
Hazırda Bakı metrosunda problem yaranıb.
Gündəlikxəbər.org eüxəbər verir ki, metronun “Xalqlar Dostluğu” stansiyasına daxil olan qatar yola düşmür. Nəticədə platformada çox sayda sərnişin toplanıb.
Rəsmi verilən elana görə, qatarların hərəkətində texniki nasazlıq yaranıb, sərnişinlərdən yerüstü nəqliyyatdan istifadə etmələri tövsiyə edilir.
Qurumun Mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov “Qafqazinfo”ya problemin yaxın dəqiqələrdə həll ediləcəyini bildirib, hər hansı təhlükəli vəziyyətin olmadığını qeyd edib.