• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video

Prezident İlham Əliyev Azərbaycan qadınlarını təbrik edib [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

Gündəm / Siyasət

5-03-2025, 18:35

Prezident İlham Əliyev Azərbaycan qadınlarını təbrik edib


Prezident İlham Əliyev 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə Azərbaycan qadınlarına təbrik məktubu ünvanlayıb.

Məktubu Prezident Administrasiyasının Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Fərəh Əliyeva martın 5-də Bakıda “Konstitusiya və Suverenlik” ili çərçivəsində keçirilən 8 Mart - Beynəlxalq Qadınlar Gününə həsr olunmuş tədbirdə oxuyub.

Məktubda deyilir:

"Hörmətli xanımlar!

Sizi Beynəlxalq Qadınlar Günü münasibətilə ürəkdən təbrik edirəm. Hamınıza cansağlığı, səadət və işlərinizdə müvəffəqiyyətlər arzulayıram.

Azərbaycan qadınları hər zaman cəmiyyətimizin mənəvi dayağı olmuş, daim ülvi amallarla yaşamışlar. Çoxəsrlik mədəni-mənəvi sərvətlərimizin günümüzədək layiqincə qorunub saxlanılmasında nəcib və gözəl analarımızın misilsiz xidməti vardır. Onlar öz güclü iradələri, vətənpərvərlik və fədakarlıqları ilə yurdumuzun mübarizə salnaməsində silinməz izlər qoymuşlar.

Azərbaycan qadınlarının dünyanın bir sıra qabaqcıl ölkələrinin qadınlarından daha əvvəl seçib-seçilmək hüququ qazanmaları yeni dövr tariximizin əlamətdar faktlarındandır. Mədəniyyət, elm, təhsil və səhiyyənin ən müxtəlif istiqamətləri üzrə müsəlman Şərqinin qadınları arasında ilk addımları atmaları onların yüksək yaradıcı potensialının nəticəsidir. Təqdirəlayiq haldır ki, müasir gənc xanımlarımız bu ənənələrə ehtiram bəsləyir, nəsillərin mənəvi varisliyi prinsipini lazımınca qoruyur, öz maarifpərvər, ziyalı sələflərinin yolunu uğurla davam etdirirlər.

Ötən müddət ərzində milli dövlət quruculuğu prosesində yaxından iştirak edərək bütün sahələrdə əzmlə çalışan qadınlarımız Vətənimizin qüdrətinin artırılması, xalqımızın rifahının yüksəlməsi naminə dolğun və səmərəli fəaliyyət göstərmiş, sosial-iqtisadi və mədəni inkişafda mühüm nailiyyətlər əldə etmişlər.

Müqəddəs ailə dəyərlərimizə dərin sədaqət nümayiş etdirən qadınlarımız ölkəmizin ictimai həyatında böyük nüfuza malikdirlər. Əminəm ki, onlar gənc nəslin Vətənə və milli ideallara bağlılıq ruhunda yetişməsi üçün bundan sonra da qüvvələrini əsirgəməyəcək, həmçinin ictimai-mənəvi mühitimizi yeni töhfələrlə zənginləşdirəcəklər.

Əziz xanımlar!

Bayramınız mübarək olsun!"

Oxunub: 75
Paylaş:
Digər xəbərlər

Mədəniyyət

8-03-2024, 10:28

Bu gün 8 Mart - Beynəlxalq Qadınlar Günüdür [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

Siyasət

7-03-2024, 09:00

İlham Əliyev Azərbaycan qadınlarını təbrik edib [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

Siyasət

19-10-2023, 11:05

Prezident Azərbaycan Qadınlarının VI Qurultayının iştirakçılarına məktub ünvanlayıb [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

Siyasət

2-09-2023, 12:24

Azərbaycan Prezidenti vyetnamlı həmkarına təbrik məktubu göndərib [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

Siyasət

12-06-2023, 11:53

İlham Əliyev Vladimir Putinə təbrik məktubu ünvanlayıb [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

Araşdırma
Mərkəzi Neftçilər Xəstəxanasında onlayn növbə sistemi istifadəyə verilib
Beynəlxalq axtarışda olan şəxs Qazaxıstandan Azərbaycana ekstradisiya edilib
Sabah Bakı və bəzi bölgələrdə güclü külək əsəcək - XƏBƏRDARLIQ
Dənizkənarı Bulvar İdarəsi QSC-yə çevrilir
Formula 1 yarışı ilə əlaqədar Azərbaycan viza prosedurunu sadələşdirir - SƏRƏNCAM
Azər Məmmədov Qaxda vətəndaşları qəbul edəcək
Hadisə
Bugün, 14:51
Oğuzda avtomobil aşıb, 7 nəfər xəsarət alıb - YENİLƏNİB
Dün, 09:22
Bərdədə avtoqəzada 49 yaşlı kişi ölüb
22-08-2026, 12:12
Bakıda oğurluq edən şəxslər saxlanılıblar
22-08-2026, 11:01
DİN: Ötən gün 2 avtomat, 13 tüfəng aşkarlanıb
20-08-2026, 10:10
DTX-dən xüsusi əməliyyat: 17 il beynəlxalq axtarışda olan şəxs Azərbaycana gətirilib
18-08-2026, 13:45
Bakıda istifadəsiz tikilidə yanğın baş verib
Son xəbərlər
  • Bugün, 18:42
    Mərkəzi Neftçilər Xəstəxanasında onlayn növbə sistemi istifadəyə verilib
  • Bugün, 18:12
    Beynəlxalq axtarışda olan şəxs Qazaxıstandan Azərbaycana ekstradisiya edilib
  • Bugün, 17:57
    Sabah Bakı və bəzi bölgələrdə güclü külək əsəcək - XƏBƏRDARLIQ
  • Bugün, 17:03
    Dənizkənarı Bulvar İdarəsi QSC-yə çevrilir
  • Bugün, 16:47
    Formula 1 yarışı ilə əlaqədar Azərbaycan viza prosedurunu sadələşdirir - SƏRƏNCAM
  • Bugün, 16:08
    Növbəti 3 gün ərzində temperatur 8 dərəcə enəcək - XƏBƏRDARLIQ
  • Bugün, 15:54
    Laçında Azərbaycan-Ermənistan enerji əməkdaşlığı üzrə görüş keçirilib
  • Bugün, 15:23
    Kriptovalyuta bazarı: Kəskin artım tendensiyası nə dərəcədə qalıcı ola bilər? – TƏHLİL
  • Bugün, 14:51
    Oğuzda avtomobil aşıb, 7 nəfər xəsarət alıb - YENİLƏNİB
  • Bugün, 14:06
    Azər Məmmədov Qaxda vətəndaşları qəbul edəcək
  • Bugün, 13:16
    Sabah Bakıda güclü külək əsəcək, rayonlara leysan yağacaq
  • Bugün, 12:49
    DİM sədri: Bu il ali təhsil müəssisələrinin qəbul planı 97,07 % dolub
  • Bugün, 12:14
    İlham Əliyev və Mehriban Əliyeva Xalq artisti Tofiq Bakıxanovun vida mərasiminə əklil göndərib
  • Bugün, 11:14
    Azərbaycan XİN Uruqvayı təbrik edib
  • Bugün, 10:24
    Qoşqar Təhməzli Şəmkirdə vətəndaşları qəbul edəcək
  • Bugün, 09:44
    Azərbaycan nefti 2 dollara yaxın ucuzlaşıb
  • Dün, 18:57
    Ali təhsil müəssisələrinə ixtisas seçiminin nəticələri açıqlanıb
  • Dün, 18:14
    Ukrayna Hikmət Hacıyevi təltif etdi
  • Dün, 17:39
    Prezidentlər və birinci xanımları “Poyi-Kalon” kompleksi ilə tanış olublar
  • Dün, 16:24
    Rusiya senatorundan Paşinyana: Çıxmaq istəyirsənsə, özün çıx
  • Dün, 15:25
    "The Times of Israel": ABŞ İranı danışıqlar masasına qaytarmaq üçün Pakistanın köməyini istəyib
  • Dün, 14:49
    UEFA Konfrans Liqası: "Qarabağ"la oyun üçün Bakıya "Tvente"nin 150-dək azarkeşi gələcək
  • Dün, 13:45
    Bakıda 36, rayonlarda 40 dərəcəyədək isti gözlənilir
  • Dün, 12:55
    Göyçaya qonaq gələn şəxsi elektrik cərəyanı vuraraq öldürüb
  • Dün, 12:04
    Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə propan göndərilib
  • Dün, 11:29
    Azərbaycan Prezidenti: Ukrayna xalqına bundan sonra da humanitar dəstək göstərməyə davam edəcəyik
  • Dün, 10:56
    Ali məktəblərin magistraturasına boş qalan plan yerlərinə qəbul elan edilib
  • Dün, 09:22
    Bərdədə avtoqəzada 49 yaşlı kişi ölüb
  • 22-08-2026, 16:35
    Ukrayna qüvvələri Krasnodarda neftdaşıma kompleksinin rezervuarlarını vurub
  • 22-08-2026, 15:57
    Rusiya Zaporojyeyə yeddi zərbə endirib, 3 nəfər ölüb
  • 22-08-2026, 15:14
    Almaniyadan Ukraynaya 50 milyonluq dəstək - Qış hazırlıqları başladı
  • 22-08-2026, 14:21
    Şükufə Yusupova qəzaya düşdü - Vəziyyəti ağırdır
  • 22-08-2026, 13:38
    Qətər əsir götürülmüş pilotlarla bağlı İranın ekspert qrupunu qəbul edəcək
  • 22-08-2026, 12:57
    M6 nömrəli ekspres marşrutunun hərəkət sxemində dəyişiklik edilir
  • 22-08-2026, 12:12
    Bakıda oğurluq edən şəxslər saxlanılıblar
Daha çox
  • Baş redaktor: Çingiz Məmmədov
  • Telefon: (+99450) 344 66 36
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Müsahibə
  • Araşdırma
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
Müəllif hüquqları qorunur. Gundelikxeber.org-nun məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə