• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video

Fəqan Azadəliyev hər zaman Dövlətə - Dövlətçiliyə, Xalqa - Millətə Qanunların aliliyinə və Ulu Öndərin ideyalarına, onun siyasi kursuna sədaqətlə - fəxarətlə xidmət edən dəyərli Azərbaycan vətəndaşıdır [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

Cəmiyyət

2-06-2023, 10:38

Fəqan Azadəliyev hər zaman Dövlətə - Dövlətçiliyə, Xalqa - Millətə Qanunların aliliyinə və Ulu Öndərin ideyalarına, onun siyasi kursuna sədaqətlə - fəxarətlə xidmət edən dəyərli Azərbaycan vətəndaşıdır


Sumqayıt şəhər Polis İdarəsinin rəisi Fəqan Azadəliyev qazilərin, şəhid ailələrinin, veteranların yaxın dostudur. Şəhid ailələri, qazilər, həmçinin müharibə veteranları daim Fəqan Azadəliyevin diqqətindədir. “Bütün bayramlarda və əlamətdar günlərdə onlara baş çəkir, qayğıları ilə maraqlanır, hər cür maddi-mənəvi dəstək göstərilir. Onların heç bir müraciətini geri çevirməyən Fəqan Azadəliyev səlahiyyətləri çərçivəsində hər cür köməklik göstərməyə həmişə hazırdır.

Sumqayıt şəhər Polis İdarəsinin rəisi Fəqan Azadəliyev peşəkar nümunəvi polis zabiti kimi hər zaman Cənab nazir Vilayət Eyvazovun tapşırıqlarını vicdanla yerinə yetirən, qanunların aliliyinə riayət edən əsl polis zabitidir.
Fəqan Azadəliyev hər zaman Dövlətə - Dövlətçiliyə, Xalqa - Millətə Qanunların aliliyinə və Ulu Öndərin ideyalarına, onun siyasi kursuna sədaqətlə - fəxarətlə xidmət edən dəyərli Azərbaycan vətəndaşıdır.

Şərəfli vəzifəyə yiyələnən Fəqan Azadəliyev bu işin müqəddəsliyini qoruyub saxlayır. Fəqan Azadəliyev kömək etdiyi hər kəsin rəğbətini qazanan insanlardandır.

Sumqayıt şəhər Polis İdarəsinin rəisi Fəqan Azadəliyev - Daxili İşlər Nazirliyi (DİN) və onun təşkilati strukturu olan polis orqanları 1918-1920-ci illəri əhatə edən fəaliyyəti dövründə ilk müstəqil dövlətimizin milli maraqlarının müdafiəsində böyük vətənpərvərliklə əhəmiyyətli rol oynayıb. Cümhuriyyətin süqutundan sonra Azərbaycanın Sovet İttifaqının tərkibində olduğu 70 il ərzində daxili işlər orqanları uğurla inkişaf edib, ictimai asayişin qorunmasında yüksək nəticələr və zəngin təcrübə qazanıb. Xüsusilə, ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə respublikamızın iqtisadi, sosial və digər sahələrdə böyük uğurlar qazandığı 1970-1980-ci illər nazirliyin tarixinə ən mühüm mərhələ kimi həkk olub.

Fəqan Azadəliyev hər zaman Dövlətə - Dövlətçiliyə, Xalqa - Millətə Qanunların aliliyinə və Ulu Öndərin ideyalarına, onun siyasi kursuna sədaqətlə - fəxarətlə xidmət edən dəyərli Azərbaycan vətəndaşıdır


Ümummilli lider Heydər Əliyev Azərbaycana rəhbərliyinin birinci dövründə böyük uzaqgörənliklə daxili işlər orqanlarının təşkilati və ideoloji cəhətdən möhkəmlənməsi, sıralarının saflaşdırılması, peşəkar kadrların irəli çəkilməsi ilə bağlı önəmli qərarlar qəbul edib. Şəxsi heyətin məhz milli ruhda formalaşmasının nəticəsi idi ki, 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzünü ilk olaraq rəşadətlə dəf edən nizami qüvvə milis, sonrakı illərdə Daxili Qoşun hissələri oldu. Bu döyüşlərdə 1695 polis əməkdaşı və hərbi qulluqçu şəhidlik zirvəsinə ucaldı, 1710 nəfər isə yaralandı. Göstərdikləri şücaət və igidliklərə görə 67 nəfər Azərbaycanın Milli Qəhrəmanı adına, 1143 nəfər orden və medallara layiq görülüb.

Daxili işlər orqanlarının fəaliyyəti müstəqilliyimizin sonrakı illərində də uğurlu olub. Ölkəmizdə cinayətkarlığa qarşı mübarizədə, ictimai qaydanın qorunması və ictimai təhlükəsizliyin təmin edilməsi vəzifələrini yerinə yetirərkən 99 polis əməkdaşı və hərbi qulluqçu həlak olub, 2640 nəfər xəsarət alıb.

2003-cü ilin oktyabrında İlham Əliyevin Azərbaycan Respublikasının Prezidenti seçilməsi ilə ölkəmiz inkişafının yeni mərhələsinə qədəm qoydu, ictimai-siyasi sabitliyin, asayişin təmin olunması gələcək uğurlara və yüksəlişə doğru inamla irəliləyən müstəqil dövlətimizin rəmzinə çevrildi. Dövlətimizin başçısının həyata keçirdiyi hərtərəfli islahatlar çərçivəsində daxili işlər orqanlarının da müasirləşməsi üçün bütün lazımi tədbirlər görülüb. Ötən illərdə xidməti fəaliyyətin cəmiyyətin maraqlarına tam cavab verməsi, qabaqcıl beynəlxalq təcrübəyə uyğun qurulması məqsədilə müxtəlif fərman və sərəncamlar imzalanıb. O cümlədən nazirliyin strukturunun və normativ-hüquqi bazasının təkmilləşdirilməsi, maddi-texniki təchizatının yaxşılaşdırılması, şəxsi heyətin sosial müdafiəsinin və demokratik cəmiyyətdə polisin rolu haqqında məlumatlandırma işinin gücləndirilməsi üzrə Azərbaycan Prezidentinin təşəbbüsü ilə 2004-cü ildə qəbul edilmiş Dövlət Proqramı əsasında mühüm əhəmiyyət kəsb edən tədbirlər görülüb.

Bu gün müasirləşmə tendensiyası DİN-in bütün orqan və hissələrini əhatə edir. Fəaliyyətin beynəlxalq standartlara uyğunlaşdırılması, maddi-texniki təminatın yaxşılaşdırılması, o cümlədən ən müasir texnologiyalarla təchizat yüksək səviyyəyə çatdırılıb, onlarla elektron xidmət, veb-sayt, “qaynar xətt” və digər informasiya resursları yaradılıb, polisin “ASAN xidmət” mərkəzlərində fəaliyyəti təşkil olunub. Vətəndaş məmnunluğunu təmin edən bu və digər innovativ təşəbbüslər orqan və hissələrdə qanunçuluğun qorunmasının effektivliyini, xidmətin səmərəsini və operativliyi qat-qat artırıb.

Azərbaycan Polisi güclü maddi-texniki bazası, ictimai asayişin, qanunçuluğun və hüquq qaydasının qorunması üzrə dəqiq təşkil edilmiş sistemi və peşəkar kadr korpusu olan vahid mərkəzləşdirilmiş hüquq-mühafizə orqanıdır. Prezident İlham Əliyevin diqqət və qayğısı sayəsində davam edən bu inkişaf və modernləşmə vətəndaşlarımızın qanunla qorunan hüquq və mənafelərini etibarlı müdafiə etməyə, cinayətkarlığa, onun transmilli mütəşəkkil növlərinə qarşı mübarizədə adekvat cavab tədbirləri görməyə tam imkan verir.

Bu gün Prezident İlham Əliyevin diqqət və qayğısı sayəsində davamlı inkişafda olan daxili işlər orqanları ölkədə cinayətkarlığa, onun transmilli növlərinə qarşı mübarizədə, asayişin və təhlükəsizliyin təmin olunmasında önəmli xidmətləri ilə seçilir. Eyni zamanda, vətəndaşların qanuni mənafelərinin, hüquq və azadlıqlarının müdafiəsi sahəsində üzərinə düşən funksiyaları peşəkarlıqla yerinə yetirir və hər zaman vəzifə borcuna sadiq qalaraq ona bəslənən inam və etimadı doğruldur.

Xüsusi vurğulamaq lazımdır ki, ötən ilin əvvəlindən dünyada geniş yayılmış koronavirus pandemiyası ilə mübarizə dönəmində də Azərbaycan polisi üzərinə düşən öhdəlikləri ən yüksək səviyyədə yerinə yetirir. Bu mühüm məsuliyyəti dərindən dərk edən Azərbaycan polisi xidməti vəzifələrini ən yüksək səviyyədə həyata keçirir. Azərbaycan polisi bu gün də pandemiya ilə mübarizədə ön sırada dayanır və vətəndaşımızın sağlamlığının qorunması üçün gecə-gündüz fasiləsiz xidmət aparır.

Prezident, Ali Baş Komandan İlham Əliyev ordu quruculuğuna, o cümlədən DİN-in Daxili Qoşunlarının fəaliyyətinin təkmilləşdirilməsinə, xidməti vəzifələrini layiqincə yerinə yetirən hərbi qulluqçuların mükafatlandırılmasına xüsusi diqqət yetirir. Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın bu il fevralın 13-də Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının Ağcabədi rayonunda yeni inşa olunan hərbi şəhərciyinin açılışında iştirakı, eləcə də dövlət başçısının Azərbaycan Polisi Günü ərəfəsində - iyulun 1-də imzaladığı Sərəncamla nazirliyin bir qrup əməkdaşının təltif etməsi bunun əyani göstəricisidir. Belə ki, Sərəncama əsasən cinayətkarlığa qarşı mübarizə, qanunçuluğun və hüquq qaydasının möhkəmləndirilməsi, ölkədə tətbiq edilmiş xüsusi karantin rejiminin tələblərinə riayət olunmasına nəzarət edilməsi, işğaldan azad olunmuş ərazilərdə ictimai asayişin və təhlükəsizliyin təmin edilməsi ilə bağlı xidməti vəzifələrini yerinə yetirməkdə fərqləndiklərinə görə Daxili İşlər Nazirliyinin 1 əməkdaşı 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni, 18 əməkdaşı “Vətən uğrunda”, 7 əməkdaşı isə “İgidliyə görə” medalları ilə təltif olunublar. Həmçinin dövlət başçısının digər Sərəncamı ilə Daxili İşlər Nazirliyinin dörd əməkdaşına polis general-mayoru ali xüsusi rütbəsi verilib.

Azərbaycan daxili işlər orqanlarının əməkdaşları öz vətənpərvərliklərini və şücaətlərini şanlı Vətən müharibəsində də nümayiş etdirdi. Doğma torpaqlarımızın işğaldan azad edilməsi uğrunda çətin döyüş tapşırıqlarını uğurla yerinə yetirən Daxili Qoşunların xüsusi təyinatlıları düşmənə sarsıdıcı zərbələr vuraraq, yüzlərlə canlı qüvvəsini və döyüş texnikasını məhv edərək qəhrəmanlıq salnaməsi yaradıblar. Azərbaycanın tarixinə qızıl hərflərlə yazılan 44 günlük Vətən müharibəsində Daxili Qoşunların şəxsi heyətindən 66 nəfər şəhid olub, 346 hərbi qulluqçu isə yaralanıb. Doğma yurdumuzun işğaldan azad olunması uğrunda qəhrəmancasına döyüşmüş Daxili Qoşunların əməkdaşlarından 1690 nəfər Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin sərəncamları ilə müxtəlif orden və medallara, o cümlədən dörd nəfər Vətən Müharibəsi Qəhrəmanı adına layiq görülüb.

Vətən müharibəsindən sonra işğaldan azad olunmuş ərazilərdə dövlətimizin başçısının Fərmanı ilə Azərbaycan Respublikasının inzibati ərazi bölgüsünə müvafiq olaraq yaradılan və hər rayon üzrə xüsusi idarəetməni həyata keçirən müvəqqəti komendantlıqların fəaliyyətinin təşkilinin DİN-ə həvalə edilməsi Azərbaycan Polisinə göstərilən yüksək etimadın daha bir göstəricisi oldu. Ölkəmizin bütün ərazilərində, o cümlədən işğaldan azad olunan şəhər və rayonlarımızda bu mühüm məsuliyyətin öhdəsindən layiqincə gələn daxili işlər orqanlarının əməkdaşları göstərilən etimadı doğrultmaq üçün gecə-gündüz uğurla xidmət aparırlar.

Daxili İşlər Nazirliyinin əməkdaşları cəmiyyətin və dövlətin mənafeyini, vətəndaşların konstitusion hüquqlarını cinayətkar qəsdlərdən qorumağa, mühüm və strateji əhəmiyyətli dövlət obyektlərinin mühafizəsini həyata keçirməyə, ictimai asayişin və təhlükəsizliyin təmin olunmasını, habelə qanunvericiliklə müəyyənləşdirilmiş digər vəzifələri bundan sonra da layiqincə yerinə yetirməyə qadirdir və hazırdır.

Oxunub: 117
Paylaş:
Digər xəbərlər

Cəmiyyət

30-05-2023, 12:11

Cəsarət Qasımov öz çoxtərəfli fəaliyyəti ilə üzərinə düşən olduqca mühüm vəzifələrin öhdəsindən prinsipiallığı və iradəsi hesabına layiqincə gəlir [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

---

20-05-2023, 11:08

Görəsən Bəzi sayt rəhbərləri bu cür yazılardan yazmırlar, şantaj xarakterli yazılar dərc edirlər [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

---

16-05-2023, 13:47

ALLAH tərəfindən ucalanları bəndə alçada bilməz! Kişilərin keçdiyi karvan yolu! İT hürər karvan keçər [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

Cəmiyyət

17-05-2023, 12:52

Şahin müəllim: Müstəsna xidmətləri ilə əbədilik qazanan Ümummilli Lider Heydər Əliyevin mənalı həyat yolu [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

Siyasət

16-05-2023, 10:37

Vilayət Eyvazovdan yeni TƏYİNAT [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

Araşdırma
Türkiyə Suriyada hərbi akademiya qurur: hərbçilərə təlim keçəcək
Qobuda qanunsuz tikintiyə hansı məmur icazə verib?-Video
Fəda Abbasov Elçin Zeynalovla necə anlaşdı? – Direktor daha yüksək vəzifəyə hazırlaşır?
Svetlana Hüseynova ifşa olundu: Təhsil müəssəsində intriqa, konflikt-Şok səs yazıları…
Xaçmaz Gömrük İdarəsinin rəisi Pərviz Rəhimovun sahibkarlara qadağası-Video
Ekologiyanı pulla çirkləndirənlər – ETSN-də rüşvət qalmaqalı
Hadisə
2-09-2025, 11:13
Tovuzda 9 yaşlı uşağı maşın vurub öldürdü
9-08-2025, 14:42
Ələt-Astara yolunda maşın yanır - Hərəkət dayandı
5-08-2025, 13:05
16 yaşlı qız dəniz kənarında şəkillər çəkdirib…..
1-08-2025, 13:01
“Bakı” kinoteatrının qarşısında faciəvi hadisə
31-07-2025, 11:19
Gömrük Komitəsində otağı su basdı - Video
22-07-2025, 17:36
Mərdəkanda dənizdə batan var
Son xəbərlər
  • Dün, 19:20
    Türkiyə Suriyada hərbi akademiya qurur: hərbçilərə təlim keçəcək
  • Dün, 18:43
    Qobuda qanunsuz tikintiyə hansı məmur icazə verib?-Video
  • Dün, 17:49
    Fəda Abbasov Elçin Zeynalovla necə anlaşdı? – Direktor daha yüksək vəzifəyə hazırlaşır?
  • Dün, 16:51
    Svetlana Hüseynova ifşa olundu: Təhsil müəssəsində intriqa, konflikt-Şok səs yazıları…
  • Dün, 16:10
    Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin Döyüş Bayrağı haqqında Əsasnamə təsdiqlənib
  • Dün, 14:54
    Xaçmaz Gömrük İdarəsinin rəisi Pərviz Rəhimovun sahibkarlara qadağası-Video
  • Dün, 13:39
    Ekologiyanı pulla çirkləndirənlər – ETSN-də rüşvət qalmaqalı
  • Dün, 13:11
     Ağalıda AĞILLI-BAŞLI YEYİNTİ: Ötən il açılışı olan otel TƏMİRƏ DAYANDI... - AXI NİYƏ BELƏ EDİRSİNİZ Kİ?..
  • Dün, 11:44
    Manaf Manafovdan işçilər şikayət edir: Bizim anamızı ağladıb….. VİDEO
  • Dün, 11:11
    ADSEA əhalini "su qiyamına" təhrik edir.Vətəndaşlar ölkə başçısından kömək istəyirlər
  • Dün, 10:34
    AZAL vurduğu ziyanı ödəmək əvəzinə, RF prokurorluğuna haqq ödəyir -Beynəlxalq aktlar yerli “rüşvət qanunvericiliyindən” aşağıdadır?!/FOTOLAR
  • Dün, 10:05
    Lənkaranda biabırçılıq: İcra nümayəndəsinin bacısı olan baxça müdirəsi ərzaqları oğurlayıb?
  • Dün, 09:17
    Plastik cərrah Elnur Mehrəlinin asistenti əməliyyat zamanı belə rəqs edir- Video
  • Dün, 08:51
    Rafiq Quliyev obyektini icarəyə verib?-Fotofakt
  • 6-09-2025, 18:08
    Təhsil Tələbə Kredit Fondunda özbaşınalıqlar və korrupsiya əməlləri -DETALLAR
  • 6-09-2025, 17:27
    ATEF-in 68 yaşlı türk iş adamı 18 yaşlı qızı necə "tora" saldı - Mehriban xanım Əliyevaya müraciət
  • 6-09-2025, 16:45
    Bilgəhdə “Happy Days” restoranında müştəriləri belə aldadırlar-Fotofakt
  • 6-09-2025, 13:47
    “Roshen” şokoladından qurd çıxdı-Video
  • 6-09-2025, 12:38
    "Guya müalicəyə getmişdim... əsəb keçirib ger döndüm..." - NARAZILIQ VAR...
  • 6-09-2025, 11:53
    “İnşaat Konstruksiyalar” müharibə veteranından külli miqdarda pul alıb mənzilini vermir – MMC-dən daha bir ŞİKAYƏT
  • 6-09-2025, 10:49
    Məşhur xanım jurnalistdən AZAL-a ritorik sual: "AZAL, bu rəzillik deyil, nədir?"
  • 6-09-2025, 10:09
    Mir Cəlal küçəsində qanunsuz tikintiyə hansı məmur icazə verib? VİDEO
  • 5-09-2025, 19:25
    Deputata məxsus olduğu deyilən 20 milyonluq şirkət kondisioner təmiri ilə məşğuldur?
  • 5-09-2025, 18:27
    Rafiq Vəliyev “TƏMİR-TƏCHİZAT-4” MMC-nin uyğunluq göstəricilərini niyə görməzdən gəlir – Adil Kərimlinin diqqətinə
  • 5-09-2025, 17:38
    Qanunsuz tikilən milyonluq obyektlər - Sakinlərlə "Pilot Residence” arasında qalmaqal - FOTO
  • 5-09-2025, 16:16
    Bir müəllim tərəfindən sahibkarın başına açılan oyunlar – ŞOK DETALLAR / VİDEO
  • 5-09-2025, 15:23
    Rafail Mehralıyevin yeznəsi Eldar Şirinov 2 milyonluq obyekt tikdirir?
  • 5-09-2025, 13:26
    Göygöldə avtomobil yolunun əsaslı təmirinə 2 milyon manat ayrılıb - SƏRƏNCAM
  • 5-09-2025, 13:10
    “Bolmart”da 10 sentyabrda istehsal olunacaq məhsul necə satılır?-Videofakt
  • 5-09-2025, 12:37
    Oqtay Atakişiyevin nəvəsi Murad Əhmədov 99-MB-400 nömrəli lüks avtomibillə avtoşluq edir?-Videofakt
  • 5-09-2025, 11:29
    “Xanbulan” İstirahət Mərkəzinin rəhbəri Tofiq Heydərov fəaliyyətində pozuntu aşkarlandı
  • 5-09-2025, 10:23
    Nizami rayonunda “Sizin Məkan” kafesində artırma işlərinə hansı məmur icazə verib?-Videofakt
  • 5-09-2025, 09:28
    Hökümət rəsmilərinin adından istifadə edərək zor durumda olan şəxsin evini əlindən alan "makler" Orxan kimdir?
  • 4-09-2025, 11:00
    Bərdənin icra başçısı “JEK” işçilərini villasında işlədir , mərkəzi park dağılır-Video-Foto
  • 4-09-2025, 10:30
    İnternat məktəbinin direktoru Gülnarə Abdullayeva qadağa
Daha çox
  • Baş redaktor: Çingiz Məmmədov
  • Telefon: (+99450) 344 66 36
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Müsahibə
  • Araşdırma
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
Müəllif hüquqları qorunur. Gundelikxeber.org-nun məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə