Azərbaycanlı jurnalist, “Euronews” telekanalının müxbiri Emin İbrahimov Türkiyədə yol-nəqliyyat hadisəsi nəticəsində həlak olub.
“Gundelikxeber.org” xəbər verir ki, bu barədə “Trend”ə jurnalistin yaxınları məlumat verib.
Bildirilib ki, E.İbrahimov “Euronews” üçün hazırladığı reportajlar, xüsusilə də, 2020-ci ilin Vətən müharibəsi günlərində çəkilən süjetləri ilə tanınıb.