• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video

İcra başçısını ittiham edən qohumunun cəzası azaldıldı - TƏFƏRRÜAT [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

Gündəm / Cəmiyyət

31-07-2024, 15:52

İcra başçısını ittiham edən qohumunun cəzası azaldıldı - TƏFƏRRÜAT

Bakı Apellyasiya Məhkəməsində Bakı Telefon Rabitəsi İstehsalat Birliyinin Birləşmiş Həmkarlar İttifaqının sədri İsrafil Bəkirov və eks-baş mühasibi Rəşad Babayevin barələrindəki hökmdən verdikləri apellyasiya şikayəti üzrə məhkəmə yekunlaşıb.

Musavat.com xəbər verir ki, Rəşad Babayev Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı Seymur Orucovun qohumudur.

Bakı Telefon Rabitəsi İstehsalat Birliyinin Birləşmiş Həmkarlar İttifaqının sədri İsrafil Bəkirovla birgə hakim qarşısına çıxarılan baş mühasib Rəşad Babayev 194 min manat mənimsəməkdə ittiham edilib.

Rəşad Babayev ilkin məhkəmə instansiyasında demişdi ki, əvvəllər rabitə sahəsində mühasib işləyib. Sonradan Rabitə İşçiləri Müstəqil Həmkarlar İttifaqı Respublika Komitəsinin sabiq sədri Seymur Orucovun vasitəsilə Bakı Telefon Rabitəsi İstehsalat Birliyinin Birləşmiş Həmkarlar İttifaqına baş mühasib vəzifəsinə təyinat alıb. İttihama görə o, ittifaqda mühasib kimi işlədiyi vaxt “ASAN İmza” ilə təsdiq edildikdən və ya özü tərəfindən imzalanmasına nail olduqdan sonra, 2020-ci ilin martından 2022-ci il iyun ayına kimi aylıq özünə ən çoxu 10 min 842 manat 97 qəpik maaş yazıb. Beləcə qurumun 194 min manatını mənimsəyib.

Rəşad Babayev məhkəmədə Seymur Orucovun adını çəkməklə mənimsəməyə məcbur edildiyini deyib. Sabiq baş mühasib qurumda Seymur Orucovun tapşırıqlarını da yerinə yetirdiyini bildirib. Onun sözlərinə görə, ittifaqda müqavilə əsasında xidmət göstərən Gülbəniz adlı qadının oğlu Fərid Bayramovun Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin (Rabitə) Dövlət Radiotezliklər İdarəsinə işə bərpa olunmasına köməklik göstərəcəyini, lakin qarşılığında 20 min manat alınacağını deyib. Bu barədə Seymur Orucovla danışıb və sonuncu Fəridi işə götürə biləcəyini bildirib.

Rəşad Babayev məhkəmədə Fəridin işə düzəlməyinə görə ailəsindən aldığı 20 min manatı Seymur Orucova verdiyini də iddia edib. Seymur Orucov icra başçısı təyin olunduqdan sonra Fəridin işə düzəlməsi ilə bağlı məsələ dayandırılıb. Bir müddət sonra Gülbəniz adlı qadın oğlu işə düzəlmədiyi üçün baş mühasibə verdiyi 20 min manatı geri tələb edib. Rəşad Babayev bu barədə Seymur Orucova məlumat verib. İcra başçısı isə Gülbənizə narahat olmamasını bildirib. Bundan sonra Rəşad Babayev ittifaqın vəsaitlərinin xərclənməsində maxinasiyaya yol verməyə başlayıb. O, 2020-2022-ci illər ərzində işlədiyi müəssisədə əmək haqqı kartına əlavə pul köçürmələri etməklə hissə-hissə 194 min manat məbləğində pul mənimsəyib.

Rəşad Babayev deyib ki, sonradan həmin pulu nağdlaşdırıb və 194 min manatdan 135 min manatını Seymur Orucova şəxsən verib, 15 min manatı Gülbənizə qaytarıb, qalan 44 min manatı isə öz ehtiyaclarına sərf edib.

Rəşad Babayevlə əlbir olmaqda ittiham edilərək saxlanılan Bakı Telefon Rabitəsi İstehsalat Birliyinin Birləşmiş Həmkarlar İttifaqının sədri İsrafil Bəkirov məhkəmədə baş mühasiblə birlikdə heç bir cinayət törətmədiyini bildirib. Əksinə o, müxtəlif yuxarı orqanlara müraciət edərək Rəşad Babayevin fəaliyyətinin 2020-ci ilin mart ayından 2022-ci il iyun ayına kimi təftiş olunmasını xahiş etdiyini söyləyib. Məhkəmənin qərarı ilə Rəşad Babayev Cinayət Məcəlləsinin külli miqdarda dələduzluq, mənimsəmə, vəzifə saxtakarlığı, vəzifə səlahiyyətlərindən sui-istifadə etmədə təqsirli bilinib və 7 il müddətə azadlıqdan məhrum edilib.

İsrafil Bəkirov isə Cinayət Məcəlləsinin səhlənkarlıq maddəsi ilə təqsirli bilinib, 2 il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilib. Ayağına elektron qolbaq bağlanıb. Məhkəmə Rəşad Babayevin ifadəsi əsasında Seymur Orucov barəsində xüsusi qərardad çıxarmayıb.

Rəşad Babayevlə İsrafil Bəkirovun barələrindəki hökmdən apellyasiya şikayətləri hakim İbrahim İbrahimlinin sədrliyi ilə araşdırılıb. Qərara əsasən, Rəşad Babayevin cəzası 7 ildən 6 il 9 aya endirilib. İsrafil Bəkirovun cəzası isə dəyişdirilmədən saxlanılıb.

Oxunub: 161
Paylaş:
Digər xəbərlər

Gündəm / Cəmiyyət

12-07-2024, 14:33

“Rabitəbank” iş adamından və vəzifəli oğlundan nə istəyir? - TƏFƏRRÜAT [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

Gündəm / Cəmiyyət

6-07-2024, 14:10

Ağstafa icra başçısının macəra dolu həyatı: Seymur Orucovun başı qalmaqaldan açılmır (FOTO) [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

Gündəm / Cəmiyyət

14-06-2024, 13:10

Vilyam Hacıyevin cəzası azaldıldı [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

Hadisə

6-09-2023, 09:54

İntim videolar çəkən FHN-nin sabiq polkovniki ilə bağlı YENİ XƏBƏR [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

Hadisə

24-07-2023, 10:05

İntim videolar çəkən FHN-nin sabiq polkovniki yenidən hakim qarşısına çıxır [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

Araşdırma
Bakı sakinlərinə şad xəbər - Yeni avtobus marşrutu açılır
Sabah çimərlik havası olacaq?
Pensiya alanlara şad xəbər
Sabah Zərdabda suyun verilişində məhdudiyyət olacaq
Özəl bağçalara uşaqların qeydiyyatı başlayır
Maaşlarla bağlı şad xəbər - 7 faizdən çox artdı
Hadisə
12-09-2026, 12:10
Bakıda qadın küçədə öldü
12-09-2026, 11:47
Azərbaycanda NADİR HADİSƏ: uşaq bətnində yox, qaraciyərindədir
11-09-2026, 17:35
Naxçıvanda 250 minlik DƏLƏDUZLUQ: dövlət qurumunun adından saxta sənəd verirmiş
11-09-2026, 15:37
Naxçıvanda 250 minlik DƏLƏDUZLUQ: dövlət qurumunun adından saxta sənəd verirmiş
11-09-2026, 13:55
Şəkidə 4 nəfəri çaqqal dişləyib
11-09-2026, 13:52
Rəis müavinini elektrik cərəyanı vurub öldürdü
Son xəbərlər
  • Bugün, 08:48
    Paytaxtın bəzi yollarında nəqliyyatın sıxlığı yaranıb
  • 12-09-2026, 12:10
    Bakıda qadın küçədə öldü
  • 12-09-2026, 11:48
    iPhone 18 Pro və Pro Max-ı təqdim etdi
  • 12-09-2026, 11:47
    “Kızılcık şerbeti” bu tarixdə başlayır
  • 12-09-2026, 11:47
    Azərbaycanda NADİR HADİSƏ: uşaq bətnində yox, qaraciyərindədir
  • 12-09-2026, 10:58
    Xarici diplomatlar bu gün Ağdərə və Kəlbəcərdə olacaqlar
  • 12-09-2026, 10:57
    Bakı sakinlərinə şad xəbər - Yeni avtobus marşrutu açılır
  • 11-09-2026, 17:35
    Naxçıvanda 250 minlik DƏLƏDUZLUQ: dövlət qurumunun adından saxta sənəd verirmiş
  • 11-09-2026, 15:37
    Naxçıvanda 250 minlik DƏLƏDUZLUQ: dövlət qurumunun adından saxta sənəd verirmiş
  • 11-09-2026, 15:36
    Sabah çimərlik havası olacaq?
  • 11-09-2026, 15:34
    Xarici diplomatlar Qarabağ Universitetində olublar
  • 11-09-2026, 15:33
    Diplomatik korpus nümayəndələri “AzCotton” MMC-nin tikiş fabrikinə baş çəkiblər
  • 11-09-2026, 13:55
    Şəkidə 4 nəfəri çaqqal dişləyib
  • 11-09-2026, 13:52
    Rəis müavinini elektrik cərəyanı vurub öldürdü
  • 11-09-2026, 13:51
    Pensiya alanlara şad xəbər
  • 11-09-2026, 11:37
    Faciədən əvvəlki görüntüləri
  • 11-09-2026, 10:08
    Azərbaycan Kinematoqrafçılar İttifaqına yeni sədr seçilir
  • 11-09-2026, 10:08
    Sabirabadda kişinin meyiti anbarda tapıldı
  • 11-09-2026, 10:06
    Bakı və Abşeronun bəzi ərazilərində işıq olmayacaq
  • 10-09-2026, 21:38
    “100 min ayırıb kanatı öz qaynına çəkdirdin, camaatın balası öldü”
  • 10-09-2026, 17:57
    “100 min ayırıb kanatı öz qaynına çəkdirdin, camaatın balası öldü”
  • 10-09-2026, 12:25
    Gəncədə 16 yaşlı yeniyetmə bıçaqlandı
  • 10-09-2026, 12:24
    Bərdədə "Mercedes" qadını vurub öldürdü
  • 10-09-2026, 12:24
    ANAMA əməkdaşı Xocalıda minaya DÜŞDÜ
  • 10-09-2026, 12:23
    "Şəki yaylası"nda iki nəfərin ölümünün səbəbi AÇIQLANDI
  • 10-09-2026, 12:22
    Kolleclərin boş qalan yerlərinə ixtisas seçimi bu gün başa çatır
  • 10-09-2026, 12:22
    Azərbaycan neftinin qiyməti 113 dolları keçib
  • 10-09-2026, 12:21
    Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələri
  • 10-09-2026, 12:02
    Xəzərdə zəlzələ oldu
  • 10-09-2026, 12:01
    Toy olmayacaq - "Bir oyun idi, bitdi"
  • 9-09-2026, 20:59
    Mərhum həyat yoldaşı ilə bağlı paylaşım etdi
  • 9-09-2026, 20:58
    “Ağır günündə yanında oldum, amma anam öləndə zəng də vurmadı”
  • 9-09-2026, 20:58
    Dövlət qurumları əhaliyə səsləndi: Bu şəxslər nəzarətə götürülür!
  • 9-09-2026, 20:57
    Zaur Rzayev xəstəxanaya yerləşdirildi
  • 9-09-2026, 20:57
    Geyimlərini satışa çıxardı, tənqid olundu
Daha çox
  • Baş redaktor: Çingiz Məmmədov
  • Telefon: (+99450) 344 66 36
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Müsahibə
  • Araşdırma
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
Müəllif hüquqları qorunur. Gundelikxeber.org-nun məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə