• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video

Nazirlik Ramiz Quliyevlə bağlı məlumat yaydı [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

Cəmiyyət

15-10-2025, 11:41

Nazirlik Ramiz Quliyevlə bağlı məlumat yaydı

Məlum olduğu kimi, Azərbaycan mədəniyyətinə ağır itki üz verib. Görkəmli tarzən, pedaqoq, Dövlət mükafatı laureatı, Xalq artisti, professor Ramiz Quliyev bu gün 78 yaşında vəfat edib.

“Gundelikxeber.org” xəbər verir ki, Mədəniyyət Nazirliyi Xalq artistinin vəfatı ilə bağlı məlumat yayıb.

Bildirilib ki, Ramiz Əyyub oğlu Quliyev 30 aprel 1947-ci ildə Ağdam şəhərində anadan olub.

1960-cı ildə Ağdam şəhər 7 illik musiqi məktəbini tar ixtisası üzrə bitirib. Həmin ildən Ü.Hacıbəyli adına Ağdam Orta İxtisas Musiqi Məktəbində təhsilini davam etdirib. 1964 –1969-cu illərdə Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyasında (indiki Bakı Musiqi Akademiyası) tar və dirijorluq ixtisasları üzrə təhsil alıb.
1963–1974-cü illərdə Ağdam və Bakıda musiqi məktəblərində müəllim işləyib. Daha sonra Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyasında Xalq çalğı alətləri kafedrasında tar ixtisası üzrə müəllimlikdən professorluğa kimi yüksəlib. Ustad tarzən 1990–2002-ci illərdə həmin kafedraya rəhbərlik edib. 2004-cü ildən ömrünün sonunadək Bakı Musiqi Akademiyasında “Şifahi ənənəli Azərbaycan professional musiqisi və onun yeni istiqamətlərinin tədqiqi: orqanologiya və akustika” elmi-tədqiqat laboratoriyasının baş elmi işçisi vəzifəsində çalışıb.

Ramiz Quliyev pedaqoji fəaliyyətlə yanaşı, tar ifaçılığı sənətinə dair sanballı kitab və dərs vəsaitlərinin müəllifidir. Müxtəlif illərdə nəşr olunan “Azərbaycan bəstəkarlarının əsərlərinin tar və fortepiano üçün işləmələri”, “Xarici bəstəkarların əsərlərinin tar və fortepiano üçün işləmələri” dərs vəsaitləri, eləcə də “Azərbaycan və xarici bəstəkarların əsərlərinin iki tar və fortepiano üçün köçürmə və işləmələri” adlı ikicildlik kitabı böyük maraqla qarşılanıb və bu gün də təhsil ocaqlarında geniş tədris olunur.

Ramiz Quliyev eyni zamanda Heydər Əliyev Fondu və Mədəniyyət Nazirliyinin dəstəyi və təşkilatçılığı ilə həyata keçirilən yerli və beynəlxalq incəsənət layihələrində yaxından iştirak edib, bir sıra müsabiqələrdə, festivallarda münsiflər heyətinin sədri kimi fəaliyyət göstərib.

Sənətkar Türkiyə, Əfqanıstan, Suriya, İsveçrə, Almaniya, Pakistan, Əlcəzair, Tunis, Hindistan, Yaponiya, ABŞ, Kanada, Polşa, Danimarka, İran, İraq, Fransa, İngiltərə, İsrail, Norveç və digər ölkələrdə qastrol səfərlərində və beynəlxalq festivallarda musiqi mədəniyyətimizi yüksək səviyyədə təmsil edib.

Ustad tarzənin musiqi mədəniyyətimizin inkişafındakı xidmətləri dövlətimiz tərəfindən daim yüksək qiymətləndirilib. O, “Əməkdar artist” (1982), “Xalq artisti” (1988) fəxri adlarına, “Şöhrət” (2007) və “Şərəf” (2017) ordenlərinə, eləcə də Dövlət Mükafatına (2014) layiq görülüb. Sənətkar 2004-cü ildən Prezidentin fərdi təqaüdçüsü idi.

Oxunub: 7
Paylaş:
Digər xəbərlər

Cəmiyyət

3-10-2025, 21:41

Oqtay Şirəliyev vəfat etdi [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

Gündəm

1-10-2025, 14:56

Kolleclərə yeni təyinatlar [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

Cəmiyyət

4-04-2025, 20:07

ÖMRÜNÜ DÖVLƏTÇİLİYƏ XİDMƏTƏ HƏSR EDƏN GENERAL ... [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

Gündəm / Siyasət

3-02-2025, 16:36

Üzeyir Hacıbəylinin 140 illiyi qeyd olunacaq - Sərəncam [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

Mədəniyyət

18-09-2023, 09:00

Bu gün Azərbaycanda Milli Musiqi Günüdür [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

Araşdırma
Azərbaycanda orta pensiya məbləği artırılır
Radarlar sizə “dayan, düşün, təhlükəsiz get” demək üçündür”
Evində yanğın oldu, tüstüdən boğulub öldü
Ağdamda “Fərhadın heykəl”i ucaldılacaq - Fotolar
Azad edilmiş ərazilərə getmək istəyənlər bilməlidirlər - “Polis cavab verir”
Əməkdar həkim vəfat etdi
Hadisə
16-10-2025, 10:11
Avtomobilin vurduğu piyada 2 gün sonra öldü
6-10-2025, 12:01
Azərbaycana qripə qarşı vaksinlər gətirildi
3-10-2025, 01:06
Paytaxtın bu ərazilərində qaz olmayacaq
2-10-2025, 15:48
29 yaşlı oğlan kafedə öldürüldü
2-10-2025, 14:32
Hamamda yıxılan qadın öldü
27-09-2025, 15:27
“Torqoviy” da klubda 16 yaşlı qız sevgilisini biça*ladı
Son xəbərlər
  • Bugün, 13:10
    Azərbaycanda orta pensiya məbləği artırılır
  • Bugün, 13:07
    DİN-ə yeni səlahiyyət verildi
  • Bugün, 13:01
    Prezident Viktor Orbanı təbrik etdi
  • Bugün, 10:10
    Tramp Putinlə görüşü niyə ləğv etdiyini açıqladı
  • Bugün, 10:09
    Mussolininin villası satışa çıxarıldı
  • Bugün, 10:07
    Radarlar sizə “dayan, düşün, təhlükəsiz get” demək üçündür”
  • Bugün, 10:05
    Evində yanğın oldu, tüstüdən boğulub öldü
  • Dün, 14:45
    Yeni yubiley medalı təsis edildi
  • Dün, 14:43
    Prezidentdən Yaponiyanın yeni Baş nazirinə məktub
  • Dün, 14:41
    Ağdamda “Fərhadın heykəl”i ucaldılacaq - Fotolar
  • Dün, 14:35
    Serbiya ilə demoqrafiya sahəsində gələcək əməkdaşlıq müzakirə olundu - Fotolar
  • Dün, 13:44
    Prezidentdən Yaqub Eyyubovla bağlı - Sərəncam
  • Dün, 13:42
    20 ildə müdafiə xərclərinə yönəldilən məbləğ açıqlandı
  • Dün, 13:40
    Prezident Sərəncam imzaladı
  • Dün, 13:38
    Prezident Estoniya XİN rəhbərini qəbul etdi - Fotolar
  • Dün, 13:36
    Prezident dabaq xəstəliyi ilə bağlı - Qanunu təsdiqlədi
  • Dün, 10:27
    Azad edilmiş ərazilərə getmək istəyənlər bilməlidirlər - “Polis cavab verir”
  • Dün, 10:24
    AMB uçot dərəcəsi ilə bağlı növbəti qərarını açıqladı
  • Dün, 09:52
    London öz qoşunlarını İsrailə göndərdi
  • Dün, 09:50
    "Avropa sülh istəyirsə, Putin-Tramp görüşü təcili baş tutmalıdır”
  • Dün, 09:48
    Rusiya Çerniqova hücum etdi - Ölənlər var
  • Dün, 09:47
    Əməkdar həkim vəfat etdi
  • 21-10-2025, 16:57
    Nazirlikdə Fələstin səfiri ilə görüş oldu
  • 21-10-2025, 16:55
    Ermənistan İlham Əliyevin bəyanatını alqışlayır
  • 21-10-2025, 16:53
    Prezidentlər Beynəlxalq Süni İntellekt Mərkəzində oldular
  • 21-10-2025, 15:22
    İlham Əliyev Qazaxıstanın milli geyimində
  • 21-10-2025, 15:20
    Prezidentlər mətbuata bəyanatlarla çıxış etdi
  • 21-10-2025, 15:17
    Sahibə Qafarova Alen Simonyanla görüşdü
  • 21-10-2025, 15:15
    Astanada ikinci iclas keçirildi
  • 21-10-2025, 12:46
    Sürücünün halı qəfil pisləşib, avtobusu dayandıra bilməyib...
  • 21-10-2025, 12:44
    “Atletiko” futbolçuları çimməyə isti su tapa bilmədi, UEFA-ya şikayət etdilər
  • 21-10-2025, 12:42
    Ermənistanda hərbi xidmətin müddəti azaldılır
  • 21-10-2025, 12:40
    "Orta dəhlizin inkişafı” birgə layihəsi təqdim edildi - Fotolar
  • 21-10-2025, 11:57
    Azərbaycan Qazaxıstanla bütün istiqamətlər üzrə qarşılıqlı fəaliyyətin möhkəmləndirilməsini hədəfləyir
  • 21-10-2025, 11:56
    Azərbaycan və Qazaxıstan prezidentlərinin Astanada təkbətək görüşü olub
Daha çox
  • Baş redaktor: Çingiz Məmmədov
  • Telefon: (+99450) 344 66 36
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Müsahibə
  • Araşdırma
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
Müəllif hüquqları qorunur. Gundelikxeber.org-nun məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə