• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video

Adnan Əhmədzadə işində ŞOK AD [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

Gündəm

29-09-2025, 12:29

Adnan Əhmədzadə işində ŞOK AD

Həbs edilən iş adamı ilə Mikayıl İsmayılovu nələr bağlayır - Dosye


SOCAR-ın İnvestisiya departamentinin sabiq rəhbər müavini, hazırda həbsdə olan iş adamı Adnan Əhmədzadə ilə bağlı istintaq davam edir.



Onun adı enerji sektorunda ən qalmaqallı proseslərlə, qanunsuz neft ticarəti və şübhəli maliyyə əməliyyatlarında hallanır. Adnan Əhmədzadənin həbsindən sonra gündəmə gələn faktlar isə işin yalnız iqtisadi tərəfləri ilə məhdudlaşmır.

Adnan Əhmədzadə işində ŞOK AD

Məlumatlara görə, Adnan Əhmədzadənin SOCAR-ın keçmiş vitse-prezidenti Mikayıl İsmayılovla yaxın əlaqələri olub. Hətta bu xətt üzrə əlaqələrin davam etdiyi bildirilir, müəyyən biznes bağlarının mövcudluğu barədə iddialar dolaşır. Məsələni maraqlı edən digər detal isə Adnan Əhmədzadənin müdafiəçisi, vəkil Şaiq Mirzəyevlə bağlıdır. Belə ki, hazırda dövlət qurumunda rəhbər vəzifə tutan Şaiq Mirzəyev vaxtilə “Az-Qranata” MMC-nin baş direktoru olub.




Həmin şirkətin də Mikayıl İsmayılova və ailəsinə məxsusluğu haqda mediada dəfələrlə məlumatlar yayımlanıb. Şaiq Mirzəyev bu gün də Mikayıl İsmayılovun oğlu Orxan İsmayılzadənin qalmaqallı atalıq işində vəkilidir. Xatırladaq ki, 2012-ci ilin may ayında Mikayıl İsmayılovun oğlu Orxan İsmayılzadə ilə Fidan Abbasovanın faktiki nikahı baş tutub. Faktiki nikahı rəsmi nikaha çevirənədək cavabdehlə birlikdə yaşayıb, faktiki ailə münasibətləri 3 sentyabr 2016-cı ilədək davam edib.

“Faktiki nikahımızdan 5 may 2015-ci il tarixdə Nil adlı övladımız anadan oldu, lakin Orxan uşağın atası olması ilə bağlı nə rəsmi nikaha düşdü, nə də atalığı qəbul etdi. Dedi, ailəsi buna razı deyil, o da ailəsinin sözünü yerə sala bilməyəcək. Orxanın atası Mikayıl İsmayılov həmin vaxt yüksək vəzifəli məmur idi və istədiyi kimi istədiyi şəxsə təzyiq etmək imkanında idi.



O zaman Sabunçu Rayon Məhkəməsində iddia qaldıraraq övladımın atasının müəyyən edilməsini xahiş etdim. Məhkəmə prosesinin gedişatında Mikayıl İsmayılov şəxsən mənimlə görüşdü. Onların adının məhkəmələrdə hallandırılmamasını xahiş etdi. Dedi ki, əgər iddiamı geri çəksəm, Orxan məhkəmədən kənar şəkildə bütün məsələni həll edəcək və övladımızın atası olmasını etiraf edəcək”. Bu il Orxan İsmayılzadənin vəkili Şaiq Mirzəyev Fidan Abbasovaya barışıq sənədi təqdim edib, həmin sənəddə uşağının atasının Orxan İsmayılzadə olmasının üzərindən keçərsə, 65 min manat ödəyəcəyi qeyd olunub. Fidan Abbasova barışıq ərizəsini imzalamayıb, Orxan İsmayılzadədən aliment ödəməsini tələb edib. Hazırda İstanbulda məskunlaşan Orxan İsmayılzadə aylardır ki, aliment ödəmir. Fidan Abbasova deyir ki, Şaiq Mirzəyev ona alimentin ödənməyəcəyini bildirib...

Adnan Əhmədzadə işində ŞOK AD

Fidan Abbasova Şaiq Mirzəyevin Adnan Əhmədzadəyə vəkil tutulmasında keçmiş qaynatasının rolu və iştirakının ola biləcəyini də ehtimal edir.


Bütün bunların fonunda Adnan Əhmədzadənin xaricdəki qalmaqallı hərəkətləri də diqqət çəkir. Lent.az-ın əldə etdiyi məlumata görə, o, ötən il İsveçrədə yol hərəkəti qaydalarını dəfələrlə pozduğuna və sürücülük vəsiqəsi olmadan avtomobil idarə etdiyinə görə 225 min İsveçrə frankı (təxminən 478 min manat) məbləğində cərimə ödəyib. İsveçrə mediası həmin vaxt yazırdı ki, Əhmədzadə əvvəlcə 10 min frank cərimələnərək vəsiqəsindən məhrum edilib. Lent.az yazıb ki, buna baxmayaraq, Yeni il ərəfəsində o, “Audi” markalı avtomobili ilə sərhədi keçərək Cenevrəyə daxil olub və sərhədçilər tərəfindən saxlanılıb. Bir ay sonra isə Simplon keçidində eyni qanun pozuntusuna görə yenidən tutulub. Valais kantonunun prokurorluğu Əhmədzadəni “təkrar və islah olunmayan” şəxs kimi qiymətləndirib və nəticədə onun əvvəlki şərti cəriməsi də ləğv edilərək 225 min franklıq yekun məbləğ ödənilib. Bu astronomik cəriməni ödədikdən sonra iş adamı İsveçrəni tərk edə bilib. Beləliklə, Adnan Əhmədzadənin ətrafında cərəyan edən hadisələr onun yalnız ölkə daxilində deyil, həm də beynəlxalq miqyasda diqqət çəkən qalmaqallı fiqur olduğunu göstərir. SOCAR-dakı keçmiş fəaliyyətindən tutmuş, İsveçrədəki cərimələrinə qədər bütün faktlar hazırda istintaqın diqqət mərkəzindədir.


Xatırladaq ki, Adnan Əhmədzadə sentyabrın 19-dda Bakıda Dövlət Təhlükəsizliyi Xidməti əməkdaşlaır tərəfindən saxlanıb. Növbəti gün Səbail Rayon Məhkəməsi onun barəsində 4 aylıq həbs-qətimkan qərarı verib. Onun barəsində Azərbaycanın iqtisadi təhlükəsizliyinə qarşı təxribat törətmək və külli miqdarda mənimsəmə ittihamları olduğu bildirilsə də, bu barədə hələ ki, rəsmi məlumat yoxdur. Rəsmi mənbələrdə Əhmədzadənin yalnız 1998-ci ildən 2023-cü ilə qədər SOCAR-da müxtəlif yüksək vəzifələr tutduğu qeyd olunub. O, SOCAR-dakı karyerasının son illərində şirkətin beynəlxalq investisiya və satış işlərinə rəhbərlik edib. Lakin Maltese Herald nəşri iddia edir ki, Əhmədzadə SOCAR-dan rəsmi şəkildə ayrılsa da, şirkətin neft məhsullarının beynəlxalq daşımalarında və satışında mühüm rol oynamaqda davam edib. Nəşr iddia edir ki, bu biznesdə onun rəhbəri olduğu ABDA Invest Holding şirkətinin və onun yaxın qohumu tərəfindən idarə edildiyi deyilən Malta şirkəti Alkagesta-nın adı keçir.


Maltese Herald Adnan Əhmədzadənin bu şirkətin idarəetməsində də güclü nüfuza sahib olduğunu yazıb. Amma Alkagesta şirkəti bu iddianı rədd edir.


Bu ilin iyulunda BP şirkəti Azərbaycan hökumətinin Bakı-Tbilisi-Ceyhan boru xətti ilə Rumıniya və İtaliyaya satdığı neftin tərkibində zərərli maddə hesab edilən xlorid aşkarlandığını bildirmiş, bir neçə gün öncə həmin məlumatı bir daha açıqlamışdı. O zaman Rumıniya mətbuatı çirklənmənin Rusiya tərəfindən məqsədyönlü şəkildə, Azərbaycanın enerji nüfuzunu zədələmək məqsədilə edildiyini açıqlamışdı. Adnan Əhmədzadə həm də dəbdəbəli həyat tərzi, məşhur xarici simaların, futbolçuların və digər nüfuzlu şəxslərin Azərbaycana səfərlərini təşkil etməklə də gündəm olub.

Oxunub: 0
Paylaş:
Digər xəbərlər

Gündəm / Cəmiyyət

29-09-2025, 11:49

Adnanın SOCAR-ın sabiq məşhur ismi ilə əlaqəsi üzə çıxdı [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

Gündəm

23-09-2023, 11:41

Adnan Əhmədzadənin "Rahat market"-i borc içində üzür - ARAŞDIRMA [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

Gündəm / Araşdırma

20-09-2025, 14:45

Adnan Əhmədzadə HƏBS EDİLİB - ÖZƏL [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

Gündəm

23-09-2025, 12:32

"Adnan Əhmədzadə işi"ndə yeni adlar - Gizli şəbəkənin işi necə qurulub? [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

Gündəm / Dünya

25-09-2025, 11:37

Anar Əlizadənin işi araşdırılacaq? [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

Araşdırma
Azərbaycanda orta pensiya məbləği artırılır
Radarlar sizə “dayan, düşün, təhlükəsiz get” demək üçündür”
Evində yanğın oldu, tüstüdən boğulub öldü
Ağdamda “Fərhadın heykəl”i ucaldılacaq - Fotolar
Azad edilmiş ərazilərə getmək istəyənlər bilməlidirlər - “Polis cavab verir”
Əməkdar həkim vəfat etdi
Hadisə
16-10-2025, 10:11
Avtomobilin vurduğu piyada 2 gün sonra öldü
6-10-2025, 12:01
Azərbaycana qripə qarşı vaksinlər gətirildi
3-10-2025, 01:06
Paytaxtın bu ərazilərində qaz olmayacaq
2-10-2025, 15:48
29 yaşlı oğlan kafedə öldürüldü
2-10-2025, 14:32
Hamamda yıxılan qadın öldü
27-09-2025, 15:27
“Torqoviy” da klubda 16 yaşlı qız sevgilisini biça*ladı
Son xəbərlər
  • Bugün, 13:10
    Azərbaycanda orta pensiya məbləği artırılır
  • Bugün, 13:07
    DİN-ə yeni səlahiyyət verildi
  • Bugün, 13:01
    Prezident Viktor Orbanı təbrik etdi
  • Bugün, 10:10
    Tramp Putinlə görüşü niyə ləğv etdiyini açıqladı
  • Bugün, 10:09
    Mussolininin villası satışa çıxarıldı
  • Bugün, 10:07
    Radarlar sizə “dayan, düşün, təhlükəsiz get” demək üçündür”
  • Bugün, 10:05
    Evində yanğın oldu, tüstüdən boğulub öldü
  • Dün, 14:45
    Yeni yubiley medalı təsis edildi
  • Dün, 14:43
    Prezidentdən Yaponiyanın yeni Baş nazirinə məktub
  • Dün, 14:41
    Ağdamda “Fərhadın heykəl”i ucaldılacaq - Fotolar
  • Dün, 14:35
    Serbiya ilə demoqrafiya sahəsində gələcək əməkdaşlıq müzakirə olundu - Fotolar
  • Dün, 13:44
    Prezidentdən Yaqub Eyyubovla bağlı - Sərəncam
  • Dün, 13:42
    20 ildə müdafiə xərclərinə yönəldilən məbləğ açıqlandı
  • Dün, 13:40
    Prezident Sərəncam imzaladı
  • Dün, 13:38
    Prezident Estoniya XİN rəhbərini qəbul etdi - Fotolar
  • Dün, 13:36
    Prezident dabaq xəstəliyi ilə bağlı - Qanunu təsdiqlədi
  • Dün, 10:27
    Azad edilmiş ərazilərə getmək istəyənlər bilməlidirlər - “Polis cavab verir”
  • Dün, 10:24
    AMB uçot dərəcəsi ilə bağlı növbəti qərarını açıqladı
  • Dün, 09:52
    London öz qoşunlarını İsrailə göndərdi
  • Dün, 09:50
    "Avropa sülh istəyirsə, Putin-Tramp görüşü təcili baş tutmalıdır”
  • Dün, 09:48
    Rusiya Çerniqova hücum etdi - Ölənlər var
  • Dün, 09:47
    Əməkdar həkim vəfat etdi
  • 21-10-2025, 16:57
    Nazirlikdə Fələstin səfiri ilə görüş oldu
  • 21-10-2025, 16:55
    Ermənistan İlham Əliyevin bəyanatını alqışlayır
  • 21-10-2025, 16:53
    Prezidentlər Beynəlxalq Süni İntellekt Mərkəzində oldular
  • 21-10-2025, 15:22
    İlham Əliyev Qazaxıstanın milli geyimində
  • 21-10-2025, 15:20
    Prezidentlər mətbuata bəyanatlarla çıxış etdi
  • 21-10-2025, 15:17
    Sahibə Qafarova Alen Simonyanla görüşdü
  • 21-10-2025, 15:15
    Astanada ikinci iclas keçirildi
  • 21-10-2025, 12:46
    Sürücünün halı qəfil pisləşib, avtobusu dayandıra bilməyib...
  • 21-10-2025, 12:44
    “Atletiko” futbolçuları çimməyə isti su tapa bilmədi, UEFA-ya şikayət etdilər
  • 21-10-2025, 12:42
    Ermənistanda hərbi xidmətin müddəti azaldılır
  • 21-10-2025, 12:40
    "Orta dəhlizin inkişafı” birgə layihəsi təqdim edildi - Fotolar
  • 21-10-2025, 11:57
    Azərbaycan Qazaxıstanla bütün istiqamətlər üzrə qarşılıqlı fəaliyyətin möhkəmləndirilməsini hədəfləyir
  • 21-10-2025, 11:56
    Azərbaycan və Qazaxıstan prezidentlərinin Astanada təkbətək görüşü olub
Daha çox
  • Baş redaktor: Çingiz Məmmədov
  • Telefon: (+99450) 344 66 36
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Müsahibə
  • Araşdırma
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
Müəllif hüquqları qorunur. Gundelikxeber.org-nun məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə