Son Dəqiqə

Bugün, 17:42 - “Türkmənqaz”: “Dostluq” yatağının istismarı Avropaya qaz ixracına imkan verəcək

Bugün, 17:28 - Son sutkada ölənlərin sayı 13-ə düşdü

Bugün, 17:13 - Mehriban Əliyevadan Şuşanın mədəniyyət paytaxtı elan olunması münasibətilə ictimaiyyətə hədiyyə - Fotolar+ Video

Bugün, 16:25 - “Hər dəfə bura gələndə burada qalmaq istəyirəm”

Bugün, 16:09 - “Gələn il biz Şuşanın 270 illiyini qeyd edəcəyik”

Bugün, 15:57 - Bundan sonra “Xarıbülbül” festivalı hər il keçiriləcək

Bugün, 15:38 - Prezidentlə ailəsi “Xan qızı” bulağının suyundan içib

Bugün, 15:28 - Şuşada şəhidlərimizin əziz xatirəsi yad edildi

Bugün, 15:12 - Prezident Şuşada yeni məscidin təməlini qoydu

Bugün, 15:01 - “Xarı bülbül” musiqi festivalı keçirilir - CANLI YAYIM

Bugün, 14:48 - Azərbaycan ordusu 15 000 nəfərlik təlimlərə başlayacaq

Bugün, 14:14 - Ermənistan MN: “Azərbaycan Silahlı Qüvvələri dövlət sərhəddini təmin etmək üçün Sünikdə irəliləyib”

Bugün, 13:19 - Kəlbəcərə gedən bütün yolların minalanması əmrini kim vermişdi? - VİDEO

Bugün, 13:02 - Vətəndaşlar hansı analizləri pulsuz verə bilər? - RƏSMİ

Bugün, 12:20 - Sabah hava necə olacaq?

Bugün, 11:53 - Dövlət sosial sığorta haqları üzrə daxilolmalar artıb

Bugün, 11:39 - İlham Əliyev və Mehriban Əliyeva Şuşaya gedir - VİDEO

Bugün, 11:21 - Azərbaycanlı hakim Olimpiadada ədaləti qoruyacaq “15-liy”ə düşdü

Bugün, 10:59 - Sabah Şuşada bayram namazı qılınacaq - VİDEO

Bugün, 10:34 - 20 yaşlı qız intihara cəhd etdi

Bugün, 10:12 - Bu gün Ramazan ayının sonuncu günüdür

Bugün, 09:49 - Bu gündən Şuşada “Xarıbülbül” festivalı başlayır

Dün, 23:11 - Tel-Əviv raket atəşinə tutulub - VİDEO

Dün, 23:00 - ŞAD XƏBƏR! Kəskin ucuzlaşma OLACAQ - RƏSMİ

Dün, 22:46 - Ramazanın sonuncu günün duası – İmsak və iftar vaxtı

Dün, 19:27 - Prezident İlham Əliyev və Mehriban Əliyeva Tatarıstan Prezidentinə başsağlığı veriblər

Dün, 19:13 - İlham Əliyev Vladimir Putinə başsağlığı verib

Dün, 18:54 - İranda prezident seçkilərinə qeydiyyat başladı

 Valyuta məzənnəsi

Gömrük Komitəsi iş adamlarını belə soyur – Ekspert talan mexanizmini izah etdi

Tarix:12-03-2021, 14:32


Son dövrlər idxal edilən mallar üzrə yüksək gömrük dəyərinin müəyyənləşdirilməsi ilə bağlı sahibkarlarda narazılıqlar artır. İddialara əsasən Gömrük Komitəsi hər il gömrük dəyərini yüksəldir. Bunun nəticəsində sahibkarlar idxal əməliyyatları ilə bağlı daha yüksək rüsum və vergi ödəməli olur.

Bəs, Gömrük Komitəsi bu cür davranmasında məqsəd nədir? Qanunvericilik Komitəyə gömrük dəyərinin müəyyənləşdirilməsində müstəsna hüquq tanıyırmı?

Gömrük dəyərinin artırılması ilə bağlı narazılıqlara münasibətini bildirən iqtisadçı-ekspert Natiq Cəfərli Sfera.az-a açıqlamasında bildirib ki, qanunvericilik dövlət orqanının bu şəkildə subyektiv davranmasına icazə vermir:

“Gömrük Komitəsində qiymətqoyma komissiyası yaradılıb. Rəsmi sənədlərlə idxal edilən malların invoys dəyəri xoşlarına gəlmədikdə və ya şübhə yaranan hal varsa, gömrük dəyərini bazar qiymətlərinə baxıb müəyyənləşdirirlər.

Avtomobil gətirən tanışlarım dəfələrlə mənə deyiblər ki, gömrük dəyəri daxili bazarda olan qiymətlər əsasında müəyyənləşdirilir. Xaricdən ona görə avtomobil gətirilir ki, daxili bazardan daha ucuzdur. Amma Komitə rəsmi invoysdakı qiyməti kənara qoyur, daxildəki qiymətlə yeni invoys qiyməti müəyyənləşdirir. Bu, özbaşınalıqdır. Qanunvericilik bu qaydada gömrük dəyərini müəyyən etməyə yol vermir. Qanunda belə bir tələb yoxdur, Komitə bu cür qiymətləndirməni yalnız daxili təlimatla həyata keçirir”.
N.Cəfərli hesab edir ki, Gömrük Komitəsinin bu cür davranmasında bir neçə məqsədi ola bilər: “Əsas məqsədlərdən biri büdcə gəlirlərində Komitənin yüksək xidmətinin olduğunu təbliğ etməkdir. Komitə rəhbərləri tez-tez fəxrlə bildirirlər ki, dövlət büdcəsinə nəzərdə  tutulandan daha çox vəsait köçürüblər. Sanki Komitə istehsal sahəsidir, biznes müəssisəsidir ki, çox pul qazanıb.
Burada siyasi məqsəd də var. Komitə çalışır ki, ayrıca bir qurum kimi qala bilsin. Subyektiv yanaşma daxildəki sövdələşməyə də yol açır. Gömrük Komitəsində idxalçıya deyirlər ki, invoysin keçərli deyil, malın dəyərini yüksək hesablayacaqlar. Bu halda sahibkarla dövlət qurumunun əməkdaşı arasında alver başlayır. Bunun nəticəsində də iş adamlarından əlavə pul alınır”.
Ekspert söylədi ki, gömrük dəyərinin subyektiv şəkildə müəyyənləşdirilməsi daxildə bahalaşmaya səbəb olur: “Gömrüyə ödənilən istənilən vəsait sonda istehlakçının, alıcının cibindən çıxır. Heç bir iş adamı rüsum və vergini cibindən ödəmir. Bütün icbari xərclər malın qiymətinə əlavə edilir və həmin xərcləri son alıcı ödəyir. Bu vəziyyət daxili bazarda qiymət artımlarına səbəb olur”.
Qeyd edək ki, “Gömrük tarifi haqqında” Qanuna əsasən gömrük dəyəri gömrük rüsumu dərəcəsinin tətbiqi məqsədi ilə müəyyən edilir. Məhz həmin dəyər əsasında gömrük rüsumu və vergi alınır.
Qanuna əsasən gömrük dəyəri 6 üsulla müəyyən edilir. Birinci üsul gətirilən malların dəyərinin sövdələşmə qiyməti ilə müəyyənləşdirilməsidir. Qanuna görə malların sövdələşmə qiyməti ilə dəyərləndirilməsi gömrük dəyərinin müəyyən edilməsinin əsas üsuludur. Yalnız bu üsuldan istifadə etmək mümkün olmadıqda, digər üsullardan istifadə edilə bilər. Digər üsullar isə eyni malların sövdələşmə qiyməti üsulu, eynicinsli malların sövdələşmə qiyməti üsulu, dəyərin toplanması üsulu, dəyərinin çıxılması üsulu və ehtiyat üsuludur. Hər bir üsuldan yalnız əvvəlki üsulla gömrük dəyərini müəyyən etmək mümkün olmadıqda istifadə olunur.
Hefteaz.tv

Oxunub: 41

XƏBƏR LENTİ
Bugün, 17:42 “Türkmənqaz”: “Dostluq” yatağının istismarı Avropaya qaz ixracına imkan verəcək
Bugün, 17:28 Son sutkada ölənlərin sayı 13-ə düşdü
Bugün, 17:13 Mehriban Əliyevadan Şuşanın mədəniyyət paytaxtı elan olunması münasibətilə ictimaiyyətə hədiyyə - Fotolar+ Video
Bugün, 16:25 “Hər dəfə bura gələndə burada qalmaq istəyirəm”
Bugün, 16:09 “Gələn il biz Şuşanın 270 illiyini qeyd edəcəyik”
Bugün, 15:57 Bundan sonra “Xarıbülbül” festivalı hər il keçiriləcək
Bugün, 15:38 Prezidentlə ailəsi “Xan qızı” bulağının suyundan içib
Bugün, 15:28 Şuşada şəhidlərimizin əziz xatirəsi yad edildi
Bugün, 15:12 Prezident Şuşada yeni məscidin təməlini qoydu
Bugün, 15:01 “Xarı bülbül” musiqi festivalı keçirilir - CANLI YAYIM
Bugün, 14:48 Azərbaycan ordusu 15 000 nəfərlik təlimlərə başlayacaq
Bugün, 14:14 Ermənistan MN: “Azərbaycan Silahlı Qüvvələri dövlət sərhəddini təmin etmək üçün Sünikdə irəliləyib”
Bugün, 13:19 Kəlbəcərə gedən bütün yolların minalanması əmrini kim vermişdi? - VİDEO
Bugün, 13:02 Vətəndaşlar hansı analizləri pulsuz verə bilər? - RƏSMİ
Bugün, 12:20 Sabah hava necə olacaq?
Bugün, 11:53 Dövlət sosial sığorta haqları üzrə daxilolmalar artıb
Bugün, 11:39 İlham Əliyev və Mehriban Əliyeva Şuşaya gedir - VİDEO
Bugün, 11:21 Azərbaycanlı hakim Olimpiadada ədaləti qoruyacaq “15-liy”ə düşdü
Bugün, 10:59 Sabah Şuşada bayram namazı qılınacaq - VİDEO