• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video

Qara Abdullayev: Uğurlu diplomatiyanın növbəti Zirvəsi [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

---

22-10-2023, 12:14

Qara Abdullayev: Uğurlu diplomatiyanın növbəti Zirvəsi


Nəsimi Rayon Dövlət Yol Polisi Şöbəsinin rəisi, polis mayoru Qara Abdullayev - Qədim yunan filosofu Demokrit həmvətənlərini inandırırdı ki, söz əməlin kölgəsidir. Yəni dediyin sözün qiyməti görəcəyin əməldən asılıdır. Əlbəttə, qədim yunanlının bu kəlamı aksiomdur, yəni isbata ehtiyacı yoxdur. Çünki bu gün Azərbaycan xalqı sözlə əməlin üst-üstə düşməsinə qiymət verir, sözünün arxasında dayanan şəxsiyyəti alqışlayır və dəstəkləyirlər.

Müzəffər Ali Baş Komandan İlham Əliyev prezidentlik fəaliyyətinin 20 ili ərzində xalqına verdiyi bütün vədləri yerinə yetirmiş güclü siyasi lider olaraq hər bir Azərbaycan vətəndaşının Prezidenti olduğunu təsdiqləyir.
Artıq bu gün - 33 ildən sonra dövlətimiz və xalqımız ən şərəfli günlərini yaşayır.

Artıq Azərbaycan öz ərazi bütövlüyünü tamamilə bərpa edərək böyük tarixi zəfərə imza atıb. İndi suveren, bütün ərazi bütövlüyü təmin olunmuş qüdrətli Azərbaycan dövləti mövcuddur! Hazırda işğaldan azad olunmuş torpaqlarımız bərpa olunur, yenidən qurulur. Bütün bu uğurlar Qalib Liderin sözünün və əməlinin vəhdətinin nümayişidir.
Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev oktyabrın 15-də prezident vəzifəsinə seçilməsinin 20-ci ildönümündə tarixi torpaqlarımız olan Xankəndi, Xocalı, Ağdərə, Xocavənd şəhərlərində, Əsgəran qəsəbəsində və Sərsəng su anbarının ərazisində müqəddəs üçrəngli bayrağımızı qaldırdı və xalqına etdiyi proqram xarakterli tarixi müraciətində bildirdi ki, artıq Azərbaycanla dünyada hesablaşırlar, Azərbaycan dünya miqyasında özünə layiq yerini tuta bilib. Dövlətimizin başçısı diqqətə çatdırdı ki, son 20 il ərzində verdiyi bütün vədlər, qarşısına qoyduğu bütün vəzifələr icra edilib: “Düz 20 il bundan əvvəl Azərbaycan xalqı mənə böyük etimad göstərərək prezident seçkilərində Prezident vəzifəsinə seçmişdir. O vaxt doğma xalqıma müraciət edərək söz vermişdim ki, Azərbaycan xalqının və Azərbaycan dövlətinin milli maraqlarını müdafiə edəcəyəm, Azərbaycanın ərazi bütövlüyünü qoruyacağam. Konstitusiyaya və “Qurani-Kərim”ə əl basaraq and içmişdim. Şadam ki, son 20 il ərzində verdiyim bütün vədlər, qarşıma qoyduğum bütün vəzifələr icra edildi”.
Dövlətimizin başçısı müraciətində onu da bildirdi ki, 20 il bundan əvvəl Prezident kimi öz vəzifə borcumu yerinə yetirməyə başlayanda qarşıma bir nömrəli vəzifə qoymuşdum ki, Azərbaycan Bayrağı o vaxt işğal altında olan bütün ərazilərdə, bütün torpaqlarda, bütün şəhər və kəndlərdə qaldırılsın: “Hər gün biz bu müqəddəs anı yaxınlaşdırırdıq və dəfələrlə deyirdim ki, hər birimiz, hərə öz yerində öz işi ilə bu günü yaxınlaşdırmalıdır. Bu illər ərzində Azərbaycan gücləndi, Azərbaycan dünya miqyasında özünə layiq yerini tuta bildi. Artıq Azərbaycanla dünyada hesablaşırlar. Ölkəmizin mövqeyi, dövlətimizin addımları nəinki bölgədə, daha da böyük coğrafiyada böyük məna daşıyır. Bir çox hallarda Azərbaycan önəmli təşəbbüslərin müəllifidir. Biz bu illər ərzində Ermənistan-Azərbaycan münaqişəsini həll etmək üçün güclü bir siyasi və hüquqi zəmin yaratdıq”.
Azərbaycan Prezidenti xalqa etdiyi tarixi müraciətində bildirdi ki, bu gün Xankəndidə olmağımızın əsas səbəbkarı Azərbaycan xalqıdır, Azərbaycan övladıdır: “Elə bir gənc nəsil yetişdirdik ki, Vətən, torpaq uğrunda ölümə getməyə hazır idi və ölümə də gedirdi. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Biz onların ruhu qarşısında baş əyirik. Biz Azərbaycan xalqı olaraq onlara əbədi borcluyuq”.
“Həm üç il bundan əvvəl, həm son üç il ərzində, həm də sentyabr ayında keçirilmiş antiterror əməliyyatı zamanı Azərbaycan əsgəri, zabiti əsl qəhrəmanlıq, vətənpərvərlik, fədakarlıq göstərmişdir”,-deyən dövlət başçımız onu da vurğuladı ki, biz Ordumuzla, Silahlı Qüvvələrimizlə fəxr edirik, onlar bizim qürur mənbəyimizdir: “Təkcə Azərbaycan vətəndaşları yox, əminəm ki, dünyada yaşayan on milyonlarla azərbaycanlı Azərbaycan əsgəri və zabiti ilə, Azərbaycan dövləti ilə haqlı olaraq fəxr edir”.
Qara Abdullayev: Uğurlu diplomatiyanın növbəti Zirvəsi

Dövlət başçısı müraciətində cinayətkarların da cəzasız qalmayacağını vurğulayıb: “Özünü “xarici işlər naziri” adlandırmış bir separatçı o vaxt belə kinayə ilə deyirdi ki, Azərbaycan bayrağını Xankəndidə qaldırmaq istəyirsə, səfirlik açsın bizim ölkəmizdə”. İndi onun da çayı orada, təcridxanada verilir. Bizim bayrağımız isə bax, oradadır. Bu, dərs olmalıdır onlara. Əfsuslar olsun ki, mənim 20 il bundan əvvəl dediyim və ondan sonra dəfələrlə təkrar etdiyim sözlər onlara çatmadı. Xeyr, mən nəyi demişəmsə, onu da etmişəm, bunu hər kəs bilir, o cümlədən Ermənistanda da bunu bilirlər və bunu unutmasınlar. Vətən müharibəsini unutmasınlar! Antiterror tədbirlərini unutmasınlar!”
Bu faktın özü Azərbaycan dövlətinin heç bir separatçı-terrorçuların ölkə ərazisində bir daha baş qaldırmasına imkan verməyəcəyini, ərazi bütövlüyümüzün əbədi olaraq təmin edildiyini dünyaya nümayiş etdirir.
Bir sözlə, bu gün Xankəndidə bayrağımızın ucaldılması Vətən müharibəsindən sonra dövlətimizin, xalqımızın, Prezidentimizin əldə etdiyi ən böyük nailiyyətdir. Bu tarixi zəfər hər zaman xalqımız tərəfindən böyük qürur və məmnunluq hissi ilə xatırlanacaq, Prezidentimizin xalqımız qarşısındakı bu tarixi xidməti əsla unudulmayacaq. Çünki bu, xalqımızın on illərlə həsrətində olduğu bir qələbədir və biz bu qələbəni qəhrəman oğullarımızın qanı və canı bahasına, eləcə də Ali Baş Komandanımızın qətiyyəti sayəsində qazanılıb. İstər Vətən müharibəsində, istərsə də sentyabrın 20-də həyata keçirlən 23 saatlıq lokal antiterror tədbirləri zamanı məhz ordumuzun qüdrəti, xalqımızın fədakarlığı bu böyük, çoxsaylı uğurların təminatçısı oldu. Əlbəttdə, heç şübhəsiz ki, bütün bu nailiyyətlərin, zəfərlərin mərkəzində dayanan əsas amili güclü sərkərdə - Ali Baş Komandan amili oldu. Məhz İlham Əliyevin bacarıqlı siyasətçi və müzəffər sərkərdə kimi peşəkarlığı, uzaqgörənliyi ordumuzun, xalqımızın apardığı mübarizənin qələbə ilə başa çatmasını təmin etdi. Bu gün Azərbaycan Ordusu istənilən vəzifəni şərəflə yerinə yetirə bilər, müzəffər Ordumuz bunu döyüş meydanında sübut edib.
Prezident İlham Əliyev sonda bir daha qürurla bildirdi ki, Azərbaycan Bayrağını bu gün qaldırmışam və doğma xalqıma bir daha demək istəyirəm ki, biz bu Qələbəyə layiqik: “Mən qürur hissi ilə Azərbaycan Bayrağını bu gün qaldırmışam və doğma xalqıma bir daha demək istəyirəm ki, biz bu Qələbəyə layiqik. Azərbaycan xalqı bu Qələbəni öz qanı, canı bahasına əldə etmişdir. Bu gün burada qaldırdığım Bayraq burada əbədi dalğalanacaq və biz burada əbədi yaşayacağıq. Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!”

Oxunub: 160
Paylaş:
Digər xəbərlər

---

24-09-2023, 12:59

Qara Abdullayev: Azərbaycanın bütün addımları legitimdir, hüquqidir və ədalətlidir [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

---

30-08-2023, 12:50

Qara Abdullayev: Proseslər Azərbaycanın xeyrinə inkişaf edir [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

Cəmiyyət

9-08-2023, 13:13

Qara Abdullayev: Seçim vaxtıdır! [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

Cəmiyyət

16-05-2023, 11:02

Qara Allahverdiyev: Heydər Əliyev dünya tarixində müasir Azərbaycan dövlətçiliyinin rəmzi kimi tanınıb [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

Gündəm / Siyasət

15-05-2023, 11:47

Şahin Xurşudov: Güclü və dəmir iradəli şəxsiyyət [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

Araşdırma
Sürücülərin nəzərinə!
Kərkicahana yola salınan köç ünvana çatdı
Bir məktəb, bir millət, bir söz : Bəxtiyar Vahabzadə ruhu
Nasaz nəqliyyat vasitələri ilə yola çıxmayın! - Müraciət
Avtomobil hasara çırpıldı - Ölən və yaralanan var
Bu marşrut avtobuslarında ödənişi daha bank kartı ilə edə bilərik
Hadisə
20-12-2025, 18:10
Nəsimidə oğurluq edən 4 nəfər saxlanıldı
20-12-2025, 18:05
Oğurladığı dollarların yerinə saxtasını qoydu - Polis saxladı
20-12-2025, 13:20
Sumqayıtda 17 yaşlı qız, Bakıda 33 yaşlı kişi binadan yıxılıb öldülər
19-12-2025, 15:47
9-cu sinif şagirdi ağır xəsarət aldı
18-12-2025, 11:14
34 vətəndaşımız Almaniyadan geri qəbul edildi
17-12-2025, 10:54
Sumqayıtda yeniyetmə bıçaqlandı - Həmyaşıdı saxlanıldı
Son xəbərlər
  • 20-12-2025, 18:12
    Silahlı hücumda yaralanan futbolçu 3 gün sonra öldü
  • 20-12-2025, 18:10
    Nəsimidə oğurluq edən 4 nəfər saxlanıldı
  • 20-12-2025, 18:09
    Sürücülərin nəzərinə!
  • 20-12-2025, 18:08
    Kərkicahana yola salınan köç ünvana çatdı
  • 20-12-2025, 18:07
    Goranboyda 13 yaşlı qız dəm qazından öldü
  • 20-12-2025, 18:05
    Oğurladığı dollarların yerinə saxtasını qoydu - Polis saxladı
  • 20-12-2025, 14:19
    Bir məktəb, bir millət, bir söz : Bəxtiyar Vahabzadə ruhu
  • 20-12-2025, 13:30
    Nasaz nəqliyyat vasitələri ilə yola çıxmayın! - Müraciət
  • 20-12-2025, 13:27
    Avtomobil hasara çırpıldı - Ölən və yaralanan var
  • 20-12-2025, 13:24
    ABŞ və Azərbaycan arasında ikitərəfli İşçi Qrupun - İlk görüşü keçirildi
  • 20-12-2025, 13:22
    Bu marşrut avtobuslarında ödənişi daha bank kartı ilə edə bilərik
  • 20-12-2025, 13:20
    Sumqayıtda 17 yaşlı qız, Bakıda 33 yaşlı kişi binadan yıxılıb öldülər
  • 20-12-2025, 13:18
    Həftəsonunun havası
  • 19-12-2025, 21:09
    Azərbaycanın FİFA referilərinin sayı artdı
  • 19-12-2025, 21:07
    Mirziyoyev İlham Əliyevi təbrik etdi
  • 19-12-2025, 21:05
    Baş Prokurorluq Kamran Əsədov və “şərikləri” ilə bağlı - Açıqlama yaydı
  • 19-12-2025, 21:02
    Karantin rejiminin müddəti uzadıldı
  • 19-12-2025, 21:01
    “Fənərbaxça” prezidentinin evində axtarış aparıldı
  • 19-12-2025, 20:59
    Trampın dəstəklədiyi qanun ABŞ-də təsdiqləndi
  • 19-12-2025, 15:50
    “Tibb bacılarının evdə iynə vurmalarına icazə yoxdur”
  • 19-12-2025, 15:48
    "Reanimasion xəstələrin yerləşdirilməsi ilə bağlı ciddi problemlərimiz var”
  • 19-12-2025, 15:47
    9-cu sinif şagirdi ağır xəsarət aldı
  • 19-12-2025, 15:45
    Vəkil adından qanunsuz istifadəyə görə cərimələrdə dəyişiklik
  • 19-12-2025, 15:40
    Uşaq ölümlərinin sayı 30 faiz azalıb
  • 19-12-2025, 13:22
    “Prezidentin bu ölkəyə səfəri mühüm siyasi əhəmiyyət daşıyır”
  • 19-12-2025, 13:19
    Onların cəzası 6 ay azaldılacaq
  • 19-12-2025, 13:18
    Ölkə üzrə 3500-dən çox vərəmli xəstə qeydiyyata alınıb
  • 19-12-2025, 13:16
    Si Cinpin Prezidenti təbrik etdi
  • 19-12-2025, 13:14
    Prezidentdən 1,4 milyonluq - Sərəncam
  • 18-12-2025, 14:26
    Bu institutun əməkdaşları təltif edildi - Siyahı
  • 18-12-2025, 14:24
    Prezidentdən Gülçöhrə Məmmədova ilə bağlı - Sərəncam
  • 18-12-2025, 14:23
    İlham Əliyev onları təltif etdi - Siyahı
  • 18-12-2025, 14:22
    21 yaşlı əsgər hospitalda vəfat edib - Rəsmi
  • 18-12-2025, 14:20
    Maşın təyyarəsini zədələdi
  • 18-12-2025, 14:19
    Məcnun Məmmədov Omanın iqtisadiyyat naziri ilə görüşdü
Daha çox
  • Baş redaktor: Çingiz Məmmədov
  • Telefon: (+99450) 344 66 36
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Müsahibə
  • Araşdırma
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
Müəllif hüquqları qorunur. Gundelikxeber.org-nun məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə