Son Dəqiqə

Dün, 21:20 - “Haber Global”ın efirində Ərdoğanın Azərbaycan səfəri və Şuşa bəyannaməsi dəyərləndirilib – VİDEO

Dün, 20:10 - İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan Türkiyə millisinin oyununu izləyir - FOTO

Dün, 19:20 - Ərdoğan Ağdamdakı Monitorinq Mərkəzinin türkiyəli hərbçiləri ilə görüşüb

Dün, 19:09 - Bərbərxana və gözəllik salonlarında onlayn növbə olacaq

Dün, 18:39 - İbadət yerlərində ehsanların verilməsi müvəqqəti DAYANDIRILDI

Dün, 18:26 - Ərdoğan və xanımının şərəfinə nahar verildi

Dün, 18:15 - Bir sutkada nə qədər adam yoluxub?

Dün, 18:01 - İyunun 21-dən buna icazə veriləcək - Operativ Qərargah

Dün, 17:51 - Bayden-Putin görüşündə jurnalistlər arasında dava düşdü

Dün, 17:20 - “Zəngəzur dəhlizindən ermənilər də dünyaya çıxa biləcəklər" - Prezident

Dün, 17:05 - Ərdoğan Heydər Əliyevin məzarını ziyarət etdi

Dün, 16:16 - Müdafiə Nazirliyi müddətdən artıq həqiqi hərbi xidmət keçmək istəyənlərin qəbulunu elan edir

Dün, 16:00 - Ərdoğan: “Vətən müharibəsindən sonra regionda yeni vəziyyət yaranıb”

Dün, 15:42 - Prezident İlham Əliyevin İƏT-in Elm və Texnologiya üzrə ikinci Zirvə toplantısında videoformatda çıxışı təqdim olunub

Dün, 15:28 - Ərdoğan Milli Məclisə gəlib

Dün, 13:37 - Bəzi sayt rəhbərləri Teymur Əhmədov haqqında şantaj xarakterli yazı yazanda yaxşı-yaxşı fikirləşin 

Dün, 13:23 - Zəfər yolunun tikintisi 80 faizi başa çatıb - RƏSMİ

Dün, 13:03 - Füzuli Beynəlxalq Hava Limanında ilk sınaq uçuşunun reallaşacağı tarix AÇIQLANDI

Dün, 12:33 - Şuşa Bəyannaməsində Zəngəzur dəhlizi ilə bağlı MÜDDƏA

Dün, 11:58 - Azərbaycan və Türkiyə arasında imzalanmış Şuşa Bəyannaməsinin TAM MƏTNİ

Dün, 10:46 - İlham Əliyev və Ərdoğan Şuşa gəzintisində - VİDEO

Dün, 10:20 - Bakı kişi özünü dənizə atdı

Dün, 09:30 - Müxtəlif saytlarda barəmizdə çıxan saxta məlumatlara aydınlıq gətirmək qərarına gəlmişik.

Dün, 09:21 - Ərdoğan bu gün Milli Məclisdə çıxış edəcək

Dün, 08:53 - Bu gün 23 mindən çox şagirdin imtahanı var

Dün, 08:29 - Əminə Ərdoğanla İlham Əliyevin səmimi dialoqu – VİDEO

15-06-2021, 19:07 - İlham Əliyev: “Zəngəzur dəhlizi haqqında nəinki danışırıq, əməli-praktiki işlərlə bu dəhlizi yaradırıq”

15-06-2021, 18:58 - Ərdoğan: “Qarabağı yenidən dirçəltmək istiqamətində görülən işləri yaxından izləyirik”

 Valyuta məzənnəsi

Şeyxülislam II Qareginin Xankəndiyə səfərini pislədi

Tarix:9-06-2021, 17:13


Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə bəyanat yayıb.

Bəyanatda deyilir:

"Uca Yaradan qarşısında din xadimi olaraq mənəvi məsuliyyətimdən çıxış edərək aşağıdakıları bəyan edirəm.

30 ilə yaxın müddət ərzində Ermənistanın Azərbaycan ərazilərinin 20%-ni işğalda saxladığı, BMT qətnamələrinin tələblərini yerinə yetirmədiyi zamanda biz həmişə münaqişənin sülh yolu ilə həllinə, müxtəlif səviyyələrdə, o cümlədən dini müstəvidə danışıqlar prosesinə tərəfdar olduq, din adından nifrətə çağırışlar, qızışdırıcı bəyanatlar səsləndirmədik. Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli istiqamətində dini liderlərin Ümumdünya Kilsələr Şurasının, Gürcü Pravoslav Kilsəsinin, Vatikanın, ələlxüsus Rus Pravoslav Kilsəsinin ali vasitəçiliyi ilə baş tutmuş Möntre, Rostov, Moskva, Tbilisi, Yerevan, Bakı görüşləri sayəsində dini müstəviyə keçməsinə yol vermədik.

Lakin, çox təəssüf ki, münaqişənin sülh yolu ilə ədalətli həlli ilə bağlı səylər erməni kilsəsi tərəfindən əməldə dəstəklənmədi. İllərlə davam edən dinlərarası dialoqumuz dövründə sülhə nail olmaq naminə birgə bəyan etdiyimiz və hazırkı erməni dini liderlərinin də imzaladığı Bəyannamələrin ruhuna zidd olaraq Erməni Apostol Kilsəsi öz xalqına nicat verəcək sülh ideyalarını təşviq etmədi, barışığa, dinc həyata, qarşılıqlı anlaşma və əməkdaşlığa sövq etmədi. Əksinə Azərbaycanın işğal olunmuş ərazilərinin azad edilməsini tələb edən BMT-nin və digər beynəlxalq təşkilatların qərarlarına məhəl qoymayan erməni siyasi liderlərin cinayətkar əməllərinə mənəvi haqq qazandırdı.

Bu cür fəaliyyətin hələ də davam etdirilməsi, erməni katolikosu II Qareginin bu yaxınlarda Xankəndiyə səfər etməsi və bu zaman onun tərəfindən revanşist bəyanatların səsləndirilməsi böyük təəssüf doğurur. Həmçinin, qeyd olunmalıdır ki, erməni kilsəsi işğal altında olmuş torpaqlarımızda dağıntı, həqarətə məruz qoyulmamış salamat bir məscid, dini abidə qalmadığı halda, multikultural dəyərlər ölkəsi olan, tolerant Azərbaycanda guya xristian dini abidələrinin təhlükədə olduğu barədə, habelə ziyarət və ibadətlərinə mane yaradıldığına dair saxta məlumatlar yayır.

Militarist ritorikası və davranışı tarixdə heç kimə fayda verməyib. Müharibə erməni xalqının müsibətlərinə, erməni analarının özgə torpağında işğalçı müharibədə həlak olmuş və itkin düşmüş övladları üçün acı göz yaşlarına və nisgilli fəryadlarına səbəb oldu. Sülhməramlıların atəşkəsi qoruduğu bir məkanda həyat deyil ölümə, dinc birgə yaşayışa deyil, işğala, zülmə və zora xeyir-dua vermək dini dəyərlərlə bir araya sığmır. Heç şübhəsiz ki, bu kimi yanaşma bölgədə yaşayan xalqların, ilk növbədə, məhz erməni xalqının xoşbəxt və firavan yaşamasına xidmət etmir. Din xadiminin missiyası münaqişə və qarşıdurmaya deyil, müqəddəs amallar olan barış və əmin-amanlığa xidmət olmalıdır.

44 günlük Vətən müharibəsində Ali Baş Komandanın ətrafında sıx birləşmiş Azərbaycan xalqının ordu, dövlətlə birlik əzminə, Haqq, ədalətin bərpası, Vətən torpağı uğrunda mübarizəyə hazırlıq ruhuna bütün dünya şahidlik etdi. İşğala son qoyaraq tarixi ədaləti, beynəlxalq birlik tərəfindən tanınan ərazi bütövlüyünü bərpa edən Azərbaycan hal-hazırda bölgənin, o cümlədən, Ermənistanın da iqtisadi inkişafını, erməni xalqının rifahını təşviq edəcək əməkdaşlıq layihələri ilə çıxış edir.

Bir Olan Yaradınımız, xalqlarımız qarşısında məsuliyyətimiz biz, dini liderləri sülh, əmin-amanlıq, problemlərin ədalətli həlli naminə davamlı səy göstərməyə sövq edir. Hazırkı vəziyyətdə hərbi yola qayıtmağa yol verməmək, heç şübhəsiz, həyati əhəmiyyət kəsb edir. Sülh və anlaşma yolu asan deyil və güclü iradə, xoşməramlı səylərin birləşdirilməsini tələb edir. Belə bir taleyüklü mərhələdə yenidən müharibəyə təhrik edən çağırışlar qəti şəkildə pislənilməlidir. Xalqların xoşbəxt, dinc birgə yaşayışı üçün, ilk növbədə, sülh və sabitlik lazımdır, buna görə bölgəmizdə hadisələrin xoşagəlməz istiqamətə yönləndirilməsi cəhdlərinin qarşısı qətiyyətlə alınmalıdır. Dünya birliyi bu məsələdə biganə qalmamalı və belə hallara qarşı öz səsini ucaltmalıdır.

Dünya ictimaiyyətinə və dini liderlərə müraciət edərək Erməni Apostol Kilsəsinin Uca Rəbbimizin buyurduqlarına zidd hərəkətlərinə münasibət bildirməyə, bölgəmizdə müharibə deyil, sülh və tərəqqinin bərqərarı işinə dəstək verməyə çağırıram. Uca Yaradan dünyada sülh və əmin-amanlığın bərqərar olmasına yardımçı olsun. Amin!".

Oxunub: 11

XƏBƏR LENTİ
Dün, 21:20 “Haber Global”ın efirində Ərdoğanın Azərbaycan səfəri və Şuşa bəyannaməsi dəyərləndirilib – VİDEO
Dün, 20:10 İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan Türkiyə millisinin oyununu izləyir - FOTO
Dün, 19:20 Ərdoğan Ağdamdakı Monitorinq Mərkəzinin türkiyəli hərbçiləri ilə görüşüb
Dün, 19:09 Bərbərxana və gözəllik salonlarında onlayn növbə olacaq
Dün, 18:39 İbadət yerlərində ehsanların verilməsi müvəqqəti DAYANDIRILDI
Dün, 18:26 Ərdoğan və xanımının şərəfinə nahar verildi
Dün, 18:15 Bir sutkada nə qədər adam yoluxub?
Dün, 18:01 İyunun 21-dən buna icazə veriləcək - Operativ Qərargah
Dün, 17:51 Bayden-Putin görüşündə jurnalistlər arasında dava düşdü
Dün, 17:20 “Zəngəzur dəhlizindən ermənilər də dünyaya çıxa biləcəklər" - Prezident
Dün, 17:05 Ərdoğan Heydər Əliyevin məzarını ziyarət etdi
Dün, 16:16 Müdafiə Nazirliyi müddətdən artıq həqiqi hərbi xidmət keçmək istəyənlərin qəbulunu elan edir
Dün, 16:00 Ərdoğan: “Vətən müharibəsindən sonra regionda yeni vəziyyət yaranıb”
Dün, 15:42 Prezident İlham Əliyevin İƏT-in Elm və Texnologiya üzrə ikinci Zirvə toplantısında videoformatda çıxışı təqdim olunub
Dün, 15:28 Ərdoğan Milli Məclisə gəlib
Dün, 13:37 Bəzi sayt rəhbərləri Teymur Əhmədov haqqında şantaj xarakterli yazı yazanda yaxşı-yaxşı fikirləşin 
Dün, 13:23 Zəfər yolunun tikintisi 80 faizi başa çatıb - RƏSMİ
Dün, 13:03 Füzuli Beynəlxalq Hava Limanında ilk sınaq uçuşunun reallaşacağı tarix AÇIQLANDI
Dün, 12:33 Şuşa Bəyannaməsində Zəngəzur dəhlizi ilə bağlı MÜDDƏA