• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video

Ukrayna Qərblə qisas savaşına başlayır: “Ölkəmizi məhv etdiniz” ittihamı ilə məhz Avropa hədəfə alınıb [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

Siyasət

28-02-2024, 09:12

Ukrayna Qərblə qisas savaşına başlayır: “Ölkəmizi məhv etdiniz” ittihamı ilə məhz Avropa hədəfə alınıb


ABŞ və Qərbin Rusiyanı sıradan çıxartmaq kampaniyası artıq iflasa uğramaq üzrədir… Qərb ölkələri Rusiyaya qarşı tətbiq etdikləri sanksiyaları elə özləri dolayısı yollarla pozmağa başlayıbar…
Ukrayna savaşı ABŞ və Qərbin müəyyən etdiyi hərbi-siyasi və geopolitik hədəflərdən uzaqlaşmağa başlayıb. Hər halda, Qərb siyasi dairələri son vaxtlar Rusiyanın ehtimal olunan və ya qaçılmaz hesab edilən hərbi məğlubiyyəti barədə danışmağa həvəsli görünmürlər. Bu barədə vaxtilə tez-tez gündəmə gətirilən və əminlik ifadə edən iddialara demək olar ki, rast gəlinmir. Və bu baxımdan, Qərbin Ukrayna savaşı ilə bağlı strateji hədəflərinin, eləcə də, əsas prioritetlərinin dəyişə biləcəyi qətiyyən istisna deyil.

Onu da qeyd etmək lazımdır ki, son vaxtlar bəzi Qərb ekspertləri ABŞ və NATO-nun Ukrayna savaşı üzərindən başlatdıqları Rusiya əleyhinə hərbi-siyasi kampaniyanın artıq iflas mərhələsinə keçdiyinə eyham vurmaqdadırlar. Onların fikrincə, ABŞ və Qərb Ukrayna savaşının başlanmasına imkan verməklə, böyük və düzəldilməsi çətin olacaq səhv buraxıb. Hər halda, hazırda yaranmış situasiya NATO strateqlərinin savaşın mümkün nəticələri ilə bağlı daha dəqiq hesablamalar apara bilmədiklərini göstərir.

rusiya.jpg (68 KB)Digər tərəfdən, ABŞ və Qərb Ukrayna savaşının ən həlledici mərhələsində rəsmi Kiyevə hərbi dəstəyi zəiflətməklə, bu müharibənin başlanmasına imkan verərkən buraxılan faciəvi səhvi başqa bir formada təkrarlayıb. Çünki məhz Ukrayna ordusunun hücum əməliyyatlarının ən inkişaf etdiyi dövrdə bu dəstək demək olar ki, geri çəkilib. Nəticədə, savaş meydanında hərbi təşəbbüsü ələ almaq şansları qazanmış Ukrayna ordusu silah-sursat və hərbi texnika çatışmazlığı ucbatından uğursuzluğa uğrayaraq, müdafiə taktikasına qayıtmaq məcburiyyətində qalıb. Və bununla da Ukrayna ordusunun bütün hərbi uğurları öz əhəmiyyətini itirmiş olub.

Nəhayət, daha bir önəmli səhv məhz ABŞ və Qərbin Rusiyaya olan münasibətinin qüsurlu xarakter daşıması ilə birbaşa bağlıdır. Belə ki, NATO-nun strateqləri müharibədən öncə müxtəlif faktorlara əsaslanaraq, Rusiyanın Ukrayna savaşına uzun müddət tab gətirə bilməyəcəyi qənaətində olublar. Ancaq indi məlum olur ki, həmin qənaətlər yanlış olmaqla yanaşı, olduqca səthi araşdırmalardan qaynaqlanıb. Və nəticədə Ukrayna savaşı Rusiyanı çökdürmək əvəzinə Qərb ölkələri üçün daşınması çətin olan ağır yükə çevrilib.

Onu da qeyd etmək lazımdır ki, ABŞ və Qərb Rusiyaya qarşı sanksiyaların effektivliyini təmin etməyi bacarmayıb. Kreml Rusiyanı həmin sanksiyaların dağıdıcı nəticələrindən yayındıra bilib. Üstəlik, bu məsələdə Rusiyaya Qərb ölkələrinin arasındakı ziddiyyətlər də yardım edib. Belə ki, bəzi ölkələr Rusiyaya qarşı sanksiyaların əsas təşəbbüskarları sırasında yer alsalar da, əslində, səhnəarxasında Kremllə dolayısı yollarla iqtisadi-ticari əməkdaşlığı davam etdiriblər. Və nəticədə Rusiyanın maliyyə-iqtisadi böhrana düşəcəyi gözləndiyi halda, özəl maraqların girovuna çevrilmiş Qərb ölkələrinin tətbiq etdikləri sanksiyaları elə özləri dolayısı yollarla pozmaları Kremlin illik gəlirlərini daha da artırıb.

Göründüyü kimi, Rusiyanı “savaş bataqlığı”na salmaq planları quran ABŞ və Qərb əslində, həm də Ukraynanı olduqca dəhşətli fəlakətlərə sürükləyib. Üstəlik, Qərb ölkələri Ukrayna savaşının maliyyə yükünü artıq çəkmək istəmir. Bu yükü bir-birinin çiyninə yükləmək üçün müxtəlif məkrli manevrlər etməyə çalışırlar. Belə ki, Avropa Birliyi yaxın dörd il ərzində Ukraynaya cəmisi 50 milyard avro həcmində dəstık vernək barədə qərar qəbul edib. Halbuki bu məbləğin Ukraynanın heç bir illik hərbi ehtiyaclarını ödəməyəcəyini Avropa Birliyində də bilirlər.

ABŞ-ın isə yaxın bir il ərzində Ukraynaya hərbi yardımlar üçün maliyyə vəsaiti ayıra biləcəyi qətiyyən inandırıcı görünmür. Hər halda, rəsmi Kiyevin böyük ümidlər bəslədiyi 60 milyard dollarlıq dəstək paketi hələ də ABŞ Konqresində ilişib qalmaqdadır. Respublikaçı konqresmenlər bu məbləğin yalnız kreditlər şəklində, ya da Ukraynanın təbii sərvətlərinin istismar hüquqlarının alınmasının əvəzində ödənməsində israrlı mövqe tutur. Və bu, o deməkdir ki, hazırda Qərb üçün Rusiya ilə savaşan Ukrayna ən yaxşı halda, heç vaxt altından qalxa bilməyəcəyi borc yükünə məhkum edilməkdədir.

Təbii ki, rəsmi Kiyev Ukraynanın böyük fəlakətə düçar olduğunu artıq kec də olsa, anlamağa başlayıb. Ukraynanın rəsmi dairələri artıq onu da anlayırlar ki, ABŞ və Qərbin dəstəyini yaxın gələcəkdə gözləmək sadəlövhlükdən başqa bir şey deyil. Ona görə də, indi rəsmi Kiyev yalnız Ukrayna xalqına və ordusuna güvənməkdən başqa çıxış yolu tapmaqda çətinlik çəkir. Zelenski hakimiyyətinin gücü ən yaxşı halda, ABŞ və Qərbi üstüörtülü və dolayısı ilə ittiham etməkdən başqa heç nəyə çatmır. Və həmin ittihamlar ümumi olaraq, “Ukraynanı məhv etdiniz” kimi bir məzmun daşıyır.

Onu da nəzərə almaq lazımdır ki, nə qədər qəribə də olsa, son vaxtlar ABŞ və Qərb ilə Ukrayna arasında müəyyən üstüörtülü qarşıdurma yaşanmağa başlayıb. Bu qarşıdurmanın istiqamətlərindən biri Ukraynanın ABŞ və Qərbin sona qədər dəstək vədlərinin əksinə olaraq, yardımları kəsməsi ilə bağlıdır. Yəni, rəsmi Kiyev artıq ABŞ və Qərbə yalnız etiraz etməklə kifayətlənmir. Həm də dolayısı ilə savaşdan əvvəlki vədlərin yerinə yetirilməsini tələb edir. Və bu qarşıdurmanın yaxın gələcəkdə daha dərinləşə biləcəyi qətiyyən istisna deyil.

Digər tərəfdən, ABŞ və Qərbin Ukraynaya xəyanət edib, onu Rusiya qarşısında təkbaşına buraxması Qərb ölkələrinə məcburi köç etmiş ukraynalıları da hərəkətə gətirməyə başlayıb. Belə ki, ukraynalılar son vaxtlar bəzi Avropa ölkələrində etiraz aksiyaları keçirirlər, Ukraynanın dəstəklənməsini tələb edirlər. Bu qarşıdurma yaxın vaxtlarda Avropa ölkələrində açıq toqquşmalara da yol aça bilər. Üstəlik, buna paralel olaraq, Avropa ölkələrinin vətəndaşları da Ukraynaya qarşı etiraz dalğasına başlamış kimi görünürlər. Və bu, Avropa məkanında ukraynalıların yeni savaş açma ehtimalını artırır.(musavat.com)

Oxunub: 154
Paylaş:
Digər xəbərlər

Siyasət

22-02-2024, 09:17

ABŞ Rusiyanı daha da gücləndirdi: Ukraynanın nə vaxta qədər tab gətirəcəyi elan edildi [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

Siyasət

31-01-2024, 09:17

Qərb “Ukrayna tuneli”ndən çıxa bilmədi: Avropa Birliyi bu ölkəni bölüşdürmək niyyətinə düşüb [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

Siyasət

18-12-2023, 09:41

Qoca Co Rusiyanın qələbəsini anons etdi: ABŞ-ın ardınca NATO da Ukraynaya arxa çevirir [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

Dünya

13-12-2023, 09:10

Tramp Qərbin “kabus”una çevrilir: NATO dağılacaq, Avropa Birliyi süquta uğrayacaq, Bayden devriləcək [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

Siyasət

3-10-2023, 09:00

Ukraynanı qorxunc təhlükə gözləyir: ABŞ bu ölkəni Rusiya ilə təkbaşına buraxır [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

Araşdırma
Prezident İlham Əliyev ötənilki dövlət büdcəsini təsdiq edib
Generala yüksək vəzifə verildi
“Qarabağ”ın oyununa nə qədər bilet satılıb?
Hansı özəl bağçalar dövlətdən dəstək alacaq? - Şərtlər açıqlandı
34° isti, yağış, dolu... - Sabahın havası
Bağçalara elektron qəbul başlayıb
Hadisə
Dün, 10:32
Şərurda bir ailənin üç üzvünün öldüyü qəza ilə bağlı cinayət işi başlanılıb
4-07-2026, 15:52
21 yaşlı Fatimənin faciəsi: Əmisi oğlu iki həftə işgəncə verdi, sonra öldürdü
4-07-2026, 15:52
21 yaşlı Fatimənin faciəsi: Əmisi oğlu iki həftə işgəncə verdi, sonra öldürdü
4-07-2026, 12:26
Yasamalda evdə partlayış olub, 16 yaşlı gənc ölüb, üç nəfər xəsarət alıb
4-07-2026, 12:26
Yasamalda evdə partlayış olub, 16 yaşlı gənc ölüb, üç nəfər xəsarət alıb
25-06-2026, 09:54
Mərdəkanda dənizdə batanlardan sonuncusunun meyiti tapılıb
Son xəbərlər
  • Bugün, 16:06
    Prezident İlham Əliyev ötənilki dövlət büdcəsini təsdiq edib
  • Bugün, 15:33
    Generala yüksək vəzifə verildi
  • Bugün, 15:07
    “Qarabağ”ın oyununa nə qədər bilet satılıb?
  • Bugün, 14:44
    Hansı özəl bağçalar dövlətdən dəstək alacaq? - Şərtlər açıqlandı
  • Bugün, 13:40
    34° isti, yağış, dolu... - Sabahın havası
  • Bugün, 13:00
    Hakan Fidan: Ən çətini Donald Trampı NATO sammitində iştiraka razı salmaq idi
  • Bugün, 12:31
    Bağçalara elektron qəbul başlayıb
  • Bugün, 12:08
    Dəməşqdə Makronun qaldığı hotelin yaxınlığında partlayışlar baş verib
  • Bugün, 11:40
    Müəllim və şagirdlər üçün geyim tələblərinə dair vahid yanaşma tətbiq olunacaq
  • Bugün, 10:58
    Tramp Konqresi hərbi büdcəyə 350 milyard dollar ayırmağa çağırıb
  • Bugün, 10:32
    Zəngilanda əmək yarmarkasında 80 vakansiya təqdim ediləcək
  • Bugün, 10:12
    Səhiyyə nazirinə yeni müavin təyin edilib
  • Bugün, 09:38
    Ankarada diplomatiya tıxacı - Ərdoğan onlarla görüşəcək
  • Bugün, 09:11
    Türkiyədə avtobus aşıb, 41 nəfər xəsarət alıb
  • Dün, 18:46
    Cəlilabadın Göytəpə şəhərində Şəhidlər kompleksinin tikintisinə başlanılıb
  • Dün, 18:20
    Prezident ARDNF-in ötənilki büdcəsinin icrasını təsdiq edib
  • Dün, 16:57
    Azərbaycan Rusiyaya nota verib
  • Dün, 16:06
    Kikboksinq və Sambo Federasiyasının sabiq vitse-prezidentinə və üçqat dünya çempionuna hökm oxunub
  • Dün, 15:16
    Bəzi rayonlara intensiv yağış yağacaq, çaylardan sel keçəcək - XƏBƏRDARLIQ
  • Dün, 14:30
    DSX-nin Logistika Mərkəzi və Sərhəd Nəzarətinin Tədris Mərkəzi xidməti istifadəyə verilib
  • Dün, 13:09
    Sabah 37 dərəcə isti olacaq
  • Dün, 12:57
    Bakının mərkəzi piyada zonalarında ödənişsiz şatllar fəaliyyətə başlayıb
  • Dün, 12:35
    Zelenski: "Patriot" üçün raketlərin Ukraynaya verilməməsi Rusiyanı yeni hücumlara həvəsləndirir
  • Dün, 11:55
    Şuşada çərkəz musiqiləri ifa edilib
  • Dün, 11:02
    "Neftçi" bu gün yoxlama oyununda "Partizan"la üz-üzə gələcək
  • Dün, 10:32
    Şərurda bir ailənin üç üzvünün öldüyü qəza ilə bağlı cinayət işi başlanılıb
  • Dün, 09:56
    Rusiya Kiyevə kütləvi zərbə endirib, ölən və yaralananlar var
  • Dün, 09:13
    Günün qoroskopu: Maliyyə mövzuları bu gün gündəminizdə olacaq
  • 4-07-2026, 16:24
    Cevdet Yılmaz: Pakistanın ABŞ-la İran arasında vasitəçi rolunu yüksək qiymətləndiririk
  • 4-07-2026, 16:24
    Cevdet Yılmaz: Pakistanın ABŞ-la İran arasında vasitəçi rolunu yüksək qiymətləndiririk
  • 4-07-2026, 15:52
    21 yaşlı Fatimənin faciəsi: Əmisi oğlu iki həftə işgəncə verdi, sonra öldürdü
  • 4-07-2026, 15:52
    21 yaşlı Fatimənin faciəsi: Əmisi oğlu iki həftə işgəncə verdi, sonra öldürdü
  • 4-07-2026, 15:15
    Zelenski Putinə "ələ keçirilmiş" Konstantinovkada görüşməyi təklif edib
  • 4-07-2026, 15:14
    Zelenski Putinə "ələ keçirilmiş" Konstantinovkada görüşməyi təklif edib
  • 4-07-2026, 14:01
    ABŞ səfirliyi Heydər Əliyev Mərkəzi ilə bağlı - Paylaşım etdi
Daha çox
  • Baş redaktor: Çingiz Məmmədov
  • Telefon: (+99450) 344 66 36
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Müsahibə
  • Araşdırma
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
Müəllif hüquqları qorunur. Gundelikxeber.org-nun məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə