• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video

İnnovasiya və Təchizat Mərkəzi “Var Construction” MMC ilə işbirliyini davam etdirir – Başqa adla [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

Gündəm / Cəmiyyət

Bugün, 11:55

İnnovasiya və Təchizat Mərkəzi “Var Construction” MMC ilə işbirliyini davam etdirir – Başqa adla

TƏBİB) tabeliyinə verilir. “İnnovasiya və Təchizat Mərkəzi” publik hüquqi şəxsi “Bakı şəhəri və respublikanın digər şəhər və rayonlarında yerləşən 49 tibb müəssisəsinin rentgen və flüoqrafiya, həkim idarəetmə və köməkçi otaqlarında əsaslı təmir işləri” nin satın alınması üzrə 12.12.2025-ci ildə başladığı açıq tenderə yekun vurub. Müsabiqənin qalibi “AZDEV ENGİNEERİNG CONSTRUCTİON” Məhdud Məsuliyyətli Cəmiyyəti seçilib və tərəflər arasında 2.498.930,12 manat məbləğində satınalma müqaviləsinin bağlanılması gözlənilir. Məlumat satınalmaların portalında 29.03.2026-ci ildə dərc edilib.


TEREF yazır ki, göründüyü kimi İnnovasiya və Təchizat Mərkəzi məlumatları satınalmaların portalında qeyri iş günü dərc edilib. Bu isə açıq tender müsabiqəsinin əvvəlcədən planlaşdırıldığını deməyə əsas verir. Çünki, qanunla satınalma proseduru yekunlaşdıqdan sonrakı üç iş günü ərzində məlumatlar satınalmaların portalına yerləşdirilməlidir.


Qeyd edək ki, İnnovasiya və Təchizat Mərkəzi 18.12.2025-ci ildə “Bakı şəhərində yerləşən 50 tibb müəssisəsinin rentgen və flüoqrafiya, həkim idarəetmə və köməkçi otaqlarında (bioloji müdafiə sistemlərinin yaradılması) əsaslı təmir işləri”nin satın alınması üzrə bir mənbədən satınalma metodu tətbiq etməklə “Var Construction” MMC ilə 2.408.622,99 manat məbləğində satınalma müqaviləsi bağlayıb.


İndi gəlin görək İnnovasiya və Təchizat Mərkəzinin müqavilə bağladığı bu şirkətlərin bir-biri ilə nə kimi əlaqələri var. Qeyd edək ki, “Azdev Engineering Construction” elə “Var Construction” MMC -dir.


“Var Construction” şirkəti 16.02.2026-cı ildə adını dəyişdirərək “Azdev Engineering Construction” adı altında fəaliyyətini davam etdirir. Şirkətin adının dəyişdirilməsinin səbəbləri məlum deyil.


Açıq mənbələrdə şirkət haqqında heç bir məlumat yoxdur. Şirkətin veb-səhifəsi olsa da, işlək deyil. MMC-nin əlaqə telefonlarına da rast gəlinmir. Bu baxımdan MMC-nin maddi-texniki bazasının hansı səviyyədə olduğu da məlum deyil.


Qeyd edək ki, sözügedən şirkət 2020-ci ilədək “Turqay” MMC adı altında fəaliyyət göstərib. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarına əsasən, şirkət 2001-ci ilin avqustun 28-də dövlət qeydiyyatına alınıb və 2005-cı ilin yanvarın 6-da isə VÖEN verilib. Nizamnamə kapitalı 1000 manatdır. Hüquqi ünvanı Bakı şəhəri Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, ev 125, mənzil 90-da yerləşən şirkətin qanuni təmsilçisi Orucov Rafət Güləli oğludur. Ondan əvvəl şirkətin qanuni təmsilçisi Kərimov Alim Möhsün oğlu olub.


Məlumat üçün onu da bildirək ki, dövlət satınalmalarının vahid internet portalında ictimaiyyətə təqdim olunmuş məlumatlara əsasən, sözügedən şirkət 2022-ci ildən etibarən TƏBİB-in tabeliyindəki tibb müəssisələrinin təmir işləri ilə bağlı nəhəng tenderlərin qalibi olub. Şirkətlə 2023-cü ilin avqustunda Nərimanov Tibb Mərkəzinin tabeliyindəki 5 nömrəli Şəhər Kliniki Xəstəxananın binası, korpusları və köməkçi binalarının yenidənqurulması (avadanlıq daxil) işlərinin satın alınması ilə bağlı 19 milyon 128 min manatlıq, 2024-cü ilin avqustunda həmin xəstəxana binasına bitişik qəbul qeydiyyat binasında və ərazidə görüləcək əlavə işlərin satın alınması ilə bağlı 4 milyon 363 min manatlıq, 2024-cü ilin oktyabrında isə Respublika Klinik Xəstəxanasının yenidən qurulması işlərinin satın alınması ilə bağlı 18 milyon 257 min manatlıq müqavilələr bağlanılıb.


Mediada yayılan bəzi iddialara görə isə Nərimanov Tibb Mərkəzinin tabeliyindəki 5 nömrəli Şəhər Kliniki Xəstəxananın binasının yenidən qurulması işlərinin yubanması vəsait çatışmazlığı ilə əlaqədardır. Lakin bu iddia inandırıcı görünmür. 19 milyon manat bir xəstəxananın yenidən qurulması üçün o qədər də az vəsait deyil.


Yeri gəlmişkən, Nərimanov Tibb Mərkəzinin yenidən qurulması işlərinin yubanması faktı havadan götürülməyib. Yenidənqurma işlərinin 2024-cü ilin sonlarında tamamlanacağı barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) bununla bağlı rəsmi açıqlaması olub.
Qeyd edək ki, TƏBİB-in tabeliyində olan “İnnovasiya və Təchizat Mərkəzi” publik hüquqi şəxsi Səhiyyə Nazirliyinin tabeliyində olan “İnnovasiya və Təchizat Mərkəzi” olub. Prezidentin 09 mart 2023-cü il tarixli Fərmanı ilə “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxsin (TƏBİB) tabeliyinə verilib. “İnnovasiya və Təchizat Mərkəzi” TƏBİB-in tabeliyindəki tibb müəssisələrinin fəaliyyətinin təşkili məqsədilə iş, xidmət, mal-material və digər ləvazimatların alışı ilə məşğuldur.
“İnnovasiya və Təchizat Mərkəzi” publik hüquqi şəxsin direktoru Nurlan Quliyevdir.
Qeyd edək ki, Nurlan Quliyev 2023-cü ilin iyun ayından “İnnovasiya və Təchizat Mərkəzi”nin direktorudur. Medianın yaydığı məlumatlara görə Nurlan Quliyev İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyyətinin sədri olmuş Zaur Əliyevin kadrıdır. Vəzifə pilləsində yüksəlişi də birbaşa onunla bağlıdır. Vaxtı ilə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Satınalma və Təchizat Departamentinin müdiri vəzifəsində çalışıb.
Mediada və tibb ictimaiyyəti arasında Nurlan Quliyevin adı daha çox Zaur Əliyevin “gizli kassası” kimi hallanır. İddialara görə, Nurlan Quliyev tenderlərdə iştirak edən şirkətləri özünün “qaydaları” çərçivəsində sıxışdıraraq, onlar üzərindən manipulyasiya əməliyyatları həyata keçirir. Elə adını dəyişmiş “Var Construction” MMC ilə başqa adla işbirliyi də Nurlan Quliyevin əməllərindən biridir.
Məlum olduğu kimi martın 19-da İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi (İTSDA) ləğv edilərək səlahiyyətləri Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə (ƏƏSMN) həvalə edilib.Bu baxımdan cbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin sədri Zaur Əliyev vəzifəsini iturib. Medianın yaydığı məlumatlara görə Zaur Əliyevlə bərabər 10-dan çox yüksək vəzifəli şəxs də vəzifəsini itirib.
Aktualinfo.net

Oxunub: 1
Paylaş:
Digər xəbərlər

Gündəm / Cəmiyyət

28-02-2025, 12:14

Abit Əliyevin rəhbərlik etdiyi “Bakı Şəhər Əsaslı Tikinti və Təmir” MMC kimə və nəyə xidmət göstərir -İLGİNC FAKTLAR [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

Gündəm / Cəmiyyət

8-01-2025, 15:18

“RRM TƏMİR-TİKİNTİ” MMC-yə bir ay arzinə milyonlarla manat dəyəri olan dörd müqavilə bağlamağa şəraiti kimlər yaradıb?!-İLGİNC FAKTLAR [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

Gündəm / Cəmiyyət

19-12-2024, 15:18

İbrahim Cəfərovu bir nəfərin idarə etdiyi 5 MMC ilə işbirliyi qurmağa sövq edən nədir - İLGİNC FAKTLAR... [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

Siyasət / Cəmiyyət

1-11-2024, 16:06

SABİQ NAZİRİN “TENDER KRALI”NA ÇEVRİLƏN ŞİRKƏTİ... - Azərbaycanda “Caspel”dən başqa İT şirkəti yoxdur? -DE-FAKTO [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

Gündəm / Cəmiyyət

8-07-2024, 15:59

“Azərişıq” dövlət satınalmalarını “Harmony İndustrial Group” MMC ilə rəsmən belə saxtalaşdırır [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

Araşdırma
Novruz Məmmədov ADU-dakı işindən çıxdı - öz ərizəsi ilə...
Mətanət Əfəndiyeva Tibbi Bərpa İnstitutundan çıxarılsa da, heç də az iz qoymayıb
İnnovasiya və Təchizat Mərkəzi “Var Construction” MMC ilə işbirliyini davam etdirir – Başqa adla
Tovuz rayonu üzrə Təhsil Sektoruna kim rəhbərlik edir? - Emin Əmrullayevin diqqətinə
Deputat Ağalar Vəliyev idarə rəisi Qafar Ağayevi necə razı salıb... - VİDEO
Saleh Məmmədov bir milyard manat talan edib?
Hadisə
31-03-2026, 16:36
Qadın sürücü “Range Rover”i aşırdı; xəsarət alanlar var
31-03-2026, 15:24
26 yaşlı oğlan ahıl qadına təcavüz edib? - Cinayət işi açıldı
9-03-2026, 15:14
Milli Onkologiya Mərkəzi yox... RÜŞVƏT MƏRKƏZİ! - İTTİHAM VAR...
7-03-2026, 15:34
Komendant işlədiyi binadan yıxılıb öldü
4-03-2026, 15:48
Hoteldə anasını öldürən yeniyetməyə hökm oxundu
21-02-2026, 16:14
Zabratda mağaza və evlərdən silsilə oğurluq edən şəxs saxlanılıb
Son xəbərlər
  • Bugün, 12:40
    Novruz Məmmədov ADU-dakı işindən çıxdı - öz ərizəsi ilə...
  • Bugün, 12:24
    Mətanət Əfəndiyeva Tibbi Bərpa İnstitutundan çıxarılsa da, heç də az iz qoymayıb
  • Bugün, 11:55
    İnnovasiya və Təchizat Mərkəzi “Var Construction” MMC ilə işbirliyini davam etdirir – Başqa adla
  • Bugün, 11:22
    Tovuz rayonu üzrə Təhsil Sektoruna kim rəhbərlik edir? - Emin Əmrullayevin diqqətinə
  • Bugün, 10:55
    Deputat Ağalar Vəliyev idarə rəisi Qafar Ağayevi necə razı salıb... - VİDEO
  • Bugün, 10:10
    Saleh Məmmədov bir milyard manat talan edib?
  • Bugün, 09:26
    “Qobu Park”ın binaları əyilir - Fotolar təhlükədən xəbər verir
  • Dün, 18:26
    3 il tibbi fəaliyyəti qadağan olsa da... Ülviyyə İlyasova indi də Davinçi Estetik Klinikasında işləyir?
  • Dün, 17:53
    Azərbaycanda media reklamları kimin kurasiyasındadır?
  • Dün, 17:25
    Qərbi Kaspi Universiteti ilə tələbələr arasında QALMAQAL: Nazirlik tələbələrin pulunu ödəməyib?
  • Dün, 16:44
    ADNSU-nun rektorunun "yenilikləri" elm ocağını uçuruma aparır - "Ağzına gələni danış, ancaq"
  • Dün, 16:09
    Sahib Məmmədov məmurların da pulunu vermir? - Müavinətlər niyə kəsilib?
  • Dün, 14:39
    Vitse-spikerin köməkçisindən vətəndaşa qarşı DƏLƏDUZLUQ
  • Dün, 14:19
    “Azəriqaz” vətəndaşları aldatmaqda davam edir - "Dur" deyən, "bəsdir" deyən də yoxdur...
  • Dün, 13:53
    Neftçalada torpaq maxinasiyası: Əkilməyən sahələrə subsidiyalar "ayrılıb"
  • 1-04-2026, 18:06
    Qaradağda yolu sel apardı - Belə keçirlər- AAYDA-nın yeni şefi nə düşünür?- Video
  • 1-04-2026, 17:12
    Nadir İsmayılovun Londonda müsadirə edilən 4.7 milyonluq evi – FOTOLAR
  • 1-04-2026, 16:31
    Məzahir Pənahovun oğlu keçmiş arvadına bu sərvəti qaytaracaq – SİYAHI
  • 1-04-2026, 16:00
    “Məlumat lövhəsində 1 mərtəbə yazılmışdı, indi 3-cünü tikirlər” - Fotolar
  • 1-04-2026, 15:26
    Rəhbərlik dəyişsədə AAYDA-də "köhnə hamam köhnə tas" - Saleh Məmmədovun “3 muşketyoru” vətəndaşların əmlakına qənim kəsilib
  • 1-04-2026, 13:47
    İran parlamentinin vitse-spikeri: Ali Rəhbər ABŞ-la danışıqlara icazə verməyib
  • 1-04-2026, 13:23
    Məzahir Əliyev işçiləri şəxsi zavodunda çalışdırır - AAYDA-da biabırçılıq bitmir
  • 1-04-2026, 12:31
    Mərkəzi Banka yanlış hesabat təqdim edən "Fizza Pay" kimindir? - TƏFƏRRÜAT
  • 1-04-2026, 11:24
    TƏBİB-də “Laboratoriya mafiyası” - ARAŞDIRMA
  • 1-04-2026, 10:58
    Nazir bu institutun xanım direktorunu vəzifəsindən azad etdi - FOTO
  • 1-04-2026, 10:23
    Budaqov Nəsimidə qaz vurub qazan doldurur... - BİRİ ÜÇƏ VURUR...
  • 1-04-2026, 09:45
    “Park Əcəmi” yaşayış kompleksinin tikintisi zamanı ağaclar hansı şərtlərlə kəsilib? Fotofakt
  • 1-04-2026, 09:16
    Gəncə Dəyirman MMC-dən İYRƏNCLİK: UNUN İÇİNDƏ SİÇOVUL QUYRUĞU... - ÖZBAŞINA QALIBLAR...
  • 31-03-2026, 18:01
    Saatlıda ekologiyanı kimlər və niyə məhv edir?
  • 31-03-2026, 17:38
    “Doktor Davud” klinikasında "bozbaş həkim"lər çalışır - 6 min cərimələdilər...
  • 31-03-2026, 16:36
    Qadın sürücü “Range Rover”i aşırdı; xəsarət alanlar var
  • 31-03-2026, 16:00
    Günəş çıxdı, qanunsuz tikintilər başladı- Nizami rayonundan daha bir görüntü- Video
  • 31-03-2026, 15:24
    26 yaşlı oğlan ahıl qadına təcavüz edib? - Cinayət işi açıldı
  • 31-03-2026, 14:47
    Zirzəmidə çökən sistem: Binəqədidə aylardır davam edən kabus
  • 31-03-2026, 14:46
    Zirzəmidə çökən sistem: Binəqədidə aylardır davam edən kabus
Daha çox
  • Baş redaktor: Çingiz Məmmədov
  • Telefon: (+99450) 344 66 36
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Müsahibə
  • Araşdırma
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
Müəllif hüquqları qorunur. Gundelikxeber.org-nun məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə