• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video

Şəhid ailələri, qazilər, həmçinin müharibə veteranları daim Nailə Nəsirovanın diqqətindədir [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

---

18-07-2023, 12:02

Şəhid ailələri, qazilər, həmçinin müharibə veteranları daim Nailə Nəsirovanın diqqətindədir



Bəzi internet saytlarında Zabrat bələdiyyəsinin sədri Nailə Nəsirova ilə bağlı böhtan xarakterli məlumatlar dərc edilir. Amma məlumatların hardan qaynaqlandığını deyə bilmərik. Lakin tam məsuliyyətlə qeyd edirik ki, Nailə Nəsirova haqqında yayımlanan qərəzli və böhtan xarakterli məlumatlar tamamilə əsassızdır. Bu cür dezinformasiyalar cəmiyyət arasında heç də birmənalı qarşılanmır.
Bəzi saytlar bunun əksini yazmaqla cəmiyyət arasında ajiotaj yaratmağa çalışırlar. Amma alınmayacaq.

Yaşayıb-yaşayıb ömrün yetkin bir mərhələsinə çatanda və çevrilib arxada qalan onilliklərə nəzər salanda, xatırlamağa, arxalanmağa, öyünməyə nəsə tapa bilirsənsə, yaşadıqlarına görə təəssüflənmirsənsə, deməli, ömrün hədər getməyib.

Deməli, ALLAHIN bəxş etdiyi ömrü doğru-düzgün yaşamaq, ədalətli, xeyirxah, el-oba, cəmiyyət üçün lazımlı, gərəkli olmaq, haqqı-nahaqqa verməmək, başqalarının haqqını tapdamamaq kimi dəyərlərə sadiq qalmağı bacarmısan. Belə yaşamaq, əlbəttə, hər kəsə nəsib olmur.

Amma dünya belə dəyərli, qiymətli insanlardan xali də deyil. Bu yazıda məhz elə insanlardan birinin - gözəl insan, xeyriyyəçi Zabrat bələdiyyəsinin sədri Nailə Nəsirovanın keçdiyi mənalı ömür yoluna qısa da olsa, nəzər salmağa çalışacağıq.

Zabrat bələdiyyəsinin sədri Nailə Nəsirova qazilərin, şəhid ailələrinin, veteranların yaxın dostudur. Şəhid ailələri, qazilər, həmçinin müharibə veteranları daim Nailə Nəsirovanın diqqətindədir. “Bütün bayramlarda və əlamətdar günlərdə onlara baş çəkir, qayğıları ilə maraqlanır, hər cür maddi-mənəvi dəstək göstərilir. Onların heç bir müraciətini geri çevirməyən Nailə Nəsirova səlahiyyətləri çərçivəsində hər cür köməklik göstərməyə həmişə hazırdır.

Mayası vətənpərvərliklə, halallıqla yoğrulan bu gözəl insana, Zabrat bələdiyyəsinin sədri Nailə Nəsirovaya biz də uğurlar diləyirik. Xalq üçün, Vətən üçün əlindən gələni əsirgəməyən bu insana uzun və sağlam ömür, işlərində nailiyyətlər arzu edirik. Bir də arzu edirik ki, bu cür insanların sayı çox olsun, biz də onlarla fəxr edək, barələrində yazaq.

Müdriklər demişkən, “xalq üçün, vətən üçün yaşanan ömür əsl insan ömrüdür”. Belə insanların ömrü çətin, mənalı və şərəfli olur, başı həmişə el içində uca olur. Onlar öz xoşbəxtliyini, səadətini, varlığını vətənə, xalqa ləyaqətlə xidmətdə görür. Belə insanlar öz xalqının, millətinin mənəvi siması, genefondudur desək səhv etmərik. Tam məsuliyyət və qürurla deyə bilərik ki, belə insanlardan biri də sözün həqiqi mənasında, gözəl insan, Zabrat bələdiyyəsinin sədri Nailə Nəsirovadır.

Zabrat bələdiyyəsinin sədri Nailə Nəsirova peşəkarlığı və qayğıkeşliyi ilə seçilən insandır.
Şərəfli vəzifəyə yiyələnən Nailə Nəsirova bu işin müqəddəsliyini qoruyub saxlayır. Nailə Nəsirova kömək etdiyi hər kəsin rəğbətini qazanan insanlardandır.

Nailə Nəsirova Ulu Öndər Heydər Əliyevin siyasi kursuna daim sadiqdir. Heç bir təmanna güdmədən, tutduğu vəzifədən asılı olmayaraq, vəzifədə olub-olmamasından asılı olmayaraq prezident İlham Əliyevə, dövlətə və dövlətçiliyimizə sabit, stabil, sadiq adamdır.

Nailə Nəsirova insanlara maksimum diqqət və qayğıyla yanaşır, onların problemlərini həll edərək, onların dövlətimizə və Prezidentimizə inamını artırır!

Nailə Nəsirova bütün işləri yüksək professionallıqla və böyük operativliklə icra edir! Bunun sirri onun Zabrat bələdiyyəsinin sədri kimi çoxsahəli professional olmasıyla, dövlətçiliyimizin və prezidentimizin yüksək reytinqini hər şeydən uca tutmasıyla bağlıdır!

Ona etibar edilən bütün işlərdə Nailə Nəsirova özünü doğruldub. Bizdə hörmətli Nailə Nəsirovanı dövlətimizə, xalqımıza şərəfli xidmətində yeni-yeni uğurlar başarılar diləyirik.

Zabrat bələdiyyəsinin sədri Nailə Nəsirova - 2023-cü ilin ötən dövrünü təhlil edərkən əminliklə qeyd etmək olar ki, bu ilin 6 ayı sosial-iqtisadi inkişaf baxımından ölkəmiz üçün uğurlu oldu. 6 ay ərzində iqtisadiyyatımız inkişaf edib, qeyri-neft sektorumuz 3 faizdən çox genişlənib, qeyri-neft sektorunun sənaye sahəsi isə 6,5 faiz artıb.

İyulun 11-də Prezident İlham Əliyevin sədrliyi ilə 2023-cü ilin altı ayının sosial-iqtisadi yekunlarına həsr olunmuş müşavirədəki çıxışında dövlətimizin başçısı qazanılan uğurların, maliyyə-iqtisadi artımın səbəblərini vurğulayıb. Cənab Prezident qeyd edib: “İlk növbədə, maliyyə sektorundakı nizam-intizamın möhkəmləndirilməsi, vergi və gömrük orqanlarında islahatların davam etdirilməsi, şəffaflığın təmin edilməsi - bütün bu amillər imkan verdi ki, ilin ortasında biz büdcəyə yenidən baxaq və dürüstləşmə aparaq. Bu, çox sevindirici haldır, çünki proqnozlardan xeyli dərəcədə böyük vəsait toplanmışdır. Onsuz da bizim builki dövlət büdcəmiz rekord həddə çatmışdır, 33 milyard manatdan çox səviyyəyə qalxmışdır. Ancaq ilin birinci yarısında əlavə gəlirlərin əldə edilməsi imkan verdi ki, biz təcili həllini gözləyən məsələləri daha tez zamanda həll etmək üçün büdcəyə əlavələr edək və bunu etdik. Bu gün bizim büdcəmiz 36 milyard manatdan çoxdur. Əlbəttə, bu, bizə imkan verir ki, həm ölkə qarşısında duran əsas investisiya layihələrini icra edək, ilk növbədə, bir daha demək istəyirəm ki, azad edilmiş torpaqlarda geniş quruculuq işlərinə növbəti təkan verək və bizim hərbi gücümüzü artıraq”.

Dürüstləşmə zamanı büdcəyə bütövlükdə 3 milyard manatdan çox vəsait əlavə edilib. Bunun 1,8 milyard manatı Qarabağın və Şərqi Zəngəzurun bərpa edilməsinə, 1,1 milyard manatı isə ölkənin hərbi potensialının gücləndirilməsinə ayrılıb. Bu vəsaitin mütləq əksəriyyətinin qeyd olunan bu iki istiqamətə yönəldilməsi isə təsadüfi deyil. Prezident İlham Əliyevin bildirdiyi kimi, bu gün ölkə qarşısında duran iki əsas hədəf məhz bu vəzifələrdir. Hazırda 44 günlük müharibədə işğaldan azad edilən ərazilərə Böyük Qayıdışın təmin edilməsi Azərbaycanın gündəliyində duran əsas məsələlər sırasında yer alır. Sözügedən ərazilərə Böyük Qayıdışın təmin edilməsi ölkəmizdə 2030-cu ilədək olan dövrü əhatə edən yeni strateji mərhələdə 5 milli prioritetdən biri kimi müəyyənləşdirilib. Azərbaycan qarşıya qoyulan məqsədlərə çatmaqdan ötrü praktiki müstəvidə böyük investisiya qoyuluşu hesabına müxtəlif istiqamətləri əhatə edən çoxsaylı layihələr reallaşdırır. İşğaldan azad olunmuş ərazilərdə müasir infrastruktur quruculuğu ilə paralel şəkildə, şəhər və kəndlərin bərpası da həyata keçirilir. Ötən il Böyük Qayıdışın ilk müjdəsi olan Zəngilan rayonunun Ağalı kəndinə insanlar köçürüldü. Bu il isə Talış kəndinə və Laçın şəhərinə keçmiş məcbur köçkünlərin qayıdışına start verildi. İndiyə qədər dövlət başçısı tərəfindən 30-dək yaşayış məntəqəsinin təməli atılıb. Bütövlükdə, işğaldan azad edilmiş ərazilərdə yaşayış məntəqələrinin bərpası geniş vüsət alıb.

Digər vacib istiqamət isə müdafiə və hərbi gücümüzün daha da artırılmasıdır. İyulun 11-də Azərbaycan Prezidenti İlham Əliyevin sədrliyi ilə 2023-cü ilin altı ayının sosial-iqtisadi yekunlarına həsr olunmuş müşavirədə dövlətimizin başçısı ordu quruculuğu ilə bağlı bildirib ki, bundan sonrakı illərdə Silahlı Qüvvələrimizin modernləşdirilməsi, bu sahədə islahatların dərinləşdirilməsi, yeni silahlı birləşmələrin yaradılması və təkmilləşdirilməsi istiqamətində, o cümlədən ən müasir silahların, texnikaların alınması istiqamətində işlər plan üzrə gedir: “İkinci Qarabağ müharibəsindən sonra Silahlı Qüvvələrimizdə aparılan islahatlar hələ başa çatmayıb, o cümlədən struktur islahatları. Biz öz Silahlı Qüvvələrimizi ən qabaqcıl orduların səviyyəsinə çatdırmalıyıq, yəni, təbii ki, Azərbaycan miqyasını nəzərə almaq şərtilə”.
Şəhid ailələri, qazilər, həmçinin müharibə veteranları daim Nailə Nəsirovanın diqqətindədir

Ümumiyyətlə, 44 günlük Vətən müharibəsinin qələbə ilə başa çatmasından sonra da ordunun döyüş imkanlarının artırılması istiqamətində tədbirlər həyata keçirilməkdədir. Xüsusilə, Ermənistanla dövlət sərhədində yeni hərbi hissələr yaradılır, həmin hərbi hissələrin maddi-texniki təchizatı yüksək səviyyədə təmin olunur. Bütövlükdə, orduda islahatlar kompleks xarakter daşıyır. Müdafiə Nazirliyinin strukturunun təkmilləşdirilməsi prosesi gedir və bu proses davam edir. Prezident İlham Əliyev müşavirədə vurğulayıb: “Struktur islahatları, idarəetmə və özünü müdafiəetmə qabiliyyəti nöqteyi-nəzərindən biz elə güc yaradırıq ki, yerləşdiyimiz coğrafiyada özümüzü tam əmin hiss edə bilək. Bu gün də belədir, amma daha böyük işlər də görülməlidir. Yenə də deyirəm, bu sahə elə sahədir ki, burada az danışmaq, çox iş görmək lazımdır. Ona görə bundan artıq demək istəmirəm. Hər halda Azərbaycan xalqı əmin ola bilər ki, bizim təhlükəsizliyimiz etibarlı əllərdədir. Azərbaycan xalqı bundan sonra da rahat yaşaya bilər və yaşamalıdır”.

Beləliklə, 6 ay ərzində qazanılan nailiyyətlər bu ilin qarşıdakı dövründə də nəzərdə tutulan planların uğurla reallaşacağını deməyə əsas verir. Azərbaycan Prezidenti İlham Əliyevin liderliyi ilə ölkəmiz bütün sahələr üzrə davamlı olaraq inkişaf edir!

Oxunub: 198
Paylaş:
Digər xəbərlər

---

12-07-2023, 11:58

Şərəfli vəzifəyə yiyələnən Talıb Talışinski bu işin müqəddəsliyini qoruyub saxlayır [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

Cəmiyyət

30-05-2023, 12:11

Cəsarət Qasımov öz çoxtərəfli fəaliyyəti ilə üzərinə düşən olduqca mühüm vəzifələrin öhdəsindən prinsipiallığı və iradəsi hesabına layiqincə gəlir [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

---

19-05-2023, 14:36

Şər və böhtan yazanlara tutarlı cavab - Əhməd Əhmədzadə [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

---

20-05-2023, 11:08

Görəsən Bəzi sayt rəhbərləri bu cür yazılardan yazmırlar, şantaj xarakterli yazılar dərc edirlər [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

---

16-05-2023, 13:47

ALLAH tərəfindən ucalanları bəndə alçada bilməz! Kişilərin keçdiyi karvan yolu! İT hürər karvan keçər [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

Araşdırma
Dünya təcrübəsi və Azərbaycan reallığı: "Azərlotereya"nın gəlirləri hara gedir? - ARAŞDIRMA
Xətai rayonunda qanunsuz tikinti bumu - VİDEO
“Beta” çay paketindən yad cisim çıxdı-Video
Texnologiya Universitetinin rektoru Yaşar Ömərov əməkdaşlara belə davaranır: Hamınızı pis günə qoyacam-Video
Binəqədi rayonunda parkda göl qurudulur? -Video
Zəngilan Məktəbində Nələr Baş Verir? – İDDİALAR
Hadisə
10-02-2026, 14:58
Rasim İldırımla birgə onların da - 12 il həbsi tələb edildi
6-02-2026, 10:47
Bakıda ŞOK: İdrak Liseyində şagird müəllimi GÜLLƏLƏDİ
4-02-2026, 10:34
Azərbaycanda bütün limanlar bağlandı
4-02-2026, 10:08
Nərimanov rayonunda qumbara tapılıb
3-02-2026, 09:48
DTX Rusiya-Ukrayna müharibəsində iştirak edən daha 4 vətəndaşı həbs etdi
3-02-2026, 09:42
DTX Rusiya-Ukrayna müharibəsində iştirak edən daha 4 vətəndaşı həbs etdi
Son xəbərlər
  • Bugün, 12:35
    Maduronu ələ keçirmək üçün süni intellektdən istifadə ediblər
  • Bugün, 12:15
    Dünya təcrübəsi və Azərbaycan reallığı: "Azərlotereya"nın gəlirləri hara gedir? - ARAŞDIRMA
  • Bugün, 11:49
    Xətai rayonunda qanunsuz tikinti bumu - VİDEO
  • Bugün, 11:24
    “Beta” çay paketindən yad cisim çıxdı-Video
  • Bugün, 10:57
    “Dedi ki, mənə heç nə edə bilməzsiniz!” – “Azerina” Əfsanə Qasımlı müştərini şantaj edib? – Şok səs yazısı
  • Bugün, 10:08
    Texnologiya Universitetinin rektoru Yaşar Ömərov əməkdaşlara belə davaranır: Hamınızı pis günə qoyacam-Video
  • Bugün, 09:53
    Binəqədi rayonunda parkda göl qurudulur? -Video
  • Bugün, 09:17
    Zəngilan Məktəbində Nələr Baş Verir? – İDDİALAR
  • Dün, 18:39
    “Qurtuluş 93″də tikilən qanunsuz obyektə hansı məmur icazə verib? - Videofakt
  • Dün, 18:10
    Mahir Abbaszadə Dadaşovun şirkəti ilə 3.5 milyonluq müqavilə bağladı – Vergi borcu var
  • Dün, 17:37
    Qəbir yerlərindən qazanılan milyardlarlar kimin cibinə gedir? - Bələdiyyələrlə İş Baş İdarəsi susur...
  • Dün, 17:04
    "Azərlotereya"nın gəlirləri hara gedir? - Dünya təcrübəsi və Azərbaycan reallığı - Araşdırma
  • Dün, 16:29
    İcra başçısının nə marağı var idi ki... CAMAAT ZÜLMƏ SALINIB? - “Vesta Construction” İŞİNDƏ ŞÜBHƏ!
  • Dün, 15:53
    Məhkəmə işə gecə yarısı baxır? -Bakı Apellyasiya Məhkəməsi gecə 12-də yazılı icraatda akt çıxarıb (?)
  • Dün, 15:22
    Prezident İlham Əliyev Almaniyada səfərdədir
  • Dün, 15:11
    MİDA Abşeronda 2.3 milyona uşaq bağçası tikmək istəyirmiş - Qarşısı alındı / SƏBƏBİ...
  • Dün, 14:34
    “Giləzi-Quşçuluq” şirkəti ölkədən külli miqdarda pul çıxarıb? – Məhkəmə
  • Dün, 13:01
    Qarabağdan qənimət kimi ələ keçirilən mal-qaranı FƏDA ABBASOV SATDIRIB! -Şəhid ailəsi ŞOK FAKTLARI AÇIQLAYIR...
  • Dün, 12:30
    Xüsusi Təyinatlı Yol idarəsində xüsusi rejim:Dayı-bacıoğlu tandeminə "DUR" deyən olacaqmı?!
  • Dün, 11:33
    Parlamentdə dostluq, biznesdə düşmənçilik –Ağalar Vəliyev Yılmaz Okukluya niyə “ilişdi”?”
  • Dün, 10:58
    Cərrahiyə Klinikasında Fariz Camalovun və Fərhad Sultanovun əməliyyatından sonra xəstə ölüb - Video
  • Dün, 10:27
    Fermer kartlarından mənimsənilən milyonlar - Vəzifəli şəxslər və saxta terminallar - ŞOK İDDİA
  • Dün, 10:08
    Qusar icra hakimiyyətində xərclər necə idarə olunur?
  • Dün, 09:39
    Nazirin “DOSTU”dur deyə işçiləri təhdid etməlidir…? – VİDEO
  • 12-02-2026, 18:46
    “Estetik əməliyyatdan sonra üzüm deformasiyaya uğrayıb” – Video
  • 12-02-2026, 18:21
    Bu videoları çəkib gizli kameraları reklam edirlər - Hamamda, oyuncaqda, kompüterdə...
  • 12-02-2026, 17:59
    “Patron” tumları almayın! – Zəhərlənə bilərsiniz
  • 12-02-2026, 17:37
    “Qarant İnşaat” layihədən kənar tikinti işləri aparır? - Nəsimi rayonunda dərəbəylik - Videofakt
  • 12-02-2026, 16:54
    Prezident Dövlət Vergi Xidmətinin işçilərini təltif edib - SİYAHI
  • 12-02-2026, 16:38
    Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin bir qrup əməkdaşı təltif edilib
  • 12-02-2026, 16:29
    Dövlət Vergi Xidmətinin əməkdaşlarına ali xüsusi rütbələr verilib - SƏRƏNCAM
  • 12-02-2026, 16:15
    Saleh Məmmədovun 21 yaşlı oğlu Londonda milyonluq biznesin sahibidir - FOTO
  • 12-02-2026, 15:55
    İKZF Xəlil Göyüşovdan 152 milyon manatlıq yaşayış sahəsi alır
  • 11-02-2026, 18:32
    Deputatın oğlu ilə 14 min manatlıq icarə müqaviləsi
  • 11-02-2026, 18:07
    Rektor Yusif Yusibova qarşı ağır ittihamlar - İntihar cəhdi, təhdidlər və maliyyə maxinasiyaları
Daha çox
  • Baş redaktor: Çingiz Məmmədov
  • Telefon: (+99450) 344 66 36
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Müsahibə
  • Araşdırma
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
Müəllif hüquqları qorunur. Gundelikxeber.org-nun məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə