• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video

Şarl Mişel: "Azərbaycan və Ermənistan liderlərində "sülh həmişə daha düzgün yanaşmadır" fikrinin formalaşdığını hiss edirdim" [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

Siyasət

24-10-2025, 13:26

Şarl Mişel: "Azərbaycan və Ermənistan liderlərində "sülh həmişə daha düzgün yanaşmadır" fikrinin formalaşdığını hiss edirdim"


"Uzunmüddətli perspektivdə sülh ən güclü təhlükəsizlik təminatıdır və bölgədə daha çox iqtisadi layihələrin inkişafının dəstəklənməsi üçün şərait yaradır. Buna görə də mən çox şadam ki, bu gün mühüm irəliləyişlərin şahidi oluruq".

"Gundelikxeber.org" xəbər verir ki, bu sözləri "Report"a müsahibəsi zamanı Bakıda səfərdə olan Avropa İttifaqı (Aİ) Şurasının keçmiş prezidenti Şarl Mişel deyib.

O, Azərbaycan və Ermənistan liderləri arasında görüşlərin təşkili barədə xatirələrini, Vaşinqton razılaşmasından sonra sülh prosesi barədə fikirlərini bölüşüb:

- Siz Aİ Şurasının prezidenti olduğunuz dövrdə Azərbaycan-Ermənistan arasında münasibətlərin bərpası prosesi ilə aktiv məşğul olur, liderlər arasında görüş keçirirdiniz. O zaman bugünkü nəticənin əldə oluna biləcəyini ehtimal edirdinizmi? Avqustun 8-də Vaşinqtonda əldə edilmiş nailiyyəti necə qiymətləndirirsiniz?

- Siyasi dialoqu yenidən başlatmaq və gələcəkdə münasibətlərin yaxşılaşdırılması, sülh prosesinin davam etdirilməsi üçün əsas dayaqları müəyyənləşdirmək lazım idi. O dövrdə (Aİ Şurasının prezidenti olduğu dövr) qarşıdakı çətinlikləri və problemləri bir çox aydın səbəblərə görə tam qiymətləndirməmişdim.

Amma o vaxtdan etibarən mən münasibətlərin müsbət yöndə inkişaf edəcəyinə əmin idim. Çünki hər iki tərəfdə belə bir anlayışın - sülh həmişə daha düzgün yanaşmadır- formalaşdığını hiss edirdim.

Uzunmüddətli perspektivdə sülh ən güclü təhlükəsizlik təminatıdır və bölgədə daha çox iqtisadi layihələrin inkişafının dəstəklənməsi üçün şərait yaradır. Buna görə də mən çox şadam ki, bu gün mühüm irəliləyişlərin şahidi oluruq.

Düşünürəm ki, "Brüssel prosesi" adlandırılan təşəbbüs optimist və pozitiv bir vasitə idi, hər iki ölkənin liderlərinə bir-birinə yaxınlaşmaq üçün mümkün addımları və qərarları müəyyənləşdirməkdə yardım edən bir alət idi və bir daha qeyd etmək istəyirəm ki, qarşıdakı həftələr və aylar son nailiyyətlərin möhkəmləndirilməsi və onların davamlı olmasını təmin etmək baxımından son dərəcə mühüm olacaq.

- Aİ Şurasına prezidentliyiniz dövründə liderlərlə görüşlər təşkil edərkən üzləşdiyiniz çətinliklər barədə də məlumat almaq istərdik.

- Bilirsiniz, hər hansı münaqişə və ya fikir ayrılığı zamanı, səbəbindən asılı olmayaraq, başlanğıc nöqtə tərəflərin bir-birinə etimadsızlığı olur. Qarşı tərəfə etibar etmədikdə irəliləyiş üçün atıla biləcək konkret addımları müəyyənləşdirmək çətinləşir. Mən vasitəçilik fəaliyyətimə başladığım ilk vaxtlardan başa düşdüm ki, ən azı minimal etimad və inam bazasını yenidən qurmağa kömək etmək vacibdir. Bu isə asan deyildi. Bəzən həddindən artıq çətin idi. Amma, eyni zamanda, qətiyyət nümayiş etdirmək də çox vacib idi. Mənim təəssüratıma görə, bu gün hər iki tərəfdə atılmış qərarlar çox cəsarətli addımlardır və bu qərarlar səmimi şəkildə irəliləyişə və sülh yanaşmasının möhkəmlənməsinə yönəlmiş iradəni göstərir.
- Azərbaycan artıq Ermənistana qarşı blokadanı aradan götürüb. Buna nümunə olaraq Qazaxıstandan taxılın Ermənistana Azərbaycan üzərindən aparılmasını göstərmək olar. Bu irəliləyişə münasibətinizi öyrənmək istərdik.

- Bu qərar çox mühüm addımdır, çünki bir neçə ay və ya il əvvəl belə bir vəziyyəti təsəvvür etmək çətin idi. Amma bu gün bu qərar artıq qəbul olunub - bu, real və konkret bir faktdır. Mən başa düşürəm ki, bu gün də hələ müəyyən çətinliklər və həssas məqamlar var və biz bunun fərqində olmalıyıq. Lakin belə qərarların qəbul edilməsi, məncə, ümidverici bir siqnaldır. Arzum budur ki, qarşıdakı aylarda hər iki tərəf bu istiqamətdə əlavə səylər göstərərək sülh yolunu geridönməz etsin.

Oxunub: 33
Paylaş:
Digər xəbərlər

Gündəm / Dünya

11-09-2024, 20:20

Şarl Mişel: Avropa İttifaqı Ukraynanın Sülh Formulunu dəstəkləyir [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

Dünya

19-03-2024, 11:49

"Sülh istəyiriksə, müharibəyə hazırlaşmalıyıq" - Avropa açıq-aşkar savaşa hazırlaşır [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

Dünya

7-01-2024, 12:31

Şarl Mişel vəzifəsini vaxtından əvvəl tərk edə bilər [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

Siyasət

26-10-2023, 15:30

MİNALANMIŞ AVROPA MASASI... - Rəsmi Bakı haqlı olaraq... [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

Dünya

13-09-2023, 12:14

Şarl Mişel: “Ağdam-Xankəndi marşrutunun açılması mühüm addımdır” [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

Araşdırma
Şükufə Yusupova qəzaya düşdü - Vəziyyəti ağırdır
Qətər əsir götürülmüş pilotlarla bağlı İranın ekspert qrupunu qəbul edəcək
M6 nömrəli ekspres marşrutunun hərəkət sxemində dəyişiklik edilir
Xəzər dənizində zəlzələ olub
Agentlik məktəbli forması ilə bağlı valideynlərə müraciət edib
Sabah Azərbaycanda 40 dərəcə isti olacaq
Hadisə
Dün, 12:12
Bakıda oğurluq edən şəxslər saxlanılıblar
Dün, 11:01
DİN: Ötən gün 2 avtomat, 13 tüfəng aşkarlanıb
20-08-2026, 10:10
DTX-dən xüsusi əməliyyat: 17 il beynəlxalq axtarışda olan şəxs Azərbaycana gətirilib
18-08-2026, 13:45
Bakıda istifadəsiz tikilidə yanğın baş verib
15-08-2026, 12:55
İmişlidə iki avtomobil toqquşub, ölən və xəsarət alan var
14-08-2026, 09:36
Gəncədə avtomobil piyadanı vuraraq öldürüb
Son xəbərlər
  • Dün, 16:35
    Ukrayna qüvvələri Krasnodarda neftdaşıma kompleksinin rezervuarlarını vurub
  • Dün, 15:57
    Rusiya Zaporojyeyə yeddi zərbə endirib, 3 nəfər ölüb
  • Dün, 15:14
    Almaniyadan Ukraynaya 50 milyonluq dəstək - Qış hazırlıqları başladı
  • Dün, 14:21
    Şükufə Yusupova qəzaya düşdü - Vəziyyəti ağırdır
  • Dün, 13:38
    Qətər əsir götürülmüş pilotlarla bağlı İranın ekspert qrupunu qəbul edəcək
  • Dün, 12:57
    M6 nömrəli ekspres marşrutunun hərəkət sxemində dəyişiklik edilir
  • Dün, 12:12
    Bakıda oğurluq edən şəxslər saxlanılıblar
  • Dün, 11:58
    İran İraq tankerlərinin Hörmüzdən keçməsinə icazə verib
  • Dün, 11:01
    DİN: Ötən gün 2 avtomat, 13 tüfəng aşkarlanıb
  • Dün, 10:19
    Xəzər dənizində zəlzələ olub
  • Dün, 09:52
    Azərbaycan Premyer Liqası: II tura bu gün start verilir
  • 21-08-2026, 18:26
    CNN: Şimali Koreya Rusiyaya daha 8500 nəfərlik hərbi qüvvə göndərib
  • 21-08-2026, 17:49
    Agentlik məktəbli forması ilə bağlı valideynlərə müraciət edib
  • 21-08-2026, 17:14
    "Sabah" - "Hapoel" matçına 15 min bilet satılıb
  • 21-08-2026, 14:32
    İlham Əliyev: Azərbaycanla Mərkəzi Asiya ölkələri arasındakı əməkdaşlıq strateji tərəfdaşlığın nümunəsidir
  • 21-08-2026, 14:20
    İlham Əliyev Özbəkistanın Milli İnformasiya Agentliyinə müsahibə verib
  • 21-08-2026, 13:40
    Sabah Azərbaycanda 40 dərəcə isti olacaq
  • 21-08-2026, 12:38
    Bakıda Belçika müstəmləkəçiliyi mövzusunda konfrans keçirilib
  • 21-08-2026, 11:42
    Kəlbəcərə dolu düşüb
  • 21-08-2026, 11:00
    Alyaskada təyyarə qəzaya uğrayıb, 8 nəfər ölüb
  • 21-08-2026, 10:18
    Azərbaycanın UEFA reytinqindəki mövqeyi dəyişməyib
  • 21-08-2026, 09:35
    BİZİM TƏQVİM:21 avqustda baş vermiş tarixi hadisələr
  • 20-08-2026, 18:00
    Rusiya ordusu yenidən Kiyevə dronlarla zərbə endirib
  • 20-08-2026, 17:27
    TDT Təhlükəsizlik Şuraları Katiblərinin 5-ci görüşü Bakıda keçiriləcək
  • 20-08-2026, 17:15
    Azərbaycanda "Böyük İpək Yolu" turizm məhsulu yaradılacaq
  • 20-08-2026, 17:03
    Azərbaycanda turistlər üçün dəmiryol bileti paketləri tətbiq ediləcək
  • 20-08-2026, 16:19
    Paşinyan: Yerasx-Naxçıvan dəmir yolu sahəsinin təmiri dövlət hesabına aparılacaq
  • 20-08-2026, 15:38
    Qətər XİN rəhbəri: Hörmüz ətrafındakı gəmiçilik bərpa edilməli və "şantaj"a son qoyulmalıdır
  • 20-08-2026, 14:53
    Rusiya başladığı müharibəni uduzur
  • 20-08-2026, 13:46
    Azərbaycan və Qırğızıstanın məhkəmə-hüquq sahəsində əməkdaşlığı müzakirə edilib
  • 20-08-2026, 12:50
    Sabah Bakıda 32, rayonlarda 36 dərəcə isti olacaq
  • 20-08-2026, 12:30
    ABŞ-də təyyarə polis helikopterinə çırpılıb, ölən və yaralananlar var
  • 20-08-2026, 10:42
    İdman liseyləri və Bülbül adına orta ixtisas musiqi məktəbinə qeydiyyat başlayır
  • 20-08-2026, 10:10
    DTX-dən xüsusi əməliyyat: 17 il beynəlxalq axtarışda olan şəxs Azərbaycana gətirilib
  • 20-08-2026, 09:44
    Azərbaycan neftinin qiyməti 95 dolları keçib
Daha çox
  • Baş redaktor: Çingiz Məmmədov
  • Telefon: (+99450) 344 66 36
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Müsahibə
  • Araşdırma
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
Müəllif hüquqları qorunur. Gundelikxeber.org-nun məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə