• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video

Qara Abdullayev: Azərbaycanın bütün addımları legitimdir, hüquqidir və ədalətlidir [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

---

24-09-2023, 12:59

Qara Abdullayev: Azərbaycanın bütün addımları legitimdir, hüquqidir və ədalətlidir


Nəsimi Rayon Dövlət Yol Polisi Şöbəsinin rəisi, polis mayoru Qara Abdullayev - Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan cəmi 44 gün ərzində 30 ilə yaxın erməni işğalı altında qalan torpaqlarını azad edərək, ərazi bütövlüyünü təmin etməyə nail oldu. Vətən müharibəsi kimi tarixə düşən həmin döyüşlərin yekunu – 10 noyabr 2020-ci il üçtərəfli bəyanatı Azərbaycanın qələbə, Ermənistanın isə kapitulyasiya aktı idi.

Təəssüflər olsun ki, Ermənistan Dəmir Yumruğun zərbəsindən ayılar-ayılmaz üçtərəfli bəyanatın bir neçə bəndinin icrasından boyun qaçırmaqla, növbəti dəfə siyasi məsuliyyətsizliyini, pozuculuq və destruktiv fəaliyyətini nümayiş etdirmiş oldu. Azərbaycan isə hər zaman olduğu kimi sülh əlini uzadaraq, Ermənistanı da regional sülhə və təhlükəsizliyə töhfə verməyə çağırdı. Bu qəbildən olan çağırışlar nəticə vermədikdə isə Azərbaycan özü Ermənistanın üzərinə götürdüyü öhdəliklərinin icrası üçün fəaliyyətə keçib, ona Dəmir Yumruğun yerində olduğunu xatırlatdı.

Son vaxtlar Ermənistanın Qarabağ iqtisadi zonasının erməni icması yaşayan bölgələrində artan təxribatçı addımları üçtərəfli bəyanatın 4-cü bəndinin icrasına nail olmaq üçün güc yolundan istifadəni alternativsiz və legitim edirdi. Belə ki, münaqişənin başa çatmasından üç ilə yaxın müddət keçməsinə baxmayaraq, həmin ərazidəki qeyri-qanuni erməni hərbi birləşmələr buraxılmır, əksinə möhkəmlənmə və yeni avadanlıqların quraşdırılması həyata keçirilməsinə cəhdlər edilirdi. Digər tərəfdən isə Ermənistan Azərbaycana qarşı mina terroruna, ərazilərimizdə minlərlə piyada və tank əleyhinə minalar basdırmağa davam edirdi. Prezident İlham Əliyev də xalqa müraciətində bir daha bu məsələyə toxunaraq, qeyd etdi ki: “Bu minalar 2021-ci ildə Ermənistanda istehsal olunmuş minalardır. Yəni, bu, bir daha onu göstərir ki, İkinci Qarabağ müharibəsindən sonra məqsədyönlü şəkildə Azərbaycana qarşı terror aktlarını həyata keçirmək üçün bu minalar gətirilmişdir”. Bütün bunlar azmış kimi, Ermənistan regionda marağı olan yeni aktorların bölgəyə nüfuz etməsinə fürsətlər yaradır, bununla da Qarabağ iqtisadi zonasında mövcud vəziyyəti saxlamaq və öz xeyrinə dəyişmək kimi mənfur niyyətlər güdürdü.

Qarabağın Azərbaycan ərazisi kimi bütün dünya, hətta Ermənistan tərəfindən tanınmasına baxmayaraq, Ermənistan və onun havadarlarının xeyir-duası ilə qondarma quruma “seçkilər”in keçirilməsi Azərbaycanın sonsuz olmayan səbr kasasını daşdırdı. Azərbaycan bu müddət ərzində də sülh prosesinə sadiqliyini nümayiş etdirərək, hərbi birləşmələrin tərkisilah edilməsi və reinteqrasiya prosesinin başlanması üçün Ermənistana və beynəlxalq ictimaiyyətə müraciətlərini çatdırdı. Bu, həm də onlara son xəbərdarlıq idi.

Ermənistanın artan təxribatlarının qarşısını almaq məqsədilə Azərbaycan tərəfindən 19 sentyabrda lokal antiterror tədbirlərinə start verildi. Azərbaycanın antiterror tədbirlərinə başlaması legitim əsasları olan hüququ idi. Ona görə ki, ordumuz tərəfindən yüksək dəqiqlikli silahlarla yalnız hərbi obyektlər və infrastrukturlar hədəfə alınırdı. Bir növ Azərbaycan Ermənistan tərəfindən həyata keçirilməli olan müddəanın icrasına başlamışdı. Ordumuz antiterror tədbirlərinin gedişində belə müharibə qanunlarını, xüsusilə də mülki əhalinin təhlükəsizliyi ən yüksək səviyyədə təmin edirdi. Bu da Azərbaycanın erməni icmasını öz vətəndaşı hesab etməsindən, sülhpərvərlik və ədalətlilik missiyasından irəli gəlirdi. Müzəffər Ali Baş Komandan, cənab İlham Əliyev antiterror tədbirlər başa çatdıqdan sonra xalqa müraciətində bu məsələyə həssaslıqla yanaşıdığını və xüsusi tapşırıq verdiyini də bildirdi: “Əməliyyat başlamazdan əvvəl mənim tərəfimdən bütün hərbi birləşmələrimizə bir daha ciddi tapşırıq verilmişdir ki, aparılan antiterror tədbirləri nəticəsində Qarabağ bölgəsində yaşayan erməni əhalisi zərbə altına düşməməlidir və mülki əhali qorunmalıdır”.

Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 24 saata yaxın davam edən antiterror tədbirləri qeyri-qanuni erməni hərbi birləşmələrinin ağ bayraq qaldırması ilə başa çatdı. Bununla da, qanunsuz birləşmələrin tərkisilah edilməsi prosesinə başlanıldı. Prezident İlham Əliyev xalqa müraciətində bu barədə ilk məlumatı verərək, bildirdi ki: “Artıq qanunsuz erməni silahlı birləşmələrinin mövqelərdən çıxarılma prosesi başlamışdır. O cümlədən onlar bizim şərtimizi qəbul edərək silahların da təhvil verilməsinə başlamışlar”. Erməni icması həm də reinteqrasiya məsələlərini müzakirə etmək üçün Azərbaycanın təklifi ilə Yevlax şəhərində görüşməyi qəbul etdilər. Nəzərə alsaq ki, sözügedən təklifdən erməni icması bir neçə dəfə imtina etmişdi, deməli Dəmir Yumruq yenə öz sözünü deməyi bacarıb.

Azərbaycanın öz ərazisində apardığı antiterror tədbirləri onun daxili işi idi. Bu bəyanatlar əksər dünya dövlətlərinin də rəsmi mövqeyi kimi dərc olunur, dövlətimizin haqlı mövqeyinə açıq dəstək ifadə edilirdi. Azərbaycan öz ərazisində heç bir “boz zona”nın qalmasına imkan verə bilməzdi, odur ki, suverenliyimizin tam bərpası istiqamətində Azərbaycanın bütün addımları legitimdir, hüquqidir və ədalətlidir.

Oxunub: 186
Paylaş:
Digər xəbərlər

---

24-09-2023, 12:55

Qara Allahverdiyev: Müasir tariximizin unudulmaz səhifəsi [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

---

19-09-2023, 11:35

Vasif Məmmədov: Antiterror tədbirlərin görülməsi qaçılmaz oldu [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

---

7-09-2023, 11:28

Həbib Həsənov Azərbaycan dövlətinə sədaqəti, yüksək peşəkarlığı və öz işində hər zaman nümayiş etdirdiyi prinsipiallığı ona göstərilmiş bu yüksək etimadı qazanmaq və doğrultmaq üçün kifayət edə biləcək bir səviyyədədir [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

---

30-08-2023, 12:50

Qara Abdullayev: Proseslər Azərbaycanın xeyrinə inkişaf edir [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

Cəmiyyət

9-08-2023, 13:13

Qara Abdullayev: Seçim vaxtıdır! [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

Araşdırma
Xankəndi, Xocalı, Ağdərə və Cəbrayıla növbəti köç karvanları yola salınıb
Bakı sakinlərinə şad xəbər - Yeni avtobus marşrutu açılır
Sabah çimərlik havası olacaq?
Pensiya alanlara şad xəbər
Sabah Zərdabda suyun verilişində məhdudiyyət olacaq
Özəl bağçalara uşaqların qeydiyyatı başlayır
Hadisə
28-09-2026, 15:06
Paytaxtda avtoxuliqanlıq edən sürücü həbs edilib
28-09-2026, 14:32
Paytaxtda avtoxuliqanlıq edən sürücü həbs edilib
28-09-2026, 14:29
Tanınmış jurnalist Əvəz Zeynallı VƏFAT ETDİ
25-09-2026, 09:46
Meyiti ot tayalarının arasından tapıldı
25-09-2026, 09:46
Gəncədə 15 yaşlı oğlan bıçaqlandı
25-09-2026, 09:29
Sayt rəhbərlərini təhqir edən qadın həbs olundu
Son xəbərlər
  • 28-09-2026, 15:22
    Həyat yoldaşına ad günündə maşın hədiyyə etdi
  • 28-09-2026, 15:22
    Xocavənddə yeni xəstəxana fəaliyyətə başlayıb
  • 28-09-2026, 15:06
    Xocavənddə yeni xəstəxana fəaliyyətə başlayıb
  • 28-09-2026, 15:06
    Paytaxtda avtoxuliqanlıq edən sürücü həbs edilib
  • 28-09-2026, 14:32
    Paytaxtda avtoxuliqanlıq edən sürücü həbs edilib
  • 28-09-2026, 14:29
    Tanınmış jurnalist Əvəz Zeynallı VƏFAT ETDİ
  • 28-09-2026, 14:29
    LEYSAN olacaq, bəzi ərazilərə qar yağacaq
  • 28-09-2026, 13:38
    LEYSAN olacaq, bəzi ərazilərə qar yağacaq
  • 28-09-2026, 13:38
    Mikayıl Oyta: “Şəhidlərimizin əziz xatirəsi qəlbimizdə əbədi yaşayacaq”
  • 26-09-2026, 14:35
    Mikayıl Oyta: “Şəhidlərimizin əziz xatirəsi qəlbimizdə əbədi yaşayacaq”
  • 26-09-2026, 14:34
    Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələri
  • 25-09-2026, 11:30
    Ağ dərili cütlüyün qaradərili uşağı doğuldu, ailədə böhran yarandı
  • 25-09-2026, 09:50
    Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələri
  • 25-09-2026, 09:49
    Bəzi rayonlara yağış yağır - FAKTİKİ HAVA
  • 25-09-2026, 09:48
    Maştağa və Buzovna qəsəbələrində qaz olmayacaq
  • 25-09-2026, 09:47
    Tacikistanın Baş naziri Azərbaycana səfərə gəlib
  • 25-09-2026, 09:46
    Meyiti ot tayalarının arasından tapıldı
  • 25-09-2026, 09:46
    Gəncədə 15 yaşlı oğlan bıçaqlandı
  • 25-09-2026, 09:45
    Bank kartlarının satışına məhdudiyyət qoyulması ilə bağlı RƏSMİ AÇIQLAMA
  • 25-09-2026, 09:30
    Bakının bir sıra yollarında nəqliyyatın sıxlığı yaranıb
  • 25-09-2026, 09:29
    Sayt rəhbərlərini təhqir edən qadın həbs olundu
  • 24-09-2026, 19:09
    Sayt rəhbərlərini təhqir edən qadın həbs olundu
  • 24-09-2026, 19:09
    Təyyarədə ölən bacı-qardaşına görə pul davası aparırdı - İndi qətlə görə tutuldu
  • 24-09-2026, 14:30
    Təyyarədə ölən bacı-qardaşına görə pul davası aparırdı - İndi qətlə görə tutuldu
  • 24-09-2026, 14:29
    Xəzərdə təlimlər zamanı 9 hərbçi öldü
  • 24-09-2026, 14:29
    Bakıda 51 minlik kombi aparatları oğurlandı
  • 24-09-2026, 14:28
    "Alatoranlığ"ın aktyoru ata oldu
  • 24-09-2026, 14:27
    Nuri Əhmədov vəfat etdi
  • 24-09-2026, 14:26
    "Zeynəb Xanlarova İtaliyada dincəlir" - Foto
  • 24-09-2026, 14:26
    Metroda iş saatı uzadılacaq
  • 24-09-2026, 14:25
    Rəqsanə İsmayılovaya ağır itki
  • 24-09-2026, 14:24
    Bu miqrantlar 20 il gəlir vergisi verməyəcək
  • 24-09-2026, 14:24
    Formula-1 “Sea Breeze”də keçirilə bilər
  • 22-09-2026, 14:00
    Cansunu bu serialda görəcəksiniz
  • 22-09-2026, 13:00
    COVID-19-dan sonra Elnurda travma yaranıb
Daha çox
  • Baş redaktor: Çingiz Məmmədov
  • Telefon: (+99450) 344 66 36
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Müsahibə
  • Araşdırma
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
Müəllif hüquqları qorunur. Gundelikxeber.org-nun məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə