Azərbaycanın və Böyük Britaniyanın Müdafiə nazirlikləri 2026-2027-ci illər üçün ikitərəfli əməkdaşlıq planını imzalayıblar.
"Gundelikxeber.org" xəbər verir ki, bu barədə məlumat Böyük Britaniyanın Bakıdakı səfirliyinin "X" sosial şəbəkəsindəki paylaşımında yer alıb.
"Böyük Britaniya müdafiə sahəsində Azərbaycanla sıx əməkdaşlığı və bu strateji tərəfdaşlıqda öz rolu ilə fəxr edir. Dünən Azərbaycanın və Böyük Britaniyanın müdafiə nazirlikləri 2026-2027-ci illər üçün ikitərəfli əməkdaşlıq planını imzaladılar. Biz ümumi prioritetlərə nail olmaqdan ötrü sıx əməkdaşlıq imkanını səbirsizliklə gözləyirik", - deyə diplomatik missiyanın məlumatında deyilir.