"Türkiyə nümayəndə heyəti Azərbaycana səfər edəcək."
Bu barədə Türkiyə Böyük Millət Məclisi (TBMM) Türkiyə-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun sədri Şamil Ayrım məlumat verib.
O bildirib ki, səfərin məqsədi Qərbi Azərbaycan İcmasının dekabrın 5-də keçiriləcək beynəlxalq konfransında iştirak etməkdir:
"TBMM Türkiyə-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun sədri kimi mən, Dostluq Qrupunun sədr müavini Orhan Erdem, Iğdır millət vəkili Cantürk Alagöz və digər iki nəfər sabah, dekabrın 4-də Azərbaycana səfər edəcəyik. Ümid edirik ki, bu konfrans Qərbi azərbaycanlıların səsinin dünya ictimaiyyətinə çatdırılması və dədə-baba torpaqlarına ləyaqətli qayıdışı baxımından mühüm rol oynayacaq".