• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video

"Onun deputat seçilməsi xalqa təhqirdir" - Professorla tarixçi alim arasında qarşıdurma [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

Gündəm / Cəmiyyət

14-10-2024, 14:20

"Onun deputat seçilməsi xalqa təhqirdir" - Professorla tarixçi alim arasında qarşıdurma

BDU-nun professoru Qulu Məhərrəmli millət vəkili, tarixçi alim Vasif Qafarovu “Cümhuriyyət qurucuları əleyhinə tarixi faktları saxtalaşdırıb manipulyativ çıxışlar etməkdə” və “tarixi proseslərə alim vicdanı ilə deyil, sifarişlə yanaşmaqda” ittiham edib.
Bakupost.az xəbər verir ki, o, bununla bağlı sosial şəbəkə hesabında yazıb:
"Mən ölkədə Vasif Qafarov adlı tarixçinin olduğunu 4 il əvvəl bilmişəm. O vaxt onun Spase TV-də Cümhuriyyət qurucuları əleyhinə tarixi faktları saxtalaşdıran manipulyativ çıxışı çoxlarının etirazına səbəb oldu. Solmaz Tohidi, Kərim Şükürov, Firdovsiyyə Əhmədova, Boran Əziz kimi nüfuzlu tarixçilər Qafarovun yalan və iftiralarını tarixi faktlarla ifşa etdilər. O vaxt (2020-ci il) mən də V.Qafarovun alim əxlaqı ilə bir yerə sığmayan bu saxta çıxışına münasibət bildirmiş və "Ayna" qəzetində tənqidi məqalə yazmışdım...
Sonralar məlum oldu ki, V.Qafarov belə davranışlara öyrəncəlidir, o, tarixi proseslərə alim vicdanı ilə deyil, sifarişlə yanaşır. Budur, həmin sifarişlər indi V.Qafarovu parlamentə gətirib çıxarıb. Və onun kimi adamların MM-də təmsil olunması cəmiyyətə təhqir, dəyərlərə hörmətsizlik, yalançılığın və saxtakarlığın stimullaşdırılmasıdır".
Vasif Qafarovun Qulu Məhərrəmliyə cavabı gecikməyib. O, "Aznews.az" saytına açıqlamasında Facebook-un elmi müzakirələr üçün müstəvi olmadığını bildirib:
"Elmi tədqiqat və nəşrlərə ancaq onları oxuyandan sonra peşəkar akademik fəaliyyətlə məşğul olanlar elmi arqumentlərlə münasibət bildirə bilərlər. Diletant və qərəzli şəkildə sosial şəbəkələrdə hər hansı elmi tədqiqata qara yaxmaq, elm adamlarına və parlament üzvlərinə qarşı aqressiya formalaşdırmaq nəinki alimə, elementar ictimai məsuliyyəti olan heç kimə yaraşan hərəkət deyil”.
Vasif Qafarov bildirib ki, onun “Batum konfransında erməni dövlətinin yaradılması və İrəvanın ermənilərə verilməsi məsələsi” adlı kitabı bu ilin iyun ayında elmi ictimaiyyətin müzakirəsinə verilib:
“Üzərindən bir neçə ay keçib. Amma kitabda yer alan sənədlər, faktlar, müddəalarla bağlı heç bir əks arqument ortaya qoyulmayıb. Kiminsə əlində konkret tarixi mənbələrə və faktlara əsaslanan, kitabdakı mülahizələrimi təkzib edəcək dəlillər varsa, buyurub elmi məqalə yazsın, nəşr etdirsin, biz də oxuyaq, daha sonra elmi müstəvidə polemika aparaq. Facebook-da mütəxəssislər arasında getməyən polemikada iştirak etməyi bir alim kimi özümə rəva görmürəm”.
Tarixçi onun elmi işi ilə bağlı səslənən ittihamlara belə cavab verib:
“Batum konfransında erməni dövlətinin yaradılması və İrəvanın ermənilərə verilməsi məsələsi 2022-ci ildə AMEA A.A.Bakıxanov adına Tarix İnstitutunda fəaliyyət göstərən Dissertasiya Şurasında müdafiə etdiyim doktorluq dissertasiyasının bir paraqrafı olub. Bütün digər məsələlərlə yanaşı, bu məsələ ilə bağlı da irəli sürdüyüm elmi müddəaları elmi müstəvidə sübuta yetirmişəm. Dissertasiya Şurasının sədri Kərim Şükürov olub. 24 nəfər Şura üzvü, 4 opponent (2-si Türkiyə alimi) hamısı müsbət səs verib. Əleyhimə bircə nəfər də çıxmayıb. Çünki irəli sürdüyüm bütün elmi müddəaları konkret faktlarla əsaslandırmışam, sübuta yetirmişəm”.

Oxunub: 92
Paylaş:
Digər xəbərlər

Gündəm / Cəmiyyət

19-08-2024, 15:16

Xaçmazda ÇAĞIRIŞ: AĞALARA `YOX` DEYƏK!.. - İTTİHAM VAR... [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

Gündəm / Cəmiyyət

27-05-2024, 11:51

Nazir: Beş il heç bir məqalə yazmayan birinə alim kimi baxmıram [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

Siyasət

29-04-2024, 11:42

Azərbaycanlı deputatdan Paşinyanı sevindirən çıxış: bu ərazini verməyi təklif etdi - QALMAQAL [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

Siyasət

22-08-2023, 13:23

Mirziyoyevlə xanımı Şəhidlər xiyabanı və Fəxri xiyabanda oldu [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

Dünya

9-06-2023, 15:30

Ərdoğanın Bakı səfərinin dəqiq tarixi məlum oldu [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

Araşdırma
Əhalinin Siyahıyaalınmasına Yardım üzrə Mərkəzi Komissiya yaradılacaq
Maliyyə Nazirliyi iyulda 4 depozit hərracı keçirib
Məleykə Abbaszadə: Keçid ballarının artacağı gözlənilir
Finlandiya İspaniya ilə bağlı Şengen sazişinin fəaliyyətini dayandırmağa çağırıb
Sabah 39 dərəcə isti olacaq
Azərbaycan avrokubokların II təsnifat mərhələsində ən yüksək reytinq əmsalı toplayan ölkələrdən olub
Hadisə
29-07-2026, 08:58
Salyanda 60 yaşlı kişi keçmiş kürəkənini tüfənglə qətlə yetirməkdə şübhəli bilinir
27-07-2026, 10:04
33 yaşlı kişi Qarabağ kanalında batıb
25-07-2026, 11:39
Türkiyədə sərnişin avtobusu avtomobillə toqquşub, 30 nəfər xəsarət alıb
6-07-2026, 10:32
Şərurda bir ailənin üç üzvünün öldüyü qəza ilə bağlı cinayət işi başlanılıb
4-07-2026, 15:52
21 yaşlı Fatimənin faciəsi: Əmisi oğlu iki həftə işgəncə verdi, sonra öldürdü
4-07-2026, 15:52
21 yaşlı Fatimənin faciəsi: Əmisi oğlu iki həftə işgəncə verdi, sonra öldürdü
Son xəbərlər
  • Dün, 18:08
    Çolpon-Ata Bəyannaməsi: Azərbaycan və Mərkəzi Asiya yeni strateji mərhələdə - ŞƏRH
  • Dün, 17:21
    Əhalinin Siyahıyaalınmasına Yardım üzrə Mərkəzi Komissiya yaradılacaq
  • Dün, 16:50
    Maliyyə Nazirliyi iyulda 4 depozit hərracı keçirib
  • Dün, 16:20
    Magistratura üzrə plan yerləri niyə boş qalıb?
  • Dün, 15:55
    Məleykə Abbaszadə: Keçid ballarının artacağı gözlənilir
  • Dün, 15:23
    İssık-Kul gölünün sahilində "Baku Resort & Spa" mehmanxanasının açılışı olub
  • Dün, 14:45
    Finlandiya İspaniya ilə bağlı Şengen sazişinin fəaliyyətini dayandırmağa çağırıb
  • Dün, 13:14
    Sabah 39 dərəcə isti olacaq
  • Dün, 12:48
    Ukrayna Volqoqrad NEZ, Taman limanı və Krımdakı aviasiya zavodunun vurulduğunu açıqlayıb
  • Dün, 11:52
    Azərbaycan avrokubokların II təsnifat mərhələsində ən yüksək reytinq əmsalı toplayan ölkələrdən olub
  • Dün, 11:20
    Bazar günü 1125 nəfər dövlət qulluğuna qəbul imtahanı verəcək
  • Dün, 10:53
    Qırğızıstan tezliklə Azərbaycanla neft məhsullarının tədarük həcmlərinin razılaşdırılacağını gözləyir
  • Dün, 10:11
    Sahibə Qafarova Cənubi Afrika Respublikasında səfərdədir
  • Dün, 09:49
    Azərbaycan və Qırğızıstan arasında müttəfiqlik münasibətləri haqqında Müqavilə imzalanıb
  • Dün, 09:31
    Dünya çempionatı: Azərbaycanın 5 sərbəst güləşçisi bu gün mübarizəyə qoşulacaq
  • 30-07-2026, 11:19
    Prezident Mərakeş Kralını təbrik etdi
  • 30-07-2026, 10:52
    Azərbaycan neftinin qiyməti 7 dollara yaxın artıb
  • 30-07-2026, 10:08
    Hindistanda daşqınlar səbəbindən ölənlərin sayı 78-ə çatıb
  • 30-07-2026, 09:35
    CHP-li bələdiyyə sədri saxlanıldı
  • 30-07-2026, 09:09
    Avropa Liqası: "Qarabağ" "ÇSKA Sofiya" ilə cavab oyununa çıxır
  • 30-07-2026, 08:53
    Bakının bəzi ərazilərində işıq kəsiləcək
  • 29-07-2026, 18:27
    Magistratura imtahanının nəticələri elan olunub
  • 29-07-2026, 17:49
    Türkiyədə meşə yanğınlarına 5 təyyarə, 18 helikopter cəlb olunub, 202 nəfər təxliyə edilib
  • 29-07-2026, 17:26
    Makron hökumətinin dərin böhranı - siyasi iflas, iqtisadi kəsir və xarici siyasətdə uğursuzluq - ŞƏRH
  • 29-07-2026, 16:56
    İlham Əliyev Dünya Güləş Birliyinin prezidentini qəbul edib
  • 29-07-2026, 15:52
    Türkiyə-İraq münasibəti: dinc yanaşı yaşamağın, inkişafın göstəricisi - ŞƏRH
  • 29-07-2026, 15:21
    Bu ilin ilk 6 ayında Azərbaycandakı muzeylərə 3893 yeni eksponat daxil olub
  • 29-07-2026, 14:56
    Fransaya casusluqda ittiham olunan Martin Ryan barəsində hökm dəyişməyib
  • 29-07-2026, 13:09
    Sabah Azərbaycanda 39 dərəcə isti olacaq
  • 29-07-2026, 12:32
    Ukrayna Permdə neft emalı zavodunda yanğın olduğunu bəyan edib
  • 29-07-2026, 11:44
    Kamran Əliyev Laçında vətəndaşları qəbul edəcək
  • 29-07-2026, 11:25
    Azərbaycan-Pakistan əməkdaşlığı çərçivəsində ədliyyə sahəsi üzrə təlim keçirilib
  • 29-07-2026, 10:26
    Magistraturaya qəbulun nəticələri sabaha qədər elan oluna bilər
  • 29-07-2026, 09:54
    Azərbaycan nefti 4 dollardan çox ucuzlaşıb
  • 29-07-2026, 09:19
    Yasamal və Nərimanov rayonlarının bir hissəsində işıq olmayacaq
Daha çox
  • Baş redaktor: Çingiz Məmmədov
  • Telefon: (+99450) 344 66 36
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Müsahibə
  • Araşdırma
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
Müəllif hüquqları qorunur. Gundelikxeber.org-nun məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə