• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video

Boşananda yada düşən NİKAH MÜQAVİLƏSİ - Azərbaycanda buna niyə maraq YOXDUR? [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

Gündəm / Cəmiyyət

5-06-2024, 12:16

Boşananda yada düşən NİKAH MÜQAVİLƏSİ - Azərbaycanda buna niyə maraq YOXDUR?

Əvvəlki illərlə müqayisədə Azərbaycanda boşananların sayı artıb. Boşanma zamanı məhkəmə çəkişmələrinin böyük qismi də əmlakla bağlıdır. Yəni boşanmaya qərar verən cütlük boşanmadan sonra əmlakın bölgüsündə razılığa gələ bilmir. Ailədə övlad varsa, alimentin verilməsi, məbləğin müəyyənləşdirilməsində də problemlər ortaya çıxır.

Boşanma zamanı bu kimi halların olmaması, həmçinin digər məsələlər üçün Ailə Məcəlləsində nikah müqaviləsinin bağlanması tövsiyə olunur. Lakin nikah müqaviləsinin bağlanmasına çox da maraq göstərilmir.

Ötən il deputat Sədaqət Vəliyeva Milli Məclisdə çıxışı zamanı bu məsələyə toxunaraq nikaha girənlər arasında nikah müqaviləsi bağlayanların sayının az olduğunu deyib.

Bunun da bir sıra səbəbləri var. Daha çox insanlar müqavilə tələb edən tərəfin evliliyi sonlandıracağını düşünür. Bu fikir də yanlış qarşılandığı üçün tərəflər müqavilədən imtina edirlər.

Qeyd edək ki, nikah müqaviləsi yazılı formada bağlanır və notariat qaydasında təsdiq olunur. İstənilən vaxt pozula və dəyişdirilə bilər.

Bəs nikah müqaviləsi bağlamamağa daha çox hansı tərəf maraq göstərmir?

Mövzu ilə bağlı Bizim.Media-ya danışan vəkil Pərviz Hacıyev deyib ki, Azərbaycanda nikah müqaviləsinin bağlanmasına nadir halda rast gəlinir:

“Təcrübəmdə nikah müqaviləsinin bağlanmasına rast gəlməmişəm. Adətən, nikah müqaviləsini daha çox maddi imkanı yaxşı olan ailələr və ya qeyri-bərabər ailələr arasında bağlanır. Varlı ailələr sabah nə itirə biləcəklərini düşünərək öz şərtlərini irəli sürüb nikah müqaviləsi bağlayırlar.

Yaxud da maddi durum baxımdan qeyri-bərabər ailələr arasında bağlanır. Digər tərəf özünü sığortalamaq üçün nikah müqaviləsi imzalaya bilər. Təcrübədə az halda rast gəlinən bunlardır. Bir ömürboyu xoşbəxt yaşamağı, ayrılmamağı düşünən cütlüklər bir qayda olaraq o barədə düşünmürlər. Amma orta statsitik azərbaycanlı ailəsi nikah müqaviləsi imzalamağa o qədər də meyilli deyil”.

Hüquqşünas hesab edir ki, ölkədə nikah müqaviləsinin geniş yayılmaması mental dəyərlərlə bağlıdır:

“Nikah müqaviləsi bağlamaq istəyənə pis baxırlar. Düşünürlər ki, o, evlənməmişdən artıq boşanmanı fikirləşir. Amma sonradan məhkəmələrdə çox sayda problemlər olur. Qız tərəfi deyir ki, bu əmlak məndə əvvəldən var idi və yaxud əməkhaqqımız qeyri-bərabərdi və s. bu kimi problemlər yaşanır. Boşanma prosesində əmlakların, mülklərin üstündə biabırçılıqlar olur. Fikirləşirsən ki, vaxtında nikah müqaviləsi imzalasaydılar indi durum bu həddə gəlib çıxmazdı”.

Vəkil bildirib ki, adi qaydada boşanmada əmlak yarıya bölünür:

“Qanunvericiliyə görə, nikah dövründə birgə əldə olunmuş əmlak nikaha xitam veriləndə yarı bölünür, burada qadının və ya kişinin işləyib işləməməsinin heç bir aidiyyatı yoxdur. Hesab olunur ki, hər iki tərəf birgə təsərrüfat aparır və buna görə də həmin əmlaklar bərabər bölünür. Himayədə azyaşlı uşaq varsa, pay daha artıq müəyyən oluna bilər. Nikah müqaviləsi olanda isə mübahisə yaranmır.

Bəzi hallarda nikah müqaviləsinin imzalanmaması gələcəkdə nikaha xitam verməyə şirnikləndirir. Bir az münasibət korlanan kimi itirəcəyi bir şey olmadığı üçün, əmlaklar da bölündüyü üçün heç vaxt işləməyən qadın və ya kişi rahat boşanmaq istəyir. Amma nikah müqaviləsi imzalananda, gələcək əmlakın rejimi müəyyənləşəndə nikaha xitam veriləndə heç nə əldə eləyə bilməyəcəyini fikirləşir”.

Qeyd edək ki, ötən il Azərbaycanda nikaha girənlərin nə qədərinin nikah müqaviləsi bağlaması, nikah müqavilələrinin sayı ilə bağlı Ədliyyə Nazirliyinə sorğu ünvanlamışıq.

Bizim.Media

Oxunub: 127
Paylaş:
Digər xəbərlər

Gündəm / Cəmiyyət

1-06-2024, 12:53

“İndiki gəlinlər qayınata, qayınana yaşayan evə köçməyə razılaşmırlar” – Sosioloqdan qalmaqallı AÇIQLAMA [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

Cəmiyyət

15-03-2024, 14:40

Boşanmalar artdı, nikahlar azaldı - RƏSMİ [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

Cəmiyyət

27-02-2024, 11:01

Ailə boşandıqda qanunvericilik daha çox kişiyə, yoxsa qadına hüquq tanıyır? – AÇIQLAMA [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

Cəmiyyət

1-11-2023, 14:05

Boşanmaq istəyənlərin nəzərinə: bu əmlaklar bölünməyəcək - AÇIQLAMA [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

Bölgə

23-10-2023, 12:05

Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi tərəfindən “Zərərli vərdişlərə yox deyək”, “Erkən nikah və onun fəsadları”, “Məişət zorakılığı ilə mübarizə” növzularında maarifləndirici tədbirlər keçirilmişdir [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

Araşdırma
Əhalinin Siyahıyaalınmasına Yardım üzrə Mərkəzi Komissiya yaradılacaq
Maliyyə Nazirliyi iyulda 4 depozit hərracı keçirib
Məleykə Abbaszadə: Keçid ballarının artacağı gözlənilir
Finlandiya İspaniya ilə bağlı Şengen sazişinin fəaliyyətini dayandırmağa çağırıb
Sabah 39 dərəcə isti olacaq
Azərbaycan avrokubokların II təsnifat mərhələsində ən yüksək reytinq əmsalı toplayan ölkələrdən olub
Hadisə
29-07-2026, 08:58
Salyanda 60 yaşlı kişi keçmiş kürəkənini tüfənglə qətlə yetirməkdə şübhəli bilinir
27-07-2026, 10:04
33 yaşlı kişi Qarabağ kanalında batıb
25-07-2026, 11:39
Türkiyədə sərnişin avtobusu avtomobillə toqquşub, 30 nəfər xəsarət alıb
6-07-2026, 10:32
Şərurda bir ailənin üç üzvünün öldüyü qəza ilə bağlı cinayət işi başlanılıb
4-07-2026, 15:52
21 yaşlı Fatimənin faciəsi: Əmisi oğlu iki həftə işgəncə verdi, sonra öldürdü
4-07-2026, 15:52
21 yaşlı Fatimənin faciəsi: Əmisi oğlu iki həftə işgəncə verdi, sonra öldürdü
Son xəbərlər
  • Dün, 18:08
    Çolpon-Ata Bəyannaməsi: Azərbaycan və Mərkəzi Asiya yeni strateji mərhələdə - ŞƏRH
  • Dün, 17:21
    Əhalinin Siyahıyaalınmasına Yardım üzrə Mərkəzi Komissiya yaradılacaq
  • Dün, 16:50
    Maliyyə Nazirliyi iyulda 4 depozit hərracı keçirib
  • Dün, 16:20
    Magistratura üzrə plan yerləri niyə boş qalıb?
  • Dün, 15:55
    Məleykə Abbaszadə: Keçid ballarının artacağı gözlənilir
  • Dün, 15:23
    İssık-Kul gölünün sahilində "Baku Resort & Spa" mehmanxanasının açılışı olub
  • Dün, 14:45
    Finlandiya İspaniya ilə bağlı Şengen sazişinin fəaliyyətini dayandırmağa çağırıb
  • Dün, 13:14
    Sabah 39 dərəcə isti olacaq
  • Dün, 12:48
    Ukrayna Volqoqrad NEZ, Taman limanı və Krımdakı aviasiya zavodunun vurulduğunu açıqlayıb
  • Dün, 11:52
    Azərbaycan avrokubokların II təsnifat mərhələsində ən yüksək reytinq əmsalı toplayan ölkələrdən olub
  • Dün, 11:20
    Bazar günü 1125 nəfər dövlət qulluğuna qəbul imtahanı verəcək
  • Dün, 10:53
    Qırğızıstan tezliklə Azərbaycanla neft məhsullarının tədarük həcmlərinin razılaşdırılacağını gözləyir
  • Dün, 10:11
    Sahibə Qafarova Cənubi Afrika Respublikasında səfərdədir
  • Dün, 09:49
    Azərbaycan və Qırğızıstan arasında müttəfiqlik münasibətləri haqqında Müqavilə imzalanıb
  • Dün, 09:31
    Dünya çempionatı: Azərbaycanın 5 sərbəst güləşçisi bu gün mübarizəyə qoşulacaq
  • 30-07-2026, 11:19
    Prezident Mərakeş Kralını təbrik etdi
  • 30-07-2026, 10:52
    Azərbaycan neftinin qiyməti 7 dollara yaxın artıb
  • 30-07-2026, 10:08
    Hindistanda daşqınlar səbəbindən ölənlərin sayı 78-ə çatıb
  • 30-07-2026, 09:35
    CHP-li bələdiyyə sədri saxlanıldı
  • 30-07-2026, 09:09
    Avropa Liqası: "Qarabağ" "ÇSKA Sofiya" ilə cavab oyununa çıxır
  • 30-07-2026, 08:53
    Bakının bəzi ərazilərində işıq kəsiləcək
  • 29-07-2026, 18:27
    Magistratura imtahanının nəticələri elan olunub
  • 29-07-2026, 17:49
    Türkiyədə meşə yanğınlarına 5 təyyarə, 18 helikopter cəlb olunub, 202 nəfər təxliyə edilib
  • 29-07-2026, 17:26
    Makron hökumətinin dərin böhranı - siyasi iflas, iqtisadi kəsir və xarici siyasətdə uğursuzluq - ŞƏRH
  • 29-07-2026, 16:56
    İlham Əliyev Dünya Güləş Birliyinin prezidentini qəbul edib
  • 29-07-2026, 15:52
    Türkiyə-İraq münasibəti: dinc yanaşı yaşamağın, inkişafın göstəricisi - ŞƏRH
  • 29-07-2026, 15:21
    Bu ilin ilk 6 ayında Azərbaycandakı muzeylərə 3893 yeni eksponat daxil olub
  • 29-07-2026, 14:56
    Fransaya casusluqda ittiham olunan Martin Ryan barəsində hökm dəyişməyib
  • 29-07-2026, 13:09
    Sabah Azərbaycanda 39 dərəcə isti olacaq
  • 29-07-2026, 12:32
    Ukrayna Permdə neft emalı zavodunda yanğın olduğunu bəyan edib
  • 29-07-2026, 11:44
    Kamran Əliyev Laçında vətəndaşları qəbul edəcək
  • 29-07-2026, 11:25
    Azərbaycan-Pakistan əməkdaşlığı çərçivəsində ədliyyə sahəsi üzrə təlim keçirilib
  • 29-07-2026, 10:26
    Magistraturaya qəbulun nəticələri sabaha qədər elan oluna bilər
  • 29-07-2026, 09:54
    Azərbaycan nefti 4 dollardan çox ucuzlaşıb
  • 29-07-2026, 09:19
    Yasamal və Nərimanov rayonlarının bir hissəsində işıq olmayacaq
Daha çox
  • Baş redaktor: Çingiz Məmmədov
  • Telefon: (+99450) 344 66 36
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Müsahibə
  • Araşdırma
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
Müəllif hüquqları qorunur. Gundelikxeber.org-nun məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə