Kür çayının Sabirabad rayonunun Cavad kəndindən keçən hissəsində 1 nəfər batıb.
“Gundelikxeber.org” xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri axtarışlara cəlb olunublar.