• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video

Kamaləddin Qafarov: “Şuşa mötəbər beynəlxalq tədbirə ev sahibliyi etdi” [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

---

11-10-2023, 10:28

Kamaləddin Qafarov: “Şuşa mötəbər beynəlxalq tədbirə ev sahibliyi etdi”


“Hazırda Azərbaycanın İqtisadi Əməkdaşlıq Təşkilatına sədrlik etməsi və bu il oktyabrın 10-da İƏT Nazirlər Şurasının 27-ci iclasının məhz Şuşa şəhərində keçirilməsi ölkəmizin Təşkilat daxilində sahib olduğu yüksək nüfuzunun və beynəlxalq mövqelərinin möhkəmlənməsinin göstəricilərindən biridir. Ölkə Prezidenti cənab İlham Əliyevin tədbir iştirakçılarına ünvanladığı məktubunda da qeyd olunmuşdur ki, İƏT regionumuzun nəhəng iqtisadi potensialından daha səmərəli istifadə, region ölkələri arasında iqtisadiyyat və ticarət sahəsində əlaqələrin inkişaf etdirilməsi baxımından əlverişli imkanlara malikdir.”

Bu sözləri mətbuata açıqlamasında Milli Məclisin deputatı Kamaləddin Qafarov deyib.

Deputat Azərbaycanın İƏT-də sədrlik mövzusunun əhəmiyyətindən bəhs edərək deyib: “Bu ilin yanvar ayının 24-də Özbəkistanın Daşkənd şəhərində keçirilmiş İqtisadi Əməkdaşlıq Təşkilatının Nazirlər Şurasının 26-cı iclasında qəbul olunmuş qərara əsasən 2023-cü il üçün Təşkilata sədrlik rəsmən Azərbaycana keçmişdir. Bu gün ətraf mühitin çirkləndirilməsi, atmosferin həddindən artıq karbonlaşması kimi problemlər bütün bəşəriyyəti təhdid edən qlobal təhlükələrə yol açmışdır. Məhz bu problemlərin həlli yollarının daha effektiv şəkildə tədqiq edilməsi məqsədilə də dekarbonlaşma, “yaşıl enerji” növlərinin artırılması kimi məsələlər ölkəmizin dayanıqlı inkişaf gündəliyinin əsası kimi müəyyən edilib. Eyni zamanda “yaşıl enerji” zonası elan edilmiş Qarabağ və Şərqi Zəngəzurda aparılan genişmiqyaslı yenidənqurma və bərpa işləri “ağıllı şəhər” və “ağıllı kənd” konsepsiyasına uyğun olaraq həyata keçirilir ki, bu da Azərbaycanın İƏT-də sədrlik mövzusu ilə həmahənglik təşkil edir. Təbii ki, Azərbaycan bütün dost və tərəfdaş ölkələrə ən müxtəlif sahələrdə əməkdaşlıq üçün hər zaman açıqdır. Etibarlı tranzit ölkə kimi, Azərbaycanın nəqliyyat-logistika infrastrukturu bütün İƏT ölkələri üçün açıqdır. Möhtərəm dövlət başçımızın müraciətində də qeyd olunmuşdur ki, Azərbaycan Şərq-Qərb marşrutu üzrə yükdaşımalara tələbatın artdığını nəzərə alaraq Bakı-Tbilisi-Qars dəmir yolu ilə daşınan yüklərin həcminin 1 milyon tondan 5 milyon tona çatdırmağı hədəfləyir. Həmçinin İran İslam Respublikasının ərazisi vasitəsilə Naxçıvan Muxtar Respublikasına çıxış imkanı yaradacaq avtomobil və dəmir yolunun çəkilməsi barədə bu ölkə ilə razılıq əldə olunmuşdur. Azərbaycan, eyni zamanda, Şimal-Cənub Nəqliyyat Dəhlizinin ötürücülük qabiliyyətinin daha da genişləndirilməsi üzərində fəal çalışır.”

Kamaləddin Qafarov bu məqamı da xüsusi qeyd etmişdir ki, Azərbaycanın işğaldan azad edilmiş ərazilərində aparılan genişmiqyaslı yenidənqurma və bərpa işləri, həyata keçirilən layihələr barədə İƏT üzvlərinə təqdim olunan açıqlamalar Azərbaycan həqiqətlərinin geniş dünya ictimaiyyətinə çatdırılması baxımından da böyük önəm kəsb edir: “Azərbaycan 2020-ci ildə öz tarixi torpaqlarını Ermənistanın işğalından azad etdikdən dərhal sonra bu ərazilərdə irimiqyaslı bərpa-quruculuq işlərinə başlamışdır. İşğal dövründə ermənilərin bu torpaqlarda törətdikləri vandallıqlar nəticəsində Azərbaycanın yüzlərlə şəhər, qəsəbə və kəndləri tamamilə dağıdılaraq yer üzündən silinmişdir. Buna görə də ölkəmiz bu əraziləri demək olar ki, başdan-başa yenidən qurur. Ötən üç il ərzində əldə olunan nəticələr həqiqətən də möhtəşəmdir. Milli prioritetlərimiz sırasında olan “Böyük Qayıdış” proqramı bu gün uğurla icra edilir. Proqram çərçivəsində bu günə qədər Laçın, Füzuli şəhərlərinə, Ağalı, Zabux və Talış kəndlərinə köçkünlərin qayıtması təmin olunub. Növbəti 3 ildə isə daha 100 minə qədər köçkünün doğma yurd-yuvalarına dönməsi planlaşdırılır. Regionda həyata keçirilən layihələr Qarabağın və Şərqi Zəngəzurun dirçəlməsinə, əhalinin dayanıqlı məskunlaşmasına xidmət edir. Həmin ərazilərin inkişaf etmiş regiona çevrilməsi prosesi gedir. İşğaldan azad olunmuş ərazilərdə həyata keçirilmiş vacib infrastruktur layihələri, o cümlədən iki yeni beynəlxalq hava limanı tikilib istifadəyə verilməsi və üçüncüsünün hazırda Laçında inşasının davam etməsi regionun beynəlxalq statusunu artırır. Təsadüfi deyil ki, Azərbaycanın mədəniyyət paytaxtı olan Şuşa şəhəri 2026-cı il üçün İƏT-in turizm paytaxtı elan edilmişdir. Bu əlbəttə ki, əlamətdar hadisədir və birmənalı olaraq Azərbaycanın növbəti uğuru kimi qiymətləndirilməlidir”.

Oxunub: 143
Paylaş:
Digər xəbərlər

Siyasət

10-10-2023, 14:18

Prezident İƏT Nazirlər Şurasının Şuşada keçirilən 27-ci iclasının iştirakçılarına müraciət ünvanlayıb [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

---

4-10-2023, 11:36

Kamaləddin Qafarov: “Azərbaycan beynəlxalq kosmik ailənin nüfuzlu üzvüdür ” [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

---

2-10-2023, 09:42

Kamaləddin Qafarov: “1993-cü ilin 3 oktyabrı Azərbaycanın inkişafının start nöqtəsidir” [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

---

13-06-2023, 10:23

Kamaləddin Qafarov: “Şuşa Bəyannaməsi mühüm tarixi sənəddir” [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

---

2-06-2023, 15:16

Kamaləddin Qafarov: “İsrail ilə əməkdaşlıq Azərbaycanın mənafeyinə uyğundur” [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

Araşdırma
Sürücülərin nəzərinə!
Kərkicahana yola salınan köç ünvana çatdı
Bir məktəb, bir millət, bir söz : Bəxtiyar Vahabzadə ruhu
Nasaz nəqliyyat vasitələri ilə yola çıxmayın! - Müraciət
Avtomobil hasara çırpıldı - Ölən və yaralanan var
Bu marşrut avtobuslarında ödənişi daha bank kartı ilə edə bilərik
Hadisə
20-12-2025, 18:10
Nəsimidə oğurluq edən 4 nəfər saxlanıldı
20-12-2025, 18:05
Oğurladığı dollarların yerinə saxtasını qoydu - Polis saxladı
20-12-2025, 13:20
Sumqayıtda 17 yaşlı qız, Bakıda 33 yaşlı kişi binadan yıxılıb öldülər
19-12-2025, 15:47
9-cu sinif şagirdi ağır xəsarət aldı
18-12-2025, 11:14
34 vətəndaşımız Almaniyadan geri qəbul edildi
17-12-2025, 10:54
Sumqayıtda yeniyetmə bıçaqlandı - Həmyaşıdı saxlanıldı
Son xəbərlər
  • 20-12-2025, 18:12
    Silahlı hücumda yaralanan futbolçu 3 gün sonra öldü
  • 20-12-2025, 18:10
    Nəsimidə oğurluq edən 4 nəfər saxlanıldı
  • 20-12-2025, 18:09
    Sürücülərin nəzərinə!
  • 20-12-2025, 18:08
    Kərkicahana yola salınan köç ünvana çatdı
  • 20-12-2025, 18:07
    Goranboyda 13 yaşlı qız dəm qazından öldü
  • 20-12-2025, 18:05
    Oğurladığı dollarların yerinə saxtasını qoydu - Polis saxladı
  • 20-12-2025, 14:19
    Bir məktəb, bir millət, bir söz : Bəxtiyar Vahabzadə ruhu
  • 20-12-2025, 13:30
    Nasaz nəqliyyat vasitələri ilə yola çıxmayın! - Müraciət
  • 20-12-2025, 13:27
    Avtomobil hasara çırpıldı - Ölən və yaralanan var
  • 20-12-2025, 13:24
    ABŞ və Azərbaycan arasında ikitərəfli İşçi Qrupun - İlk görüşü keçirildi
  • 20-12-2025, 13:22
    Bu marşrut avtobuslarında ödənişi daha bank kartı ilə edə bilərik
  • 20-12-2025, 13:20
    Sumqayıtda 17 yaşlı qız, Bakıda 33 yaşlı kişi binadan yıxılıb öldülər
  • 20-12-2025, 13:18
    Həftəsonunun havası
  • 19-12-2025, 21:09
    Azərbaycanın FİFA referilərinin sayı artdı
  • 19-12-2025, 21:07
    Mirziyoyev İlham Əliyevi təbrik etdi
  • 19-12-2025, 21:05
    Baş Prokurorluq Kamran Əsədov və “şərikləri” ilə bağlı - Açıqlama yaydı
  • 19-12-2025, 21:02
    Karantin rejiminin müddəti uzadıldı
  • 19-12-2025, 21:01
    “Fənərbaxça” prezidentinin evində axtarış aparıldı
  • 19-12-2025, 20:59
    Trampın dəstəklədiyi qanun ABŞ-də təsdiqləndi
  • 19-12-2025, 15:50
    “Tibb bacılarının evdə iynə vurmalarına icazə yoxdur”
  • 19-12-2025, 15:48
    "Reanimasion xəstələrin yerləşdirilməsi ilə bağlı ciddi problemlərimiz var”
  • 19-12-2025, 15:47
    9-cu sinif şagirdi ağır xəsarət aldı
  • 19-12-2025, 15:45
    Vəkil adından qanunsuz istifadəyə görə cərimələrdə dəyişiklik
  • 19-12-2025, 15:40
    Uşaq ölümlərinin sayı 30 faiz azalıb
  • 19-12-2025, 13:22
    “Prezidentin bu ölkəyə səfəri mühüm siyasi əhəmiyyət daşıyır”
  • 19-12-2025, 13:19
    Onların cəzası 6 ay azaldılacaq
  • 19-12-2025, 13:18
    Ölkə üzrə 3500-dən çox vərəmli xəstə qeydiyyata alınıb
  • 19-12-2025, 13:16
    Si Cinpin Prezidenti təbrik etdi
  • 19-12-2025, 13:14
    Prezidentdən 1,4 milyonluq - Sərəncam
  • 18-12-2025, 14:26
    Bu institutun əməkdaşları təltif edildi - Siyahı
  • 18-12-2025, 14:24
    Prezidentdən Gülçöhrə Məmmədova ilə bağlı - Sərəncam
  • 18-12-2025, 14:23
    İlham Əliyev onları təltif etdi - Siyahı
  • 18-12-2025, 14:22
    21 yaşlı əsgər hospitalda vəfat edib - Rəsmi
  • 18-12-2025, 14:20
    Maşın təyyarəsini zədələdi
  • 18-12-2025, 14:19
    Məcnun Məmmədov Omanın iqtisadiyyat naziri ilə görüşdü
Daha çox
  • Baş redaktor: Çingiz Məmmədov
  • Telefon: (+99450) 344 66 36
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Müsahibə
  • Araşdırma
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
Müəllif hüquqları qorunur. Gundelikxeber.org-nun məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə