• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video

Qara Allahverdiyev: “Bu gün Prezident İlham Əliyevin liderliyi ilə müstəqil Azərbaycan dünya miqyasında güclü və qüdrətli dövlətə çevrilib [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

Cəmiyyət

30-05-2023, 12:05

Qara Allahverdiyev: “Bu gün Prezident İlham Əliyevin liderliyi ilə müstəqil Azərbaycan dünya miqyasında güclü və qüdrətli dövlətə çevrilib


Azərbaycan Kooperasiya Universitetinin rektorun müşaviri Qara Allahverdiyev - “Böyük dövlətçilik ənənələrinə malik olan Azərbaycan xalqı özünün azadlığı və müstəqilliyi uğrunda tarixən mübarizə aparıb. Bu münabirəzinin məntiqi nəticəsi kimi XX əsrin əvvəllərində müstəqil demokratik dövlət qurub. 1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması bu mübarizənin parlaq nümunəsidir. O dövrdə Milli Şura İstiqlal Bəyannaməsini imzalamaqla Azərbaycanın müstəqilliyini dünyaya bəyan edərək xalqımızın çoxəsrlik dövlətçilik ənənələrini davam etdirib. İstiqlal Bəyannaməsi xalqımızın müstəqillik hisslərini daha da gücləndirdi. Müstəqil, azad, demokratik respublika qurmaq məqsədini qarşıya qoyan Azərbaycan Xalq Cümhuriyyəti xalqımızın öz müqəddəratını təyin etməyə qadir olduğunu nümayiş etdirdi”.

23 ay mövcud olmasına baxmayaraq, Azərbaycan Xalq Cümhuriyyəti müsəlman Şərqində demokratiya ənənələrinin formalaşmasına əhəmiyyətli təsir göstərdi. Qısa dövr ərzində Azərbaycanın ilk parlamenti, hökuməti yaradıldı, dövlət atributları təsis olundu, dövlət quruculuğu sahəsində mühüm tədbirlər həyata keçirildi. Eləcə də, Cümhuriyyətin beynəlxalq münasibətlər sistemində tanınması, diplomatik müstəvidə milli maraqların qorunması istiqamətində mühüm addımlar atılmışdı. Yeni fəaliyyətə başlamış parlamentin qəbul etdiyi qanunlar milli müstəqilliyin möhkəmləndirilməsində, ölkədə siyasi, iqtisadi və mədəni inkişafın təmin olunmasında, habelə demokratik prinsiplərin təsbit edilməsində əsaslı rol oynadı. Bundan əlavə, 1918-ci ilin avqustunda “Xalq maarifinin, məktəblərin milliləşdirilməsi haqqında” qərarla tədris müəssisələrində təhsilin ana dilində aparılmasına başlandı. 1919-cu ilin sentyabrında Xalq Cümhuriyyəti Parlamenti tərəfindən Bakı şəhərində universitet açmaq haqqında qanun qəbul edildi. Bakı Dövlət Universitetinin Nizamnaməsinin qəbul edilməsi və onun fəaliyyətə başlaması milli və peşəkar kadrların hazırlanması istiqamətində atılmış mühüm addım idi. Xalq Cümhuriyyətinin dövründə universitet ilə yanaşı, digər ali və orta təhsil müəssisələrinin, habelə mədəniyyət ocaqlarının açılması üçün hazırlıqlar görülmüşdür. Azərbaycan Xalq Cümhuriyyəti hökumət quruculuğunda ədliyyə sahəsinə xüsusi önəm verib və məhz 1918-ci il mayın 28-də - Cümhuriyyətin yarandığı gün Ədliyyə Nazirliyi də təsis edilib. Eyni zamanda, ədliyyə orqanları və məhkəmələrin fəaliyyətini tənzimləyən bir sıra qərarlar qəbul olunub. Belə ki, 1918-ci il noyabrın 14-də Azərbaycan Məhkəmə Palatasının Əsasnaməsi, noyabrın 22-də isə Ədliyyə Nazirliyinin Əsasnaməsi təsdiq edilib.

Azərbaycan Xalq Cümhuriyyəti çox ağır zamanlarda cəmi 23 ay yaşamasına baxmayaraq böyük ideyaların əsasını qoymuş oldu. Bunun nəticəsi idi ki, xalqımızın azadlıq arzuları daim yaşadı və XX əsrin sonlarında müstəqilliyimiz bərpa edildi. Çox mürəkkəb geosiyasi dövrdə-1993-cü ilin iyun ayında hakimiyyətə qayıdan Ulu Öndər Heydər Əliyev Azərbaycan dövlətçiliyinin qorunması üçün qətiyyətli tədbirlər gördü, ölkədə davamlı ictimai-siyasi sabitliyi bərqərar etdi. Həmin dövrdə Ermənistanın Azərbaycan torpaqlarına təcavüzü bir tərəfdən, daxili münaqişələr digər tərəfdən ölkəni çətin bir vəziyyətə salmışdı. Məhz belə bir şəraitdə xalqın təkidi ilə ikinci dəfə hakimiyyətə gələn Ulu Öndər dövlətimizin və dövlətçiliyimizin xilaskarı oldu.

Bütün həyatını xalqa sədaqətlə xidmətə həsr etmiş Ulu Öndər Heydər Əliyev öz titanik fəaliyyətində həmişə xalqa arxalanmış, ən çətin anlarda ona müraciət etmişdi. Xalq da heç vaxt ondan öz dəstəyini əsirgəməmişdir. Ən ağır məqamlarda Azərbaycan xalqı əmin idi ki, Heydər Əliyev müstəqilliyi, dövlət maraqlarını, xalqın, dövlətin maraqlarını qoruyacaq və xalqın mənafeyi ilə bağlı ən düzgün qərar verəcəkdir. Ulu Öndərin xalq işinə sədaqəti, siyasi müdrikliyi, böyük dövlətçilik təcrübəsi, parlaq hafizəsi, geniş dünyagörüşü, polad iradəsi, mərdanə qətiyyəti, həssas qəlbi, möhkəm səbri, çox hövsələliyi, ədalətli olması, həmişə obyektiv mövqe tutması, yüksək intellekti və ziyalı mövqeyi, dolğun tədbirliliyi və analitik təfəkkürü, sadə davranışı bir dövlət başçısı kimi onun ən yüksək keyfiyyətlərdəndir. Xalq Cümhuriyyətinin xidmətlərini hər zaman yüksək qiymətləndirən, cümhuriyyət ənənələrinin yaşadılmasına və inkişaf etdirilməsinə daim böyük əhəmiyyət verən Ulu Öndər Heydər Əliyev deyirdi ki, Azərbaycan xalqının dövlətçilik tarixi, qədim mədəniyyəti bütün çətinliklərə baxmayaraq imkan verdi ki, xalqımız yenidən dövlətçiliyini bərpa etsin və tariximizə şanlı səhifələrini yazsın.

Təsadüfi deyil deyil ki, Ulu Öndərin 1998-ci ilin yanvar ayında imzaladığı Sərəncamla Azərbaycan Xalq Cümhuriyyətinin 80 illik yubileyi dövlət səviyyəsində qeyd olundu. Ümummilli liderimizin layiqli varisi Prezident İlham Əliyevin Sərəncamı ilə 2018-ci il ölkəmizdə "Azərbaycan Xalq Cümhuriyyəti İli" elan olundu və Cümhuriyyətin 100 illik yubileyi çox yüksək səviyyədə qeyd edildi. Prezident İlham Əliyev vurğulayıb: “Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması tarixi hadisə idi. Çünki ilk dəfə olaraq müsəlman aləmində demokratik respublika yaradılmışdı. Biz haqlı olaraq fəxr edirik ki, məhz Azərbaycan xalqı müsəlman aləmində ilk demokratik respublikanın yaradılmasının müəllifi olmuşdur”.

“Bu gün Prezident İlham Əliyevin liderliyi ilə müstəqil Azərbaycan dünya miqyasında güclü və qüdrətli dövlətə çevrilib. Azərbaycan Silahlı Qüvvələri Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında 44 gün davam edən Vətən müharibəsində düşmən üzərində qələbə çalaraq tarixi Zəfərə imza atdı. Azərbaycan Xalq Cümhuriyyətinin yadigarı kimi Azərbaycanın üçrəngli bayrağının bu gün işğaldan azad olunmuş Şuşada və digər ərazilərimizdə dalğalanması Azərbaycan Prezidenti İlham Əliyevin gələcək nəsillərə unudulmaz dövlətçilik əmanətidir”.

Oxunub: 210
Paylaş:
Digər xəbərlər

Siyasət

28-05-2023, 10:34

Azərbaycanda Müstəqillik Günüdür [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

---

28-05-2023, 10:20

Kamaləddin Qafarov: “Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması unikal hadisədir” [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

Cəmiyyət

25-05-2023, 14:26

Xalid Quluzadə: Müstəqil Azərbaycan Xalq Cümhuriyyətinin siyasi və mənəvi varisidir [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

Cəmiyyət

25-05-2023, 14:24

Daxil Kərimov: 105 illik yolun zirvəsi bugünkü Azərbaycandır [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

Cəmiyyət

25-05-2023, 12:25

Malik İsaqov: Müstəqilliyimiz milli sərvətimizdir [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

Araşdırma
Sahibə Qafarova Cənubi Afrika Respublikasında səfərdədir
Prezident Mərakeş Kralını təbrik etdi
Bakının bəzi ərazilərində işıq kəsiləcək
Magistratura imtahanının nəticələri elan olunub
Türkiyədə meşə yanğınlarına 5 təyyarə, 18 helikopter cəlb olunub, 202 nəfər təxliyə edilib
Fransaya casusluqda ittiham olunan Martin Ryan barəsində hökm dəyişməyib
Hadisə
29-07-2026, 08:58
Salyanda 60 yaşlı kişi keçmiş kürəkənini tüfənglə qətlə yetirməkdə şübhəli bilinir
27-07-2026, 10:04
33 yaşlı kişi Qarabağ kanalında batıb
25-07-2026, 11:39
Türkiyədə sərnişin avtobusu avtomobillə toqquşub, 30 nəfər xəsarət alıb
6-07-2026, 10:32
Şərurda bir ailənin üç üzvünün öldüyü qəza ilə bağlı cinayət işi başlanılıb
4-07-2026, 15:52
21 yaşlı Fatimənin faciəsi: Əmisi oğlu iki həftə işgəncə verdi, sonra öldürdü
4-07-2026, 15:52
21 yaşlı Fatimənin faciəsi: Əmisi oğlu iki həftə işgəncə verdi, sonra öldürdü
Son xəbərlər
  • Bugün, 10:53
    Qırğızıstan tezliklə Azərbaycanla neft məhsullarının tədarük həcmlərinin razılaşdırılacağını gözləyir
  • Bugün, 10:11
    Sahibə Qafarova Cənubi Afrika Respublikasında səfərdədir
  • Bugün, 09:49
    Azərbaycan və Qırğızıstan arasında müttəfiqlik münasibətləri haqqında Müqavilə imzalanıb
  • Bugün, 09:31
    Dünya çempionatı: Azərbaycanın 5 sərbəst güləşçisi bu gün mübarizəyə qoşulacaq
  • Dün, 11:19
    Prezident Mərakeş Kralını təbrik etdi
  • Dün, 10:52
    Azərbaycan neftinin qiyməti 7 dollara yaxın artıb
  • Dün, 10:08
    Hindistanda daşqınlar səbəbindən ölənlərin sayı 78-ə çatıb
  • Dün, 09:35
    CHP-li bələdiyyə sədri saxlanıldı
  • Dün, 09:09
    Avropa Liqası: "Qarabağ" "ÇSKA Sofiya" ilə cavab oyununa çıxır
  • Dün, 08:53
    Bakının bəzi ərazilərində işıq kəsiləcək
  • 29-07-2026, 18:27
    Magistratura imtahanının nəticələri elan olunub
  • 29-07-2026, 17:49
    Türkiyədə meşə yanğınlarına 5 təyyarə, 18 helikopter cəlb olunub, 202 nəfər təxliyə edilib
  • 29-07-2026, 17:26
    Makron hökumətinin dərin böhranı - siyasi iflas, iqtisadi kəsir və xarici siyasətdə uğursuzluq - ŞƏRH
  • 29-07-2026, 16:56
    İlham Əliyev Dünya Güləş Birliyinin prezidentini qəbul edib
  • 29-07-2026, 15:52
    Türkiyə-İraq münasibəti: dinc yanaşı yaşamağın, inkişafın göstəricisi - ŞƏRH
  • 29-07-2026, 15:21
    Bu ilin ilk 6 ayında Azərbaycandakı muzeylərə 3893 yeni eksponat daxil olub
  • 29-07-2026, 14:56
    Fransaya casusluqda ittiham olunan Martin Ryan barəsində hökm dəyişməyib
  • 29-07-2026, 13:09
    Sabah Azərbaycanda 39 dərəcə isti olacaq
  • 29-07-2026, 12:32
    Ukrayna Permdə neft emalı zavodunda yanğın olduğunu bəyan edib
  • 29-07-2026, 11:44
    Kamran Əliyev Laçında vətəndaşları qəbul edəcək
  • 29-07-2026, 11:25
    Azərbaycan-Pakistan əməkdaşlığı çərçivəsində ədliyyə sahəsi üzrə təlim keçirilib
  • 29-07-2026, 10:26
    Magistraturaya qəbulun nəticələri sabaha qədər elan oluna bilər
  • 29-07-2026, 09:54
    Azərbaycan nefti 4 dollardan çox ucuzlaşıb
  • 29-07-2026, 09:19
    Yasamal və Nərimanov rayonlarının bir hissəsində işıq olmayacaq
  • 29-07-2026, 08:58
    Salyanda 60 yaşlı kişi keçmiş kürəkənini tüfənglə qətlə yetirməkdə şübhəli bilinir
  • 28-07-2026, 15:13
    Dövlət Mülki Aviasiya Agentliyi auditor seçib
  • 28-07-2026, 14:48
    Azərbaycanın Tacikistandakı səfiri geri çağırılıb, yenisi təyin olunub
  • 28-07-2026, 14:20
    Azərbaycanın Hindistandakı səfiri geri çağırılıb, İtaliyaya təyin edilib
  • 28-07-2026, 14:04
    Azərbaycan gəmilərin ballast sularının idarə edilməsinə dair beynəlxalq konvensiyaya qoşulub
  • 28-07-2026, 12:16
    XİN Perunu Milli Günü münasibətilə təbrik edib
  • 28-07-2026, 11:16
    Hərbi xidmətə çağırış üzrə komissiyada TƏBİB-in təmsilçisi dəyişib
  • 28-07-2026, 10:29
    Sabah Bakıdakı 5 məktəbə tədrisi digər dildə aparılan bölmələr üzrə sərbəst qəbul başlayır
  • 28-07-2026, 10:04
    Azərbaycanın daha 5 yunan-Roma güləşçisi mundialda mübarizəyə başlayır
  • 28-07-2026, 09:50
    Azərbaycan neftinin qiyməti 95 dollara düşüb
  • 28-07-2026, 09:30
    Britaniyada milyonçuların sayı 2008-ci il böhranından bəri ən aşağı səviyyəyə enib
Daha çox
  • Baş redaktor: Çingiz Məmmədov
  • Telefon: (+99450) 344 66 36
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Müsahibə
  • Araşdırma
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
Müəllif hüquqları qorunur. Gundelikxeber.org-nun məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə