• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video

Bəs, Nahid Bağırov niyə həbs edilmədi? - Həbs olunan Əlişir Süleymanovun kirli zabit "şərəfi..." [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

Gündəm / Cəmiyyət

6-09-2024, 09:45

Bəs, Nahid Bağırov niyə həbs edilmədi? - Həbs olunan Əlişir Süleymanovun kirli zabit "şərəfi..."

Srağagün Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin əməkdaşlarının İsmayıllı rayonunda əməliyyat keçirdiyi barədə məlumat yayıldı. Bu gün açıqlanan rəsmi məlumatda göstərilir ki, əməliyyat nəticəsində saxlanılan İsmayıllı Rayon İcra Hakimiyyəti Başçısının İsmayıllı şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəsi Əlişir Süleymanov və rayonun Diyallı bələdiyyəsinin sədri vəzifəsini icra edən Cahangir Surxayev barəsində həbs qətimkan tədbiri seçilib. Onların hansı sübutlar əsasında həbs edildiyi istintaqın işidir.
Amma bu şəxslərlə bərabər İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Nahid Bağırov həbs edilsəydi, korrupsiya və rüşvətə qarşı həyata keçirilən bu əməliyyatı daha uğurlu hesab etmək olardı. Nə üçün?
BİRİNCİSİ, ölkə üzrə bütün ərazi nümayəndələrinin və bələdiyyə sədrlərinin icra başçılarının tapşırıqlarını icra etdiyi, “kassa” rolu oynadığı heç kəsə sirr deyil. Eləcə də Ə.Süleymanov və C.Surxayev rayonun icra başçısı N.Bağırova yaxınlıqları ilə seçiliblər və onun əmrlərini icra ediblər. Heç şübhəsiz ki, bu amil barələrində həbs qətimkan tədbiri seçilən Ə.Süleymanovu və C.Surxayevi cinayət məsuliyyətindən azad etmir.
Əslində Nahid Bağırov da həbs edilməli idi... Faktlara keçək...
O, qəsbkarlıqla məşğldur. Belə ki, N.Bağırovun “İvanovka” təsərrüfatına etdiyi qanunsuz müdaxilələr nəticəsində kolxoz külli miqdarda borclandırılıb. İcra başçısının əsas məqsədi təsərrüfatı borclandırıb daha sonra islahat olarsa, həmin kolxozun mülklərinə yiyələnmək, təsərrüfatı qəsb etməkdir.
Əldə etdiyim məlumatlardan görünür ki, kolxozun torpaq sahələri 60/40 nisbətində bölgü əsasında əkilir. İvanovka kəndinin sakinləri də bilir və etiraf edirlər ki, icra başçısı N.Bağırov da bu bölgüyə şərikdir.
Amma məsələ bununla da bitmir.
Rayonda fəaliyyət göstərən sahibkarlar N.Bağırovun qanunsuz müdaxilələri ilə üz-üzə qalıblar. İcra başçısı tərəfindən irəli sürülən qanunsuz tələblər və sahibkarlara qarşı həyata keçirilən total hücumlar rayondakı narazılıqları pik həddə çatdırıb.
MƏSƏLƏN, N.Bağırov sahibkar Samir Babayevə məxsus torpağı müxtəlif qanunsuz üsullarla ələ keçirmək istəyir. Niyə? Çünki S.Babayevin İsmayıllı şəhərinin mərkəzində icarə müqaviləsi ilə götürdüyü torpaq daha yaxşı yerdədir, səmərəli və münbitdir, başçının da həmin torpağa gözü düşüb.
İKİNCİSİ, icra başçısı N.Bağırovun məsuliyyətə cəlb edilməsi üçün saysız-hesabsız faktlar, iddialar və səbəblər var.
Digər rayonlarda olduğu kimi, İsmayıllı rayonunda yolların əsaslı təmiri işləri aparılır. Bəs, sual olunur, İsmayıllı Rayon İcra Hakimiyyəti nə üçün hər ilin sonunda tender keçirir?
Belə ki, İsmayıllı rayonunda yolların təmiri üçün ayrılmış vəsaitlər hər ilin sonunda sənədləşdirilir, yollarda asfakt örtüyünün çəkilməsi prosesi isə yay aylarında həyata keçirilir. Bəs, bu necə olur, asfalt ilin ortasında çəkilir, tender isə ilin sonunda keçirilir? Təkcə bu amil İsmayıllı rayonunda dövlət büdcəsinə külli miqdarda zərərin vurulduğunu deməyə əsas verir. Vəsaitlər təyinatı üzrə xərclənmir, talanır.
İndi gələk, əsas məsələyə… Barəsində təkrar və klli miqdarda rüşvət alma maddəsi ilə cinayət işi açılan Əlişir Süleymanovun kimliyinə…
Bu adamın İsmayıllı rayonunda vəzifədə işlədiyini həbs olunandan sonra bilmişəm. Əgər əvvəldən bilsəydim, onun haqqında yenə yazardım. Çox yaxşı tanıyıram. Onun külli miqdarda rüşvət aldığına, rayonu taladığına, hətta daha böyük cinayətlər törətdiyinə inanıram.
Əlişir Süleymanov mənim 2008-2009-cu illərdə xidmət etdiyim 702 saylı hərbi hissənin (Füzuli rayonu) komandiri idi. Həmin vaxt rütbəsi mayor idi. Qərargahdan çölə çıxmırdı, döyüş bölgəsində yerləşən bir hərbi hissənin komandirinin kreslodan ayağa qalxmaması zabit şərəfinə yaraşmayan tərz idi. Ağ rəngdə “Prado” sürürdü.
Post əsgərlərinin ərzaqını xüsusi maşınlarla hərbi hissədən daşıdıb Beyləqan rayonunda marketlərdə satırdı. Hətta döyüş postundan briqadaya düşəndə əsgər ərzaqlarının onun şəxsi maşınına - “Prado”ya yükləndiyinin dəfələrlə şahidi olmuşduq. Briqadanın ərazisində yerləşən taborun əsgərləri (onlar pulla, yaxud zənglə ora salınmış əsgərlər idi) pis-yaxşı yeyirdilər, amma post əsgərlərinə - bizə it yeməyi yedirirdilər. Düşmənlə bir neçə metr məsafədə yerləşən postlarımızda xidmət etmək hər əsgərin işi deyildi, “katyol”un tabordan gətirdiyi yeməkləri (iy verən perlova, qreçka) itin qabağına tökürdük, o da yemirdi. Qreçka ilə düşmən qabağında durmaq olardı?!
Sağ olsun, postdakı bölük komandarimiz (həmin vaxt baş leytenant) Pərviz Quliyevin sayəsində azacıq da olsa, adam cildində qalmağı, ölməməyi bacardıq.
Müxtəlif postlarda xidmət etdiyim 1 il ərzində Ə.Süleymanov bircə dəfə də olsun posta gəlmədi, əsgərlərin durumu ilə maraqlanmadı.
Daha sonra nə baş verdi?
Bir müddət olardı ki, xidmətimi başa vurmuşdum. Ə.Süleymanovun səriştəsiz və məsuliyyətsiz hərəkətləri nəticəsində hərbi hissədə biabırçı bir olay yaşandı. Elə bir olay ki, yazmaq olmur. Müdafiə naziri məcbur olub hərbi hissənin yerini dəyişdi. Ə.Süleymanov təxris olundu və onun həbsi məsələsi gündəmdə idi.
Amma sonda nə baş verdi?
Bakıdan hansısa “güclü əl” onu həbsdən azad etmək üçün dəlixanaya saldırdı, guya dəlidir. Daha sonra xəstəliklərlə onu məsuliyyətdən azad etdilər.
İndi məlum olur ki, bu adam uzun illərdir İsmayıllı rayonunda yüksək vəzifədə işləyirmiş. Yəqin ki, əsgərlərin haqqı damağında qalıb. Amma bu dəfə çox yeyə bilmədi. Videolarını mənə göndərirlər, türkçülükdən, vətənpərvərlikdə dəm vurur, sosial şəbəkələrdə özünü reklam edirmiş. Vətənpərvərlik libası geyinmiş nə qədər belə rüşvətxor, talançı və cinayətkar var. Hələ mən onun haqqında nəyi yazmaq mümkündürsə, onları yazdım.
Əsgər-zabitləri ağır söyüşlərlə təhqir edən, yanına xahiş üçün gələn gənc əsgərlərin valideynlərinə göz dikən (belə məlumatlar var idi) Əlişir Süleymanov layiq olduğu cəzanı almalıdır. Biz, postda bütün bu çirkin xəbərləri eşidirdik. Erməni ilə döyüşə göndərilən əsgərin anasına, bacısına, yaxın qohumlarına qarşı əxlaqsız təkliflər edən belələri zindanda da vicdan əzabı çəkən deyil.
Və ən nəhayət, axıska türkü olduğunu deyirdilər. Sadəcə buna da inanmıram.

Müəllif: Samir Feyruzov - Azsiyaset.Com

Oxunub: 86
Paylaş:
Digər xəbərlər

Gündəm / Cəmiyyət

5-09-2024, 17:52

Nahid Bağırovun karyerası TƏHLÜKƏDƏ - İcra başçısı vəzifəsini itirə bilər? [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

Gündəm / Cəmiyyət

4-09-2024, 17:25

İsmayıllıda saxlanılan məmur polkovnik-leytenant imiş [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

Hadisə

21-11-2023, 13:48

İcra Hakimiyyətində əməliyyat - Saxlanılan şəxsin adı açıqlandı - YENİLƏNİB [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

Hadisə

1-08-2023, 10:11

Daha bir icra hakimiyyətində əməliyyat: saxlanılan var [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

Hadisə

9-06-2023, 11:34

Azərbaycanda vəzifəli şəxs həbs edildi [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

Araşdırma
Sabirabadda Təhsil "Mafiyası": Direktor Murad Dəmirovun Qanunsuzluqlarına Kim "Yaşıl İşıq" Yandırır? -FOTOFAKT
Saleh Məmmədov 1 milyard mənimsəyib? - Zəngi açsa da, suallardan yayındı
“Kontakt Home” köhnə məhsullar satır – “Şeş-Qoşa” layihəsi ifşa edildi – FOTO
Mətanət Əfəndiyeva Tibbi Bərpa İnstitutundan çıxarılsa da, heç də az iz qoymayıb
Keşlədə kollektor üzərində tikilən evə Rafiq Quliyev "icazə" verib? - Yüzlərlə evə ziyan vuran günahkar kimdir?
Ziya Məmmədovun qalmaqallı qohumuna yüksək vəzifə VERİLDİ
Hadisə
31-03-2026, 16:36
Qadın sürücü “Range Rover”i aşırdı; xəsarət alanlar var
31-03-2026, 15:24
26 yaşlı oğlan ahıl qadına təcavüz edib? - Cinayət işi açıldı
9-03-2026, 15:14
Milli Onkologiya Mərkəzi yox... RÜŞVƏT MƏRKƏZİ! - İTTİHAM VAR...
7-03-2026, 15:34
Komendant işlədiyi binadan yıxılıb öldü
4-03-2026, 15:48
Hoteldə anasını öldürən yeniyetməyə hökm oxundu
21-02-2026, 16:14
Zabratda mağaza və evlərdən silsilə oğurluq edən şəxs saxlanılıb
Son xəbərlər
  • Bugün, 12:24
    Sabirabadda Təhsil "Mafiyası": Direktor Murad Dəmirovun Qanunsuzluqlarına Kim "Yaşıl İşıq" Yandırır? -FOTOFAKT
  • Bugün, 11:46
    Saleh Məmmədov 1 milyard mənimsəyib? - Zəngi açsa da, suallardan yayındı
  • Bugün, 11:03
    Rusiyada məktəbli sinif rəhbərini bıçaqladı
  • Dün, 19:11
    “Kontakt Home” köhnə məhsullar satır – “Şeş-Qoşa” layihəsi ifşa edildi – FOTO
  • Dün, 17:42
    Mətanət Əfəndiyeva Tibbi Bərpa İnstitutundan çıxarılsa da, heç də az iz qoymayıb
  • Dün, 17:09
    İçərişəhərdə yeraltı keçidlər “ticarət obyektinə” çevrilib – ictimai məkanlar kimlərin nəzarətindədir?
  • Dün, 16:27
    Keşlədə kollektor üzərində tikilən evə Rafiq Quliyev "icazə" verib? - Yüzlərlə evə ziyan vuran günahkar kimdir?
  • Dün, 15:45
    Təhsil adı altında qurulan sistem: Sumqayıt 23 nömrəli məktəbdə baş verənlər
  • Dün, 15:12
    Keçmiş deputatdan adı milyardlıq yeyintidə hallanan Saleh Məmmədova ATMACA... - "Vədədir…"
  • Dün, 14:49
    Ziya Məmmədovun qalmaqallı qohumuna yüksək vəzifə VERİLDİ
  • Dün, 13:11
    Qazax-Tovuz Regional Təhsil İdarəsi “UNİKAMP” MMC ilə NƏ İŞLƏR ÇEVİRİR?.. - İcazə verin, şübhələnək...
  • Dün, 12:33
    7 ton əlvan metal yoxa çıxıb: Rəşad Borçiyevin işi araşdırılır
  • Dün, 11:58
    Prezidentin Tbilisidə rəsmi qarşılanma mərasimi keçirilir
  • Dün, 11:26
    Zeynal Bayramlı tibb sahəsində hansı xidmətlərinə görə TƏBİB-də müşavir təyin edildi - İLGİNC FAKTLAR...
  • Dün, 10:40
    İlham Əliyev Gürcüstanda dövlət səfərindədir
  • Dün, 10:20
    Sabirabadda TƏHSİL ÖZBAŞINALIĞI...
  • Dün, 09:28
    Maxinasiya ustası registrator və podoloq rolunda - Klinikada çalışan Sevda Alibekovnanın tibbdən uzaq əməlləri
  • Dün, 09:08
    Mingəçevir Dövlət Universitetində milyonluq tender - Rektor Azər Eminov kiminlə razılıb?
  • 4-04-2026, 16:06
    İcbari Tibbi Sığorta dövlətə hansı zərbəni vurdu?
  • 4-04-2026, 15:28
    Baş nazir müşavirə keçirib, leysan yağışların vurduğu ziyanla bağlı tapşırıqlar verilib
  • 4-04-2026, 15:00
    Fuad Abdullayev qanunsuz Estetik əməliyyatları icra edir?
  • 4-04-2026, 14:17
    Sevindik Hətəmov Hacıqabulluları sevindirə bilmədi... VİDEO
  • 4-04-2026, 14:08
    Sabunçu Tibb Mərkəzi - Ümid yeri yoxsa, “Qəssabxana”? - Əlin cibində olsa şansın var...
  • 4-04-2026, 13:34
    Beynəlxalq Bank vətəndaşları intihar həddinə çatdırır - 10 ildən zonra zəng... VİDEO
  • 4-04-2026, 12:23
    Sumqayıt xəstəxanasında insident - Vətəndaşlarla işçilər arasında əlbəyaxa dava olub?
  • 4-04-2026, 11:45
    Masallını səhrlaşdıran məmurlar kimlərdir? - FOTOLAR
  • 4-04-2026, 10:47
    Nazir postunu istirsələr də şirkətləri hələ də qazanır - 13 min manatlıq sifariş
  • 4-04-2026, 10:26
    Bu gün Beynəlxalq Mina Xəbərdarlığı və Minatəmizləmə Fəaliyyətinə Yardım Günüdür
  • 4-04-2026, 09:55
    Azərbaycan Prezidentinin tapşırığı ilə İrana növbəti humanitar yardım yola salınır
  • 4-04-2026, 09:37
    İlham Əliyev: Azərbaycan və İran daim bir-birinin yanında olmağa davam edəcək
  • 3-04-2026, 18:45
    ADY-də kadr xaosu davam edir - Yeni təyinatlar belə effekt vermir
  • 3-04-2026, 18:18
    Nizami başsız qalıb: Ağacları kəsən kəsənədir... - NARAZILIQ VAR...
  • 3-04-2026, 17:42
    Keçmiş deputatın şirkəti vətəndaşa DO GƏLİR... - VİDEO
  • 3-04-2026, 17:07
    Prezident minatəmizləmədə fərqlənənləri təltif etdi - Siyahı
  • 3-04-2026, 12:40
    Novruz Məmmədov ADU-dakı işindən çıxdı - öz ərizəsi ilə...
Daha çox
  • Baş redaktor: Çingiz Məmmədov
  • Telefon: (+99450) 344 66 36
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Müsahibə
  • Araşdırma
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
Müəllif hüquqları qorunur. Gundelikxeber.org-nun məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə