• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video

Həbib Həsənov Azərbaycan dövlətinə sədaqəti, yüksək peşəkarlığı və öz işində hər zaman nümayiş etdirdiyi prinsipiallığı ona göstərilmiş bu yüksək etimadı qazanmaq və doğrultmaq üçün kifayət edə biləcək bir səviyyədədir [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

---

7-09-2023, 11:28

Həbib Həsənov Azərbaycan dövlətinə sədaqəti, yüksək peşəkarlığı və öz işində hər zaman nümayiş etdirdiyi prinsipiallığı ona göstərilmiş bu yüksək etimadı qazanmaq və doğrultmaq üçün kifayət edə biləcək bir səviyyədədir


Dünyaya göz açan hər bir kəsin, öz yolu, öz cığırı olur. Bu da əzəli məlum, sonu ALLAHIN qismətindən asılı ömür yoludur. Deyirlər, öz dünyasında olan insanın söz və əməl dünyası saleh olur. Bu yolu şərəflə, ləqayətlə, inam və imanla addımlayan Nərimanov Rayon Məhkəməsinin hakimi və sədri Həbib Həsənov Vətənə ləyaqət nümunəsi sayılacaq vəzifə sahiblərindəndir.

Nərimanov Rayon Məhkəməsinin hakimi və sədri Həbib Həsənov Azərbaycan dövlətinə sədaqəti, yüksək peşəkarlığı və öz işində hər zaman nümayiş etdirdiyi prinsipiallığı ona göstərilmiş bu yüksək etimadı qazanmaq və doğrultmaq üçün kifayət edə biləcək bir səviyyədədir.

Nərimanov Rayon Məhkəməsinin hakimi və sədri Həbib Həsənov - Azərbaycanda güclü və yüksək döyüş hazırlığına malik ordu yaradılması Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır. Məhz Ulu Öndər Heydər Əliyevin sayəsində Azərbaycanda bütün sahələrlə yanaşı, ordu quruculuğunda da böyük nailiyyətlər qazanılıb, peşəkar, yüksək səviyyəli nizami ordu formalaşdırılıb. Prezident, Ali Baş Komandan İlham Əliyevin xüsusi diqqət və qayğısı sayəsində ordumuz regionun ən qüdrətli ordusuna çevrilib. 44 günlük Vətən müharibəsindəki parlaq Qələbə ordumuzun gücünün və qüdrətinin göstəricisidir. 44 gün davam edən İkinci Qarabağ müharibəsi Azərbaycan torpaqlarının işğalına son qoydu. Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Zəfər qazandı. Vətən müharibəsi və onun nəticələri Azərbaycan Silahlı Qüvvələrinin Cənubi Qafqazın ən qüdrətli ordusu olduğunu bir daha göstərdi. Ötən illər ərzində ölkəmizin müdafiə sisteminin möhkəmləndirilməsi, orduda aparılan islahatlar və bu sahədə qazanılan uğurlar Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə ordu quruculuğu sahəsində həyata keçirilən islahatların nəticəsidir.
Çox təəssüflər olsun ki, qazanılmış hərbi-siyasi qələbə nəticəsində regionda yaranmış yeni reallıqlarla barışmayan Ermənistan və başda avanturist Fransa olmaqla onu himayə edənlər hələ də müəyyən illüziyalara qapılaraq ölkəmizə qarşı ərazi iddialarından əl çəkmir, yeni revanşist iddialarla çıxış edirlər.
Ermənistanın təslimçilik - kapitulyasiya aktı olan 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanata etinasız yanaşmaqla, icrası zəruri müddəaları kobud şəkildə pozmağa davam edir. Bunlardan ən başlıcası isə razılaşdırılmış və qəbul edilmiş öhdəliklərdən sui-istifadə edərək humanitar məqsədli Laçın yolundan öz çirkin hərbi-siyasi məqsədləri üçün istifadə etdilər. Eyni zamanda, Azərbaycanın Qarabağ iqtisadi rayonundan Ermənistan silahlı qüvvələrinin qalıqlarının və qanunsuz silahlı birləşmələrin çıxarılması tələbini icra etmədilər. Əksinə, ərazilərin minalanmasını, seperatçıların silah-sursatla təmin olunmasını həyata keçirdilər. Bundan əlavə Qarabağ iqtisadi rayonunda təbii sərvətlərimiz vəhşicəsinə talan edilir və ekologiyaya ciddi zərər vurulurdu.
Bütün bu qanunsuzluqlara və haqsızlıqlara etiraz olaraq Azərbaycan ekofəalları, ictimai və qeyri-hökumət təşkilatlarının nümayəndələri tərəfindən Laçın-Şuşa-Xankəndi yolu üzərində etiraz aksiyalarına start verildi. Onların 138 gün fasiləsiz şəkildə nümayiş etdirdikləri haqlı mübarizə vətən, xalq naminə edilən əsl cəsarətlilik, fədakarlıq nümunəsi idi. Lakin çox təəssüflər olsun ki, uzun müddət davam edən haqlı, sivil etirazlara və bəyanatlara rəğmən qarşı tərəf rus sülhməramlı kontingentinin də himayədarlığından yararlanaraq, alternativ yollardan istifadə etməklə, öz çirkin əməllərini davam etdirdilər. Beləliklə, bütün bu qanunsuz əməllər və biganə münasibət Azərbaycan tərəfinin haqlı olaraq daha ciddi tədbirlər görməsini zəruri etdi.
Belə ki, 23 aprel 2023-cü il tarixdə Azərbaycan-Ermənistan sərhədində Laçın rayonu ərazisində Həkəri çayının üzərində “Laçın” sərhəd-buraxılış məntəqəsi quruldu, fəxarət rəmzimiz üçrəngli, ay-ulduzlu dövlət bayrağımız dalğalandırıldı. Bununla da Azərbaycanın ərazi bütövlüyü tam bərpa oldu. Beləliklə, xalqımız ölkə sərhədlərinin toxunulmazlığının onun üçün nə qədər böyük önəm daşıdığını bütün dünyaya bəyan etdi. Bu proses kənardan heç də sadə və bəsit görünməməlidir. Bütün görülən bu işlərin təməlində vətən sevgisi ilə yoğrulmuş böyük zəhmət, iradə, cəsarətli və dərin düşünülmüş diplomatik addımlar dayanır.
Laçın-Xankəndi yolunda sərhəd-keçid məntəqəsinin yaradılması suveren hüquqlarımızın qorunması, təhlükəsizliyimizin təmini istiqamətində atılan mühüm, tarixi addımlardan biridir. Bu addım dövlətimizin təhlükəsizlik məsələsində kimsəyə güzəştə getmədiyini, öz suveren hüquqlarının tam şəkildə bərpası üçün sona qədər iradə sərgiləməyə qadir olduğunu göstərdi. Başlıcası, rəsmi Bakı Laçın-Xankəndi yolunda sərhəd-keçid məntəqəsi yaratmaqla sübut etdi ki, Azərbaycan sadəcə öz təhlükəsizliyni deyil, həm də regional təhlükəsizliyi təkbaşına təmin etməyə qadirdir və bunun üçün kifayət qədər gücü var.
Beləliklə, BMT Nizamnaməsinin 51-ci maddəsinə müavfiq olaraq Laçında sərhəd buraxılış məntəqəsini yaradılması ilə Azərbaycan öz ərazi bütövlüyünü tam bərpa etmək hüququna malik olmasını bütün dünyaya göstərdi.
Əldə olunmuş bu tarixi nəaliyyətlər, qazanılmış böyük uğurlar ölkə başçısı, Ali Baş Komandan cənab İlham Əliyevin mərhələli şəkildə planlaşdırdığı və zərgər dəqiqliyi ilə qurub-yaratdığı hərbi-siyasi xarakterli müdrik strateji gedişlərin əməli nəticəsidir. Bu səbəbdəndir ki, Azərbaycan xalqı hər zaman öz rəhbərinə güvənmiş, onun “Nəyi, necə, nə vaxt etmək lazımdır, bunu mən bilirəm” kəlamının ətrafında böyük inam və cəsarətlə sıx birləşmişdir. Bunun əməli nəticəsidir ki, xalq-iqtidar birliyi hər zaman olduğu kimi bu gün də qazanılmış böyük uğur və nailiyyətlərlə özünü sübuta yetirməkdədir.

Oxunub: 164
Paylaş:
Digər xəbərlər

---

29-08-2023, 11:08

Nabat Rəfiyeva Azərbaycan dövlətinə sədaqəti, yüksək peşəkarlığı və öz işində hər zaman nümayiş etdirdiyi prinsipiallığı ona göstərilmiş bu yüksək etimadı qazanmaq və doğrultmaq üçün kifayət edə biləcək bir səviyyədədir [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

Siyasət

30-08-2023, 10:21

Zakir Həsənov Türkiyəyə getdi [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

Siyasət

25-07-2023, 10:25

Zakir Həsənov Türkiyədə səfərdədir [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

Siyasət

6-06-2023, 13:50

Vilayət Eyvazov Zakir Həsənovun oğluna yeni vəzifə verdi [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

Cəmiyyət

30-05-2023, 12:11

Cəsarət Qasımov öz çoxtərəfli fəaliyyəti ilə üzərinə düşən olduqca mühüm vəzifələrin öhdəsindən prinsipiallığı və iradəsi hesabına layiqincə gəlir [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

Araşdırma
Novruz Məmmədov ADU-dakı işindən çıxdı - öz ərizəsi ilə...
Mətanət Əfəndiyeva Tibbi Bərpa İnstitutundan çıxarılsa da, heç də az iz qoymayıb
İnnovasiya və Təchizat Mərkəzi “Var Construction” MMC ilə işbirliyini davam etdirir – Başqa adla
Tovuz rayonu üzrə Təhsil Sektoruna kim rəhbərlik edir? - Emin Əmrullayevin diqqətinə
Deputat Ağalar Vəliyev idarə rəisi Qafar Ağayevi necə razı salıb... - VİDEO
Saleh Məmmədov bir milyard manat talan edib?
Hadisə
31-03-2026, 16:36
Qadın sürücü “Range Rover”i aşırdı; xəsarət alanlar var
31-03-2026, 15:24
26 yaşlı oğlan ahıl qadına təcavüz edib? - Cinayət işi açıldı
9-03-2026, 15:14
Milli Onkologiya Mərkəzi yox... RÜŞVƏT MƏRKƏZİ! - İTTİHAM VAR...
7-03-2026, 15:34
Komendant işlədiyi binadan yıxılıb öldü
4-03-2026, 15:48
Hoteldə anasını öldürən yeniyetməyə hökm oxundu
21-02-2026, 16:14
Zabratda mağaza və evlərdən silsilə oğurluq edən şəxs saxlanılıb
Son xəbərlər
  • Bugün, 12:40
    Novruz Məmmədov ADU-dakı işindən çıxdı - öz ərizəsi ilə...
  • Bugün, 12:24
    Mətanət Əfəndiyeva Tibbi Bərpa İnstitutundan çıxarılsa da, heç də az iz qoymayıb
  • Bugün, 11:55
    İnnovasiya və Təchizat Mərkəzi “Var Construction” MMC ilə işbirliyini davam etdirir – Başqa adla
  • Bugün, 11:22
    Tovuz rayonu üzrə Təhsil Sektoruna kim rəhbərlik edir? - Emin Əmrullayevin diqqətinə
  • Bugün, 10:55
    Deputat Ağalar Vəliyev idarə rəisi Qafar Ağayevi necə razı salıb... - VİDEO
  • Bugün, 10:10
    Saleh Məmmədov bir milyard manat talan edib?
  • Bugün, 09:26
    “Qobu Park”ın binaları əyilir - Fotolar təhlükədən xəbər verir
  • Dün, 18:26
    3 il tibbi fəaliyyəti qadağan olsa da... Ülviyyə İlyasova indi də Davinçi Estetik Klinikasında işləyir?
  • Dün, 17:53
    Azərbaycanda media reklamları kimin kurasiyasındadır?
  • Dün, 17:25
    Qərbi Kaspi Universiteti ilə tələbələr arasında QALMAQAL: Nazirlik tələbələrin pulunu ödəməyib?
  • Dün, 16:44
    ADNSU-nun rektorunun "yenilikləri" elm ocağını uçuruma aparır - "Ağzına gələni danış, ancaq"
  • Dün, 16:09
    Sahib Məmmədov məmurların da pulunu vermir? - Müavinətlər niyə kəsilib?
  • Dün, 14:39
    Vitse-spikerin köməkçisindən vətəndaşa qarşı DƏLƏDUZLUQ
  • Dün, 14:19
    “Azəriqaz” vətəndaşları aldatmaqda davam edir - "Dur" deyən, "bəsdir" deyən də yoxdur...
  • Dün, 13:53
    Neftçalada torpaq maxinasiyası: Əkilməyən sahələrə subsidiyalar "ayrılıb"
  • 1-04-2026, 18:06
    Qaradağda yolu sel apardı - Belə keçirlər- AAYDA-nın yeni şefi nə düşünür?- Video
  • 1-04-2026, 17:12
    Nadir İsmayılovun Londonda müsadirə edilən 4.7 milyonluq evi – FOTOLAR
  • 1-04-2026, 16:31
    Məzahir Pənahovun oğlu keçmiş arvadına bu sərvəti qaytaracaq – SİYAHI
  • 1-04-2026, 16:00
    “Məlumat lövhəsində 1 mərtəbə yazılmışdı, indi 3-cünü tikirlər” - Fotolar
  • 1-04-2026, 15:26
    Rəhbərlik dəyişsədə AAYDA-də "köhnə hamam köhnə tas" - Saleh Məmmədovun “3 muşketyoru” vətəndaşların əmlakına qənim kəsilib
  • 1-04-2026, 13:47
    İran parlamentinin vitse-spikeri: Ali Rəhbər ABŞ-la danışıqlara icazə verməyib
  • 1-04-2026, 13:23
    Məzahir Əliyev işçiləri şəxsi zavodunda çalışdırır - AAYDA-da biabırçılıq bitmir
  • 1-04-2026, 12:31
    Mərkəzi Banka yanlış hesabat təqdim edən "Fizza Pay" kimindir? - TƏFƏRRÜAT
  • 1-04-2026, 11:24
    TƏBİB-də “Laboratoriya mafiyası” - ARAŞDIRMA
  • 1-04-2026, 10:58
    Nazir bu institutun xanım direktorunu vəzifəsindən azad etdi - FOTO
  • 1-04-2026, 10:23
    Budaqov Nəsimidə qaz vurub qazan doldurur... - BİRİ ÜÇƏ VURUR...
  • 1-04-2026, 09:45
    “Park Əcəmi” yaşayış kompleksinin tikintisi zamanı ağaclar hansı şərtlərlə kəsilib? Fotofakt
  • 1-04-2026, 09:16
    Gəncə Dəyirman MMC-dən İYRƏNCLİK: UNUN İÇİNDƏ SİÇOVUL QUYRUĞU... - ÖZBAŞINA QALIBLAR...
  • 31-03-2026, 18:01
    Saatlıda ekologiyanı kimlər və niyə məhv edir?
  • 31-03-2026, 17:38
    “Doktor Davud” klinikasında "bozbaş həkim"lər çalışır - 6 min cərimələdilər...
  • 31-03-2026, 16:36
    Qadın sürücü “Range Rover”i aşırdı; xəsarət alanlar var
  • 31-03-2026, 16:00
    Günəş çıxdı, qanunsuz tikintilər başladı- Nizami rayonundan daha bir görüntü- Video
  • 31-03-2026, 15:24
    26 yaşlı oğlan ahıl qadına təcavüz edib? - Cinayət işi açıldı
  • 31-03-2026, 14:47
    Zirzəmidə çökən sistem: Binəqədidə aylardır davam edən kabus
  • 31-03-2026, 14:46
    Zirzəmidə çökən sistem: Binəqədidə aylardır davam edən kabus
Daha çox
  • Baş redaktor: Çingiz Məmmədov
  • Telefon: (+99450) 344 66 36
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Müsahibə
  • Araşdırma
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
Müəllif hüquqları qorunur. Gundelikxeber.org-nun məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə