• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video

Cənubi Qafqazda qurulan “müdafiə xətti” - Ekspert danışır... [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

Siyasət

7-12-2023, 15:30

Cənubi Qafqazda qurulan “müdafiə xətti” - Ekspert danışır...


Xəzəryanı ölkələrin bir-biri ilə əməkdaşlıq məsələlərini inkişaf etdirməsi hər şeydən öncə regional məsələdir və müsbət haldır. Əlbəttə, Rusiya və İran bu formatdan eyni zamanda Qərbin bölgəyə girişini əngəlləmək üçün istifadə etməyə çalışa bilər. Lakin fərqli və toqquşan maraqların olduğunu da nəzərə almaq lazımdır.

Bu sözləri Axar.az-a Xəzəryanı ölkələrin əməkdaşlıq formatı ilə “3+3” platformasının Qərbə qarşı birgə müdafiə xətti kimi qiymətləndirilməsi ilə bağlı fikirləri şərh edən Türkiyənin Sütçü İmam Universitetinin Siyasi elmlər və beynəlxalq münasibətlər kafedrasının müdiri, professor Toğrul İsmayıl deyib.

Professor bölgəmizdəki ziddiyyətli məqamların və enerji daşınması ilə bağlı fərqli baxışların birgə fəaliyyətə əngəl olduğunu qeyd edib:

“Rusiya ilə İranın regional və beynəlxalq məsələlərə reaksiyasını nəzərdən keçirdiyimiz zaman Moskvanın daha real, Tehranın isə qonşuların maraqlarını nəzərə almadan öz mənfəətlərini üstün tutan siyasət apardığını demək olar. Münasibətlər nisbətən normallaşsa da, bu tendensiya Azərbaycana münasibətdə də özünü göstərir. Rəsmi Bakı üçün isə ən vacib məsələ Cənubi Qafqazda sabitlikdir. Fikrimcə, yaxın vaxtlarda qurulması nəzərdə tutulan Xəzər Şurası təşkilatının fəaliyyəti də əsasən enerji nəqli, nəqliyyat yollarının açılması kimi məsələlərlə bağlı olacaq. Hazırda Mərkəzi Asiya ölkələrinin neft və qazının Xəzər dənizi və Azərbaycan üzərindən nəqli məsələsinə Bakı ilə Ankaranın baxışı Moskvanınkından fərqlidir. Burada Rusiyanın öz alternativ təklifi var, Azərbaycan və Türkiyə üzərindən daşınma İranın da maraqlarına uyğun deyil. Lavrovun “3+3” formatını xatırlatması və bunu Xəzər Şurası ilə əlaqələndirməsi əslində Rusiyanın prosesə hansı formada yanaşmaq istədiyinin təzahürüdür. Xatırlatmaq yerinə düşər ki, bölgəyə xarici qüvvələrin müdaxiləsinin qarşısının alınmasını 44 günlük Vətən müharibəsindən sonra ilk dəfə Azərbaycan və Türkiyə təklif edib. Ancaq hələ də Gürcüstan ərazisinin bir hissəsi işğal altındadır və Rusiya orada separatçılara dəstək verir. Digər tərəfdən rus bazası hələ də Gümrüdədir, Moskva isə bölgəmizə Avropanı gətirən İrəvanı müttəfiq adlandırır”.

Ekspertin sözlərinə görə, Xəzər Şurası ilə artıq “3+2” olan platformanı Qərbə qarşı qurulan müdafiə xətti kimi xarakterizə etmək hələ tezdir:

“Çünki ortada hələ də toqquşan maraqlar çoxluq təşkil edir”.

Qeyd edək ki, Moskvada Xəzəryanı ölkələrin Xarici İşlər Nazirləri Şurasının iclasında Xəzər Şurası adlı yeni təşkilatın yaradılması haqqında qərar qəbul edilib. 2024-cü ilin mart ayında isə Bakıda Xəzəryanı dövlətlərin yüksək səviyyəli işçi qrupunun görüşünün keçirilməsi nəzərdə tutulur.

Oxunub: 103
Paylaş:
Digər xəbərlər

Dünya

6-12-2023, 16:00

İran və Rusiya Cənubi Qafqazı bağlayır, Türkiyə isə... - erməni politoloq ŞƏRH EDİR... [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

Siyasət

5-12-2023, 09:21

Bu gün Moskvada Xəzəryanı ölkələrin XİN başçılarının Şurasının iclası keçiriləcək [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

Siyasət

15-11-2023, 14:22

Ordumuz bu halda Ermənistana girmək hüququ qazanacaq [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

Siyasət

14-09-2023, 16:00

Qərbin Azərbaycana təzyiqinin əsl SƏBƏBİ - Ekspert danışır [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

Siyasət

8-08-2023, 13:16

Türkiyə ilə Rusiya Qarabağda toqquşur? - AKTUAL [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

Araşdırma
Bakı sakinlərinə şad xəbər - Yeni avtobus marşrutu açılır
Sabah çimərlik havası olacaq?
Pensiya alanlara şad xəbər
Sabah Zərdabda suyun verilişində məhdudiyyət olacaq
Özəl bağçalara uşaqların qeydiyyatı başlayır
Maaşlarla bağlı şad xəbər - 7 faizdən çox artdı
Hadisə
12-09-2026, 12:10
Bakıda qadın küçədə öldü
12-09-2026, 11:47
Azərbaycanda NADİR HADİSƏ: uşaq bətnində yox, qaraciyərindədir
11-09-2026, 17:35
Naxçıvanda 250 minlik DƏLƏDUZLUQ: dövlət qurumunun adından saxta sənəd verirmiş
11-09-2026, 15:37
Naxçıvanda 250 minlik DƏLƏDUZLUQ: dövlət qurumunun adından saxta sənəd verirmiş
11-09-2026, 13:55
Şəkidə 4 nəfəri çaqqal dişləyib
11-09-2026, 13:52
Rəis müavinini elektrik cərəyanı vurub öldürdü
Son xəbərlər
  • 12-09-2026, 12:10
    Bakıda qadın küçədə öldü
  • 12-09-2026, 11:48
    iPhone 18 Pro və Pro Max-ı təqdim etdi
  • 12-09-2026, 11:47
    “Kızılcık şerbeti” bu tarixdə başlayır
  • 12-09-2026, 11:47
    Azərbaycanda NADİR HADİSƏ: uşaq bətnində yox, qaraciyərindədir
  • 12-09-2026, 10:58
    Xarici diplomatlar bu gün Ağdərə və Kəlbəcərdə olacaqlar
  • 12-09-2026, 10:57
    Bakı sakinlərinə şad xəbər - Yeni avtobus marşrutu açılır
  • 11-09-2026, 17:35
    Naxçıvanda 250 minlik DƏLƏDUZLUQ: dövlət qurumunun adından saxta sənəd verirmiş
  • 11-09-2026, 15:37
    Naxçıvanda 250 minlik DƏLƏDUZLUQ: dövlət qurumunun adından saxta sənəd verirmiş
  • 11-09-2026, 15:36
    Sabah çimərlik havası olacaq?
  • 11-09-2026, 15:34
    Xarici diplomatlar Qarabağ Universitetində olublar
  • 11-09-2026, 15:33
    Diplomatik korpus nümayəndələri “AzCotton” MMC-nin tikiş fabrikinə baş çəkiblər
  • 11-09-2026, 13:55
    Şəkidə 4 nəfəri çaqqal dişləyib
  • 11-09-2026, 13:52
    Rəis müavinini elektrik cərəyanı vurub öldürdü
  • 11-09-2026, 13:51
    Pensiya alanlara şad xəbər
  • 11-09-2026, 11:37
    Faciədən əvvəlki görüntüləri
  • 11-09-2026, 10:08
    Azərbaycan Kinematoqrafçılar İttifaqına yeni sədr seçilir
  • 11-09-2026, 10:08
    Sabirabadda kişinin meyiti anbarda tapıldı
  • 11-09-2026, 10:06
    Bakı və Abşeronun bəzi ərazilərində işıq olmayacaq
  • 10-09-2026, 21:38
    “100 min ayırıb kanatı öz qaynına çəkdirdin, camaatın balası öldü”
  • 10-09-2026, 17:57
    “100 min ayırıb kanatı öz qaynına çəkdirdin, camaatın balası öldü”
  • 10-09-2026, 12:25
    Gəncədə 16 yaşlı yeniyetmə bıçaqlandı
  • 10-09-2026, 12:24
    Bərdədə "Mercedes" qadını vurub öldürdü
  • 10-09-2026, 12:24
    ANAMA əməkdaşı Xocalıda minaya DÜŞDÜ
  • 10-09-2026, 12:23
    "Şəki yaylası"nda iki nəfərin ölümünün səbəbi AÇIQLANDI
  • 10-09-2026, 12:22
    Kolleclərin boş qalan yerlərinə ixtisas seçimi bu gün başa çatır
  • 10-09-2026, 12:22
    Azərbaycan neftinin qiyməti 113 dolları keçib
  • 10-09-2026, 12:21
    Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələri
  • 10-09-2026, 12:02
    Xəzərdə zəlzələ oldu
  • 10-09-2026, 12:01
    Toy olmayacaq - "Bir oyun idi, bitdi"
  • 9-09-2026, 20:59
    Mərhum həyat yoldaşı ilə bağlı paylaşım etdi
  • 9-09-2026, 20:58
    “Ağır günündə yanında oldum, amma anam öləndə zəng də vurmadı”
  • 9-09-2026, 20:58
    Dövlət qurumları əhaliyə səsləndi: Bu şəxslər nəzarətə götürülür!
  • 9-09-2026, 20:57
    Zaur Rzayev xəstəxanaya yerləşdirildi
  • 9-09-2026, 20:57
    Geyimlərini satışa çıxardı, tənqid olundu
  • 9-09-2026, 20:56
    Rol yoldaşı ilə eyni gündə vəfat edib…
Daha çox
  • Baş redaktor: Çingiz Məmmədov
  • Telefon: (+99450) 344 66 36
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Müsahibə
  • Araşdırma
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
Müəllif hüquqları qorunur. Gundelikxeber.org-nun məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə