• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video

Varlı ölkənin kasıb əhalisinin naziri -xəstə inək və qara qəpik verən Sahil Babayev “çarpaz atəş altında” [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

Gündəm / Cəmiyyət

28-11-2024, 10:53

Varlı ölkənin kasıb əhalisinin naziri -xəstə inək və qara qəpik verən Sahil Babayev “çarpaz atəş altında”


Siyasətdə məşhur söz var - xalqın necə yaşadığını bilmək üçün onun soyuducusuna baxmaq lazımdır.

Bu vaxt millətin mədəsini və güzəranını soyuducu güzgü effekti ilə qaytaracaq. Azərbaycan isə neft-qazla zəngin, Şərqlə Qərbin arasında körpü olan tranzit bir ölkədir, logistika cəhətdən gəlir gətirən coğrafiyada yerləşir. Di gəl, çi fayda?! Bu iqtisadi dividendlərin nəticələrini xalqın soyuducusunda görmək olarmı? Əlbəttə, yox! Azərbaycan xalqı yeraltı sərvəti olmayan ölkələrin əhalisi ilə müqayisədə daha varlı yaşamalıydı. Hətta inkişaf etmiş Qərb dövlətləri bir yana, heç olmasa Küveyt, Qətər ola bilərdi. Amma Azərbaycan Nigeriyanın vəziyyətindədir. Bununla belə, parlamentdə gedən büdcə müzakirələri zamanı deyilən deputatların dediyi fikirləri eşidəndə adamın əli lap üzündə qalır. Onların çıxışlarını eşidəndə adam deputatların yerinə qızarır, amma millətin bəzi vəkilləri qətiyyən xəcalət çəkmirlər. Elə əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev də parlamentin üzvlərindən geri qalmır, elə danışır, elə danışır, sanki xalqın borcu var. Bir minnət qoyurlar, bir borclu çıxarmağa çalışırlar ki, deyərsən, xalq yalandır, məmurlar, deputatlar düz. İntəhası, son müzakirələr zamanı bir sıra diqqət çəkən məqamlar oldu: xüsusən də nazir Sahil Babayevin fəaliyyətinə yönəlik çıxışlar ikiyə haçalandı. Bir tərəf naziri möhkəm tənqid etdi, bir tərəf isə onu yüksək səviyyədə müdafiə etdi, eləcə də spiker Sahibə Qafarova nazirə sahib çıxdı. Tənqidlər son dərəcə sərrast idi. Məsələn, deputat Siyavuş Novruzov hamının çoxdan dediyini dilə gətirdi və dedi ki, özünüməşğulluq proqramı çərçivəsində fermerlərə verilən inəklər arasında xəstə heyvanlar olur, onlar da ölürlər. Ardınca həmkarı Səyyad Salahlı vurğuladı ki, Qarabağ veteranına verilən 80 manat müavinət nəinki azdır, hətta ayıbdır. Əlbəttə, bu reallıqlar çoxları tərəfindən dəfələrlə deyilib. Amma bu dəfə danışan iqtidarın deputatları, hakim partiyanın siyahısından parlamentə düşənlər idi. Doğrudur, sonra Səyyad Salahlı anladı, yaxud ona anlatdılar ki, belə danışmaqla barıtı çox edib, ona görə büdcə müzakirələrinin ertəsi günü "səhvi"ni düzəltməyə çalışdı, qeyd elədi ki, əhali yaxşı yaşayır, hətta belə də danışdı - xırda-mırda problemlər var. Spiker Sahibə Qafarova da ona "göz vuraraq" dedi ki, Səyyad müəllim, siz də problemləri qlobal səviyyədə təqdim etməyin, xırda-mırda şəkildə çatdırın. Bütün hallarda, hər iki deputat nazir Babayevin korrupsioner, yarıtmaz fəaliyyətini ifşa etmişdilər, sonradan deyilənlər isə malalamaq məqsədi daşıyır. Amma müşahidələr göstərir ki, Sahil Babayev parlamentdə təklənmədi, onun müdafiəsinə qalxanlar da oldu, xüsusən də parlamentin sədri onu müdafiə etdi. Bəzi təhlilçilərə görə, parlamentdə nazir Babayevi tənqid və tərif edənlərin ikiyə bölünməsi hakimiyyət daxilindəki qrupların toqquşmasından xəbər verir. Hərçənd, bu çıxışlardan sonra Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində yoxlamalar aparılmalı, müavinətlərin verilməsi, əlillik dərəcələrinin təyin olunması, verilən heyvanların xəstə olması və ölməsi, qazilərə verilən pulun azlığı barədə hökumətdə bir hərəkətlilik olmalı idi. Amma görünür ki, nazir Sahil Babayevi qoruyan və müdafiə edən qrup daha güclü çıxdı. Yəni yola onunla davam edilməsi mümkündür. Hərçənd, parlament tribunasından Babayev ciddi şəkildə "vuruldu" və ölkənin siyasi rəhbərliyi bu nazirlikdə nələr baş verməsini məhz deputatların dilindən eşitdi. Ümumiyyətlə, ölkədə ən çox narazılıq doğuran, ilk gündən ən çox şikayətlər olan, rüşvət, barəsində ən çox korrupsiya, yeyinti faktları ortaya qoyulan qurum ƏƏSMN-dir. İndiyə qədər qazilərin çoxsaylı şikayətləri, nazirlik önündə etirazları, vətəndaşların ünvanlı sosial yardım və özünüməşğulluq proqramları barədə açıqladığı faktlar sübut edir ki, kütləvi narazılıq mövcuddur. Sosial təminat sahəsində vəziyyətin bərbad olduğu göz qabağındadır. Amma büdcədən ən az xərclər də sosial sahəyə yönəldilir. Halbuki büdcə sosialyönümlü olmalıdır, əhalinin təminatı aşağıdır, gəlirləri az, xərcləri çoxdur, hər şey bahalaşıb və məmurların bərq vuran malikanələri, milyonluq maşınlarının altında inildəyən kasıb təbəqənin narazı olması təbiidir. Ona görə hökumət postmüharibə dövründə sosial təminat sahəsində genişmiqyaslı iş aparmadı. Axı veteranlara verilən 80 manat bir ortabab məmur üçün heç ayaqqabı pulu deyil. Bu da sosial narazılığı artırır. İndisə parlamentdə deputatların bu faktları deməsi göstərir ki, reallıqları təkcə media, siyasətçilər görmürdü, hakimiyyət də bilir, qanunverici orqanın üzvləri də, nazir Babayev də... Amma bu dəfə də onu qorumağa çalışdılar. O zaman varı ölkənin kasıb vətəndaşı kimi yaşamağa davam...(anaxeber.info)

Oxunub: 90
Paylaş:
Digər xəbərlər

Gündəm / Cəmiyyət

25-09-2024, 15:38

Bir də yuxudan oyanarlar ki, 5 il keçdi - Gecə qutudan çıxan deputat gündüz parlamentdə yatar [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

Gündəm / Cəmiyyət

19-08-2024, 12:19

BU NƏDİ BELƏ: Məhəməliyevin seçicilərlə görüşündən “şedevrlər” - “TƏZİM ELƏ, DEPUTAT GƏLİR!” [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

Dünya

12-04-2024, 11:20

Trampın adı dünyanın ən varlı adamları siyahısından çıxarıldı [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

İqtisadiyyat

15-01-2024, 11:28

Ən varlıların sərvəti kəskin artıb, 5 milyard insan yoxsullaşıb - İlk trilyoner.. [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

Cəmiyyət

23-11-2023, 13:57

Sahil Babayev gənclər arasında işsizlik faizini AÇIQLADI [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

Araşdırma
Sahibə Qafarova Cənubi Afrika Respublikasında səfərdədir
Prezident Mərakeş Kralını təbrik etdi
Bakının bəzi ərazilərində işıq kəsiləcək
Magistratura imtahanının nəticələri elan olunub
Türkiyədə meşə yanğınlarına 5 təyyarə, 18 helikopter cəlb olunub, 202 nəfər təxliyə edilib
Fransaya casusluqda ittiham olunan Martin Ryan barəsində hökm dəyişməyib
Hadisə
29-07-2026, 08:58
Salyanda 60 yaşlı kişi keçmiş kürəkənini tüfənglə qətlə yetirməkdə şübhəli bilinir
27-07-2026, 10:04
33 yaşlı kişi Qarabağ kanalında batıb
25-07-2026, 11:39
Türkiyədə sərnişin avtobusu avtomobillə toqquşub, 30 nəfər xəsarət alıb
6-07-2026, 10:32
Şərurda bir ailənin üç üzvünün öldüyü qəza ilə bağlı cinayət işi başlanılıb
4-07-2026, 15:52
21 yaşlı Fatimənin faciəsi: Əmisi oğlu iki həftə işgəncə verdi, sonra öldürdü
4-07-2026, 15:52
21 yaşlı Fatimənin faciəsi: Əmisi oğlu iki həftə işgəncə verdi, sonra öldürdü
Son xəbərlər
  • Bugün, 10:53
    Qırğızıstan tezliklə Azərbaycanla neft məhsullarının tədarük həcmlərinin razılaşdırılacağını gözləyir
  • Bugün, 10:11
    Sahibə Qafarova Cənubi Afrika Respublikasında səfərdədir
  • Bugün, 09:49
    Azərbaycan və Qırğızıstan arasında müttəfiqlik münasibətləri haqqında Müqavilə imzalanıb
  • Bugün, 09:31
    Dünya çempionatı: Azərbaycanın 5 sərbəst güləşçisi bu gün mübarizəyə qoşulacaq
  • Dün, 11:19
    Prezident Mərakeş Kralını təbrik etdi
  • Dün, 10:52
    Azərbaycan neftinin qiyməti 7 dollara yaxın artıb
  • Dün, 10:08
    Hindistanda daşqınlar səbəbindən ölənlərin sayı 78-ə çatıb
  • Dün, 09:35
    CHP-li bələdiyyə sədri saxlanıldı
  • Dün, 09:09
    Avropa Liqası: "Qarabağ" "ÇSKA Sofiya" ilə cavab oyununa çıxır
  • Dün, 08:53
    Bakının bəzi ərazilərində işıq kəsiləcək
  • 29-07-2026, 18:27
    Magistratura imtahanının nəticələri elan olunub
  • 29-07-2026, 17:49
    Türkiyədə meşə yanğınlarına 5 təyyarə, 18 helikopter cəlb olunub, 202 nəfər təxliyə edilib
  • 29-07-2026, 17:26
    Makron hökumətinin dərin böhranı - siyasi iflas, iqtisadi kəsir və xarici siyasətdə uğursuzluq - ŞƏRH
  • 29-07-2026, 16:56
    İlham Əliyev Dünya Güləş Birliyinin prezidentini qəbul edib
  • 29-07-2026, 15:52
    Türkiyə-İraq münasibəti: dinc yanaşı yaşamağın, inkişafın göstəricisi - ŞƏRH
  • 29-07-2026, 15:21
    Bu ilin ilk 6 ayında Azərbaycandakı muzeylərə 3893 yeni eksponat daxil olub
  • 29-07-2026, 14:56
    Fransaya casusluqda ittiham olunan Martin Ryan barəsində hökm dəyişməyib
  • 29-07-2026, 13:09
    Sabah Azərbaycanda 39 dərəcə isti olacaq
  • 29-07-2026, 12:32
    Ukrayna Permdə neft emalı zavodunda yanğın olduğunu bəyan edib
  • 29-07-2026, 11:44
    Kamran Əliyev Laçında vətəndaşları qəbul edəcək
  • 29-07-2026, 11:25
    Azərbaycan-Pakistan əməkdaşlığı çərçivəsində ədliyyə sahəsi üzrə təlim keçirilib
  • 29-07-2026, 10:26
    Magistraturaya qəbulun nəticələri sabaha qədər elan oluna bilər
  • 29-07-2026, 09:54
    Azərbaycan nefti 4 dollardan çox ucuzlaşıb
  • 29-07-2026, 09:19
    Yasamal və Nərimanov rayonlarının bir hissəsində işıq olmayacaq
  • 29-07-2026, 08:58
    Salyanda 60 yaşlı kişi keçmiş kürəkənini tüfənglə qətlə yetirməkdə şübhəli bilinir
  • 28-07-2026, 15:13
    Dövlət Mülki Aviasiya Agentliyi auditor seçib
  • 28-07-2026, 14:48
    Azərbaycanın Tacikistandakı səfiri geri çağırılıb, yenisi təyin olunub
  • 28-07-2026, 14:20
    Azərbaycanın Hindistandakı səfiri geri çağırılıb, İtaliyaya təyin edilib
  • 28-07-2026, 14:04
    Azərbaycan gəmilərin ballast sularının idarə edilməsinə dair beynəlxalq konvensiyaya qoşulub
  • 28-07-2026, 12:16
    XİN Perunu Milli Günü münasibətilə təbrik edib
  • 28-07-2026, 11:16
    Hərbi xidmətə çağırış üzrə komissiyada TƏBİB-in təmsilçisi dəyişib
  • 28-07-2026, 10:29
    Sabah Bakıdakı 5 məktəbə tədrisi digər dildə aparılan bölmələr üzrə sərbəst qəbul başlayır
  • 28-07-2026, 10:04
    Azərbaycanın daha 5 yunan-Roma güləşçisi mundialda mübarizəyə başlayır
  • 28-07-2026, 09:50
    Azərbaycan neftinin qiyməti 95 dollara düşüb
  • 28-07-2026, 09:30
    Britaniyada milyonçuların sayı 2008-ci il böhranından bəri ən aşağı səviyyəyə enib
Daha çox
  • Baş redaktor: Çingiz Məmmədov
  • Telefon: (+99450) 344 66 36
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Müsahibə
  • Araşdırma
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
Müəllif hüquqları qorunur. Gundelikxeber.org-nun məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə