• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video

Rəis müavini ilə “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” arasında qalmaqal - TƏFƏRRÜAT [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

Gündəm / Cəmiyyət

28-05-2025, 16:56

Rəis müavini ilə “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” arasında qalmaqal - TƏFƏRRÜAT

Uzun illər “Azərsu” ASC-də, daha sonra bu qurumun bazasında yaradılmış “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti”ndə Energetika şöbəsinin rəis müavini işləmiş Vilayət Məmmədov işdən qanunsuz çıxarıldığını iddia edərək, məhkəməyə müraciət edib.

“İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” Publik Hüquqi Şəxsə (PHŞ) qarşı məhkəmədə qaldırdığı iddiada o, işdən çıxarılması haqda əmrin qanunsuz sayılaraq ləğvini, əvvəlki vəzifəsinə bərpa olunmasını və işsiz qaldığı dövrdə almalı olduğu əməkhaqqının hesablanıb, tam şəkildə ödənilməsini tələb edib.

O, 1982-ci ildə Bakı Energetika Texnikomunu, 1990-cı ildə isə Azərbaycan Dövlət Neft və Kimya İnsitutunu “energetik” ixitası üzrə “fərqlənmə diplomu” ilə bitirib. Dediyinə görə, əmək fəaliyyətində əldə etdiyi nailiyyətlərə görə elektik montyoru vəzifəsindən Energetika şöbəsinin rəisi - baş energetik vəzifəsinə kimi yüksəlib.

Deyir ki, 2011-ci ildən “Azərsu”da işləyib. 2021-ci ildən Energetika şöbəsinin rəis müavini vəzifəsində çalışıb. 2024-cü ilin avqustunda ona deyilib ki, tutduğu vəzifə üzrə ştat vahidi ixtisara düşəcək və 9 həftədən sonra işdən azad ediləcək.

“İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” PHŞ-in İdarə Heyətinin sədri vəzifəsini icra edən Tahir Xəlilovun 14 oktyabr 2024-cü il tarixli əmri ilə onunla bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndi (ştatların ixtisarı) əsasında xitam verilib.

“İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” tərəfindən təsdiq edilmiş Aktda isə göstərilib ki, şikayətçi ştat vahidinin ixtisarı ilə əlaqədar Nizami rayon Sukanal İdarəsinin Rəhbərlik yanında aparatda, yaxud da başqa bir İdarədə Energetika şöbəsində energetik vəzifəsi təklif olunub. Lakin o, imtina edib.

“İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti”nin kadrlar üzrə baş məsləhətçisi də bu iş üzrə məhkəmə prosesinə çağrılaraq dindirilib. O bildirib ki, şikayətçiyə ixtisara düşmüş vəzifəsinin əvəzində iş təklif olunub, lakin özü razılaşmayıb:

“Özü dedi ki, ona Meliorasiya xidmətindən iş təklifi gəlib, o, sektor müdiri gedəcək. Ona deyilmişdi ki, burada da ona iş təklif edirlər - Nizami rayon Sukanal İdarəsinin Rəhbərlik yanında aparatda, yaxud da başqa bir idarədə Energetika şöbəsində “energetik” yeri var, orada onu yerləşdirə bilərlər. Özü istəmədi. Avqustun 5-də ərizə yazdı. 3 gün sonra gəlib dedi ki, ərizəsi etibarsız hesab edilsin, orada onu işə götürmədilər. Bu zaman ona yenə əvvəlki işləri təklif elədilər. Lakin o, imtina elədi. Dedi ki, Aparatda qalmaq istəyirəm. Bundan sonra akt tərtib olundu, imzalamaq üçün ona verildi. Lakin o, imzalamaqdan imtina elədi. Ona poçt vasitəsilə göndərildi”.

Yasamal Rayon Məhkəməsi “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti”nə qarşı şikayəti təmin etməyib. Lakin şikayətçi bununla razılaşmayıb, apellyasiya məhkəməsinə müraciət edib. Bakı Apellyasiya Məhkəməsi onu haqlı sayıb və iddiasını təmin edib. Onunla bağlı əmrin ləğvi, vəzifəsinə bərpası və əməkhaqqının ödənilməsi barədə qərar çıxarılıb.

Bizimyol.info

Oxunub: 65
Paylaş:
Digər xəbərlər

Gündəm / Cəmiyyət

8-04-2025, 13:06

İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti həm əhaliyə çirkli su verir, həm də Xəzəri çirkləndirir [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

Gündəm / Cəmiyyət

20-02-2025, 12:06

İri Şəhərlərin Birləşmiş Su Təchizatı qanun pozaraq dövlət vəsaitinə qənaət edir, yoxsa…-DETALLAR [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

Gündəm / Cəmiyyət

12-02-2025, 18:20

İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinin qanunsuz əməlləri -ŞİKAYƏT [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

Gündəm / Cəmiyyət

8-11-2024, 16:24

“Deluxe Electric Azerbaijan”la ŞÜBHƏLİ İŞBİRLİYİ - İLGİNC FAKTLAR... [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

Siyasət

15-11-2023, 10:13

Kəmaləddin Heydərov iki rəis müavinini İŞDƏN ÇIXARDI [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

Araşdırma
Bakı sakinlərinə şad xəbər - Yeni avtobus marşrutu açılır
Sabah çimərlik havası olacaq?
Pensiya alanlara şad xəbər
Sabah Zərdabda suyun verilişində məhdudiyyət olacaq
Özəl bağçalara uşaqların qeydiyyatı başlayır
Maaşlarla bağlı şad xəbər - 7 faizdən çox artdı
Hadisə
12-09-2026, 12:10
Bakıda qadın küçədə öldü
12-09-2026, 11:47
Azərbaycanda NADİR HADİSƏ: uşaq bətnində yox, qaraciyərindədir
11-09-2026, 17:35
Naxçıvanda 250 minlik DƏLƏDUZLUQ: dövlət qurumunun adından saxta sənəd verirmiş
11-09-2026, 15:37
Naxçıvanda 250 minlik DƏLƏDUZLUQ: dövlət qurumunun adından saxta sənəd verirmiş
11-09-2026, 13:55
Şəkidə 4 nəfəri çaqqal dişləyib
11-09-2026, 13:52
Rəis müavinini elektrik cərəyanı vurub öldürdü
Son xəbərlər
  • 12-09-2026, 12:10
    Bakıda qadın küçədə öldü
  • 12-09-2026, 11:48
    iPhone 18 Pro və Pro Max-ı təqdim etdi
  • 12-09-2026, 11:47
    “Kızılcık şerbeti” bu tarixdə başlayır
  • 12-09-2026, 11:47
    Azərbaycanda NADİR HADİSƏ: uşaq bətnində yox, qaraciyərindədir
  • 12-09-2026, 10:58
    Xarici diplomatlar bu gün Ağdərə və Kəlbəcərdə olacaqlar
  • 12-09-2026, 10:57
    Bakı sakinlərinə şad xəbər - Yeni avtobus marşrutu açılır
  • 11-09-2026, 17:35
    Naxçıvanda 250 minlik DƏLƏDUZLUQ: dövlət qurumunun adından saxta sənəd verirmiş
  • 11-09-2026, 15:37
    Naxçıvanda 250 minlik DƏLƏDUZLUQ: dövlət qurumunun adından saxta sənəd verirmiş
  • 11-09-2026, 15:36
    Sabah çimərlik havası olacaq?
  • 11-09-2026, 15:34
    Xarici diplomatlar Qarabağ Universitetində olublar
  • 11-09-2026, 15:33
    Diplomatik korpus nümayəndələri “AzCotton” MMC-nin tikiş fabrikinə baş çəkiblər
  • 11-09-2026, 13:55
    Şəkidə 4 nəfəri çaqqal dişləyib
  • 11-09-2026, 13:52
    Rəis müavinini elektrik cərəyanı vurub öldürdü
  • 11-09-2026, 13:51
    Pensiya alanlara şad xəbər
  • 11-09-2026, 11:37
    Faciədən əvvəlki görüntüləri
  • 11-09-2026, 10:08
    Azərbaycan Kinematoqrafçılar İttifaqına yeni sədr seçilir
  • 11-09-2026, 10:08
    Sabirabadda kişinin meyiti anbarda tapıldı
  • 11-09-2026, 10:06
    Bakı və Abşeronun bəzi ərazilərində işıq olmayacaq
  • 10-09-2026, 21:38
    “100 min ayırıb kanatı öz qaynına çəkdirdin, camaatın balası öldü”
  • 10-09-2026, 17:57
    “100 min ayırıb kanatı öz qaynına çəkdirdin, camaatın balası öldü”
  • 10-09-2026, 12:25
    Gəncədə 16 yaşlı yeniyetmə bıçaqlandı
  • 10-09-2026, 12:24
    Bərdədə "Mercedes" qadını vurub öldürdü
  • 10-09-2026, 12:24
    ANAMA əməkdaşı Xocalıda minaya DÜŞDÜ
  • 10-09-2026, 12:23
    "Şəki yaylası"nda iki nəfərin ölümünün səbəbi AÇIQLANDI
  • 10-09-2026, 12:22
    Kolleclərin boş qalan yerlərinə ixtisas seçimi bu gün başa çatır
  • 10-09-2026, 12:22
    Azərbaycan neftinin qiyməti 113 dolları keçib
  • 10-09-2026, 12:21
    Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələri
  • 10-09-2026, 12:02
    Xəzərdə zəlzələ oldu
  • 10-09-2026, 12:01
    Toy olmayacaq - "Bir oyun idi, bitdi"
  • 9-09-2026, 20:59
    Mərhum həyat yoldaşı ilə bağlı paylaşım etdi
  • 9-09-2026, 20:58
    “Ağır günündə yanında oldum, amma anam öləndə zəng də vurmadı”
  • 9-09-2026, 20:58
    Dövlət qurumları əhaliyə səsləndi: Bu şəxslər nəzarətə götürülür!
  • 9-09-2026, 20:57
    Zaur Rzayev xəstəxanaya yerləşdirildi
  • 9-09-2026, 20:57
    Geyimlərini satışa çıxardı, tənqid olundu
  • 9-09-2026, 20:56
    Rol yoldaşı ilə eyni gündə vəfat edib…
Daha çox
  • Baş redaktor: Çingiz Məmmədov
  • Telefon: (+99450) 344 66 36
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Müsahibə
  • Araşdırma
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
Müəllif hüquqları qorunur. Gundelikxeber.org-nun məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə