• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video

Adil Əliyev: “Zəfər meydan”nından mühüm mesajlar [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

---

22-03-2024, 11:32

Adil Əliyev: “Zəfər meydan”nından mühüm mesajlar


Azərbaycan Respublikası Milli Məclisi Sədrinin müavini Adil Əliyev - Bu torpaqlarda başımız dik və əbədi yaşayacağıq!. Artıq dördüncü ildir ki, bayramları, əlamətdar günləri fərqli ovqatda, böyük ruh yüksəkliyi ilə qeyd edirik. 44 günlük İkinci Qarabağ müharibəsində tarixi Zəfərimiz 30 ildə hər bayram günlərində dilədiyimiz arzuları reallıqla əvəzlədi. 30 ildə xalqımız bu arzu, amal ilə yaşayırdı ki, torpaqlarımız işğaldan azad edilsin, soydaşlarımız doğma yurd-yuvalarına qayıtsın, bu torpaqlarda yeni həyat başlasın. Bu arzular artıq gerçəklikdir. Dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusu 44 gündə elə bir qəhrəmanlıq səhifəsi yazdı ki, həmin Zəfər bu gün harada yaşamasından asılı olmayaraq bütün dünya azərbaycanlılarını qürurlandırır. Müzəffər Ali Baş Komandan İlham Əliyevin martın 18-də Xankəndi şəhərində Novruz tonqalını alovlandırdıqdan sonra Azərbaycan xalqına bayram təbrikində qeyd etdiyi kimi, bu gün biz azad edilmiş Qarabağda başımızı dik tutaraq yaşayırıq. Bu il Xankəndiyə və digər şəhərlərə, o cümlədən Xocalıya, Şuşaya, Cəbrayıla, Kəlbəcərə keçmiş köçkünlər qayıdacaq və bu torpaqlarda həyat qaynayacaq.

Hər bir bayram tədbiri bir hesabat xarakteri daşıyır. Prezident İlham Əliyevin çıxışı 30 illik işğal, 44 günlük İkinci Qarabağ müharibəsi və postmünaqişə dövrünün reallıqları barədə aydın təsəvvür yaradır. Tarixi Zəfərimizə gedən yol məlumdur. Azərbaycan işğalın davam etdiyi illərdə münaqişənin sülh yolu ilə həllinə səy göstərdi. Ermənistan isə əksinə qeyri-konstruktiv mövqeyi ilə məsələnin həlli prosesinin 30 il uzanmasına səbəb oldu. Düşmən danışıqlara imitasiya naminə qatılaraq vaxt qazanmağa çalışdı. Azərbaycan bu illər ərzində hər bir sahədə inkişaf etdi, zəngin təcrübəsi ilə diqqətdə oldu. Dövlət başçısı İlham Əliyevin bayram təbrikində qeyd olunduğu kimi, Azərbaycan xalqı iyirmi il ərzində torpaqların azad olunmasına hazırlaşdı. Bir çox istiqamətlər üzrə planlı şəkildə işlər getdi. Siyasi müstəvidə dünyada Azərbaycanın mövqeləri möhkəmləndi, dostlarımızın sayı böyük dərəcədə artdı. Beynəlxalq təşkilatlar bizim təşəbbüsümüzlə münaqişə ilə bağlı mövqeyimizi dəstəkləyən və beynəlxalq hüquqa əsaslanan qərar və qətnamələr qəbul etdi, münaqişənin həlli üçün hüquqi, siyasi zəmin yaradıldı. Ölkəmiz iqtisadi inkişafa nail oldu. İqtisadi müstəqilliyimizin təmin edilməsi ölkəmizin siyasi mövqeyinin möhkəmləndirilməsini şərtləndirdi. Güclü iqtisadiyyat imkan verdi ki, siyasi müstəvidə öz siyasətimizi müstəqil şəkildə aparaq. Bu gün Azərbaycan dünya miqyasında nadir ölkələrdəndir ki, onun siyasəti tamamilə müstəqildir, ancaq və ancaq Azərbaycan xalqının maraqlarına, iradəsinə əsaslanır.

Azərbaycan Silahlı Qüvvələrinin maddi-texniki bazası möhkəmləndi, beynəlxalq standartlara uyğun şəkildə formalaşdı. Azərbaycan Ordusu dünyanın ən güclü 50 ordusu sırasında qərarlaşdı. Ordumuz Qələbəyə hazırlandı. 44 günlük İkinci Qarabağ müharibəsində tarixi Zəfərimizə qədər Azərbaycan Ordusu hansı gücə, imkanlara malik olduğunu 2016-cı ilin aprel döyüşlərində, 2018-ci ilin Günnüt əməliyyatında nümayiş etdirdi. 44 günlük İkinci Qarabağ müharibəsində tarixi Zəfərimizi şərtləndirən əsas amillərdən biri də gənclərin torpaq, Vətən sevgisi oldu. Müzəffər Ali Baş Komandan İlham Əliyevin qeyd etdiyi kimi, elə bir gənc nəsil yetişdirildi ki, bu nəsil bizim xalqımız üçün əbədi qürur mənbəyi olacaq. Bu nəsl bütün dünyaya Azərbaycan xalqının böyüklüyünü nümayiş etdirdi. Gənclərimiz vətənpərvərlik ruhunda, milli ruhda yetişdirildi. Məhz gənc nəslin misilsiz qəhrəmanlığı sayəsində şəhidlərimizin, günahsız Xocalı qurbanlarının qanı döyüş meydanında alındı. Ərazi bütövlüyümüzü, suverenliyimizi, beynəlxalq hüququmuzu, milli ləyaqətimizi bərpa etdik.

Azərbaycan Silahlı Qüvvələri 44 günlük İkinci Qarabağ müharibəsində Ermənistana tarixdə unuda bilməyəcəyi dərsi versə də düşmən bundan nəticə çıxarmadı. Tarixi Zəfərimizdən ötən üç ilin reallıqlarına diqqət yetirsək görərik ki, işğalçı dövlət 10 noyabr 2020-ci il tarixli Üçtərəfli bəyanatdan irəli gələn öhdəlikləri yerinə yetirmədi, qanunsuz silahlı birləşmələri ərazilərimizdən çıxarmadı, hərbi təxribatları ilə diqqətdə oldu. Bu vəziyyət lokal antiterror tədbirlərinin həyata keçirilməsini qaçılmaz etdi. Müzəffər Ali Baş Komandan İlham Əliyevin qeyd etdiyi kimi, altı ay bundan əvvəl uğurla keçirilmiş antiterror əməliyyatı beynəlxalq hüququn, Azərbaycan xalqının əyilməz ruhunun təntənəsidir. Bir daha göstərdik ki, öz yolumuzdan dönməyəcəyik, Ermənistanın arxasında istənilən qüvvələr dursalar belə, biz öz istədiyimizə nail olacağıq və nail olmuşuq. Bir günlük antiterror tədbirləri nəticəsində ərazilərimiz separatçılardan təmizləndi, suverenliyimiz tam bərpa olundu. Dövlət başçısı İlham Əliyev Xankəndidə, Xocalıda, Ağdərədə, Xocavənddə Azərbaycan Bayrağını ucaltdı. Cari ilin mühüm hadisələrindən bəhs edərkən yeni dövrün başlanğıcı olan 7 fevral prezident sekiləri xüsusi qeyd edilir. Fevralın 7-də Prezident İlham Əliyevin ailə üzvləri ilə birlikdə Xankəndi şəhərində səs verməsi qürurverici hadisələrimiz sırasındadır.

Müzəffər Ali Baş Komandan İlham Əliyev Xankəndi şəhərinin əsas meydanında Novruz tonqalını alovlandırarkən bu meydanı “Zəfər meydanı” adlandırdı. Dövlət başçısı İlham Əliyevin bu meydanda Novruz tonqalını alovlandırması, Azərbaycan xalqını Xankəndidən təbrik etməsi Ermənistana və ona havadarlıq edən dövlətlərə növbəti mesaj oldu. Bir daha bütün dünyaya bəyan edildi ki, bu torpaqların əsil sahibi bizik. Prezident İlham Əliyev təbrikində bu mühüm məqama da diqqəti yönəltdi ki, bu ilin 26 fevral tarixində Xocalı şəhərində xocalılılarla birlikdə Xocalı Memorial Kompleksinin təməli qoyuldu. Xankəndidəki qanunsuz inşa edilmiş şeytan yuvası – dırnaqarası parlament binası və onun yanındakı terror təşkilatının binası həmin tarixdə sökülməyə başladı və yerlə-yeksan edildi. Separatçıların izi-tozu da qalmadı.

Prezident İlham Əliyev artıq dörd ildir Novruz tonqalını işğaldan azad edilmiş ərazilərimizdə alovlandırır. 2021-ci ildə bu sevinci Qarabağın tacı Şuşa, 2022-ci ildə Suqovuşan, ötən il Talış kəndi yaşadı. Müzəffər Ali Baş Komandan bu məkanlardan Ermənistana və ona havadarlıq edən dövlətlərə mesajlarını çatdırıb. Xankəndi şəhərindən Azərbaycan xalqına Novruz təbriki də mühüm çağırışlarla, mesajlarla zəngin oldu. Dövlət başçısı bəyan etdi: “Biz hamımız fəxr edirik ki, biz özümüz ədaləti bərpa etdik, torpaqlarımızı işğalçılardan azad etdik, öz gücümüzü göstərdik və bundan sonra hər kəs bizimlə hesablaşmalıdır, əks təqdirdə, özü peşman olacaq.”

Oxunub: 112
Paylaş:
Digər xəbərlər

---

19-03-2024, 12:06

Aydın Mirzəzadə: Xankəndində qalanan Novruz tonqalı tarixi ədalətin bərpasının təsdiqidir [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

Gündəm / Siyasət

18-03-2024, 14:02

Prezident İlham Əliyev Xankəndi şəhərində Novruz tonqalını alovlandırıb, Azərbaycan xalqını bayram münasibətilə təbrik edib - Yenilənib [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

---

17-03-2024, 13:30

Mailə İsmayılova: Azərbaycanın mədəniyyət paytaxtı Xankəndində qədim bayramımız olan Novruzun yenidən qeyd olunması böyük xoşbəxtlikdir [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

---

31-01-2024, 14:52

Adil Əliyev: Zəfər imzalı qüdrətli Lider [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

---

3-09-2023, 12:19

Fuad Hacıyev: Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin yenilməzliyi, siyasi müdrikliyi, xalqın yumruq kimi bir olması müstəqil Azərbaycanın şanlı Qələbəyə böyük Zəfərə gedən yola işıqlandırdı [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

Araşdırma
Əhalinin Siyahıyaalınmasına Yardım üzrə Mərkəzi Komissiya yaradılacaq
Maliyyə Nazirliyi iyulda 4 depozit hərracı keçirib
Məleykə Abbaszadə: Keçid ballarının artacağı gözlənilir
Finlandiya İspaniya ilə bağlı Şengen sazişinin fəaliyyətini dayandırmağa çağırıb
Sabah 39 dərəcə isti olacaq
Azərbaycan avrokubokların II təsnifat mərhələsində ən yüksək reytinq əmsalı toplayan ölkələrdən olub
Hadisə
29-07-2026, 08:58
Salyanda 60 yaşlı kişi keçmiş kürəkənini tüfənglə qətlə yetirməkdə şübhəli bilinir
27-07-2026, 10:04
33 yaşlı kişi Qarabağ kanalında batıb
25-07-2026, 11:39
Türkiyədə sərnişin avtobusu avtomobillə toqquşub, 30 nəfər xəsarət alıb
6-07-2026, 10:32
Şərurda bir ailənin üç üzvünün öldüyü qəza ilə bağlı cinayət işi başlanılıb
4-07-2026, 15:52
21 yaşlı Fatimənin faciəsi: Əmisi oğlu iki həftə işgəncə verdi, sonra öldürdü
4-07-2026, 15:52
21 yaşlı Fatimənin faciəsi: Əmisi oğlu iki həftə işgəncə verdi, sonra öldürdü
Son xəbərlər
  • Dün, 18:08
    Çolpon-Ata Bəyannaməsi: Azərbaycan və Mərkəzi Asiya yeni strateji mərhələdə - ŞƏRH
  • Dün, 17:21
    Əhalinin Siyahıyaalınmasına Yardım üzrə Mərkəzi Komissiya yaradılacaq
  • Dün, 16:50
    Maliyyə Nazirliyi iyulda 4 depozit hərracı keçirib
  • Dün, 16:20
    Magistratura üzrə plan yerləri niyə boş qalıb?
  • Dün, 15:55
    Məleykə Abbaszadə: Keçid ballarının artacağı gözlənilir
  • Dün, 15:23
    İssık-Kul gölünün sahilində "Baku Resort & Spa" mehmanxanasının açılışı olub
  • Dün, 14:45
    Finlandiya İspaniya ilə bağlı Şengen sazişinin fəaliyyətini dayandırmağa çağırıb
  • Dün, 13:14
    Sabah 39 dərəcə isti olacaq
  • Dün, 12:48
    Ukrayna Volqoqrad NEZ, Taman limanı və Krımdakı aviasiya zavodunun vurulduğunu açıqlayıb
  • Dün, 11:52
    Azərbaycan avrokubokların II təsnifat mərhələsində ən yüksək reytinq əmsalı toplayan ölkələrdən olub
  • Dün, 11:20
    Bazar günü 1125 nəfər dövlət qulluğuna qəbul imtahanı verəcək
  • Dün, 10:53
    Qırğızıstan tezliklə Azərbaycanla neft məhsullarının tədarük həcmlərinin razılaşdırılacağını gözləyir
  • Dün, 10:11
    Sahibə Qafarova Cənubi Afrika Respublikasında səfərdədir
  • Dün, 09:49
    Azərbaycan və Qırğızıstan arasında müttəfiqlik münasibətləri haqqında Müqavilə imzalanıb
  • Dün, 09:31
    Dünya çempionatı: Azərbaycanın 5 sərbəst güləşçisi bu gün mübarizəyə qoşulacaq
  • 30-07-2026, 11:19
    Prezident Mərakeş Kralını təbrik etdi
  • 30-07-2026, 10:52
    Azərbaycan neftinin qiyməti 7 dollara yaxın artıb
  • 30-07-2026, 10:08
    Hindistanda daşqınlar səbəbindən ölənlərin sayı 78-ə çatıb
  • 30-07-2026, 09:35
    CHP-li bələdiyyə sədri saxlanıldı
  • 30-07-2026, 09:09
    Avropa Liqası: "Qarabağ" "ÇSKA Sofiya" ilə cavab oyununa çıxır
  • 30-07-2026, 08:53
    Bakının bəzi ərazilərində işıq kəsiləcək
  • 29-07-2026, 18:27
    Magistratura imtahanının nəticələri elan olunub
  • 29-07-2026, 17:49
    Türkiyədə meşə yanğınlarına 5 təyyarə, 18 helikopter cəlb olunub, 202 nəfər təxliyə edilib
  • 29-07-2026, 17:26
    Makron hökumətinin dərin böhranı - siyasi iflas, iqtisadi kəsir və xarici siyasətdə uğursuzluq - ŞƏRH
  • 29-07-2026, 16:56
    İlham Əliyev Dünya Güləş Birliyinin prezidentini qəbul edib
  • 29-07-2026, 15:52
    Türkiyə-İraq münasibəti: dinc yanaşı yaşamağın, inkişafın göstəricisi - ŞƏRH
  • 29-07-2026, 15:21
    Bu ilin ilk 6 ayında Azərbaycandakı muzeylərə 3893 yeni eksponat daxil olub
  • 29-07-2026, 14:56
    Fransaya casusluqda ittiham olunan Martin Ryan barəsində hökm dəyişməyib
  • 29-07-2026, 13:09
    Sabah Azərbaycanda 39 dərəcə isti olacaq
  • 29-07-2026, 12:32
    Ukrayna Permdə neft emalı zavodunda yanğın olduğunu bəyan edib
  • 29-07-2026, 11:44
    Kamran Əliyev Laçında vətəndaşları qəbul edəcək
  • 29-07-2026, 11:25
    Azərbaycan-Pakistan əməkdaşlığı çərçivəsində ədliyyə sahəsi üzrə təlim keçirilib
  • 29-07-2026, 10:26
    Magistraturaya qəbulun nəticələri sabaha qədər elan oluna bilər
  • 29-07-2026, 09:54
    Azərbaycan nefti 4 dollardan çox ucuzlaşıb
  • 29-07-2026, 09:19
    Yasamal və Nərimanov rayonlarının bir hissəsində işıq olmayacaq
Daha çox
  • Baş redaktor: Çingiz Məmmədov
  • Telefon: (+99450) 344 66 36
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Müsahibə
  • Araşdırma
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
Müəllif hüquqları qorunur. Gundelikxeber.org-nun məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə