• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video

Cəsarət Qasımov: Vətəni, xalqı qarşısında misilsiz xidmətlər [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

---

8-04-2024, 12:33

Cəsarət Qasımov: Vətəni, xalqı qarşısında misilsiz xidmətlər


Beyləqan rayon 1 saylı notariat ofisinin xüsusi notariusu Cəsarət Qasımov - Hörmətli həmyerlilərim!
Mübarək Ramazan bayramı münasibətilə sizi ürəkdən təbrik edir, hamınıza səmimi arzu və diləklərimi yetirirəm.
Ən ülvi hissləri və nəcib niyyətləri özündə təcəssüm etdirən, yardımsevərlik və paylaşmaq kimi yüksək əxlaqi dəyərlər aşılayan Ramazan ayı artıq başa çatır. Müqəddəs kitabımız Qurani-Kərimin nazil olduğu bu mübarək ayda hər bir müsəlman Allah qarşısında vicdani borc və vəzifələrini ləyaqətlə yerinə yetirmək fürsəti qazanaraq xeyirxah əməllərin, şəfqət və mərhəmət duyğularının sevincini yaşayır.

Xalqımızın birliyini daha da gücləndirən, mənəvi-əxlaqi zənginliyin təntənəsinə çevrilən mübarək Ramazan günlərində ölkəmizin firavanlığı və tərəqqisi naminə etdiyiniz dualara qatılır, Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canından keçmiş qəhrəman Vətən övladlarının ölməz xatirəsini ehtiramla yad edirəm. Əminəm ki, qədirbilən xalqımız onların müqəddəs adını həmişə uca tutacaq, şəhid ailələrinə, qazilərimizə diqqət və qayğısını heç vaxt əsirgəməyəcəkdir.

Ölkəmizdə vicdan və etiqad azadlığının, dövlət-din münasibətlərinin mütərəqqi tarixi ənənəyə və beynəlxalq hüquq normalarına uyğun təmin edilməsi, milli dəyərlərimizin təbliği və təşviqi dövlətimizin siyasətinin əsas prioritetlərindəndir.

Ulu Öndərimiz Heydər Əliyevin Azərbaycanda hakimiyyətə qayıdışından sonra xalqımızın milli adətləri və dini ənənələri tezliklə bərpa edildi və dini bayramlarımız dövlət səviyyəsində qeyd olunmağa başladı. Bu gün Prezident İlham Əliyev tərəfindən bu siyasət uğurla davam etdirilir, mənəvi və dini dəyərlərimizə böyük ehtiram və sayğı ilə yanaşılır.

Artıq dördüncü ildir ki, xalqımız Ramazan Bayramını Müzəffər Ali Baş Komandanımız cənab İlham Əliyevin rəhbərliyilə Vətən Müharibəsində əldə etdiyimiz böyük zəfərdən irəli gələn qalibiyyət ovqatı və işğaldan olunmuş torpaqlarımızda əzmlə aparılan bərpa və quruculuq işlərindən doğan qürur hissi ilə qeyd edir.

Müqəddəs Qurani-Kərimin nazil olduğu və on bir ayın sultanı sayılan mübarək Ramazan ayı Ulu Tanrının mərhəmət və lütfünün ən yüksək dərəcədə təzahür etdiyi saflıq, xeyirxahlıq və ruzi-bərəkət ayıdır. Ən ülvi hissləri və nəcib niyyətləri özündə təcəssüm etdirən, xalqımızın mənəvi zənginliyini və birliyini daha da gücləndirən mübarək Ramazan günlərində ölkəmizin firavanlığı və tərəqqisi naminə dualar oxunur, Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canından keçmiş qəhrəman Vətən övladlarının ölməz xatirəsi dərin ehtiramla yad edilir və igid qazilərimizə şəfalar dilənir. Qədirbilən xalqımız şəhidlərimizin müqəddəs adını həmişə uca tutur, şəhid ailələrinə və müharibə əlillərinə diqqətini və qayğısını heç vaxt əsirgəmir.

Bir daha sizə və dünyanın müxtəlif guşələrində yaşayan bütün soydaşlarımıza bayram təbriklərimi yetirir, ailələrinizə xoşbəxtlik, süfrələrinizə bol ruzi və xeyir-bərəkət arzulayıram.
ALLAH tutduğunuz orucu, dua və niyyətlərinizi qəbul etsin!
Ramazan bayramınız mübarək olsun!

Ömrü boyu xalqın, millətin sağlamlıq qayğıları ilə yaşayan insan

Bu nəcib insan müasir tibb tarixinə dərin iz qoymuş, daim insanları qaranlıqdan işığa daşıyaraq gözlərə nur vermiş, mənalı və şərəfli həyat yolu keçmiş Zərifə xanım Əliyevadır. Dünya şöhrətli oftalmoloq, akademik Zərifə xanım Əliyevanın taleyinə yazılmış ömür payı, tərcümeyi-halı çox sadə, başqalarından fərqlənməsə də, neçə-neçə insanın dünyaya nurlu baxışında yaşayan əməllərinin dəyəri ölçüyəgəlməz dərəcədə qiymətlidir.

Zərifə xanımın xarakterində və fəaliyyətində doğma xalqına bağlılıq və təəssübkeşlik hələ gənc yaşlarından özünü göstərirdi. 1923-cü ilin baharında dünyaya göz açan Zərifə xanım Əliyeva erkən yaşlarından tibb sahəsinə könül verərək 1942-ci ildə Azərbaycan Dövlət Tibb İns­titutunun Müalicə-profilaktika fakültəsinə daxil olub və ağ xalatın işığına tapınaraq tibb sahəsində yüksək uğurlara imza atıb.

Zərifə xanım 1954-cü ildə unudulmaz dahi şəxsiyyət Heydər Əliyevlə xoşbəxt bir ailənin təməlini qoyub və onlar birlikdə əsl ailə etalonu yaratmağa nail olublar. Zərifə xanımın həyat yolu, elmi axtarışları, səhiyyənin oftalmologiya sahəsinə gətirdiyi yeniliklər bu gün də nümunə göstərilə biləcək qədər dəyərli, zəngin olub. Seçdiyi peşəsini humanizm ilə təcrübənin vəhdətində təkmilləşdirən, xəstələrinə ana, bacı kimi qayğı göstərən, ən başlıcası isə qadın şəfqəti, ana nəvazişi ilə yanaşan Zərifə xanım Böyük Vətən müharibəsinə təsadüf edən tələbəlik illərində belə Bakıdakı hərbi hospitallarda müalicə olunan xəstələrə, yaralılara yardım göstərmişdir. Zərifə xanım təkcə savadı ilə deyil, mərhəməti, nəvazişi ilə də xəstələrə həyat, yaşam uğrunda mübarizədə yardımçı olub.

Zərifə xanım Əliyeva Azərbaycan Milli Elmlər Akademiyasının akademiki, tibb elmləri doktoru, professor, onlarla elmi monoqrafiyanın müəllifi, bir zamanlar kütləvi yayılan qlaukomanın etimologiyası, tibbi deontologiya, iridodiadiaqnostika məsələləri üzrə həkim kimi özünü təsdiqləmişdir.

Zərifə xanımın keçmiş SSRİ miqyasında, Azərbaycanda M.İ.Averbax adına Beynəlxalq Mükafata layiq görülən ilk qadın oftalmoloq olmuşdur. Azərbaycanın tibb tarixində özünəməxsus yeri olan təcrübəli həkim Əziz Əliyevin ailəsində dünyaya gələn Zərifə xanım Tanrının Azərbaycan xalqına bəxş etdiyi nurlu əllər sahibi olmasını qısa, şərəfli ömür yolu ilə təsdiqləmişdir. Elm aləminə dəyərli yeniliklər gətirməklə intellektual səviyyəsi, biliyi, fitri istedadı, cəmiyyətdəki mövqeyi, çalışdığı kollektivdəki səmimiyyəti ilə də fərqlənən Zərifə xanımın barədə ömür-gün yoldaşı Ulu Öndər Heydər Əliyevin demişdir: “Azərbaycan xanımının mənəvi dəyərlərini özündə təcəssüm etdirən Zərifə xanım bir qadın, bir həyat yoldaşı, bir ana, bir həkim, bir alim, bir ictimai xadim olaraq elə sağlığında əfsanəviləşməyi bacarıb və daşıdığı bu titulları mərhəmət, şəfqət, humanizm kimi ali hisslərlə bütövləşdirərək əsl insanlıq zirvəsinə yüksəlib.”

Zərifə xanımın elmi əsərləri və kitabları onun tibb elminə verdiyi san­ballı töhfələrdir. Fərəhli haldır ki, dünya miqyasında iridodiaqnostikaya dair ilk kitabları məhz akademik Zərifə Əliyeva yazmışdır.

Bütün bu elmi-pedaqoji və tibbi uğurları ilə yanaşı, Zərifə xanım zərif, həssas qadın, meh­riban ömür-gün yoldaşı, qayğı­keş ana kimi də qürurla anılır. Bu gün Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrimizin müzəffər Ali Baş Komandanı olaraq dünyada şöhrət qa­zanmış İlham Əliyev həyat və fəaliyyətindəki möhtəşəm uğurla­rına görə özünü ilk növbədə, atası Heydər Əliyevin və anası Zərifə xanım Əliyevanın ruhuna borclu sayır.

Ana kimi övladlarını Vətənə məhəbbət ruhunda böyütmüş, Azərbaycan xalqını dünyada tanıdan, adı məşhur liderlərlə qoşa çəkilən Prezident İlham Əliyev kimi lideri xalqımıza bəxş edən Zərifə xanım ən səmimi sözlərə, hörmətə layiq Azərbaycan qadını kimi ölkəmizdən kənarlarda belə ad-san qazanıb. Zərifə xanım davranışı, səmimiyyəti, qayğıkeşliyi və dəyanəti ilə Şərq qadınlarına məxsus keyfiyyətləri ilə daim məsul vəzifələrdə çalışan Ulu Öndər Heydər Əliyevə layiq, onunla çiyin-çiyinə addımlayan ömür-gün yoldaşı olduğunu sədaqətilə bildirib. Bu sözün əsil mənasında bir ana, həyat yoldaşı kimi Zərifə xanıma verilən dəyərdir.

Vətəni, xalqı qarşısında misilsiz xidmətlərinə görədir ki, bu gün Zərifə xanım Əliyevanın əziz xatirəsi ölkəmizin hər yerində və ölkə hüdudlarından kənarda hər bir azərbaycanlının yüksək ehtiramı və dərin hörmət hissi ilə yad olunur.

Zərifə xanımı tanıyanların, onun haqqında xatirələrini söyləyənlərin ilk sözü bu olur: Zərifə xanım gözəllik, mərhəmət ilahəsi idi.

Akademik Zərifə xanım Əliyeva onu tanıyanlar və qədirbilən xalqımız tərəfindən daim hörmət və ehtiramla anılacaq.

Oxunub: 123
Paylaş:
Digər xəbərlər

---

8-04-2024, 11:29

İcra başçısı ərazidə Sabirabad sakinlərinin müraciət və şikayətlərini qəbul etdi [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

---

8-04-2024, 11:41

Xalqımızın birliyini daha da gücləndirən, mənəvi-əxlaqi zənginliyin təntənəsinə çevrilən mübarək Ramazan Bayramı [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

---

8-04-2024, 09:51

Qara Abdullayev: Xalqımız taleyinin ən çətin dönəmlərində belə öz tarixi köklərini, milli-mədəni dəyərlərini, adət-ənənələrini qoruyub saxlayıb [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

Gündəm / Siyasət

9-04-2024, 09:00

İlham Əliyev Ramazan bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

---

7-04-2024, 12:36

Əminə Əliyeva: Ölkəmizdə milli və dini dəyərlərə yüksək ehtiram göstərilir [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

Araşdırma
Şeyx Vatikana gedir
Dövlət qurumlarında rəqəmsallaşma səviyyəsi üzrə illik diaqnostika aparılacaq
"Hər an böyük faciə baş verə bilər” - Bakıda 10 ailənin həyatı təhlükədədir
Keşlədə tikinti materialları və avtomobil yandı - Video
Xaçmazda daha bir müəllim vəfat etdi - Foto
Gələn il pensiya kapitalı nə qədər artırılacaq?
Hadisə
16-10-2025, 10:11
Avtomobilin vurduğu piyada 2 gün sonra öldü
6-10-2025, 12:01
Azərbaycana qripə qarşı vaksinlər gətirildi
3-10-2025, 01:06
Paytaxtın bu ərazilərində qaz olmayacaq
2-10-2025, 15:48
29 yaşlı oğlan kafedə öldürüldü
2-10-2025, 14:32
Hamamda yıxılan qadın öldü
27-09-2025, 15:27
“Torqoviy” da klubda 16 yaşlı qız sevgilisini biça*ladı
Son xəbərlər
  • Bugün, 11:53
    Saleh Səmədovun rəis oğlu da vəzifəsindən azad edildi
  • Bugün, 11:37
    Şeyx Vatikana gedir
  • Bugün, 11:35
    Dövlət qurumlarında rəqəmsallaşma səviyyəsi üzrə illik diaqnostika aparılacaq
  • Bugün, 11:32
    "Hər an böyük faciə baş verə bilər” - Bakıda 10 ailənin həyatı təhlükədədir
  • Bugün, 11:29
    Keşlədə tikinti materialları və avtomobil yandı - Video
  • Bugün, 11:26
    II Yelizavetaya məxsus avtomobil hərraca çıxarıldı
  • Bugün, 11:23
    Xaçmazda daha bir müəllim vəfat etdi - Foto
  • Bugün, 11:21
    Gələn il pensiya kapitalı nə qədər artırılacaq?
  • Bugün, 11:18
    Moskvaya kütləvi dron hücumu olub
  • Bugün, 11:16
    "Bu qərar İlham Əliyevin bəyanatına cavab olaraq verilib” - Paşinyan
  • Bugün, 11:12
    Bərdənin Qarayusifli kəndinin raket atəşinə tutulmasından beş il keçir
  • Bugün, 11:01
    Argentinada aralıq parlament seçkisində hakim partiya liderlik edir
  • Bugün, 10:45
    Mixail Şvıdkoy: "Rusiya və Azərbaycanı əsrlik tarix birləşdirir"
  • Bugün, 10:42
    İki türk dövlətinin əməkdaşlığı regional gücə çevrilir: Qazaxıstan və Azərbaycan birliyi - "Kaspi"nin ŞƏRHİ
  • Dün, 12:35
    "Azpulmat"-borc bataqlığı
  • 25-10-2025, 17:27
    “Sputnik Azərbaycan”ın böyük redaktoru Rusiyaya getdi
  • 25-10-2025, 17:25
    Küləkli hava ilə bağlı - Xəbərdarlıq
  • 25-10-2025, 14:07
    Sosial ev almaq istəyənlərin 90 mindən çox pulunu ələ keçirdi
  • 25-10-2025, 13:36
    Şahnaz Haşımovanın vəziyyəti açıqlandı
  • 25-10-2025, 13:34
    Rəsmi Bakıdan Qazaxıstana təbrik
  • 25-10-2025, 13:32
    Əliyev Tokayevi təbrik etdi
  • 25-10-2025, 13:30
    Oktyabrın bütün sosial ödənişləri yekunlaşdı
  • 25-10-2025, 13:28
    “İnter” argentinalı futbolçu ilə danışıqlar aparır
  • 24-10-2025, 18:55
    “Oradakı vəziyyəti gördüm, halım xarab oldu”
  • 24-10-2025, 18:53
    Nazir Tərtərdə vətəndaşları qəbul etdi - Fotolar
  • 24-10-2025, 13:30
    Ruslar Putinə nə qədər etibar edir? - Sorğu
  • 24-10-2025, 13:28
    Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin hakimi vəzifəsindən azad olundu
  • 24-10-2025, 13:26
    Şarl Mişel: "Azərbaycan və Ermənistan liderlərində "sülh həmişə daha düzgün yanaşmadır" fikrinin formalaşdığını hiss edirdim"
  • 24-10-2025, 13:23
    Azərbaycan Türk Dövlətləri Startap və İnnovasiya Əməkdaşlıq Platformasının yaradılmasını təklif edib
  • 24-10-2025, 13:06
    İlham Əliyev dövlət agentliyinə iki milyon manat ayırdı
  • 24-10-2025, 13:02
    Bu müəllimlərə əlavə 2000 manat veriləcək
  • 24-10-2025, 13:00
    Gələn il “veteran pulu” artırılacaq? - AÇIQLAMA
  • 24-10-2025, 12:58
    Bir gecədə qiyməti dəyişən maşınlar...
  • 24-10-2025, 12:56
    Sumqayıt, Xırdalan və Masazırdan Bakıya gələnlərə ŞAD XƏBƏR
  • 24-10-2025, 10:10
    Azeri Light” bu gün neçəyə satılır?
Daha çox
  • Baş redaktor: Çingiz Məmmədov
  • Telefon: (+99450) 344 66 36
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Müsahibə
  • Araşdırma
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
Müəllif hüquqları qorunur. Gundelikxeber.org-nun məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə