - Dekabrın 12-si müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, Ümummilli Lider Heydər Əliyevin anım günüdür. Bütün həyatını Azərbaycanın bu gününə və gələcəyinə həsr edən Ulu Öndər Heydər Əliyev bildirmişdir: “Nə qədər ki Azərbaycan var, mən də varam. Mən isə Azərbaycanda əbədi olacağam!”.

Dahi şəxsiyyət Heydər Əliyevin dövlətimiz, xalqımız qarşısındakı xidmətlərinin miqyası o qədər genişdir ki, onları zamana, tarixin səhifələrinə sığışdırmaq mümkün deyil. Onun həyat və fəaliyyətinə həsr olunan kitablar, yazılan elmi məqalələr nə qədər saysız-hesabsızdırsa, yenə də yenilərinə böyük zərurət duyulur. Təbii ki, bu, Ümummilli Liderin illər keçdikcə Azərbaycan dövlətinin, xalqının xoşbəxt gələcəyi naminə gördüyü işlərə yeni işıq salınmasına əsaslanır. Ulu Öndər Heydər Əliyev öz xalqını zamanın mürəkkəb tarixi-siyasi sınaqlarından uğurla çıxarmış və ardıcıl mübarizə apararaq onu müstəqilliyinə qovuşdurmuş qüdrətli şəxsiyyətdir. Azərbaycan xalqı yeni əsrə və yeni minilliyə məhz onun zəkasının işığında qədəm qoymuşdur. Davamlı yüksəliş yolunda inamla irəliləyən müasir Azərbaycan Ümummilli Liderin həyat amalının təntənəsidir. Ulu Öndərin 1969-1982-ci illərdə Azərbaycana rəhbərlik etdiyi dövrdə həyata keçirilən islahatların və görülən strateji tədbirlərin fonunda ölkəmiz sürətlə inkişaf edərək keçmiş İttifaq miqyasında xüsusi çəkiyə malik olan respublikaya çevrilmişdi. Dahi şəxsiyyət Azərbaycana rəhbərlik etməyə başlayanda ölkəmiz Sovet İttifaqının müttəfiq respublikaları arasında bütün göstəricilərə görə axırıncı yerlərdə idi. Ulu Öndər Heydər Əliyevin respublikamıza rəhbərliyinin birinci dövrü Azərbaycanın həyatında yeni bir mərhələnin başlanması ilə xarakterizə edilirdi. Həmin illərdə sənaye, o cümlədən yüngül sənaye və kənd təsərrüfatı ən parlaq inkişaf dövrünü yaşamışdır. Əgər Azərbaycan keçmiş SSRİ miqyasında yalnız xammal mənbəyi kimi tanınaraq inkişaf tempinə görə ən geridə qalmış respublika kimi səciyyələndirilirdisə, Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə həyata keçirilən işlərin fonunda respublikamız bütün sahələrdə mütəmadi inkişaf göstəriciləri ilə diqqətdə oldu”.

Ulu Öndər Heydər Əliyev hələ hakimiyyətinin birinci dövründə Azərbaycanın müstəqil gələcəyini düşünərək zəruri olan bazanın formalaşdırılmasına məhz həmin illərdə başlamışdı. İqtisadi tərəqqinin təməlinin qoyulması, kadr hazırlığının yüksək səviyyədə təşkili, ən əsası dövlətin müstəqilliyinin qarantı olan gələcək milli ordunun inkişafına xidmət edəcək mühüm addım kimi qiymətləndirilən Cəmşid Naxçıvanski adına hərbi liseyin yaradılması və s. kimi biri-birindən əhəmiyyətli addımlar müstəqillik dövründə inkişafımızın əsası oldu. Böyük dövlət xadimi, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, Ümummilli Lider Heydər Əliyevin xalqımız qarşısındakı ən böyük xidmətlərindən biri Azərbaycan dövlətçiliyinin xilası və bunun sayəsində ölkənin siyasi tarixində yeni bir mərhələnin açılmasıdır. Ötən əsrin 90-cı illərində dövlət müstəqilliyini bərpa edən Azərbaycan Ermənistanın təcavüzü, xarici təzyiqlər və daxili çəkişmələr üzündən dünyanın siyasi xəritəsindən silinmək və dövlətçiliyini itirmək təhlükəsi ilə qarşılaşmışdı. Taleyimizin həll olunduğu ağır bir zamanda xalqın təkidli tələbinə səs verərək yenidən hakimiyyətə qayıdan Ulu Öndər Heydər Əliyev doğma Vətənin xilası naminə misilsiz fədakarlıq nümayiş etdirmiş, ölkəmizi ictimai-siyasi pərakəndəliyin və anarxiyanın məngənəsindən qurtarmış, bütün sahələrdə müşahidə olunan dərin tənəzzülün qarşısını almış, yenidən qurduğu və hər cür qəsdlərdən qoruduğu dövlətin dayanıqlı inkişaf yolunu müəyyən etmişdir. Onun ölkəmizə rəhbərlik etdiyi 1993-2003-cü illər Azərbaycanın dirçəliş, tərəqqi, müstəqilliyini əbədi və dönməz etdiyi dövrdür. Onu da qeyd edək ki, Ümummilli Liderin fəaliyyətinin Naxçıvan mərhələsində də Azərbaycanın bu günü üçün mühüm addımlar atılmışdır. Belə ki, Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli Dövlət Bayrağı Ümummilli Liderin rəhbərliyi ilə 1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sessiyasında Naxçıvan Muxtar Respublikasının Dövlət Bayrağı olaraq təsdiq edilməsidir. Naxçıvan Muxtar Respublikasının Ali Məclisi Azərbaycan SSR Ali Soveti qarşısında üçrəngli bayrağın Azərbaycanın rəsmi dövlət rəmzi kimi tanınması haqqında vəsatət qaldırmışdır.

Ulu Öndərin hakimiyyətinin hər iki dövründə hər kəsin Vətən üçün çalışmasına çağırış xüsusi yer tutub. Ulu Öndərin “Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən Azərbaycanlıyam!” müdrik kəlamı dünya azərbaycanlılarının şüarı olmaqla, soydaşlarımızın həmrəyliyinin təməl daşına çevrilmişdir. Müstəqil Azərbaycana rəhbərlik etdiyi illər ərzində Ümummilli Lider tərəfindən aparılan ardıcıl və məqsədyönlü siyasət nəticəsində Azərbaycan diasporu təşkilatlanmış, inkişaf etmiş və öz tarixi Vətəni ilə sıx bağlılığını nümayiş etdirmişdir. Bu gün dünyanın müxtəlif guşələrində yaşayan azərbaycanlıların müstəqil Azərbaycanı milli ruhun, milli-mənəvi dəyərlərin, milli mədəniyyətin məbədi kimi qəbul etmələri və azərbaycançılıq ideyası ətrafında birləşmələri Ulu Öndər Heydər Əliyevin titanik fəaliyyətinin nəticəsidir. Ulu Öndərin XX əsrdə totalitarizmin Azərbaycana qarşı törətdiyi faciələrin davamı kimi qanlı 20 Yanvarı xalqımız əleyhinə hərbi, siyasi və mənəvi təcavüz kimi qiymətləndirməsi onun ömür boyu sadiq qaldığı siyasi məfkurəsinin və yüksək vətənpərvərliyinin yeni siyasi şəraitdə təcəssümü idi. Onu da qeyd edək ki, milli həmrəyliyin uğurlu gələcəyini təmin etmiş tarixi qərar Ümummilli Lider Heydər Əliyevin Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri olduğu dövrdə qəbul olunub. Belə ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin 1991-ci il dekabrın 16-da Ulu Öndər Heydər Əliyevin sədrliyi ilə keçən iclasında 31 dekabrın Dünya Azərbaycanlılarının Həmrəyliyi bayramı kimi qeyd olunması barədə qərar qəbul edilib. Ali Məclis bununla bağlı qanunvericilik aktının qəbul olunması üçün ölkə parlamentinə - Azərbaycan Respublikasının Ali Sovetinə müraciət edib. Ali Sovetin Milli Şurası müraciəti nəzərə alaraq, dekabrın 31-nin Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü elan olunması barədə qanun qəbul edib və həmin vaxtdan etibarən bütün azərbaycanlılar rəsmən bu günü bayram kimi qeyd edir.

Ölkəmizin gərgin və böhranlı vəziyyətində xalq ümidini dahi siyasətçi, böyük dövlət xadimi Heydər Əliyevə bağlamış, 1992-ci ilin oktyabrında bir qrup Azərbaycan ziyalısı Ona müraciət edərək Yeni Azərbaycan Partiyasının yaradılmasını təklif etdi. Tarixə “91-lər”in müraciəti kimi daxil olan “Azərbaycan Sizin sözünüzü gözləyir” çağırışı ölkəmizin həyatında böyük dönüş nöqtəsi oldu. Yeni Azərbaycan Partiyasının yaranması və inkişafı Ulu Öndərin adı ilə bağlıdır. Dahi şəxsiyyətin dünənin, bu günün və gələcəyin partiyası kimi dəyərləndirdiyi Yeni Azərbaycan Partiyası xalqın partiyası olaraq ona göstərilən etimadı yüksək səviyyədə doğruldur. Dövlət başçısı, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyev bu gün belə bir əminliyi ifadə edir ki, YAP bundan sonra da ölkəmizdə gedən bütün proseslərin mərkəzində olacaq. YAP ənənələri olan partiyadır. YAP nəinki ölkənin, hətta regionun aparıcı siyasi təşkilatıdır. Bu gün Yeni Azərbaycan Partiyası “Biz birlikdə güclüyük!” devizi ilə yeni-yeni hədəflərə doğru inamla addımlayır.

Ulu Öndər Heydər Əliyevin 2003-cü ildə xalqa tarixi müraciəti Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsinə gedən yolu yaxınlaşdırdı. Son 20 ildə Ulu Öndər Heydər Əliyevin siyasi kursunu bütün sahələrdə uğurla davam etdirən Prezident İlham Əliyev Azərbaycanı dünyaya qalib ölkə kimi təqdim etdi. Ata vəsiyyətini yerinə yetirdiyi üçün özünü xoşbəxt sayan dövlətimizin başçısı tarixi ədalətin bərpası istiqamətində davamlı addımlar ataraq 2020-ci ildə ərazi bütövlüyümüzü təmin etdi. Bundan üç il sonra 2023-cü il sentyabrın 19-da Silahlı Qüvvələrimizin həyata keçirdiyi lokal antiterror tədbirləri nəticəsində isə suverenliyimiz tam təmin edildi. Bu gün qalibiyyət rəmzi olan üçrəngli bayrağımız bütün azad edilmiş torpaqlarımızda, o cümlədən Xankəndidə, Xocalıda, Ağdərədə və Xocavənddə dalğalanır. 30 il davam edən işğal dövründə hər zaman qəbimizdə yaşayan “Azərbaycanın üçrəngli bayrağı Şuşada, Xankəndidə dalğalanacaq” amalımız artıq reallıqdır. Bu il noyabrın 8-də Zəfər Günündə Xankəndi şəhərində Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə keçirilən hərbi parad Qarabağ Zəfərimizin kuliminasiya nöqtəsi oldu. Bu gün Azərbaycan möhtəşəm uğurlara doğru inamla addımlayır. Qarabağımız, Şərqi Zəngəzurumuz dirçəlir, mərhələ-mərhələ sakinlərini qarşılayır. Bu uğurlarımızın fonunda böyük inamla qeyd edirik ki, Ümummilli Liderin ruhu şaddır. Azərbaycan bu gün onun görmək istədiyi Azərbaycanın modelini dünyaya təqdim edir. Güclü, qüdrətli, dahi şəxsiyyət Heydər Əliyevin şah əsəri olan və onun layiqli davamçısı Prezident İlham Əliyevin uğurla inkişaf etdirdiyi müasir müstəqil, qalib Azərbaycanın vətəndaşı olmaq böyük qürur və məsuliyyətdir.

Oxunub: 112
Paylaş:
Digər xəbərlər

Siyasət

14-06-2023, 11:17

Milli Məclisin Heydər Əliyevin 100 illiyinə həsr olunmuş xüsusi iclası başlayıb [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

Siyasət

30-05-2023, 12:25

Ulu Öndər Heydər Əliyevin xatirəsi Qubadlıda anıldı [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

---

26-05-2023, 10:53

Ulu Öndər Heydər Əliyevin xatirəsi Laçında anıldı [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

Cəmiyyət

12-05-2023, 15:27

Almaz Həşimova: Ulu Öndər Heydər Əliyevin Azərbaycan dövləti və xalqı qarşısındakı xidmətləri misilsizdir [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

Cəmiyyət

12-05-2023, 14:19

Mərdan Əliyev: Heydər Əliyevin həm sovetlər, həm də müstəqillik dövründə ölkəmiz üçün gördüyü misilsiz işlər [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

Araşdırma
Sabirabadda Təhsil "Mafiyası": Direktor Murad Dəmirovun Qanunsuzluqlarına Kim "Yaşıl İşıq" Yandırır? -FOTOFAKT
Saleh Məmmədov 1 milyard mənimsəyib? - Zəngi açsa da, suallardan yayındı
“Kontakt Home” köhnə məhsullar satır – “Şeş-Qoşa” layihəsi ifşa edildi – FOTO
Mətanət Əfəndiyeva Tibbi Bərpa İnstitutundan çıxarılsa da, heç də az iz qoymayıb
Keşlədə kollektor üzərində tikilən evə Rafiq Quliyev "icazə" verib? - Yüzlərlə evə ziyan vuran günahkar kimdir?
Ziya Məmmədovun qalmaqallı qohumuna yüksək vəzifə VERİLDİ
Hadisə
31-03-2026, 16:36
Qadın sürücü “Range Rover”i aşırdı; xəsarət alanlar var
31-03-2026, 15:24
26 yaşlı oğlan ahıl qadına təcavüz edib? - Cinayət işi açıldı
9-03-2026, 15:14
Milli Onkologiya Mərkəzi yox... RÜŞVƏT MƏRKƏZİ! - İTTİHAM VAR...
7-03-2026, 15:34
Komendant işlədiyi binadan yıxılıb öldü
4-03-2026, 15:48
Hoteldə anasını öldürən yeniyetməyə hökm oxundu
21-02-2026, 16:14
Zabratda mağaza və evlərdən silsilə oğurluq edən şəxs saxlanılıb
Son xəbərlər
  • Bugün, 12:24
    Sabirabadda Təhsil "Mafiyası": Direktor Murad Dəmirovun Qanunsuzluqlarına Kim "Yaşıl İşıq" Yandırır? -FOTOFAKT
  • Bugün, 11:46
    Saleh Məmmədov 1 milyard mənimsəyib? - Zəngi açsa da, suallardan yayındı
  • Bugün, 11:03
    Rusiyada məktəbli sinif rəhbərini bıçaqladı
  • Dün, 19:11
    “Kontakt Home” köhnə məhsullar satır – “Şeş-Qoşa” layihəsi ifşa edildi – FOTO
  • Dün, 17:42
    Mətanət Əfəndiyeva Tibbi Bərpa İnstitutundan çıxarılsa da, heç də az iz qoymayıb
  • Dün, 17:09
    İçərişəhərdə yeraltı keçidlər “ticarət obyektinə” çevrilib – ictimai məkanlar kimlərin nəzarətindədir?
  • Dün, 16:27
    Keşlədə kollektor üzərində tikilən evə Rafiq Quliyev "icazə" verib? - Yüzlərlə evə ziyan vuran günahkar kimdir?
  • Dün, 15:45
    Təhsil adı altında qurulan sistem: Sumqayıt 23 nömrəli məktəbdə baş verənlər
  • Dün, 15:12
    Keçmiş deputatdan adı milyardlıq yeyintidə hallanan Saleh Məmmədova ATMACA... - "Vədədir…"
  • Dün, 14:49
    Ziya Məmmədovun qalmaqallı qohumuna yüksək vəzifə VERİLDİ
  • Dün, 13:11
    Qazax-Tovuz Regional Təhsil İdarəsi “UNİKAMP” MMC ilə NƏ İŞLƏR ÇEVİRİR?.. - İcazə verin, şübhələnək...
  • Dün, 12:33
    7 ton əlvan metal yoxa çıxıb: Rəşad Borçiyevin işi araşdırılır
  • Dün, 11:58
    Prezidentin Tbilisidə rəsmi qarşılanma mərasimi keçirilir
  • Dün, 11:26
    Zeynal Bayramlı tibb sahəsində hansı xidmətlərinə görə TƏBİB-də müşavir təyin edildi - İLGİNC FAKTLAR...
  • Dün, 10:40
    İlham Əliyev Gürcüstanda dövlət səfərindədir
  • Dün, 10:20
    Sabirabadda TƏHSİL ÖZBAŞINALIĞI...
  • Dün, 09:28
    Maxinasiya ustası registrator və podoloq rolunda - Klinikada çalışan Sevda Alibekovnanın tibbdən uzaq əməlləri
  • Dün, 09:08
    Mingəçevir Dövlət Universitetində milyonluq tender - Rektor Azər Eminov kiminlə razılıb?
  • 4-04-2026, 16:06
    İcbari Tibbi Sığorta dövlətə hansı zərbəni vurdu?
  • 4-04-2026, 15:28
    Baş nazir müşavirə keçirib, leysan yağışların vurduğu ziyanla bağlı tapşırıqlar verilib
  • 4-04-2026, 15:00
    Fuad Abdullayev qanunsuz Estetik əməliyyatları icra edir?
  • 4-04-2026, 14:17
    Sevindik Hətəmov Hacıqabulluları sevindirə bilmədi... VİDEO
  • 4-04-2026, 14:08
    Sabunçu Tibb Mərkəzi - Ümid yeri yoxsa, “Qəssabxana”? - Əlin cibində olsa şansın var...
  • 4-04-2026, 13:34
    Beynəlxalq Bank vətəndaşları intihar həddinə çatdırır - 10 ildən zonra zəng... VİDEO
  • 4-04-2026, 12:23
    Sumqayıt xəstəxanasında insident - Vətəndaşlarla işçilər arasında əlbəyaxa dava olub?
  • 4-04-2026, 11:45
    Masallını səhrlaşdıran məmurlar kimlərdir? - FOTOLAR
  • 4-04-2026, 10:47
    Nazir postunu istirsələr də şirkətləri hələ də qazanır - 13 min manatlıq sifariş
  • 4-04-2026, 10:26
    Bu gün Beynəlxalq Mina Xəbərdarlığı və Minatəmizləmə Fəaliyyətinə Yardım Günüdür
  • 4-04-2026, 09:55
    Azərbaycan Prezidentinin tapşırığı ilə İrana növbəti humanitar yardım yola salınır
  • 4-04-2026, 09:37
    İlham Əliyev: Azərbaycan və İran daim bir-birinin yanında olmağa davam edəcək
  • 3-04-2026, 18:45
    ADY-də kadr xaosu davam edir - Yeni təyinatlar belə effekt vermir
  • 3-04-2026, 18:18
    Nizami başsız qalıb: Ağacları kəsən kəsənədir... - NARAZILIQ VAR...
  • 3-04-2026, 17:42
    Keçmiş deputatın şirkəti vətəndaşa DO GƏLİR... - VİDEO
  • 3-04-2026, 17:07
    Prezident minatəmizləmədə fərqlənənləri təltif etdi - Siyahı
  • 3-04-2026, 12:40
    Novruz Məmmədov ADU-dakı işindən çıxdı - öz ərizəsi ilə...
Daha çox
  • Baş redaktor: Çingiz Məmmədov
  • Telefon: (+99450) 344 66 36
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Müsahibə
  • Araşdırma
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
Müəllif hüquqları qorunur. Gundelikxeber.org-nun məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə