• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video

Saleh Məmmədovun “topdağıtmaz qohumlar komandası” - Əvəz Qocayev son sipər rolundadır [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

Gündəm / Cəmiyyət

7-02-2026, 14:41

Saleh Məmmədovun “topdağıtmaz qohumlar komandası” - Əvəz Qocayev son sipər rolundadır

Ötən gün Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) sədri Saleh Məmmədov vəzifədən uzaqlaşdırıldı. Uzun illər bu postda çalışan Saleh Məmmədovun fəaliyyəti dövründə Agentlik ətrafında geniş qohum-tanış şəbəkəsi formalaşdırdığı hər kəsə bəlli idi. Qohumlardan ibarət, böyük qazanc yeri olan AAYDA artıq onlar üçün cəhənnəm yuvasına dönüb. Uzun illər böyük çirkin əməllərin sahibi olan bu komanda üzvləri indi vəziyyətdən necə çıxacaqları yolu düşünürlər.
Bizimesr.az-a daxil olan məlumata görə, məhz bu şəbəkə illər ərzində AAYDA daxilində mühüm vəzifələri nəzarətdə saxlayıb. Saleh Məmmədovun vəzifədən uzaqlaşdırılması isə həmin şəxslər üçün ciddi narahatlıq yaradıb. İndi əsas sual budur - bu qohumlar kimlərdir və uzun illər ərzində hansı fəaliyyətlə məşğul olublar?

7 nömrəli Xüsusi Təyinatlı Yol İstismarı MMC – qalmaqallı rəhbər
Saleh Məmmədovun “topdağıtmaz qohumlar komandası” - Əvəz Qocayev son sipər rolundadır

Bizimesr.az-a daxil olan məlumata görə, “7 nömrəli Xüsusi Təyinatlı Yol İstismarı” MMC-nin rəhbəri Məhəmməd Musayevin əvvəl çalışdığı idarədə ciddi qanun pozuntularına və korrupsiya hallarına yol verdiyi iddia olunur. Bildirilir ki, bu səbəbdən o, vaxtilə Saleh Məmmədovun birbaşa qərarı ilə vəzifəsindən birdəfəlik azad edilib. Mənbənin iddiasına görə, Musayev Məhəmməd Saleh Məmmədovla uzaq qohumluq əlaqəsinə malikdir. Belə ki, o, Saleh Məmmədovun bacısının qızının ailəsi ilə qohumluq münasibətindədir. Musayev Məhəmməd işə bərpa olunmaq üçün müxtəlif vasitələrə əl atıb, bu proses isə ailədaxili ciddi gərginliyə səbəb olub.

İddialara görə, ailənin dağılmaması məqsədilə Saleh Məmmədov məcbur olaraq Musayev Məhəmməd sonradan “7 nömrəli Xüsusi Təyinatlı Yol İstismarı” MMC-yə direktor təyin edilib. Həmin təyinatdan sonra Saleh Məmmədov Məhəmməd Musayevlə birbaşa ünsiyyətdən imtina edib, onu qəbul etməyib. İdarə ilə bağlı məsələlərdə əlaqə əsasən müavin və ya köməkçi - Əvəz Qocayev vasitəsilə saxlanılıb.

Xidmət şöbəsinin rəisi ilə bağlı ağır ittihamlar

Araşdırmada adı hallanan digər şəxs - Xidmət şöbəsinin rəisi Nəhmətov Nazirlə bağlı da ciddi iddialar səsləndirilir. Mənbənin bildirdiyinə görə, onun əsas peşəsi sürücülük və avtomobil ustalığı olub. Ali təhsil diplomunun qanuniliyi şübhə altındadır, imtahanların pul qarşılığında “həll edildiyi” iddia olunur.

İddialara əsasən, peşəkar olmayan idarəçilik nəticəsində idarəyə məxsus keçidlərin təxminən 70 faizində eskalatorlar sıradan çıxıb və bu, dövlətə milyonlarla manatlıq ziyan vurub. Bildirilir ki, Nazir Nəhmətov qeyri-leqal fəaliyyətlərlə məşğul olub, iş vaxtını şəxsi maraqlara sərf edib.

Mənbə iddia edir ki, hər ay ayrı-ayrı işçilərin maaşlarına formal olaraq “mükafat” yazdırılıb, lakin həmin vəsaitlər sonradan işçilərdən geri alınaraq mənimsənilib. Eyni zamanda, həmin işçilərin işə gecikməsinə və iş yerini vaxtından tez tərk etməsinə illərdir göz yumulub. Xidmət otaqlarının isə faktiki olaraq şəxsi obyekt kimi istifadə edildiyi bildirilir.

Şəxsi imtiyazlar və qeyri-bərabər münasibət
Saleh Məmmədovun “topdağıtmaz qohumlar komandası” - Əvəz Qocayev son sipər rolundadır

Digər diqqətçəkən iddia isə budur ki, ali təhsil diplomu olmadığı deyilən Nazir Nəhmətova xidməti sürücü ayrıldığı halda, idarə rəisinin müavini Faiq Seyidovun avtobusla gedib-gəldiyi, ərazini piyada gəzdiyi bildirilir. Mənbə vurğulayır ki, Faiq Seyidovun xidməti sürücüsü də faktiki olaraq Nazir Nəhmətovun sərəncamındadır.

İşçilərin maaşlarından qanunsuz tutulmalar

Məlumatda qeyd olunur ki, bu şəxslər vəzifəyə gəldikdən sonra idarədə çalışan heç bir işçi dövlət tərəfindən müəyyən edilmiş maaşı tam və standart formada ala bilməyib. Yetim uşaq saxlayan xadimələrdən tutmuş müharibə veteranlarınadək bir çox işçinin maaşından hər ay kəsintilər edilib.

Mənbənin sözlərinə görə, hər hansı işçi şikayət edəcəyini bildirdikdə, Nazir Nəhmətov şəxsən müdaxilə edərək kəsilən məbləği həmin işçinin kartına geri yükləyib. Lakin narazılıq etməyən işçilərin kəsilən vəsaitləri mənimsənilib.

Daha ciddi iddialardan biri də budur ki, Nazir Nəhmətov idarədə çalışan işçilərin maaş kartlarının kodlarını bildiyi və kartların şəkillərinin onun telefonunda saxlanıldığı deyilir. Mənbə bu məlumatların hansı məqsədlə toplandığının hələ də aydın olmadığını bildirir. Daha ciddi faktlar barədə yaxın günlərdə ətraflı məlumat verəcəyik!

Bizimesr.az

Oxunub: 59
Paylaş:
Digər xəbərlər

Gündəm / Cəmiyyət

4-09-2025, 09:00

AAYDA-nin zəhəri və zərəri: büdcə talanından ekoloji fəlakətə...-VİDEO+FOTOLAR [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

Gündəm / Cəmiyyət

9-10-2024, 15:24

Məmur İntiqam Məmmədovun “topdağıtmaz” SƏRVƏTİ - Hardandır? [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

Gündəm / Cəmiyyət

19-08-2024, 15:30

Qaçqın məktəbi, yoxsa ailə şirkəti? - Qalmaqallı məktəblə bağlı sensasion faktlar - VİDEO [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

Gündəm / Cəmiyyət

6-07-2024, 10:44

AAYDA-nın “köklü”ləri savaşır... - Saleh Məmmədov qazanacaq, yoxsa Əvəz Qocayev? [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

---

5-09-2023, 15:08

Əvəz Qocayev: YOLUNUZ AÇIQ OLSUN... [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

Araşdırma
Bakı sakinlərinə şad xəbər - Yeni avtobus marşrutu açılır
Sabah çimərlik havası olacaq?
Pensiya alanlara şad xəbər
Sabah Zərdabda suyun verilişində məhdudiyyət olacaq
Özəl bağçalara uşaqların qeydiyyatı başlayır
Maaşlarla bağlı şad xəbər - 7 faizdən çox artdı
Hadisə
12-09-2026, 12:10
Bakıda qadın küçədə öldü
12-09-2026, 11:47
Azərbaycanda NADİR HADİSƏ: uşaq bətnində yox, qaraciyərindədir
11-09-2026, 17:35
Naxçıvanda 250 minlik DƏLƏDUZLUQ: dövlət qurumunun adından saxta sənəd verirmiş
11-09-2026, 15:37
Naxçıvanda 250 minlik DƏLƏDUZLUQ: dövlət qurumunun adından saxta sənəd verirmiş
11-09-2026, 13:55
Şəkidə 4 nəfəri çaqqal dişləyib
11-09-2026, 13:52
Rəis müavinini elektrik cərəyanı vurub öldürdü
Son xəbərlər
  • 12-09-2026, 12:10
    Bakıda qadın küçədə öldü
  • 12-09-2026, 11:48
    iPhone 18 Pro və Pro Max-ı təqdim etdi
  • 12-09-2026, 11:47
    “Kızılcık şerbeti” bu tarixdə başlayır
  • 12-09-2026, 11:47
    Azərbaycanda NADİR HADİSƏ: uşaq bətnində yox, qaraciyərindədir
  • 12-09-2026, 10:58
    Xarici diplomatlar bu gün Ağdərə və Kəlbəcərdə olacaqlar
  • 12-09-2026, 10:57
    Bakı sakinlərinə şad xəbər - Yeni avtobus marşrutu açılır
  • 11-09-2026, 17:35
    Naxçıvanda 250 minlik DƏLƏDUZLUQ: dövlət qurumunun adından saxta sənəd verirmiş
  • 11-09-2026, 15:37
    Naxçıvanda 250 minlik DƏLƏDUZLUQ: dövlət qurumunun adından saxta sənəd verirmiş
  • 11-09-2026, 15:36
    Sabah çimərlik havası olacaq?
  • 11-09-2026, 15:34
    Xarici diplomatlar Qarabağ Universitetində olublar
  • 11-09-2026, 15:33
    Diplomatik korpus nümayəndələri “AzCotton” MMC-nin tikiş fabrikinə baş çəkiblər
  • 11-09-2026, 13:55
    Şəkidə 4 nəfəri çaqqal dişləyib
  • 11-09-2026, 13:52
    Rəis müavinini elektrik cərəyanı vurub öldürdü
  • 11-09-2026, 13:51
    Pensiya alanlara şad xəbər
  • 11-09-2026, 11:37
    Faciədən əvvəlki görüntüləri
  • 11-09-2026, 10:08
    Azərbaycan Kinematoqrafçılar İttifaqına yeni sədr seçilir
  • 11-09-2026, 10:08
    Sabirabadda kişinin meyiti anbarda tapıldı
  • 11-09-2026, 10:06
    Bakı və Abşeronun bəzi ərazilərində işıq olmayacaq
  • 10-09-2026, 21:38
    “100 min ayırıb kanatı öz qaynına çəkdirdin, camaatın balası öldü”
  • 10-09-2026, 17:57
    “100 min ayırıb kanatı öz qaynına çəkdirdin, camaatın balası öldü”
  • 10-09-2026, 12:25
    Gəncədə 16 yaşlı yeniyetmə bıçaqlandı
  • 10-09-2026, 12:24
    Bərdədə "Mercedes" qadını vurub öldürdü
  • 10-09-2026, 12:24
    ANAMA əməkdaşı Xocalıda minaya DÜŞDÜ
  • 10-09-2026, 12:23
    "Şəki yaylası"nda iki nəfərin ölümünün səbəbi AÇIQLANDI
  • 10-09-2026, 12:22
    Kolleclərin boş qalan yerlərinə ixtisas seçimi bu gün başa çatır
  • 10-09-2026, 12:22
    Azərbaycan neftinin qiyməti 113 dolları keçib
  • 10-09-2026, 12:21
    Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələri
  • 10-09-2026, 12:02
    Xəzərdə zəlzələ oldu
  • 10-09-2026, 12:01
    Toy olmayacaq - "Bir oyun idi, bitdi"
  • 9-09-2026, 20:59
    Mərhum həyat yoldaşı ilə bağlı paylaşım etdi
  • 9-09-2026, 20:58
    “Ağır günündə yanında oldum, amma anam öləndə zəng də vurmadı”
  • 9-09-2026, 20:58
    Dövlət qurumları əhaliyə səsləndi: Bu şəxslər nəzarətə götürülür!
  • 9-09-2026, 20:57
    Zaur Rzayev xəstəxanaya yerləşdirildi
  • 9-09-2026, 20:57
    Geyimlərini satışa çıxardı, tənqid olundu
  • 9-09-2026, 20:56
    Rol yoldaşı ilə eyni gündə vəfat edib…
Daha çox
  • Baş redaktor: Çingiz Məmmədov
  • Telefon: (+99450) 344 66 36
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Müsahibə
  • Araşdırma
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
Müəllif hüquqları qorunur. Gundelikxeber.org-nun məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə