• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video

“Motivasiya spikeri” olan YAP-çının Qubadakı “ev tapşırığı” -10 milyon manata yaxın borcu var [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

Gündəm / Cəmiyyət

19-08-2024, 17:47

“Motivasiya spikeri” olan YAP-çının Qubadakı “ev tapşırığı” -10 milyon manata yaxın borcu var


Əlibala söz verib ki, deputat olan kimi bütün borclarını qaytaracaq
35 ildir dalbadal Qubadan deputat seçilən Vahid Əhmədovun son illərdə davamlı şəkildə etdiyi “siyasi səhvləri” budəfəki növbədənkənar seçkilərdən kənarda qalmasına gətirib çıxardı. YAP da həmin bitərəf namizədin yerinə “bitərəf şəxs” axtarmaqdansa, özlərinə yaxın birini tapıblar. Bu tapıntı da təsadüfi olmayıb. Ən azından əslən qubalıdır, Vahid Əhmədovdan geri qalmır, iqtisadçıdır. Üstəlik, elmi dərəcə və digər peşə bacarıqları da var. Söhbət iqtisad elmləri doktoru, professor, auditor, motivasiya spikeri və yazıçı (?????) Əlibala Səttar oğlu Məhərrəmzadədən gedir. “Çovdar çörəyi!”, “Kənar adamın söylədikləri” kitablarının müəllifi olan Ə. Məmmədzadənin peşəsi çox olsa da, həm də biznesmendir. Özü də indiki deputatlardan fərqli olaraq biznesini gizlətmir, hamı bilir ki, Qubada sanatoriya sahibidir.

Lakin Qubanın yeni deputatı olmağa namizədin ən maraqlı və gülünc fəaliyyəti də “motivasiya spikeri” peşəsi ilə bağlıdır. Belə ki, Əlibala özünə məxsus olan “Youtube” kanalında rus dilində “Ev tapşırığı” silsilə dərsləri ilə “Uğur düsturu”nu təqdim edir. Məsələn, “Ev tapşırığı”nın 13-cü hissəsində “Məhəbbət düsturu” haqqında danışır, özü də rus dilində məhəbbətin nə olduğunu, necə cinsi əlaqə və uğurlu ailə qurmağın yollarını öyrədir (https://www.youtube.com/watch?app=desktop&v=5KSEr4rKwic). Buna “öyrədir” də demək olmaz. Çünki 1 il yarımdır paylaşdığı 13-cü “Ev tapşırığı”na cəmi 34 nəfər baxıb, şərh yazan da yoxdur...
Bax, elə bizim Milli Məclisdə onun kimi, mütəxəssislər çatışmırdı. Düşsün parlamentə Elza Seyidcahanla birlikdə qoca, cavan bütün deputatlara məhəbbətdən motivasiya versin...

Məlum olur ki, Əlibala yuxarıda qeyd edilən peşələri qazanmaq üçün əlindən gələni edib. Bəs deputat olmaq üçün nə edir? İndi onu araşdıraq.

Qubadan gələn həyəcanlı xəbərlərə görə, Əlibala əsas rəqibi sıradan çıxdığı üçün fürsətdən istifadə edərək “seçkidə necə qalib gəlməyin düsturu”nu işləyib hazırlayıb. Əvvəlcə özünə “rəqib” hazırlayıb, yaxın qohumu Əliabbas Məhərrəmovu eyni dairədən namizəd kimi qeydiyyatdan keçirib. Digər namizədlərə qarşı isə təzyiq və hədə-qorxu gəlməyə başlayıb. “Qalib gəlmək düsturu”nun əsas hissəsi isə rayondakı biznes fəaliyyətindən əldə etdiyi üstünlüyü YAP-dan gələn dəstəklə çuğlaşdırmaq təşkil edir.

Beləliklə, inzibati resursları da arxasına alan “Motivasiya spikeri”nin düstur əsasında qurduğu plan öz axarnda getdiyi bir dövrdə bizim media təmsilçiləri də dinc durmayıb, araşdırıblar ki, Qubadakı “Şahdağ Turuskavets” sanatoriyasının sahibi olan Əlibala Məhərrəmzadənin 10 milyon manata yaxın borcu var.
Medianın yaydığı digər xəbərə görə, YAP İdarə Heyətinin 59 saylı Quba seçki dairəsindən namizəd kimi Əlibala Məhərrəmzadəni irəli sürməsini Quba YAP-çıları müsbət qarşılamırlar. Çünki Ə.Məhərrəmzadə əslən Qubadan olsa da, YAP-ın Quba rayon təşkilatının üzvü də deyil. Bakının Səbail rayonunda qeydiyyatda olan Ə.Məhərrəmzadənin isə bu cür xəbərlər heç vecinə də deyil.

Belə ki, 59 saylı Quba seçki dairəsindən namizəd Əlibala Məhərrəmzadə 10 milyonluq borcu ilə bağlı xəbərləri 20 gündən sonra təkzib edib. Çox güman ki, Əlibala YAP-ın verdiyi “ev tapşırığı”nı Qubada yerinə yetirməyə və daha sonra Milli Məclisə düşəndə digər həmkarlarından “ac-yalavac” parlamentə gəlib “deputat ola-ola milyonlara necə sahib olmağın düsturu”nu öyrənərək (Azərbaycan dilini bilməsə də) pul qazanmağa və bütün borclarını qaytarmağa söz verib.

Verilən sözlər və planlar öz axarı ilə getsə, Milli Məclis “Motivasiya spikeri”, YAP isə növbəti biznesmen-deputat qazanacaq...(aztoday.az)

Oxunub: 106
Paylaş:
Digər xəbərlər

Gündəm / Cəmiyyət

17-08-2024, 16:14

Deputatlığa namizədin yersiz ÇIXIŞI... - VİDEO [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

Gündəm / Cəmiyyət

30-07-2024, 16:10

PARLAMENTİN YENİ VİTSE-SPİKERİ... - Adil Əliyevin yerinə kimin təyin ediləcəyi məlum oldu [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

Gündəm / Cəmiyyət

22-07-2024, 11:29

YAP-ın namizədi ilə bağlı qalmaqal böyüyür - TƏFƏRRÜAT [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

Gündəm / Cəmiyyət

18-07-2024, 11:38

YAP-ın deputatlığa namizədi külli miqdarda borc içindədir [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

Hadisə

27-03-2024, 13:15

Ailə üzvlərinin qətlində ittiham olunan Əhməd Əhmədovdan XƏBƏR VAR [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

Araşdırma
Əhalinin Siyahıyaalınmasına Yardım üzrə Mərkəzi Komissiya yaradılacaq
Maliyyə Nazirliyi iyulda 4 depozit hərracı keçirib
Məleykə Abbaszadə: Keçid ballarının artacağı gözlənilir
Finlandiya İspaniya ilə bağlı Şengen sazişinin fəaliyyətini dayandırmağa çağırıb
Sabah 39 dərəcə isti olacaq
Azərbaycan avrokubokların II təsnifat mərhələsində ən yüksək reytinq əmsalı toplayan ölkələrdən olub
Hadisə
29-07-2026, 08:58
Salyanda 60 yaşlı kişi keçmiş kürəkənini tüfənglə qətlə yetirməkdə şübhəli bilinir
27-07-2026, 10:04
33 yaşlı kişi Qarabağ kanalında batıb
25-07-2026, 11:39
Türkiyədə sərnişin avtobusu avtomobillə toqquşub, 30 nəfər xəsarət alıb
6-07-2026, 10:32
Şərurda bir ailənin üç üzvünün öldüyü qəza ilə bağlı cinayət işi başlanılıb
4-07-2026, 15:52
21 yaşlı Fatimənin faciəsi: Əmisi oğlu iki həftə işgəncə verdi, sonra öldürdü
4-07-2026, 15:52
21 yaşlı Fatimənin faciəsi: Əmisi oğlu iki həftə işgəncə verdi, sonra öldürdü
Son xəbərlər
  • Dün, 18:08
    Çolpon-Ata Bəyannaməsi: Azərbaycan və Mərkəzi Asiya yeni strateji mərhələdə - ŞƏRH
  • Dün, 17:21
    Əhalinin Siyahıyaalınmasına Yardım üzrə Mərkəzi Komissiya yaradılacaq
  • Dün, 16:50
    Maliyyə Nazirliyi iyulda 4 depozit hərracı keçirib
  • Dün, 16:20
    Magistratura üzrə plan yerləri niyə boş qalıb?
  • Dün, 15:55
    Məleykə Abbaszadə: Keçid ballarının artacağı gözlənilir
  • Dün, 15:23
    İssık-Kul gölünün sahilində "Baku Resort & Spa" mehmanxanasının açılışı olub
  • Dün, 14:45
    Finlandiya İspaniya ilə bağlı Şengen sazişinin fəaliyyətini dayandırmağa çağırıb
  • Dün, 13:14
    Sabah 39 dərəcə isti olacaq
  • Dün, 12:48
    Ukrayna Volqoqrad NEZ, Taman limanı və Krımdakı aviasiya zavodunun vurulduğunu açıqlayıb
  • Dün, 11:52
    Azərbaycan avrokubokların II təsnifat mərhələsində ən yüksək reytinq əmsalı toplayan ölkələrdən olub
  • Dün, 11:20
    Bazar günü 1125 nəfər dövlət qulluğuna qəbul imtahanı verəcək
  • Dün, 10:53
    Qırğızıstan tezliklə Azərbaycanla neft məhsullarının tədarük həcmlərinin razılaşdırılacağını gözləyir
  • Dün, 10:11
    Sahibə Qafarova Cənubi Afrika Respublikasında səfərdədir
  • Dün, 09:49
    Azərbaycan və Qırğızıstan arasında müttəfiqlik münasibətləri haqqında Müqavilə imzalanıb
  • Dün, 09:31
    Dünya çempionatı: Azərbaycanın 5 sərbəst güləşçisi bu gün mübarizəyə qoşulacaq
  • 30-07-2026, 11:19
    Prezident Mərakeş Kralını təbrik etdi
  • 30-07-2026, 10:52
    Azərbaycan neftinin qiyməti 7 dollara yaxın artıb
  • 30-07-2026, 10:08
    Hindistanda daşqınlar səbəbindən ölənlərin sayı 78-ə çatıb
  • 30-07-2026, 09:35
    CHP-li bələdiyyə sədri saxlanıldı
  • 30-07-2026, 09:09
    Avropa Liqası: "Qarabağ" "ÇSKA Sofiya" ilə cavab oyununa çıxır
  • 30-07-2026, 08:53
    Bakının bəzi ərazilərində işıq kəsiləcək
  • 29-07-2026, 18:27
    Magistratura imtahanının nəticələri elan olunub
  • 29-07-2026, 17:49
    Türkiyədə meşə yanğınlarına 5 təyyarə, 18 helikopter cəlb olunub, 202 nəfər təxliyə edilib
  • 29-07-2026, 17:26
    Makron hökumətinin dərin böhranı - siyasi iflas, iqtisadi kəsir və xarici siyasətdə uğursuzluq - ŞƏRH
  • 29-07-2026, 16:56
    İlham Əliyev Dünya Güləş Birliyinin prezidentini qəbul edib
  • 29-07-2026, 15:52
    Türkiyə-İraq münasibəti: dinc yanaşı yaşamağın, inkişafın göstəricisi - ŞƏRH
  • 29-07-2026, 15:21
    Bu ilin ilk 6 ayında Azərbaycandakı muzeylərə 3893 yeni eksponat daxil olub
  • 29-07-2026, 14:56
    Fransaya casusluqda ittiham olunan Martin Ryan barəsində hökm dəyişməyib
  • 29-07-2026, 13:09
    Sabah Azərbaycanda 39 dərəcə isti olacaq
  • 29-07-2026, 12:32
    Ukrayna Permdə neft emalı zavodunda yanğın olduğunu bəyan edib
  • 29-07-2026, 11:44
    Kamran Əliyev Laçında vətəndaşları qəbul edəcək
  • 29-07-2026, 11:25
    Azərbaycan-Pakistan əməkdaşlığı çərçivəsində ədliyyə sahəsi üzrə təlim keçirilib
  • 29-07-2026, 10:26
    Magistraturaya qəbulun nəticələri sabaha qədər elan oluna bilər
  • 29-07-2026, 09:54
    Azərbaycan nefti 4 dollardan çox ucuzlaşıb
  • 29-07-2026, 09:19
    Yasamal və Nərimanov rayonlarının bir hissəsində işıq olmayacaq
Daha çox
  • Baş redaktor: Çingiz Məmmədov
  • Telefon: (+99450) 344 66 36
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Müsahibə
  • Araşdırma
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
Müəllif hüquqları qorunur. Gundelikxeber.org-nun məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə