• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video

Heç şübhə yoxdur ki, Azərbaycan demokratik inkişaf tarixinə daha bir uğur səhifəsini yazacaq [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

Siyasət

9-12-2023, 11:35

Heç şübhə yoxdur ki, Azərbaycan demokratik inkişaf tarixinə daha bir uğur səhifəsini yazacaq



Dövlət başçısı İlham Əliyevin 7 dekabr 2023-cü il tarixli “Növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərinin elan edilməsi haqqında” Sərəncamına uyğun olaraq 2024-cü il fevralın 7-də ölkəmizdə prezident seçkiləri keçiriləcək. Qürurvericidir ki, müstəqillik tariximizdə ilk dəfə olaraq seçkilər bütün ölkə ərazisində keçiriləcək. Bu, müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, Ulu Öndər Heydər Əliyevin siyasi kursunu bütün sahələrdə uğurla davam etdirən Prezident İlham Əliyevin qətiyyətinin, “Nəyi, necə və nə vaxt etmək lazımdır bilirəm” prinsipini atdığı addımlarda təsdiqinin, hər bir vədinin reallıqlarda ifadəsini tapmasının göstəricisidir. Prezident İlham Əliyev Azərbaycanın suverenliyinin tam təmin edilməsindən sonra Xankəndidə, Xocalıda, Ağdərədə, Xocavənddə Azərbaycan Bayrağını ucaldıb, Xankəndidən xalqa müraciətində son 20 ildə verdiyi bütün vədlərin, qarşıya qoyulan vəzifələrin icra edildiyini böyük qürur hissi ilə bildirdi. Növbədənkənar prezident seçkilərini şərtləndirən mühüm amillərdən biri məhz Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tam təmin edilməsidir. Bu gün bütün işğaldan azad edilmiş ərazilərimizdə qalibiyyət rəmzi olan üçrəngli bayrağımız dalğalanır, bu torpaqlarda genişmiqyaslı bərpa-quruculuq işləri həyata keçirilir, soydaşlarımız mərhələ-mərhələ doğma yurd-yuvalarına qayıdırlar. Qayıdış ünvanlarının sıralanması genişlənir. Hazırda Füzuli, Laçın şəhərləri, Ağalı, Talış, Zabux kəndləri sakinlərinə qovuşublar. Növbəti ünvan Xankəndidir.”

Növbədənkənar seçkilərin keçirilməsi dünyada qəbul olunmuş siyasi təcrübədir. Növbəti seçkilər bəzi hallarda təxirə salınır, bəzi hallarda isə vaxtından əvvəl keçirilir. Azərbaycan bu təcrübəni ötən parlament seçkilərində də tətbiq etdi. Belə ki, ölkəmizdə bütün sahələrdə dərin islahatlar prosesi həyata keçirilir. Azərbaycanın ictimai-siyasi həyatında aparıcı rol oynayan, cəmiyyətin avanqard qüvvəsinə çevrilən, qəbul etdiyi qərarları, irəli sürdüyü təşəbbüsləri ilə ölkəmizin hərtərəfli inkişafına töhfələr verən Yeni Azərbaycan Partiyası 2019-cu ilin sonlarında islahatların qanunverici orqanda da öz əksini tapması üçün parlamentin buraxılması və növbədənkənar parlament seçkilərinin keçirilməsi təşəbbüsü ilə çıxış etdi. Prosedur qaydalarına uyğun olaraq atılan addımların nəticəsi kimi dövlət başçısı İlham Əliyevin müvafiq Sərəncamı əsasında 2020-ci ilin 9 fevral tarixində ölkəmizdə növbədənkənar parlament seçkiləri keçirildi. Azərbaycanın bu addımı beynəlxalq miqyasda demokratik inkişafın daha da möhkəmləndirilməsi istiqamətində atılan növbəti addım kimi dəyərləndirildi. Ölkədə hökm sürən ab-havanın göstəricisi təbii ki, seçkilərdir. İlk gündən demokratik cəmiyyət quruculuğu yolunu tutan Azərbaycan daim bu dəyərlərə hörmətlə yanaşır, onların sözdə deyil, əməldə öz təsdiqini tapmasını sübut edir. Bu gün ölkəmizdə bütün demokratik təsisatlar uğurla fəaliyyət göstərir. Seçkilərin demokratik, azad, beybəlxalq standartlara uyğun keçirilməsini təmin edən qanunvericilik bazası mövcuddur. 2003-cü ildə qəbul edilən Seçki Məcəlləsi dövrün tələblərinə uyğun olaraq təkmilləşdirilir, hər bir seçkil prosesinin, ümumxalq səsverməsinin demokratikliyini, şəffaflığını təmin edir. Dövlət başçısı İlham Əliyevin “Növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərinin elan edilməsi haqqında” Sərəncamında da bu mühüm müddəa öz əksini tapıb ki, Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası növbədənkənar prezident seçkilərinin 2024-cü il fevralın 7-nə təyin olunmasını və Azərbaycan Respublikasının Seçki Məcəlləsində müəyyən edilmiş qaydada keçirilməsini təmin etsin.

Seçkilər növbədənkənar keçirildiyindən vətəndaşlarımız siyasi iradələrini vaxtından əvvəl ifadə edəcəklər. Bu seçkilər qətiyyətli Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin özünə inamının, xalqın siyasi dəstəyinə əminliyinin ən bariz göstəricisidir. Dövlətinə, xalqına bağlılığını hər addımda nümayiş etdirən, Prezident kimi jurnalistlərə ilk müsahibəsində böyük əminliklə qeyd etdiyi “Demişəm, Azərbaycan xalqı görəcək ki, mən Azərbaycan ücün, xalqımız üçün yaxşı Prezident olacağam” vədini doğruldan dövlət başçısı İlham Əliyevə milyonların sevgisi tükənməzdir. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin torpaqlarımızın xilaskarı, qalib Sərkərdə kimi adını tariximizə qızıl hərflərlə yazdırması böyük qətiyyətin, səylərin nəticəsidir. Ermənistanın baş naziri Nikol Paşinyanın “Qarabağ Ermənistandır və nöqtə” sərsəm bəyanatına cavab olaraq “Qarabağ Azərbaycandır və nida işarəsi” bəyan edib bunu bir il sonra döyüş meydanında şanlı Zəfərimizlə təsdiqləyən Prezident İlham Əliyev bu çağırışı etdi ki, Qarabağ məsələsi bizim üçün milli qürur məsələsidir. “Qarabağ Azərbaycandır və nida işarəsi” 44 günlük Vətən müharibəsinin rəmzinə çevrildi. Tam əminliklə deyə bilərik ki, xalqımız Qalib Prezidentinin ətrafında dəmir yumruq kimi birləşərək seçkilərdə Onun yanında olacaq, möhtərəm Prezidentimizin müdrik daxili və xarici siyasətini, o cümlədən Qarabağda və ölkənin digər bölgələrində quruculuq işlərinə fəal şəkildə öz töhfələrini verəcəklər. Bu gün Azərbaycan yaratdığı reallıqlarla regionda böyük dəyişiklikərin, dünya siyasətində yeniliklərin təşəbbüskarıdır.

Regionda tam müstəqil siyasət həyata keçirən bir ölkənin olması və Azərbaycanın Qələbəsini həzm edə bilməyən dövlətlərin təxribatlarının qarşısını almaq üçün siyasi sistemin daha da gücləndirilməsi strateji əhəmiyyət kəsb edir. Bu mühüm məqamı xüsusi qeyd etməliyik ki, siyasi sistemin təkmilləşdirilməsi dövlətimizin siyasətində əsas hədəflərdən biridir. Bu sırada “Siyasi partiyalar haqqında” yeni Qanunun qəbulunu, bütün siyasi partiyalara demokratik şəraitdə fəaliyyət göstərmələri üçün zəruri imkanların yaradıldığını qeyd edə bilərik. Seçki Məcəlləsinə əsasən bütün namizədlər bərabər hüquqa malikdirlər və bərabər öhdəliklər daşıyırlar. Onu da qeyd edim ki, növbədənkənar prezident seçkilərinin keçirilməsinə dair qərar ölkədə siyasi partiyaların üzvlərinin reyestrlərinin dövlət qeydiyyatına alınması prosesinin tamamlanmasından sonra qəbul olunub. Bununla da seçkilərdə iştirak etmək üçün dövlət qeydiyyatına alınmış bütün siyasi partiyalara imkan yaradılıb. Bu yanaşma ölkədə ədalətli rəqabət mühitinin təmin ediməsinin bariz nümunəsidir. Bu baxımdan seçkilərin keçirilməsi ilə bağlı istənilən narazılıq yalnız qərəzli mövqeyin və məhdud potensialın təcəssümü kimi dəyərləndirilir.

Dövlət başçısı İlham Əliyevin növbədənkənar prezident seçkilərinin keçirilməsi ilə bağlı Sərəncamı “Heydər Əliyev İli”ndə görülən işlərin, bu günədək verilən vədlərin reallıqda təsdiqini tapmasının hesabatıdır. Uğurlarla, zəfərlərlə zəngin olan bu hesabat növbəti Qələbəmizin aydın mənzərəsini təqdim edir. Heç şübhə yoxdur ki, Azərbaycan demokratik inkişaf tarixinə daha bir uğur səhifəsini yazacaq.

Oxunub: 169
Paylaş:
Digər xəbərlər

Siyasət

9-12-2023, 09:03

Yanvarın 28-dək seçki bülletenləri hazırlanacaq [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

Siyasət

7-12-2023, 12:13

Azərbaycanda Prezident seçkiləri elan edildi [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

---

16-10-2023, 10:21

Zöhrab Camalov: Tariximizin Zəfər səhifələri məhz “Heydər Əliyev İli”ndə daha da zənginləşdi [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

Siyasət

15-10-2023, 20:11

Prezident İlham Əliyev Sərsəng su anbarının ərazisində Azərbaycanın Dövlət Bayrağını ucaldıb - FOTO - YENİLƏNİB [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

---

28-05-2023, 10:20

Kamaləddin Qafarov: “Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması unikal hadisədir” [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

Araşdırma
Saatlıda ekologiyanı kimlər və niyə məhv edir?
Zirzəmidə çökən sistem: Binəqədidə aylardır davam edən kabus
ADSEA 41 milyon manatı Sumqayıtda hara xərcləyib? - Şəhər su altındadır - FOTO - VİDEO
Mədəniyyət naziri Rasim Balayevin vida mərasiminə qatılmadı - Səfərdədir, yoxsa istirahətdə?
Şeflik iddiası: Musa Abbasov da bu istəklə hərəkətə keçib İDDİA
İlham Əliyevin sosial şəbəkə hesablarında Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı paylaşım edilib
Hadisə
Bugün, 16:36
Qadın sürücü “Range Rover”i aşırdı; xəsarət alanlar var
Bugün, 15:24
26 yaşlı oğlan ahıl qadına təcavüz edib? - Cinayət işi açıldı
9-03-2026, 15:14
Milli Onkologiya Mərkəzi yox... RÜŞVƏT MƏRKƏZİ! - İTTİHAM VAR...
7-03-2026, 15:34
Komendant işlədiyi binadan yıxılıb öldü
4-03-2026, 15:48
Hoteldə anasını öldürən yeniyetməyə hökm oxundu
21-02-2026, 16:14
Zabratda mağaza və evlərdən silsilə oğurluq edən şəxs saxlanılıb
Son xəbərlər
  • Bugün, 18:01
    Saatlıda ekologiyanı kimlər və niyə məhv edir?
  • Bugün, 17:38
    “Doktor Davud” klinikasında "bozbaş həkim"lər çalışır - 6 min cərimələdilər...
  • Bugün, 16:36
    Qadın sürücü “Range Rover”i aşırdı; xəsarət alanlar var
  • Bugün, 16:00
    Günəş çıxdı, qanunsuz tikintilər başladı- Nizami rayonundan daha bir görüntü- Video
  • Bugün, 15:24
    26 yaşlı oğlan ahıl qadına təcavüz edib? - Cinayət işi açıldı
  • Bugün, 14:47
    Zirzəmidə çökən sistem: Binəqədidə aylardır davam edən kabus
  • Bugün, 14:46
    Zirzəmidə çökən sistem: Binəqədidə aylardır davam edən kabus
  • Bugün, 12:19
    Elxan Nəcəfovun RÜŞVƏT TƏLƏBİ: Müəllimlər ETİRAZA QALXDI... - İTTİHAM VAR...
  • Bugün, 11:46
    ADSEA 41 milyon manatı Sumqayıtda hara xərcləyib? - Şəhər su altındadır - FOTO - VİDEO
  • Bugün, 11:16
    Mədəniyyət naziri Rasim Balayevin vida mərasiminə qatılmadı - Səfərdədir, yoxsa istirahətdə?
  • Bugün, 10:39
    Şeflik iddiası: Musa Abbasov da bu istəklə hərəkətə keçib İDDİA
  • Bugün, 09:38
    İlham Əliyevin sosial şəbəkə hesablarında Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı paylaşım edilib
  • Bugün, 09:18
    Mehriban Əliyeva 31 Mart – Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı paylaşım edib
  • Bugün, 09:01
    31 Mart soyqırımından 108 il ötür
  • Dün, 15:54
    DYP hərəkətin intensiv olduğu yollarla bağlı müraciət edib
  • Dün, 15:53
    DYP hərəkətin intensiv olduğu yollarla bağlı müraciət edib
  • Dün, 15:20
    18 ildir tikilən,11 il qabaq verilən texniki şərtdə altından su, kanalizasiya xətti keçməyən obyektin altından 11 il sonra kanalizasiya xətti “aşkarlayan” xidmət FOTO
  • Dün, 15:18
    18 ildir tikilən,11 il qabaq verilən texniki şərtdə altından su, kanalizasiya xətti keçməyən obyektin altından 11 il sonra kanalizasiya xətti “aşkarlayan” xidmət FOTO
  • Dün, 15:01
    Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri
  • Dün, 15:00
    Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri
  • Dün, 13:54
    Prezident Rasim Balayevin vəfatı ilə bağlı nekroloq imzalayıb
  • Dün, 13:27
    Təhsildə kölgə oyunları: adı hallanan məktəblər, uzadılan müddətlər və maraqlar toqquşması
  • Dün, 11:43
    Tələbələri müdafiə edən müəllimə YENİDƏN HƏDƏFDƏ... - SUSDURMAQ İSTƏYİRLƏR...
  • Dün, 10:34
    “İlyasın Kafesi” ilə bağlı şikayətlər bitmir – “Menyu yoxdur”
  • Dün, 10:01
    Murad Süleymanov susur – Baş həkim(?) Elnarə Canlının ali tibbi təhsili varmı? -FOTOLAR
  • Dün, 09:15
    Deputat Səyyad Aranın nəvəsinin lüks avtomobili - Chevrolet Camaro - Nömrəsi daha bahadır - FOTO
  • 28-03-2026, 15:53
    “Eyni vaxtda 17 istiqamətdən hücum ediblər”
  • 28-03-2026, 15:21
    İcra başçısı Novruz şənliyində 17 min manatlıq qoz-fındıq, şəkərbura, yumurta yeyib
  • 28-03-2026, 12:06
    DTX Azərbaycan təhlükəsizlik orqanlarının yaradılmasının ildönümü ilə bağlı videopaylaşım edib
  • 28-03-2026, 11:51
    Rektor Rüfət Əzizov nəyi subut etmək istəyir? - Reytinqlə bağlı tənqid olundu
  • 28-03-2026, 11:16
    "Kristal Bakı" ASC nə qədər "Kristal"dır? - Maliyyə hesabatı gizlinləri...
  • 27-03-2026, 17:51
    İlham Əliyev yenidənqurmadan sonra açılışı olan Dərbənddəki Azərbaycan Teatrının kollektivini təbrik edib
  • 27-03-2026, 17:35
    Novxanıda ağaclar məhv edilərək “İlyasın kafesi” tikilir? -Videofakt
  • 27-03-2026, 16:44
    Əhməd İsmayılov: Azərbaycanda rəqəmsal inkişaf dövlət siyasətinin prioritet istiqamətlərindəndir
  • 26-03-2026, 18:00
    “Azəraqrar”-da “ezamiyyə” Həsən kimdir? - Direktoru o idarə edir?
Daha çox
  • Baş redaktor: Çingiz Məmmədov
  • Telefon: (+99450) 344 66 36
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Müsahibə
  • Araşdırma
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
Müəllif hüquqları qorunur. Gundelikxeber.org-nun məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə