• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video

Məleykə Abbaszadə ilə Emin Əmirullayevin gəncliyə ZƏRBƏSİ – Bu cinayətdir [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

Gündəm / Cəmiyyət

12-03-2026, 11:40

Məleykə Abbaszadə ilə Emin Əmirullayevin gəncliyə ZƏRBƏSİ – Bu cinayətdir

Dövlət İmtahan Mərkəzi ilə Elm və Təhsil Nazirliyinin Azərbaycan gəncliyinə vurduğu zərbəni heç ABŞ-İsrail koalisiyası İrana vura bilməyib. Çünki qılınc yarası sağalar, amma elmə, təhsilə vurulan yaranı sağaltmaq asan məsələ deyil.
Əvvəlki adı TQDK, indi DİM olan, rəhbəri isə dəyişməyən – Məleykə Abbaszadə olan bu struktur hər il abituriyentlərin başına oyun açır. Nəticədə yüzlərlə məzunun tələbə olmaq hüququ əlindən alınır.
Anaxeberinfo.az bildirir ki, bu il isə DİM abituriyentləri çətin, qəliz, uzun və anlaşılmaz suallarla “imtahana çəkib”. Əgər DİM-də vəzifə tutanlardan həmin test suallarına cavab verməyi tələb etsən, 100 bal da toplamazlar. Çünki şagirdlərə keçirilməyən proqram üzrə test sualları verilib. Bu da cinayətdir. Şagird məktəbdə və hazırlıq kurslarında qarşılaşmadığı suallarla imtahanda rastlaşır və təbii olaraq cavab verə bilmir. Hətta bəzi təhsil ekspertləri iddia edirlər ki, DİM bu il Türkiyə və Rusiya təhsil proqramlarından istifadə edərək imtahana test sualları salıb. Nəticədə minlərlə abituriyent çıxılmaz vəziyyətə düşüb.
Eyni dərəcədə məsuliyyəti Emin Əmirullayevin nazirliyi daşıyır. Məktəblərdəki dərsliklər bərbad, təhsil sıfır, repetitor olmasa məktəbli ali məktəbə qəbul oluna bilməz, ən əsası isə məktəb dərslikləri ilə kursların proqramları və DİM-in test sualları bir-biri ilə əlaqəli deyil. Bu, hər iki qurumun şagirdləri psixoloji olaraq gərginliyə salması, hətta həssas uşaqların zəif nəticəyə görə intihara əl atmasına gətirib çıxarması riskləri deməkdir.
Axı Məleykə Abbaszadə və Emin Əmirullayev Azərbaycan təhsilinə, gəncliyinə nə verib ki, bunun adekvat keyfiyyətini tələb edirlər? Hansı yüksək səviyyəli tədrisdən, ideal təhsil proqramından və dərsliklərdən söhbət gedir ki, bunun əvəzində şagirdlərdən də eyni dərəcədə yüksək nəticə gözləyəsən?
Fakt budur ki, bir neçə gündür cəmiyyət test suallarının qəlizliyindən danışır. Bu il ümumiyyətlə, elə bir vəziyyət yaradılıb ki, ən yaxşı oxuyan uşaqlar da suallar qarşısında çətinlik çəkiblər. Bəs bu uşaqların əziyyətini niyə yerə vurursunuz? İllərlə məktəbdə yox, valideynin zəhmətlə qazandığı pul hesabına repetitor yanında ali məktəbə hazırlaşan uşaqlara nə üçün Rusiya, Türkiyə proqramlarından test sualları verilməlidir?
Bunu DİM rəhbərliyi hansı ixtiyarla həyata keçirib? Siz uşaqların keçirdiyi stressi, əsəbi, həyəcanı, psixoloji gərginliyi nəzərə almırsınızmı? İllərlə hazırlaşıb sonda gəlib gözləmədiyi suallarla qarşılaşanda onun hansı vəziyyətə düşdüyünü niyə hesablamırsınız? Milyonlarla vəsait maxinasiyalarla mənimsənilir, DİM və nazirlikdə vəzifə tutanlar varlanır, amma xalqın uşaqlarını vecinə alan yoxdur.
İmtahandan çıxan abituriyentlərin böyük hissəsi sualların çətinliyi ilə bərabər, onların həddindən artıq uzun və vaxt aparan olmasından şikayət edir.
Valideynlər və müəllimlər də bu narazılığı bölüşərək bildirirlər ki, xüsusilə qrammatika ilə bağlı sualların çoxluğu və mətnlərin həddindən artıq uzun tərtib edilməsi şagirdlərin vaxtını ciddi şəkildə məhdudlaşdırır. Onların sözlərinə görə, son illərdə mətnlər getdikcə daha da uzadılır, lakin imtahanın müddəti dəyişmir. Nəticədə abituriyentlər biliklərini tam göstərməkdə çətinlik çəkir, çünki məntiq tələb edən və uzun mətnə əsaslanan suallar vaxtın böyük hissəsini alır.
Buraxılış imtahanının bu qədər çətin olması, qəlizləşdirilməsi heç cür başadüşülən deyil. Nə etmək istəyirlər, məqsəd nədir, bəlli deyil. Bundan təkcə valideyn və abituriyentlər narazı olsa, fikirləşmək olardı ki, qərəzdir. Müəllimlər də bildirir ki, suallar qəliz, vaxtaparan və uzundur. Dövlət İmtahan Mərkəzinin məqsədi nədir, nə etmək istəyirlər?
Təhsil məsələləri üzrə ekspert Ramin Nuralıyev bildirib ki, DİM bu qədər tənqid və narazılıqdan nəticə çıxarmalıdır, lakin illərdir heç nə dəyişmir: “700 müəllimin olduğu ortaq qruplarda müəllimlər belə narazılıq edir ki, suallar çətindir, qrammatika ilə bağlı suallar çoxdur, mətnlər uzundur. Hər il mətnlər daha da uzun tərtib edilir, ancaq imtahanın müddəti artırılmır.
Abituriyentlər sualların çətinliyindən yox, vaxt aparmasından narazılıq edir. Məntiqi sual, uzun mətn vaxt aparır və bu da zamanı daraldır. Abituriyentin həyacanını artırır. Nəyə lazımdır axı bu? Ali məktəbə girmək asan, oxumaq və bitirmək çətin olmalıdı. Beynəlxalq təcrübədə belədir. Bizdə isə əksinə. Universitetə girmək, hazırlaşmaq, imtahan zülmdür. Ancaq oxumaq və bitirmək çox asandır. Belə olmamalıdır”.
Ekspert bildirib ki, balların bu qədər aşağı düşməsinə səbəb də məhz Dövlət İmtahan Mərkəzinin sualları hər il daha da çətinləşdirməsidir: “Qəbul imtahanının bir qədər qəliz olmasını almaq olar. Ancaq buraxılış imtahanının çətin olması başadüşülən deyil. Sualları qəlizləşdirdikləri üçün də ballar bu qədər aşağı düşüb. Ötən il 206 balla pulsuza qəbul olanlar oldu. Bu sualların qəliz olmasından irəli gəlir ki, ballar bu qədər aşağı düşür. Sualları asanlaşdırmaq lazımdır ki, ballar da yüksəlsin. DİM-ə dəfələrlə belə təkliflərimiz olub, ancaq nəticə təəssüf ki, dəyişmir”.
Anaxeberinfo.az

Oxunub: 37
Paylaş:
Digər xəbərlər

Gündəm / Cəmiyyət

29-08-2025, 11:35

Məleykə Abbaszadənin “qadın və inək” dastanı – DİM sədri bəlkə özü də ana dilindən imtahan versin?! [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

Gündəm / Cəmiyyət

9-06-2025, 14:25

Təhsil Nazirliyi müəllimlərin əmək haqqına vurulan əlavə pulu necə mənimsəyir? - ŞOK FAKTLAR // VİDEO + FOTO [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

Gündəm / Cəmiyyət

4-06-2025, 15:30

Nazirlə DİM sədrinin baltaladığı Azərbaycan təhsili - nə qolu qalıb, nə budağı... [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

Gündəm / Cəmiyyət

27-02-2025, 14:37

Bazar günü imtahan var [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

Gündəm / Cəmiyyət

17-01-2025, 18:51

Rektorlar arasında İNTRİQA QIZIŞIR...- ELÇİN BABAYEV UNEC-Ə REKTOR GƏLMƏK İSTƏYİR ? [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

Araşdırma
Sabahdan Bakıda və rayonlarda külək güclənəcək
10-cu sinif şagirdləri üçün elektron yerdəyişmə başlanılır
Bakıda 10 ünvanda minib-düşmə yerləri və taksi duracaqları təşkil olunub
Daşkənddə İslam dünyasının mədəni irsi və İslama dair stereotiplərlə mübarizə müzakirə edilib
Prezident İlham Əliyev "Sabah"ı təbrik edib
Kəmaləddin Heydərov Kəlbəcərdə vətəndaşları qəbul edəcək
Hadisə
Dün, 14:51
Oğuzda avtomobil aşıb, 7 nəfər xəsarət alıb - YENİLƏNİB
24-08-2026, 09:22
Bərdədə avtoqəzada 49 yaşlı kişi ölüb
22-08-2026, 12:12
Bakıda oğurluq edən şəxslər saxlanılıblar
22-08-2026, 11:01
DİN: Ötən gün 2 avtomat, 13 tüfəng aşkarlanıb
20-08-2026, 10:10
DTX-dən xüsusi əməliyyat: 17 il beynəlxalq axtarışda olan şəxs Azərbaycana gətirilib
18-08-2026, 13:45
Bakıda istifadəsiz tikilidə yanğın baş verib
Son xəbərlər
  • Bugün, 16:13
    Sabahdan Bakıda və rayonlarda külək güclənəcək
  • Bugün, 15:43
    10-cu sinif şagirdləri üçün elektron yerdəyişmə başlanılır
  • Bugün, 15:23
    Bakıda 10 ünvanda minib-düşmə yerləri və taksi duracaqları təşkil olunub
  • Bugün, 13:19
    Daşkənddə İslam dünyasının mədəni irsi və İslama dair stereotiplərlə mübarizə müzakirə edilib
  • Bugün, 12:30
    Azərbaycanın kişi boksçulardan ibarət millisi Gürcüstanda təlim-məşq toplanışı keçəcək
  • Bugün, 11:19
    Prezident İlham Əliyev "Sabah"ı təbrik edib
  • Bugün, 10:37
    Kəmaləddin Heydərov Kəlbəcərdə vətəndaşları qəbul edəcək
  • Bugün, 09:55
    Bu gün Laçın Şəhəri Günüdür
  • Bugün, 09:29
    Bu gün Mehriban Əliyevanın doğum günüdür
  • Dün, 18:42
    Mərkəzi Neftçilər Xəstəxanasında onlayn növbə sistemi istifadəyə verilib
  • Dün, 18:12
    Beynəlxalq axtarışda olan şəxs Qazaxıstandan Azərbaycana ekstradisiya edilib
  • Dün, 17:57
    Sabah Bakı və bəzi bölgələrdə güclü külək əsəcək - XƏBƏRDARLIQ
  • Dün, 17:03
    Dənizkənarı Bulvar İdarəsi QSC-yə çevrilir
  • Dün, 16:47
    Formula 1 yarışı ilə əlaqədar Azərbaycan viza prosedurunu sadələşdirir - SƏRƏNCAM
  • Dün, 16:08
    Növbəti 3 gün ərzində temperatur 8 dərəcə enəcək - XƏBƏRDARLIQ
  • Dün, 15:54
    Laçında Azərbaycan-Ermənistan enerji əməkdaşlığı üzrə görüş keçirilib
  • Dün, 15:23
    Kriptovalyuta bazarı: Kəskin artım tendensiyası nə dərəcədə qalıcı ola bilər? – TƏHLİL
  • Dün, 14:51
    Oğuzda avtomobil aşıb, 7 nəfər xəsarət alıb - YENİLƏNİB
  • Dün, 14:06
    Azər Məmmədov Qaxda vətəndaşları qəbul edəcək
  • Dün, 13:16
    Sabah Bakıda güclü külək əsəcək, rayonlara leysan yağacaq
  • Dün, 12:49
    DİM sədri: Bu il ali təhsil müəssisələrinin qəbul planı 97,07 % dolub
  • Dün, 12:14
    İlham Əliyev və Mehriban Əliyeva Xalq artisti Tofiq Bakıxanovun vida mərasiminə əklil göndərib
  • Dün, 11:14
    Azərbaycan XİN Uruqvayı təbrik edib
  • Dün, 10:24
    Qoşqar Təhməzli Şəmkirdə vətəndaşları qəbul edəcək
  • Dün, 09:44
    Azərbaycan nefti 2 dollara yaxın ucuzlaşıb
  • 24-08-2026, 18:57
    Ali təhsil müəssisələrinə ixtisas seçiminin nəticələri açıqlanıb
  • 24-08-2026, 18:14
    Ukrayna Hikmət Hacıyevi təltif etdi
  • 24-08-2026, 17:39
    Prezidentlər və birinci xanımları “Poyi-Kalon” kompleksi ilə tanış olublar
  • 24-08-2026, 16:24
    Rusiya senatorundan Paşinyana: Çıxmaq istəyirsənsə, özün çıx
  • 24-08-2026, 15:25
    "The Times of Israel": ABŞ İranı danışıqlar masasına qaytarmaq üçün Pakistanın köməyini istəyib
  • 24-08-2026, 14:49
    UEFA Konfrans Liqası: "Qarabağ"la oyun üçün Bakıya "Tvente"nin 150-dək azarkeşi gələcək
  • 24-08-2026, 13:45
    Bakıda 36, rayonlarda 40 dərəcəyədək isti gözlənilir
  • 24-08-2026, 12:55
    Göyçaya qonaq gələn şəxsi elektrik cərəyanı vuraraq öldürüb
  • 24-08-2026, 12:04
    Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə propan göndərilib
  • 24-08-2026, 11:29
    Azərbaycan Prezidenti: Ukrayna xalqına bundan sonra da humanitar dəstək göstərməyə davam edəcəyik
Daha çox
  • Baş redaktor: Çingiz Məmmədov
  • Telefon: (+99450) 344 66 36
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Müsahibə
  • Araşdırma
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
Müəllif hüquqları qorunur. Gundelikxeber.org-nun məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə