• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video

"Azpulmat"-borc bataqlığı [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

Cəmiyyət

Bugün, 12:35

"Azpulmat"-borc bataqlığı



Son dövrlərdə "Azpulmat" kimi onlayn kredit platformalarının fəaliyyəti genişlənməkdədir. Lakin bu cür şirkətlərin təqdim etdiyi xidmətlər bir çox hallarda vətəndaşların maraqlarına zidd olur və maliyyə təhlükəsizliyi baxımından ciddi suallar doğurur. "Azpulmat" bank sistemi ilə birbaşa əlaqəsi olmayan, lakin bank xidmətlərinə bənzər şəkildə fəaliyyət göstərən onlayn kredit platformasıdır. Şirkət insanların təcili pul ehtiyacından istifadə edərək yüksək faiz dərəcələri ilə qısamüddətli kreditlər təşkil edir. 20 AZN-dən 500 AZN-ə qədər 45 günlük mikrokreditlər təklif edən şirkət sürətli kredit əldə etmək istəyənlər üçün cəlbedici alternativ kimi görünür. Lakin bu cəlbedici təkliflər əslində müştəriləri yüksək faizlər və borc bataqlığı ilə üz-üzə qoyan bir tuzaqdır.

Faiz dərəcələri və kredit şərtləri
"Azpulmat" 20 AZN-dən 500 AZN-ə qədər mikrokreditlər təşkil edir, gündəlik faiz dərəcəsi 0.08 %-dən 0.66 %-ə qədər dəyişir. Bu da illik faiz dərəcəsinin 36 %-ə qədər yüksəlməsinə səbəb olur. Məsələn; 100 AZN-lik kredit üçün 91 gün müddətində 60 AZN faiz ödənilməsi tələb olunur. Nəticədə ümumi geri ödəniş 160 AZN təşkil edir. Bu yüksək faiz dərəcələri müştərilərin ödəmə qabiliyyətini aşan yük yaradır və borcun artmasına, əlavə cərimələrin tətbiqinə gətirib çıxarır.

Şəffaflıq və müqavilə şərtləri
"Azpulmat"ın təqdim etdiyi kredit müqavilələrinin şərtləri mürəkkəb və qeyri-şəffaf olur. Müştərilər bəzən müqavilə şərtlərini tam anlamadan imzalayır ki, sonradan hüquqi mübahisələrə və maliyyə itkilərinə yol açır. Şirkət kredit müddətinin uzadılmasını müştəriyə dəstək məqsədilə həyata keçirdiyini iddia etsə də, bu cür təkliflər müştəriləri borc bataqlığına soxmaq məqsədi güdür.

Hüquqi tənzimləmə və nəzarət
Azərbaycanda bank olmayan kredit təşkilatlarının fəaliyyətini tənzimləyən qanunvericilik mövcuddur. Lakin bu tənzimləmələr bəzən yetərli olmur və şirkətlərin fəaliyyətini tam nəzarət altına almaqda çətinliklər yaranır. Bu da müştərilərin hüquqlarının pozulmasına və maliyyə təhlükəsizliyinin təhdid altına düşməsinə səbəb ola bilir.

Asan kredit təklifləri cəlbedici olsa da...
"Azpulmat" onlayn kredit platformaları sürətli və asan kredit təklifləri ilə cəlbedici olsa da, yüksək faizlər, əlavə komissiyalar, qeyri-şəffaf müqavilə şərtləri ilə vətəndaşlar əbədi borc bataqlığına düçar olurlar. Məhz bu səbəbdən belə platformalardan istifadə etməzdən əvvəl diqqətli olmaq və vəziyyəti yaxşı qiymətləndirmək vacibdir.

Asan və sürətli kredit şüarı
Bu tip platformalar "asan və sürətli kredit" şüarı altında cəlbedici görünməyə çalışsalar da, əslində vətəndaşları uzunmüddətli borc yükü altına salır. "Azpulmat" vasitəsilə verilən kreditlərdə illik faiz dərəcələrinin banklarla müqayisədə yüksək olması vətəndaşların ödəmə qabiliyyətini çətinləşdirir, nəticədə borcun artmasına, əlavə cərimələrin tətbiqinə gətirib çıxarır. Digər tənqidə layiq məqam isə faizlərin və əlavə xərclərin real məbləği müştərilərə tam izah edilmir. Bu isə maliyyə savadlılığı zəif olan vətəndaşların aldadılmasına şərait yaradır. Belə platformaların fəaliyyəti üçün hüquqi mexanizmlərin zəif olması istehlakçı hüquqlarının pozulması riskini artırır.

Qısamüddətli rahatlıq, uzunmüddətli maliyyə çətinlikləri
"Azpulmat"ın təqdim etdiyi onlayn kredit xidmətləri qısamüddətli rahatlıq və sürət təəssüratı yaratsa da, uzunmüddət vətəndaşları maliyyə çətinliklərinə sürükləyir. Əgər bu cür platformaların fəaliyyəti qanuni və sosial məsuliyyət çərçivəsində tənzimlənməzsə, əhali arasında borclanma səviyyəsinin artması iqtisadi sabitliyə mənfi təsir göstərə bilər.

Şəxsi məlumatlara qanunsuz müdaxilə
Vətəndaşların şikayətinə görə gənc xanımlar özlərini "Azpulmat"ın əməkdaşı kimi təqdim edərək müştəriləri məhkəmə ilə hədələyirlər. Bu üsulla vətəndaşlar təziq altına alınır, borcların ödənilməməsi halında isə onları hüquqi məsuliyyətə cəlb etməklə qorxudurlar. "Azpulmat"ın müştərilərinin şəxsi məlumatlarına qanunsuz müdaxilə iddiaları da mövcuddur. Müştərilər bildirirlər ki, ödəmədə gecikmə olduğu zaman, "Azpulmat" nümayəndələri onların digər mobil nömrələrini tapır, hər gün ailələrini və telefonun yaddaşında adı olan istənilən şəxsi narahat edir, borc gecikdiyi üçün onları məhkəməyə verməklə təhdid edirlər. Müştərilərin şəxsi məlumatlarına, həyatına qanunsuz müdaxilə, psixoloji təziqdir. Bu kimi halların mövcudluğu bu cür təşkilatların fəaliyyətini etik və hüquqi baxımdan sual altına alır.

Oxunub: 9
Paylaş:
Digər xəbərlər

Cəmiyyət

14-10-2025, 22:28

"Azpulmat" - borc bataqlığı [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

Gündəm / Cəmiyyət

11-02-2025, 13:16

“Azpulmat” müştərilərinə qarşı dələlduzluq edir?.. - BU NƏDİ BELƏ?.. [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

Gündəm / Cəmiyyət

12-12-2024, 16:03

"Azpulmat"dan pul götürənlərin NƏZƏRİNƏ: - Onları məhkəməyə verə bilərsiniz [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

İqtisadiyyat

1-05-2024, 13:51

Azərbaycanda kredit faizləri artacaq - AÇIQLAMA [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

İqtisadiyyat

5-03-2024, 11:44

İpoteka ilə ev almaq istəyənlərin NƏZƏRİNƏ [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

Araşdırma
"Azpulmat"-borc bataqlığı
Küləkli hava ilə bağlı - Xəbərdarlıq
Sosial ev almaq istəyənlərin 90 mindən çox pulunu ələ keçirdi
Şahnaz Haşımovanın vəziyyəti açıqlandı
Oktyabrın bütün sosial ödənişləri yekunlaşdı
Bu müəllimlərə əlavə 2000 manat veriləcək
Hadisə
16-10-2025, 10:11
Avtomobilin vurduğu piyada 2 gün sonra öldü
6-10-2025, 12:01
Azərbaycana qripə qarşı vaksinlər gətirildi
3-10-2025, 01:06
Paytaxtın bu ərazilərində qaz olmayacaq
2-10-2025, 15:48
29 yaşlı oğlan kafedə öldürüldü
2-10-2025, 14:32
Hamamda yıxılan qadın öldü
27-09-2025, 15:27
“Torqoviy” da klubda 16 yaşlı qız sevgilisini biça*ladı
Son xəbərlər
  • Bugün, 12:35
    "Azpulmat"-borc bataqlığı
  • Dün, 17:27
    “Sputnik Azərbaycan”ın böyük redaktoru Rusiyaya getdi
  • Dün, 17:25
    Küləkli hava ilə bağlı - Xəbərdarlıq
  • Dün, 14:07
    Sosial ev almaq istəyənlərin 90 mindən çox pulunu ələ keçirdi
  • Dün, 13:36
    Şahnaz Haşımovanın vəziyyəti açıqlandı
  • Dün, 13:34
    Rəsmi Bakıdan Qazaxıstana təbrik
  • Dün, 13:32
    Əliyev Tokayevi təbrik etdi
  • Dün, 13:30
    Oktyabrın bütün sosial ödənişləri yekunlaşdı
  • Dün, 13:28
    “İnter” argentinalı futbolçu ilə danışıqlar aparır
  • 24-10-2025, 18:55
    “Oradakı vəziyyəti gördüm, halım xarab oldu”
  • 24-10-2025, 18:53
    Nazir Tərtərdə vətəndaşları qəbul etdi - Fotolar
  • 24-10-2025, 13:30
    Ruslar Putinə nə qədər etibar edir? - Sorğu
  • 24-10-2025, 13:28
    Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin hakimi vəzifəsindən azad olundu
  • 24-10-2025, 13:26
    Şarl Mişel: "Azərbaycan və Ermənistan liderlərində "sülh həmişə daha düzgün yanaşmadır" fikrinin formalaşdığını hiss edirdim"
  • 24-10-2025, 13:23
    Azərbaycan Türk Dövlətləri Startap və İnnovasiya Əməkdaşlıq Platformasının yaradılmasını təklif edib
  • 24-10-2025, 13:06
    İlham Əliyev dövlət agentliyinə iki milyon manat ayırdı
  • 24-10-2025, 13:02
    Bu müəllimlərə əlavə 2000 manat veriləcək
  • 24-10-2025, 13:00
    Gələn il “veteran pulu” artırılacaq? - AÇIQLAMA
  • 24-10-2025, 12:58
    Bir gecədə qiyməti dəyişən maşınlar...
  • 24-10-2025, 12:56
    Sumqayıt, Xırdalan və Masazırdan Bakıya gələnlərə ŞAD XƏBƏR
  • 24-10-2025, 10:10
    Azeri Light” bu gün neçəyə satılır?
  • 24-10-2025, 10:08
    Azərbaycan–Qazaxıstan münasibətləri: Qədim dostluqdan strateji tərəfdaşlığa
  • 24-10-2025, 10:03
    Kəmalə Məmmədova: "İlin sonunadək Ermənistan vətəndaş cəmiyyətinin nümayəndələri Bakıya səfər edə bilərlər"
  • 23-10-2025, 15:38
    Tibb və təhsil müəssisələrində qida normaları müəyyənləşib
  • 23-10-2025, 15:35
    Paşinyan: "Vaşinqtonda əldə edilmiş razılaşmalar konkret nəticələr verən bəyannamələrdir"
  • 23-10-2025, 15:33
    Gələn il yeni nəsil şəxsiyyət vəsiqələrinin hazırlanmasına 45 milyon manat ayrılması gözlənilir
  • 23-10-2025, 13:55
    Daha bir məktəb direktoru işdən çıxarıldı
  • 23-10-2025, 13:53
    Bakıda tələbə dabaq xəstəliyinə yoluxub? - Açıqlama
  • 23-10-2025, 13:10
    Azərbaycanda orta pensiya məbləği artırılır
  • 23-10-2025, 13:07
    DİN-ə yeni səlahiyyət verildi
  • 23-10-2025, 13:01
    Prezident Viktor Orbanı təbrik etdi
  • 23-10-2025, 10:10
    Tramp Putinlə görüşü niyə ləğv etdiyini açıqladı
  • 23-10-2025, 10:09
    Mussolininin villası satışa çıxarıldı
  • 23-10-2025, 10:07
    Radarlar sizə “dayan, düşün, təhlükəsiz get” demək üçündür”
  • 23-10-2025, 10:05
    Evində yanğın oldu, tüstüdən boğulub öldü
Daha çox
  • Baş redaktor: Çingiz Məmmədov
  • Telefon: (+99450) 344 66 36
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Müsahibə
  • Araşdırma
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
Müəllif hüquqları qorunur. Gundelikxeber.org-nun məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə