• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video

Rəşad Tağıyev Şəmkirdə torpaqları kimə icarəyə verib? [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

Gündəm / Cəmiyyət

19-02-2025, 12:21

Rəşad Tağıyev Şəmkirdə torpaqları kimə icarəyə verib?

Şəmkir Rayon İcra Hakimiyyəti 382 hektar qış otlaq sahəsini mal-qarası olmayan şəxsə icarəyə verib.

Bu barədə Qaynarinfo-ya Şəmkirdə fermer təsərrüfatı ilə məşğul olan Rasim Bayramovun nümayəndəsi Ədalət Müseyibov bildirib.

Onun sözlərinə görə, Rasim Bayramovla otlaq sahəsinin icarəyə verildiyi Suliddin Abdullayev adlı şəxs arasında borc mübahisəsi yaşanır. Mübahisənin kökündə sözügedən otlaq sahəsi ilə bağlı alqı-satqı dayanır:

“Suliddin Abdullayev həmin sahəni Rasim Bayramova satıb. Lakin sonradan məlum olub ki, bu məsələdə qanunsuzluq var. Ona görə də Rasim Bayramov pulunu geri istəyib. Təsəvvür edin, 382 hektar örüş sahəsi mal-qarası olmayan bir şəxsə icarəyə verilib. Özü də saxta yolla.
Əraizinin Suliddin Abdullayevə icarəyə verilməsini rəsmiləşdirmək üçün Eynullayev Hafiz Rüstəm oğlunun barəsində tərtib olunmuş AKT-dan istifadə olunub (yəni həmin AKT-ın Suliddin Abdullayevə ümumiyyətlə heç bir aidiyyatı yoxdur). Həmin AKT kiril əlifbası ilə tərib edilib və yalnız AKT-n sonuncu abzasından əvvələ zorla latın qrafikalı əlifba ilə “Abdullayev Suliddinə satılsın”, imza hissəsində də “A.Suliddin” sözləri yazılıb”.

Ədalət Müseyibov əlavə edib ki, Torpaq Məcəlləsinin 16-cı maddəsinin 4-cü bəndinə əsasən yay və qış otlaqları, habelə bələdiyyə ehtiyat fondunun örüş və biçənək sahələri hüquqi və fiziki şəxslərin icarəsinə, birqayda olaraq, 10 ildən 15 ilədək verilə bilər:

“Örüş, otlaq və biçənək sahələrinin icarə müddəti başa çatdıqda, müqavilə qanunvericiliklə müəyyən edilmiş qaydada keçirilən torpaq hərracı və ya müsabiqəsi nəticəsində uzadıla bilər. Yay və qış otlaqlarının, örüş və biçənək sahələrinin istifadəçilərinin və icarəçilərinin mal-qarasının sayı iki dəfədən çox azaldıqda, yaxud heyvanlar tamamilə ləğv edildikdə və ya onların mülkiyyətçisi dəyişdikdə icarə müqaviləsinə və istifadə haqqında qərara qanunvericiliklə müəyyən olunmuş qaydada yenidən baxılır. Yenə həmin Məcəllənin 5-ci maddəsinə əsasən qış otlaqlarına tələbat hesablanarkən otlaqların bitki örtüyündən, keyfiyyətindən, tutumundan, habelə torpaqların mexaniki tərkibindən və humus qatının qalınlığından asılı olaraq, hər hektara 1-4 baş, yay otlaqlarında isə iki dəfə artıq davar nəzərdə tutulur. Göründüyü kimi qış-otlaq sahəsi mütləq heyvandarlıqla məşğul olan şəxslərə verilir. 382 hektar örüş sahəsi də Suliddin Abdullayevə verildiyi üçün onun yuxarıda qeyd olunan Məcləllənin tələbinə əsasən ən azı 1380 başdan yuxarı xırda buynuzlu heyvanı olmalıdır”.

Onun sözlərinə görə, Şəmkir rayon Satatistika İdarəsinin 11 iyun 2024-cü il tarixli məktubunda Suliddin Abdullayevin 1136 baş xırda buynuzlu heyvanı ollduğu qeyd olunub. Şəmkir rayon Qılıncbəyli kənd İcra Nümayədəliyinin arayışında isə Suliddin Abdullayevin cəmi 3 baş iribuynuzlu heyvanı olduğu yzılıb.


“Göründüyü kimi Suliddin Abdullayevin əslində 3 baş iribuynuzlu heyvanı var. Bu halda ona 382 hektar örüş sahəsinin icarəyə verilməsi mümkün deyil. Həmin ərazini ona vermək üçün rəsmi sənədlərə yalan məlumatlar daxil edilib. Guya ki, Suliddin Abdullayevin 1136 baş xırdabuynuzlu heyvanı var. Çoxsaylı şikayətlərimizdən sonra Şəmkir rayon Statistika İdarəsi bizə 13 yanvar 2025-ci il tarixli rəsmi məktub göndərib. Həmin məktubda heyvanların sayı barədə Suliddin Abdullayev tərəfindən onlayn məlumat verildiyi və hazırda onun heyvanları satması qeyd olunub. Qeyd edim ki, Cinayət Məcəlləsinin 308-ci maddəsinin qeyd hissəsinə əsasən, Suliddin Abdullayev vəzifəli şəxs sayılır (çünki o sahibkardır və heyvanların sayı barədə məlumatları da sahibkar kimi hesabat verib)”.

Ədalət Müseyibov deyir ki, Suliddin Abdullayevin əslində heyvanı olmaması barədə Şəmkir Rayon İcra Hakimiyyətinə dəfələrlə məlumat verilib.
İcra Hakimiyyəti isə Rasim Bayramova ünvanladığı məktubda qeyd edib ki, Suliddin Abdullayevin sözügedən torpağın başqasına icarəyə verməsi məsələsi araşdırılır. Əlavə edilib ki, bundan sonra məhkəməyə müraciət ediləcək:

“Təsəvvür edin, biz dəfələrlə icra hakimiyyətinə müraciət etmişik, qanunsuzluq barədə məlumat vermişik. Amma bunlar işin guya araşdırıldığını deyir. Hər şey ortadadı, burada hansı araşdırmadan gedir?!”.

Ədalət Müseyibov qeyd edib ki, məsələ ilə əlaqədar yuxarı instansiyalara da müraciət etmək niyyətindədir.

Qaynarinfo məsələ ilə əlaqədar Şəmkir Rayon İcra Hakimiyyəti ilə əlaqə saxlayıb. Qurumdan əməkdaşımızı hüquq şöbəsi ilə əlaqə saxlamağı tövsiyyə ediblər. Lakin hüquq şöbəsindən zənglərimizə cavab verən olmayıb.

Yazıda adı keçən Suliddin Abdullayevlə də əlaqə saxlamaq mümkün olmayıb.

Qaynarinfo

Oxunub: 62
Paylaş:
Digər xəbərlər

Gündəm / Cəmiyyət

18-02-2025, 14:42

Abşeron İcra Hakimiyyətinin rəsmiləri qış otlaq sahəsindən də pul qazanırmış – ŞİKAYƏT [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

Gündəm / Araşdırma

1-02-2025, 15:12

“Otlaq sahəsi kimi ayrılan əraziyə pomidor və taxıl əkirlər” - NARAZILIQ VAR... [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

Gündəm / Cəmiyyət

16-01-2025, 16:47

Müsadirə olunmuş Bakı Oksford Məktəbini icarəyə götürdülər - DETALLAR [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

Gündəm / Cəmiyyət

4-09-2024, 16:59

Nazirlik 2,8 milyona bu şəxsdən daha bir ofis icarəyə götürür [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

Mədəniyyət

7-08-2023, 14:36

İlham Əliyev Rasim Balayevi ordenlə təltif edib [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

Araşdırma
Sabunçuda “toxunulmaz” tikinti iddiası – İcra başçısının belə söz deyə bilmədiyi şəxs kimdir?
Sabunçuda TAM DƏRƏBƏYLİKDİR... - VİDEO
Sabah 30 dərəcə isti olacaq
Mədəniyyət Nazirliyi Azərbaycan ədəbi dili ilə bağlı TV layihəyə başlayır
Prezident İlham Əliyev paraqvaylı həmkarını təbrik edib
Tibb Universiteti “GSL Service” MMC ilə bu müqaviləni hansı əsaslarla bağlayıb - ARAŞDIRMA
Hadisə
30-04-2026, 16:00
Milli Onkologiya Mərkəzində partlayış - Xəstə öldü, həkim yaralandı
21-04-2026, 17:37
Həmin 15 yaşlı məktəbli saxlanıldı
21-04-2026, 12:18
Kənar dairəvi yolda qəza - Ölən və yaralananlar var - Foto
21-04-2026, 10:56
Tovuz rayonunda sahibkarlıq qanuna əsaslanır, yoxsa İcra hakimiyyəti rəhbərliyinin cibinə?
20-04-2026, 19:26
43 yaşlı kişi çardaqdan yıxılıb öldü
20-04-2026, 17:44
SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİNDƏ NƏLƏR BAŞ VERİR
Son xəbərlər
  • Dün, 17:48
    Sabunçuda “toxunulmaz” tikinti iddiası – İcra başçısının belə söz deyə bilmədiyi şəxs kimdir?
  • Dün, 17:18
    Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
  • Dün, 16:39
    Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
  • Dün, 16:15
    Sabunçuda TAM DƏRƏBƏYLİKDİR... - VİDEO
  • Dün, 13:06
    Sabah 30 dərəcə isti olacaq
  • Dün, 12:57
    Mədəniyyət Nazirliyi Azərbaycan ədəbi dili ilə bağlı TV layihəyə başlayır
  • Dün, 12:48
    Məktəb direktoru Facebook-dakı paylaşımlarına görə cəzalandırılıb?
  • Dün, 12:26
    Prezident İlham Əliyev paraqvaylı həmkarını təbrik edib
  • Dün, 12:09
    Tibb Universiteti “GSL Service” MMC ilə bu müqaviləni hansı əsaslarla bağlayıb - ARAŞDIRMA
  • Dün, 11:36
    WUF13 iştirakçıları üçün "Koroğlu" - Bakı Olimpiya Stadionu istiqamətində xüsusi avtobus fəaliyyətə başlayıb
  • Dün, 10:58
    “Azəristiliktəchizat” ASC-nin sədri özünü niyə reklam etdirir ki? - HƏQİQƏTƏN DƏ...
  • Dün, 10:33
    Astanada Tokayev və Ərdoğanın görüşü keçirilir
  • Dün, 10:20
    "Referens" klinikasının direktoru arvadını niyə güllələyib? – İTTİHAM AKTI
  • Dün, 09:58
    Sahibə Qafarova Buxarada II Asiya Qadınlar Forumunda iştirak edəcək
  • Dün, 09:44
    Qaradağda köhnə idarəetmənin yeni üzü - Emil Abbasov axı Mikayılovun müavini idi...
  • Dün, 09:18
    Azərbaycan səfiri etimadnaməsini Yaponiya İmperatoruna təqdim edib
  • Dün, 09:08
    “Ege Hospital” körpənin müayinəsindən imtina etdi: 350 manatım yoxdur, uşağımı öldürürlər….
  • Dün, 08:50
    Bakının bir sıra yollarında tıxac yaranıb
  • 13-05-2026, 19:18
    Slovakiya Ukrayna ilə bütün sərhəd keçid məntəqələrini bağlayıb
  • 13-05-2026, 18:57
    CENTCOM: Hörmüz boğazında "F-35" qırıcısı patrul xidməti həyata keçirir
  • 13-05-2026, 18:10
    Qazaxıstan və Türkiyə investisiyaların qorunması haqqında saziş imzalayacaq
  • 13-05-2026, 17:42
    Ərdoğan Qazaxıstanda dövlət səfərindədir
  • 13-05-2026, 17:16
    Bəzi rayonlarda külək güclənəcək - XƏBƏRDARLIQ
  • 13-05-2026, 12:29
    BDU dosenti Vəfa İsgəndərovanın Avropa ilə nə əlaqəsi?-PREZİDENTƏ MÜRACİƏT
  • 13-05-2026, 11:04
    Leysan Məmmədovun Tikinti və İdarəetmə Xidməti araşdırılır? – Maraqlı faktlar
  • 12-05-2026, 18:35
    Ceyhun Bayramov Birləşmiş Krallığın Azərbaycandakı səfiri Fergus Auld ilə görüşüb
  • 12-05-2026, 18:25
    Azərbaycan və Yunanıstan XİN-ləri arasında siyasi məsləhətləşmələr keçirilib
  • 12-05-2026, 18:07
    Vilayət Eyvazov DİN-də xidmətə qəbul üçün növbəti sıra baxışı keçirib
  • 12-05-2026, 17:31
    Azərbaycanda elektron siqaretlərin reklamı qadağan edilib
  • 12-05-2026, 16:55
    Cəbrayılda siqaret istehsal ediləcək
  • 6-05-2026, 12:48
    Təhməzlinin "kürü" oyunu - Zatən illərdir bazarda saxta kürü satılır...
  • 6-05-2026, 12:13
    İlqar Bayramlı vərəm faktını niyə gizlədir? - Əsas korpus bağlanıb, dərslər online keçirlir
  • 6-05-2026, 11:38
    Qarabağdakı tikinti-quruculuq işlərini axsadan "Leysan amili" - ARAŞDIRMA
  • 6-05-2026, 11:16
    “Medicare Hospitalı” necə işləyir? - Lisenziyasız tibbi biabırçılıq
  • 6-05-2026, 10:33
    "Şapka Məmməd" və "Qara Kassa" Əməliyyatı: İflasdan Doğan Milyonlar!.
Daha çox
  • Baş redaktor: Çingiz Məmmədov
  • Telefon: (+99450) 344 66 36
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Müsahibə
  • Araşdırma
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
Müəllif hüquqları qorunur. Gundelikxeber.org-nun məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə