• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video

Kamaləddin Qafarov: “Azərbaycan regionda əsas söz sahibidir ” [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

---

24-06-2023, 09:56

Kamaləddin Qafarov: “Azərbaycan regionda əsas söz sahibidir ”


“2021-ci il dekabrın 21-də Azərbaycanda ilk komando hərbi hissəsi azad edilmiş Hadrutda yaradıldı. Bundan cəmi 6 ay sonra Kəlbəcərdə yeni yaradılmış Komando Qüvvələrinin hərbi hissəsinin açılış mərasimi keçirildi. Bu gün Azərbaycanda ordu quruculuğu prosesi sürətlə gedir və Komando Qüvvələri bütün digər silahlı birləşmələrlə bərabər ölkə qarşısında duran bütün vəzifələri yerinə yetirmək, ərazi bütövlüyünü müdafiə etmək və sərhədlərimizi qorumaq üçün bütün imkanlara malikdir. Cari il iyunun 23-də, Silahlı Qüvvələr Günü ərəfəsində növbəti komando hərbi hissəsinin açılışı oldu. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev hərbi hissəyə Döyüş bayrağını təqdim etdi. Mərasimdə çıxış edən dövlət başçısının dediyi kimi, Azərbaycan öz döyüş qabiliyyətini əhəmiyyətli dərəcədə artırır və bundan sonra da artıracaq. Ordunun daha da gücləndirilməsi dövlətimizin bir nömrəli vəzifəsi kimi xüsusi diqqət mərkəzində saxlanır.”

Bunu mətbuata açıqlamasında Milli Məclisin deputatı Kamaləddin Qafarov deyib.

Deputat ölkəmizdə ordu quruculuğu istiqamətində görülən kompleks tədbirlərdən bəhs edərək bildirib: “Ali Baş Komandan İlham Əliyevin birbaşa nəzarəti altında bu gün ölkəmizin Silahlı Qüvvələrinin modernləşdirilməsi və ən müasir silahlarla təchizatı məqsədilə kompleks tədbirlər həyata keçirilir. Bu məqsədlə Vətən müharibəsindən sonra yeni silahların alınması prosesi davam edir və dövlət başçımızın dediyi kimi, artıq bir çox kontraktlar imzalanmışdır. Bu kontraktlarda yeni pilotsuz uçuş aparatlarının, böyük dağıdıcı qüvvəyə və yüksək dəqiqliyə malik uzaqmənzilli raketlərin ölkəmizə gətirilməsi nəzərdə tutulub. Müdafiə Nazirliyi strukturunun təkmilləşdirilməsi prosesi bu gün yüksək effektivliklə davam edir. Hərbi təhsillə bağlı qəbul edilmiş qərarlar, yaxın gələcəkdə öz bəhrəsini verəcək. Yeni döyüş birləşmələrinin yaradılması, o cümlədən Komando Qüvvələrinin yaradılması ordumuzun döyüş qabiliyyətinin artırılması üçün önəmli amillərdən biridir. Biz bu gün Azərbaycanın Silahlı Qüvvələri vahid proqram əsasında inkişaf etdiririk və bu, yaxın gələcəkdə Ordumuzun yeni, daha yüksək səviyyəyə qalxmasını təmin edəcək. Prezident İlham Əliyev öz çıxışında bir daha vurğuladı ki, bu gün Azərbaycan Ordusu müharibə dövründə qəhrəmanlıq və peşəkarlıq göstərmiş Azərbaycan Ordusundan daha da güclüdür. Müharibə dövründə Müdafiə Nazirliyinin xüsusi təyinatlıları xüsusi qəhrəmanlıq və peşəkarlıq göstərmişlər. Müdafiə Nazirliyinin dəniz piyadalarının sayı bir neçə dəfə artırılıb və bu artım davam edir. Dövlət Sərhəd Xidməti, Daxili Qoşunlar, Dövlət Təhlükəsizliyi Xidməti, Xarici Kəşfiyyat Xidmətinin xüsusi təyinatlılarının sayı dəfələrlə artırılıb və bu böyük qüvvə ölkə ərazisini qorumağa və hər hansı bir təhdid yaranarsa, düşmənə sarsıdıcı zərbə endirməyə qadirdir və buna hər an hazırdır.”

K.Qafarov İkinci Qarabağ müharibəsindən sonra ölkəmizin hərbi Zəfərinin siyasi və diplomatik müstəvidə daha da möhkəmləndirildiyini vurğulayaraq deyib: “ Prezident İlham Əliyevin məharətli diplomatik gedişləri və uğurlu xarici siyasəti nəticəsində İkinci Qarabağ müharibəsindən sonra bölgədə gündəliyi müəyyən edən yenə də Azərbaycan oldu. Bu gün regionda gedən proseslər ümumilikdə ölkəmizin maraqlarına uyğun istiqamətdə cərəyan edir. Müharibədən sonrakı ilk aylarda Ermənistanın havadarları ölkəmizə yenə də köhnə tezisləri qəbul etdirməyə çalışırdılar. Lakin dövlət başçımızın siyasi iradəsi bunu qətiyyətlə rədd etdi və bu gün hər kəs görür ki, vaxtilə erməni işğalını əbədiləşdirmək üçün səylər göstərmiş Minsk qrupu da artıq gündəlikdə yoxdur. Bir vaxtlar Qarabağ erməniləri üçün hansısa xüsusi status tələb edən qüvvələr isə bu gün artıq tamamilə fərqli açıqlamalar verirlər. Bütün bunlar Azərbaycan Prezidentinin son iki il yarım ərzində apardığı siyasətin mühüm nəticələridir. Xüsusilə iki ay əvvəl Ermənistan-Azərbaycan sərhədinin Laçın istiqamətində sərhəd-buraxılış məntəqəsinin yaradılması dövlət başçımızın çox güclü siyasi iradəsinin göstəricisidir. Bu siyasi iradə son iki il yarım ərzində Prezident İlham Əliyevin atdığı hər bir addımın arxasında durur. Bu gün Azərbaycan regionda əsas söz sahibidir və dövlətimizin iradəsinə heç bir qüvvə təsir edə bilməz. Ali Baş Komandanımızın dediyi kimi, biz öz torpağımızda müharibə aparmışıq və bu gün də öz torpağımızda yaşayırıq və yaşayacağıq”.

Oxunub: 191
Paylaş:
Digər xəbərlər

---

21-06-2023, 15:09

Eltun Süleymanov: “Milli ordu quruculuğu strategiyasının əsasını ümummilli lider Heydər Əliyev qoymuşdur” [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

---

22-06-2023, 15:03

Səttar Möhbalıyev: “Döyüş meydanından qalib çıxan Azərbaycan Ordusunun gücü ötən dövr ərzində dəfələrlə artıb” [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

Gündəm / Siyasət

23-06-2023, 14:11

Prezident ölkə qarşısında dayanan prioritet məsələləri açıqlayıb [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

Gündəm / Siyasət

23-06-2023, 14:02

İlham Əliyev Müdafiə Nazirliyinin komando hərbi hissələrinin birində yaradılan şəraitlə tanış olub, hərbi hissəyə Döyüş bayrağını təqdim edib [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

Siyasət

16-06-2023, 15:19

Zakir Həsənovdan təxribatlarla bağlı tapşırıq [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

Araşdırma
Məleykə Abbaszadə: Keçid ballarının artacağı gözlənilir
Finlandiya İspaniya ilə bağlı Şengen sazişinin fəaliyyətini dayandırmağa çağırıb
Sabah 39 dərəcə isti olacaq
Azərbaycan avrokubokların II təsnifat mərhələsində ən yüksək reytinq əmsalı toplayan ölkələrdən olub
Bazar günü 1125 nəfər dövlət qulluğuna qəbul imtahanı verəcək
Sahibə Qafarova Cənubi Afrika Respublikasında səfərdədir
Hadisə
29-07-2026, 08:58
Salyanda 60 yaşlı kişi keçmiş kürəkənini tüfənglə qətlə yetirməkdə şübhəli bilinir
27-07-2026, 10:04
33 yaşlı kişi Qarabağ kanalında batıb
25-07-2026, 11:39
Türkiyədə sərnişin avtobusu avtomobillə toqquşub, 30 nəfər xəsarət alıb
6-07-2026, 10:32
Şərurda bir ailənin üç üzvünün öldüyü qəza ilə bağlı cinayət işi başlanılıb
4-07-2026, 15:52
21 yaşlı Fatimənin faciəsi: Əmisi oğlu iki həftə işgəncə verdi, sonra öldürdü
4-07-2026, 15:52
21 yaşlı Fatimənin faciəsi: Əmisi oğlu iki həftə işgəncə verdi, sonra öldürdü
Son xəbərlər
  • Bugün, 15:55
    Məleykə Abbaszadə: Keçid ballarının artacağı gözlənilir
  • Bugün, 15:23
    İssık-Kul gölünün sahilində "Baku Resort & Spa" mehmanxanasının açılışı olub
  • Bugün, 14:45
    Finlandiya İspaniya ilə bağlı Şengen sazişinin fəaliyyətini dayandırmağa çağırıb
  • Bugün, 13:14
    Sabah 39 dərəcə isti olacaq
  • Bugün, 12:48
    Ukrayna Volqoqrad NEZ, Taman limanı və Krımdakı aviasiya zavodunun vurulduğunu açıqlayıb
  • Bugün, 11:52
    Azərbaycan avrokubokların II təsnifat mərhələsində ən yüksək reytinq əmsalı toplayan ölkələrdən olub
  • Bugün, 11:20
    Bazar günü 1125 nəfər dövlət qulluğuna qəbul imtahanı verəcək
  • Bugün, 10:53
    Qırğızıstan tezliklə Azərbaycanla neft məhsullarının tədarük həcmlərinin razılaşdırılacağını gözləyir
  • Bugün, 10:11
    Sahibə Qafarova Cənubi Afrika Respublikasında səfərdədir
  • Bugün, 09:49
    Azərbaycan və Qırğızıstan arasında müttəfiqlik münasibətləri haqqında Müqavilə imzalanıb
  • Bugün, 09:31
    Dünya çempionatı: Azərbaycanın 5 sərbəst güləşçisi bu gün mübarizəyə qoşulacaq
  • Dün, 11:19
    Prezident Mərakeş Kralını təbrik etdi
  • Dün, 10:52
    Azərbaycan neftinin qiyməti 7 dollara yaxın artıb
  • Dün, 10:08
    Hindistanda daşqınlar səbəbindən ölənlərin sayı 78-ə çatıb
  • Dün, 09:35
    CHP-li bələdiyyə sədri saxlanıldı
  • Dün, 09:09
    Avropa Liqası: "Qarabağ" "ÇSKA Sofiya" ilə cavab oyununa çıxır
  • Dün, 08:53
    Bakının bəzi ərazilərində işıq kəsiləcək
  • 29-07-2026, 18:27
    Magistratura imtahanının nəticələri elan olunub
  • 29-07-2026, 17:49
    Türkiyədə meşə yanğınlarına 5 təyyarə, 18 helikopter cəlb olunub, 202 nəfər təxliyə edilib
  • 29-07-2026, 17:26
    Makron hökumətinin dərin böhranı - siyasi iflas, iqtisadi kəsir və xarici siyasətdə uğursuzluq - ŞƏRH
  • 29-07-2026, 16:56
    İlham Əliyev Dünya Güləş Birliyinin prezidentini qəbul edib
  • 29-07-2026, 15:52
    Türkiyə-İraq münasibəti: dinc yanaşı yaşamağın, inkişafın göstəricisi - ŞƏRH
  • 29-07-2026, 15:21
    Bu ilin ilk 6 ayında Azərbaycandakı muzeylərə 3893 yeni eksponat daxil olub
  • 29-07-2026, 14:56
    Fransaya casusluqda ittiham olunan Martin Ryan barəsində hökm dəyişməyib
  • 29-07-2026, 13:09
    Sabah Azərbaycanda 39 dərəcə isti olacaq
  • 29-07-2026, 12:32
    Ukrayna Permdə neft emalı zavodunda yanğın olduğunu bəyan edib
  • 29-07-2026, 11:44
    Kamran Əliyev Laçında vətəndaşları qəbul edəcək
  • 29-07-2026, 11:25
    Azərbaycan-Pakistan əməkdaşlığı çərçivəsində ədliyyə sahəsi üzrə təlim keçirilib
  • 29-07-2026, 10:26
    Magistraturaya qəbulun nəticələri sabaha qədər elan oluna bilər
  • 29-07-2026, 09:54
    Azərbaycan nefti 4 dollardan çox ucuzlaşıb
  • 29-07-2026, 09:19
    Yasamal və Nərimanov rayonlarının bir hissəsində işıq olmayacaq
  • 29-07-2026, 08:58
    Salyanda 60 yaşlı kişi keçmiş kürəkənini tüfənglə qətlə yetirməkdə şübhəli bilinir
  • 28-07-2026, 15:13
    Dövlət Mülki Aviasiya Agentliyi auditor seçib
  • 28-07-2026, 14:48
    Azərbaycanın Tacikistandakı səfiri geri çağırılıb, yenisi təyin olunub
  • 28-07-2026, 14:20
    Azərbaycanın Hindistandakı səfiri geri çağırılıb, İtaliyaya təyin edilib
Daha çox
  • Baş redaktor: Çingiz Məmmədov
  • Telefon: (+99450) 344 66 36
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Müsahibə
  • Araşdırma
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
Müəllif hüquqları qorunur. Gundelikxeber.org-nun məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə