• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video

"Sən pulu ödəsən də, ödəməsən də, müdir sənin evini satacaq..." - ÖZBAŞINALIQ! [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

Gündəm / Dünya

28-08-2024, 09:15

"Sən pulu ödəsən də, ödəməsən də, müdir sənin evini satacaq..." - ÖZBAŞINALIQ!

Şəki şəhəri, Məzahir Abbasov küçəsi, ev 32-də qeydiyyatda olan və hazırda Bakı şəhərində Binəqədi rayonunda kirayədə yaşayan Musayev Ziya Əsəd oğlu tərəfindən başda Prezident İlham Əliyev olmaqla Baş prokuror Kamran Əliyevə, Ədliyyə naziri Fərid Əhmədova, Mərkəzi Bankın İdarə Heyətinin sədri Taleh Kazımova, «Turan Bank» ASC-nin İdarə Heyətinin sədri Orxan Qarayevə və bir sıra digər aidiyyatı dövlət qurumlarının rəhbərlərinə «Turan Bank» a girov qoyduğu şəxsi evinin borcunu tam bağlamağa imkan verməyən Problemli Kreditlərlə iş Depertamentinin Direktoru Hacıyev Röyal və dəstəsi tərəfindən saxtakarlıqla ələ keçirilməsi ilə bağlı müraciət ünvanlanıb.

Bir nüsxəsi də Aktualinfo.org-a daxil olan müraciətdə deyilir:

Çox hörmətli cənab Prezident İlham Əliyev,

Siz həmişə rəsmi çıxışlarınız zamanı xüsusi qeyd edirsiniz ki, mən hər bir azərbaycanlının Prezidentiyəm. Bəli, biz də həmişə ailəvi olaraq Sizə hər seçki zamanı səs verir və güvənirik ki, bizim belə bir müzəffər Ali Baş Komandanımız var. Allah Sizi saxlasın. Ona görə də bir ümid yeri kimi bu gün yalnız Sizə müraciət etməklə hazırda azyaşlı övladlarımla çıxılmaz vəziyyətdə qalmağıma köməklik göstərilməsini xahiş edirəm.

Mən 2017-ci ildə Şəki şəhəri Məzahir Abbasov küçəsində qonşu olduğum İlqar Mikayılov adlı şəxsin xahişi ilə öz şəxsi yaşadığım evimi borc alana zamin olaraq “Turan Bank”ın Zaqatala filialına girov qoydum. Məqasəd guya fermer təsəsrrüfatı yaradacaqmış və məni də bu işə cəlb edəcəkmiş. Elə aradan az vaxt keçməmiş eşitdim ki, İlqar ailəsini də götürüb Rusiyaya qaçıb. Məlum oldu ki, o mənim kimi adamların etimadından süi-istifadə edərək dələduzluq edib pullarını mənimsəyib. Doğrudur, məndən başqa iki nəfər də İlqara zamin durmuşdular. Lakin ortada qalan tək mən oldum. Bank məndən İlqarın götürdüyü 15000 manat kredit borcun ödənilməsini tələb edirdi. Əlimə keçəndən bir az ödənişlər etdim. Bank məni məhkəməyə verdi. Və məhkəmə 17500 manat faizlərlə birlikdə ödəmə qərarı çıxartdı. 2024-cü ilin yanvarında “Turan Bank” ın Zaqatala filialından bildirdilər ki, cəmi 14300 manat borcu ödəməlisən. Bu ilin may ayında 3000 manat, iyun ayının 13-də isə 5000 manat gətirib bankda açılmış carı hesaba ödəniş etdim. Çünki, məhkəmə qərarı Şəki İcra Şöbəsinə yönləndirilmişdir. İcra mənə 15 iyuna qədər borcun tam ödənilməsi üçün vaxt vermişdir. Mən mayın 16-da 3000 manatı ödədikdə öhdəlik götürdüm ki, cari ilin avqustun sonuna qədər İ.Mikayılovun banka kredit borcunu tam ödəyəcəyəm. İyunun 13-də əlavə gətirib 5000 manat da ödədikdə mənə açılan cari balansda 11 181 manat pul qaytarıldı. Mənə bildirdilər ki, Banka cəmi 6300 manat borcun qalıb. Və Zaqatala filialı Şəki İcra Şöbəsinə iyunun 13-də rəsmi məktub göndərərək bildirdi ki, borcla bağlı icraat dayandırılsın.

Mən mayın 16-da 3000 manat ödəniş etdikdən sonra Bankın Problemli Kredit Depertamentin direktoru Hacıyev Röyalın qəbuluna düşüb xahiş edirdim ki, mənə bir az vaxt verin ki, borcu tam bağlayım. O isə üzümə qışqırıb deyirdi ki, get özün bilərsən amma müştəri tapan kimi sənin evini satacağam. O hər dəfə pul gətirib ödəniş edəndə əsəbiləşirdi, narahat olurdu. Bəli, iyun ayının 13-də də 5000 manat ödəyib Röyalın qəbuluna girmək istəyəndə o məni qovdu. Dedi nəyə gəlirsən çıx otaqdan. Və öz iş yoldaşı ilə mənim məsələmi müzakirə etdi

İyunun 15-də isə “Turan Bank”ın Zaqatala filialından Mənsur müəllim 055-220 96 62 telefon nömrəsindən mənə zəng edib bildirdi ki, Ziya biz Şəkidəyik. Gəl evinin açarını sənə təhvil verək. Bildirdim ki, mən hazırda Bakıdayam. Gəlib çata bilməyəcəm. Qoy borcu bu yaxında tam bağlayım o zaman açarı da rahat götürərərm. Lakin iyunun sonunda bankın mənə yaxın bir işçisi zəng edərək bildirdi ki, sən pulu ödəsən də ödəməsən də müdir( Röyalı nəzərdə tutur) sənin evini satacaq xəbərin olsun. Mən dərhal iyulun 3-də Prezident Administrasiyasına və Mərkəzi Banka şikayət məktubu göndərdim. 2024-cü ilin iyulun 25-də Mərkəzi Bankdan rəsmi Röyalın saxta və əsassız arayışına əsasən cavab gəldi ki, sizin eviniz “Turan Bank” tərəfindən iyulun 2-də satılmışdır.” Və buradan mənə aydın olur ki, mən şikayət verən gündən 1 gün əvvələ “Turan Bank” arxa tarixlə evimin satışını 24400 manata öz adamlarından birinə satmışdır ki, sonrdan bazar qiymətinə 80000 manata satıb pul qazansınlar. Mən o zaman başa düşdüm ki, Naxçıvan əsillli Hacıyev Röyal bankın Problemli Kreditlər Depertamentin rəhbəri olsa da, o vətəndaşla bank arasında problemin həll edilməsinə deyil, yaranmış problemdən öz xeyrinə qazanc əldə etmək üçün qulluq mövqeyindən süi-istifadə etməklə mənim kimi sadə insanların son ümidi olan evini əlindən almaqda ustalaşıb. Və əsassız varlanmaqla məşğuldur. Mən son vaxtlar hər dəfə 1000 manat, 3000, 5000 manat ödəniş edəndə o qıcıqlanırdı, əsəbiləşirdi. Lakin normalda Problemli Kredit müdiri buna sevinməlidir ki, problem aradan qalxmaq üzrədir. Röyal isə arxalandığı adama güvənərək qeyri-etik davranışla, “ Ə, get hara istəyirsən şikayət et, Onsuz da sənin evini müştəri tapıb satacağam., mənim qəbuluma gəlmə və s. Etik qaydalardan kənar münasibət sərgiləyirdi. Sonda da, yəni, mən 6300 manat borc tapıb iyulun sonunda pulu tam banka ödəmək istədikdə bildirdilər ki, xeyri yoxdur, sənin evin satılacaqdır.” Axı mən avqustun sonunadək Şəki İcra Şöbəsində borcun tam bağlanması barədə yazılı öhdəlik götürmüşdüm. Digər tərəfdən də iyunun 15-də “Turan Bank” rəsmi olaraq Şəki İcra Şöbəsinə məktub göndərərək İcraanın dayandırılması barədə xahiş etmişdir. Bu tərəfdən də Hacıyev Röyal öz adamı olan “müştəri” tapıb və təcili olaraq kağız üzərində formal və saxta hərrac keçirməklə, evin alınması üstünlük hüququ mənə verilmədən və məlumat bildirilmədən qəfil olaraq arxa tarixlə, 2 iyulda alqı-satqı edirlər. 24500 manat pulu isə alqı-satqıdan 5-10 gün sonra edirlər. Hesab edirəm ki. Hacıyev Röyal “Turan Bank”ın deyil, öz şəxsi maraqları ilə qulluq mövqeyindən süi-istifadə edərək sxtakarlıqla, aldatma yolu ilə cari hesaba ödənilmiş 11181 manat köçürməyə baxmayaraq, borcun tam ödənilməsinə imkan verməyərək( Bankın daxili qaydalarını pozaraq) evimi su qiymətinə alqı-satqı edərək cinayət törətmişdir. Hüquq-mühafizə orqanları təbii ki, mənim kimi çoxsaylı vətəndaş şikayətləri olan məhz Röyalın Problemli Kredit Depertamentinin son 5 illik fəaliyyətini Mərkəzi Bank səviyyəsində əvvəlcə yoxlamasını təşkil etməli, və “Turan Bank”ın nüfuzuna ciddi xələl gətirən belə tip işçilərin dərhal cəzalanaraq məsuliyyətə alınmması üçün hüquq –mühafizə orqanlarına bankın idarə heyəti sədri səviyyəsində təqdimat yazılmalıdır. Ki, bundan sonra kimsə özünü bankdaxilində Röyal kimi yekəxana və çox qazanmaq hərisi kimi aparıb müştəriləri narazı salmasın. Şəkidə işləyən polis tanışım da bildirdi ki, təkcə Şəkidə “Turan Bank”dan bilirsən nə qədər şikayətlər var?

Mən, şəxsən Azərbaycan Sahibkarlıq Konfederasiyasının , ASK-nın prezidenti, hörmətli ağsaqqal Məmməd Musayevə müraciət edirəm. Özüm yüksək faizli şəkər xəstəsiyəm. Ailədə 3 övladım orta məktəbdə təhsil almasını və 70 yaşlı ürək xəstəsi olan anamın ömrünü həsr etdiyi Şəki şəhərində “Turan Banka”a girov qoyduğumuz evimizin bizə qaytarılması üçün qalan 6300 manatı da ödəməklə bizə qaytarılmasına köməklik göstərməyinizi ailəliklə xahiş edirik.

Cənab Prezident və Mərkəzi Bankın İdarə heyətinin sədri cənab Taleh Kazımov. Sizdən çox xahiş edirəm ki, “Turan Bank” ın Problemli Kredit Depertamentinin direktoru Hacıyev Röyalın bankada girov qoyulan şəxsi evimizin fırıldaq və saxtakarlıqla ələ keçirilməsi üçün törətdiyi qanunpozuntularının araşdırılmasına və hüquqi qiymət verilməsi üçün aidiyyatı orqanlara göstəriş verməyinizi xahiş edir və əvvəlcədən minnətdarlığımı bildirirəm.

Aktualinfo.org

Oxunub: 128
Paylaş:
Digər xəbərlər

Gündəm / Cəmiyyət

30-07-2024, 10:06

Göyçayda bu məmurun fəaliyyəti araşdırılsa... - İTTİHAM VAR... [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

Gündəm / Cəmiyyət

30-05-2024, 08:42

Bakının bir sıra yollarında tıxac müşahidə olunur [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

İqtisadiyyat

19-10-2023, 10:51

Azərbaycanda bank bağlandı [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

Hadisə

19-07-2023, 13:27

"Bank Respublika"nın əməkdaşı iş yoldaşı tərəfindən GÜLLƏLƏNDİ - FOTO [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

İqtisadiyyat

17-05-2023, 10:24

Azərbaycanda bu bank ləğv edildi [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

Araşdırma
Prezident Mərakeş Kralını təbrik etdi
Bakının bəzi ərazilərində işıq kəsiləcək
Magistratura imtahanının nəticələri elan olunub
Türkiyədə meşə yanğınlarına 5 təyyarə, 18 helikopter cəlb olunub, 202 nəfər təxliyə edilib
Fransaya casusluqda ittiham olunan Martin Ryan barəsində hökm dəyişməyib
Sabah Azərbaycanda 39 dərəcə isti olacaq
Hadisə
29-07-2026, 08:58
Salyanda 60 yaşlı kişi keçmiş kürəkənini tüfənglə qətlə yetirməkdə şübhəli bilinir
27-07-2026, 10:04
33 yaşlı kişi Qarabağ kanalında batıb
25-07-2026, 11:39
Türkiyədə sərnişin avtobusu avtomobillə toqquşub, 30 nəfər xəsarət alıb
6-07-2026, 10:32
Şərurda bir ailənin üç üzvünün öldüyü qəza ilə bağlı cinayət işi başlanılıb
4-07-2026, 15:52
21 yaşlı Fatimənin faciəsi: Əmisi oğlu iki həftə işgəncə verdi, sonra öldürdü
4-07-2026, 15:52
21 yaşlı Fatimənin faciəsi: Əmisi oğlu iki həftə işgəncə verdi, sonra öldürdü
Son xəbərlər
  • Dün, 11:19
    Prezident Mərakeş Kralını təbrik etdi
  • Dün, 10:52
    Azərbaycan neftinin qiyməti 7 dollara yaxın artıb
  • Dün, 10:08
    Hindistanda daşqınlar səbəbindən ölənlərin sayı 78-ə çatıb
  • Dün, 09:35
    CHP-li bələdiyyə sədri saxlanıldı
  • Dün, 09:09
    Avropa Liqası: "Qarabağ" "ÇSKA Sofiya" ilə cavab oyununa çıxır
  • Dün, 08:53
    Bakının bəzi ərazilərində işıq kəsiləcək
  • 29-07-2026, 18:27
    Magistratura imtahanının nəticələri elan olunub
  • 29-07-2026, 17:49
    Türkiyədə meşə yanğınlarına 5 təyyarə, 18 helikopter cəlb olunub, 202 nəfər təxliyə edilib
  • 29-07-2026, 17:26
    Makron hökumətinin dərin böhranı - siyasi iflas, iqtisadi kəsir və xarici siyasətdə uğursuzluq - ŞƏRH
  • 29-07-2026, 16:56
    İlham Əliyev Dünya Güləş Birliyinin prezidentini qəbul edib
  • 29-07-2026, 15:52
    Türkiyə-İraq münasibəti: dinc yanaşı yaşamağın, inkişafın göstəricisi - ŞƏRH
  • 29-07-2026, 15:21
    Bu ilin ilk 6 ayında Azərbaycandakı muzeylərə 3893 yeni eksponat daxil olub
  • 29-07-2026, 14:56
    Fransaya casusluqda ittiham olunan Martin Ryan barəsində hökm dəyişməyib
  • 29-07-2026, 13:09
    Sabah Azərbaycanda 39 dərəcə isti olacaq
  • 29-07-2026, 12:32
    Ukrayna Permdə neft emalı zavodunda yanğın olduğunu bəyan edib
  • 29-07-2026, 11:44
    Kamran Əliyev Laçında vətəndaşları qəbul edəcək
  • 29-07-2026, 11:25
    Azərbaycan-Pakistan əməkdaşlığı çərçivəsində ədliyyə sahəsi üzrə təlim keçirilib
  • 29-07-2026, 10:26
    Magistraturaya qəbulun nəticələri sabaha qədər elan oluna bilər
  • 29-07-2026, 09:54
    Azərbaycan nefti 4 dollardan çox ucuzlaşıb
  • 29-07-2026, 09:19
    Yasamal və Nərimanov rayonlarının bir hissəsində işıq olmayacaq
  • 29-07-2026, 08:58
    Salyanda 60 yaşlı kişi keçmiş kürəkənini tüfənglə qətlə yetirməkdə şübhəli bilinir
  • 28-07-2026, 15:13
    Dövlət Mülki Aviasiya Agentliyi auditor seçib
  • 28-07-2026, 14:48
    Azərbaycanın Tacikistandakı səfiri geri çağırılıb, yenisi təyin olunub
  • 28-07-2026, 14:20
    Azərbaycanın Hindistandakı səfiri geri çağırılıb, İtaliyaya təyin edilib
  • 28-07-2026, 14:04
    Azərbaycan gəmilərin ballast sularının idarə edilməsinə dair beynəlxalq konvensiyaya qoşulub
  • 28-07-2026, 12:16
    XİN Perunu Milli Günü münasibətilə təbrik edib
  • 28-07-2026, 11:16
    Hərbi xidmətə çağırış üzrə komissiyada TƏBİB-in təmsilçisi dəyişib
  • 28-07-2026, 10:29
    Sabah Bakıdakı 5 məktəbə tədrisi digər dildə aparılan bölmələr üzrə sərbəst qəbul başlayır
  • 28-07-2026, 10:04
    Azərbaycanın daha 5 yunan-Roma güləşçisi mundialda mübarizəyə başlayır
  • 28-07-2026, 09:50
    Azərbaycan neftinin qiyməti 95 dollara düşüb
  • 28-07-2026, 09:30
    Britaniyada milyonçuların sayı 2008-ci il böhranından bəri ən aşağı səviyyəyə enib
  • 28-07-2026, 09:02
    Bakının bir çox ərazisində işıq olmayacaq
  • 27-07-2026, 17:59
    Bakıda 195E nömrəli ekspres marşrut fəaliyyətə başlayır
  • 27-07-2026, 17:10
    MEDİA: İranın "Səhər" telekanalı və "Mehr" agentliyinin Azərbaycanda fəaliyyəti qanunsuz hesab edilir
  • 27-07-2026, 16:30
    Naxçıvan ekologiya və təbii sərvətlər nazirinə müavin təyin olunub
Daha çox
  • Baş redaktor: Çingiz Məmmədov
  • Telefon: (+99450) 344 66 36
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Müsahibə
  • Araşdırma
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
Müəllif hüquqları qorunur. Gundelikxeber.org-nun məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə