• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video

Dilarə Mövlayeva: Xalqa xidmət etmək Prezident İlham Əliyevin həyat fəlsəfəsidir [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

---

16-12-2023, 11:12

Dilarə Mövlayeva: Xalqa xidmət etmək Prezident İlham Əliyevin həyat fəlsəfəsidir



Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqının Göygöl rayon komitəsinin sədri Dilarə Mövlayeva - “Cənab İlham Əliyevin Sərəncamı ilə ölkəmizdə növbədənkənar prezident seçkiləri keçiriləcək. Azərbaycan xalqının istəyini, ölkəmizin uğurlu gələcəyinə təminatı özündə ehtiva edən bu mühüm məqamı da xüsusi qeyd etməliyik ki, Yeni Azərbaycan Partiyasının İdarə Heyətinin dekabrın 15-də keçirilən genişləndirilmiş iclasında cənab İlham Əliyevin Prezidentliyə namizədliyi ilrəli sürüldü. YAP yekdilliklə bu qərarı təsdiqlədi. Hər bir mühüm hadisə keçilən yolun təhlilini bir zərurətə çevirir. Növbədənkənar prezident seçkilərinin keçirilməsini, həmçinin cənab İlham Əliyevin Prezidentliyə namizədliyini şərtləndirən amillər göz qabağındadır. Son 20 ilin uğurlarının zirvəsində dayanan ərazi bütövlüyümüzün və suverenliyimizin tam təmin edilməsi növbədənkənar prezident seçkilərinin keçirilməsini zərurətə çevirdi. Qarabağ münaqişəsi artıq tarixə qovuşub. Qarabağda və Şərqi Zəngəzurda genişmiqyaslı bərpa-quruculuq işləri həyata keçirilir. Soydaşlarımızın mərhələ-mərhələ bu torpaqlara qayıdışı ərazilərimizdə yeni canlanma yaradır. Aparılan bərpa-quruculuq işləri Azərbaycanın şəhərsalma təcrübəsini, yeni texnologiyaların inkişafında və tətbiqində nə qədər maraqlı olduğunu təsdiqləyir. Bütün bunlar cənab İlham Əliyevin müasirliyə, yeniliyə, təkmilləşməyə xüsusi önəm verdiyini, bunu əməli fəaliyyətində təsdiqlədiyini nümayiş etdirir. Cənab İlham Əliyev Prezident kimi fəaliyyətə başladığı ilk gündən “Neft kapitalını insan kapitalına çevirək!” tezisini irəli sürdü və buna nail olmaq üçün icra mexanizmlərini müəyyənlənləşdirdi. Regionların malik olduqları potensialdan səmərəli istifadə prioritet məsələ kimi öndə dayandı. Prezident İlham Əliyevin qurduğu iqtisadi model sayəsində Azərbaycanda bazar iqtisadiyyatına keçid prosesi başa çatıb.”

Siyasi arenada dövlətin və xalqın gələcəyi ilə bağlı məsuliyyəti öz üzərinə götürməyi, vaxtında və düzgün qərarlar qəbul edərək onların icrasına dair qətiyyətli addımlar ataraq tarixi bir missiyanı yerinə yetirməyi bacaran şəxsiyyətlər xalqın əsl liderinə və siyasi fenomenə çevrilirlər: “Ümummilli Lider Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirən cənab İlham Əliyev Prezident kimi fəaliyyətə başladığı ilk gündən gələcəklə bağlı hədəfləri müəyyənlşdirdi, onlara nail olmaq üçün yol xəritələrini təqdim etdi. 20 illik Prezidentlik dövrünün 17 ili işğal altında olan torpaqlarımızın azad edilməsinə hazırlıq işlərinə həsr olundu. Son üç il tarixi Zəfərimizin reallıqları əsasında sahibinə qovuşan torpaqlarımızda genişmiqyaslı bərpa-quruculuq işləri, onlarla paralel olaraq soydaşlarımızın dogma yurd-yuvalarına qayıdışı ilə xarakterizə edilir. Cənab İlham Əliyev torpaqlarımızın xilaskarı olaraq milyonların sevgisini qazandı. 44 günlük İkinci Qarabağ müharibəsinin rəmzinə çevrilən “Dəmir yumruq” həm gücümüzü, qüdrətimizi, həm də birliyimizi, həmrəyliyimizi nümayiş etdirdi.”

Xalqa xidmət etmək, hər bir azərbaycanlının Prezidenti olmaq cənab İlham Əliyevin həyat fəlsəfəsidir: “Cənab İlham Əliyev Prezident kimi jurnalistlərə ilk müsahibəsində “Sizcə, Sizi asan işlər gözləyir, yoxsa çətin” sualını cavablandırarkən bildirmişdir ki, həm asan, həm də çətin. Asan o mənada ki, artıq Azərbaycanda ölkəmizi hərtərəfli inkişaf etdirmək üçün gözəl zəmin yaranıb. On il ərzində Heydər Əliyevin siyasəti Azərbaycanda çox güclü bir təməl qoyub. Bu təməlin üzərində gözəl binanın inşa edilməsi asan görünə bilər. Amma eyni zamanda, həyat yerində durmur. Qarşımıza yeni vəzifələr qoyulur. Məsuliyyətə də, çətinliklərə də hazır olduğunu bildirən dövlət başçısı İlham Əliyev belə bir əminliyi ifadə etmişdir ki, Azərbaycan xalqının dəstəyi ilə qarşıda dayanan bütün vəzifələri ləyaqətlə yerinə yetirəcəyəm. Azərbaycan xalqı görəcək ki, Azərbaycan üçün, xalqımız üçün yaxşı Prezident olacağam.”

Dövlət başçısı İlham Əliyev xalqımızı bütün uğurlarımızın zirvəsində dayanan tarixi Zəfərimizə qovuşdurmaqla Ümummilli Lider Heydər Əliyevin arzularını həyata keçirdi: “Bu gün Xankəndidə, Xocalıda, Ağdərədə, Xocavənddə, Şuşada və azad edilmiş bütün torpaqlarımızda Azərbaycan Bayrağının ucaldılması, növbədənkənar prezident seçkilərinə bu məkanlarda da hazırlıq işlərinin görülməsi qürurvericidir. Müstəqillik tariximizdə ilk dəfə olaraq bütün ölkə ərazisi üzrə seçkilər keçiriləcək.”

Cənab İlham Əliyevin qalib Lider kimi nüfuz qazanması növbədənkənar prezident seçkilərində qələbəsini təmin edəcək ən mühüm amillərdən biridir: “Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi qarşıda dayanan ən ümdə vəzifə idi ki, dövlət başçısı İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuz buna nail oldu. 20 illik yolun təhlili əsasında bu reallıq öz təsdiqini tapır ki, Prezident İlham Əliyev xalqımızın gələcəyi ilə bağlı nəyi, nə vaxt və necə etməyin lazım olduğunu çox aydın bilir. Ölkə Prezidentinin növbədənkənar prezident seçkilərinin keçirilməsi ilə bağlı Sərəncamı da bunun bariz nümunəsidir. Xalqımız 7 fevral 2024-cü il tarixdə keçiriləcək növbədənkənar prezident seçkilərində bir daha cənab İlham Əliyevin ətrafında sıx birləşəcək, Azərbaycanı daim irəli aparan qalib Liderə səs verəcək.”

Oxunub: 141
Paylaş:
Digər xəbərlər

---

16-12-2023, 11:08

Hafiz Kərimov: Xalqın etimadını doğruldan Prezident [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

Siyasət

18-12-2023, 10:49

Azərbaycanda prezidentliyə namizədlərin sayı 5-ə çatıb [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

Gündəm / Siyasət

15-12-2023, 11:46

YAP İlham Əliyevin prezidentliyə namizədliyini irəli sürüb - YENİLƏNİB [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

Siyasət

11-12-2023, 11:47

Prezidentliyə namizədlər açıqlanır - Şok adlar [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

---

10-09-2023, 11:46

Dilarə Mövlayeva Vətənə ləyaqət nümunəsi sayılacaq vəzifə sahiblərindəndir [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

Araşdırma
"Reuters": İran müdafiə siyasətindən hücum strategiyasına keçir
Avqustun 20-dən şagirdlərin elektron yerdəyişməsi başlayır
Nikah və boşanmaların sayı azalıb
Azərbaycanda avtomobil benzininin istehsalı artıb - CƏDVƏL
Sabah Bakıda külək, bölgələrdə şimşək və leysan olacaq - PROQNOZ
FHN küləkli havada çimərliklərə gedən vətəndaşlara xəbərdarlıq edib
Hadisə
15-08-2026, 12:55
İmişlidə iki avtomobil toqquşub, ölən və xəsarət alan var
14-08-2026, 09:36
Gəncədə avtomobil piyadanı vuraraq öldürüb
12-08-2026, 11:04
Siyəzəndə kafedə 79 yaşlı kişinin meyiti tapılıb
11-08-2026, 12:14
Balakəndə dünən baş verən zəncirvari qəzada ölənlərin sayı 4-ə çatıb
11-08-2026, 10:25
Babək prospektində avtomobil salonu yanıb
10-08-2026, 09:43
Füzulidə avtomobil ağaca çırpılıb, xəsarət alanlar var
Son xəbərlər
  • Bugün, 18:54
    "Reuters": İran müdafiə siyasətindən hücum strategiyasına keçir
  • Bugün, 18:04
    Samuxda bir nəfər kanalda batıb
  • Bugün, 17:19
    Avqustun 20-dən şagirdlərin elektron yerdəyişməsi başlayır
  • Bugün, 16:44
    Nikah və boşanmaların sayı azalıb
  • Bugün, 16:22
    Azərbaycanda avtomobil benzininin istehsalı artıb - CƏDVƏL
  • 15-08-2026, 16:34
    Martda ABŞ bazasını bombalayandan sonra itkin düşən üç iranlı pilotu Qətər əsir götürübmüş
  • 15-08-2026, 15:44
    İlham Zəkiyev Avropa çempionatında finala vəsiqə qazanıb
  • 15-08-2026, 14:45
    İndoneziyada ölənlərin sayı 38-ə çatdı - YENİLƏNİB
  • 15-08-2026, 13:26
    Sabah Bakıda külək, bölgələrdə şimşək və leysan olacaq - PROQNOZ
  • 15-08-2026, 12:55
    İmişlidə iki avtomobil toqquşub, ölən və xəsarət alan var
  • 15-08-2026, 12:01
    Azərbaycan XİN Lixtenşteynin Milli Gününü təbrik edib
  • 15-08-2026, 11:09
    FHN küləkli havada çimərliklərə gedən vətəndaşlara xəbərdarlıq edib
  • 15-08-2026, 10:19
    Li Çje Myon sabit Koreya yarımadasının yaradılmasına çağırıb
  • 15-08-2026, 09:48
    “28 May” və “Nizami” stansiyaları arasında qatarların hərəkəti dayandırıldı
  • 15-08-2026, 09:21
    Azərbaycan manatının dövriyyəyə buraxılmasından 34 il keçir
  • 14-08-2026, 18:45
    “Reuters”: Türkiyə Ukraynanın Qara dənizdəki zərbələrindən sonra Rusiyadan neft alışını azaldır
  • 14-08-2026, 18:02
    ƏƏSMN çağırışçıların yekun tibbi müayinəyə cəlb edilməsi məsələsinə aydınlıq gətirib
  • 14-08-2026, 17:23
    Sabah güclü külək əsəcək - XƏBƏRDARLIQ
  • 14-08-2026, 16:50
    SEPAH: ABŞ-nin "MQ-9" dronu vurulub
  • 14-08-2026, 15:36
    Baş Qərargah: Ukrayna Rusiyanın iki retranslyatorunu və beş PUA idarəetmə məntəqəsini məhv edib
  • 14-08-2026, 15:03
    "KƏPƏZ HOSPİTAL" İLƏ BAĞLI YAYILAN MƏLUMATLAR HƏQİQƏTİ ƏKS ETDİRMİR
  • 14-08-2026, 14:54
    Fransada yanğın törətməkdə şübhəli bilinərək həbs edilənlərin sayı 474 nəfərə çatıb
  • 14-08-2026, 13:28
    Sabah 37 dərəcə isti olacaq
  • 14-08-2026, 12:37
    Kamran Əliyev: Çin beynəlxalq platformalarda Azərbaycanın haqlı mövqeyini dəstəkləyib
  • 14-08-2026, 11:56
    Bakı, Sumqayıt, Abşeron və Naxçıvan üzrə pensiyalar ödənilib
  • 14-08-2026, 11:12
    9 illik bazadan kolleclərə qəbulun nəticələri elan olunub
  • 14-08-2026, 10:53
    Yaponiya XİN başçısı Səudiyyə Ərəbistanı və Omana səfər edəcək
  • 14-08-2026, 10:32
    Bəzi yerlərdə leysan yağış yağır, şimşək çaxır - FAKTİKİ HAVA
  • 14-08-2026, 09:36
    Gəncədə avtomobil piyadanı vuraraq öldürüb
  • 14-08-2026, 09:18
    Almaniyada meşə yanğını səbəbindən 1,8 minə yaxın sakin təxliyə edilir
  • 14-08-2026, 08:55
    Yasamal rayonunun bəzi ərazilərində elektrik enerjisi olmayacaq
  • 13-08-2026, 19:08
    Ankarada mikroavtobus ilə yük maşını toqquşub, ölən və yaralananlar var
  • 13-08-2026, 19:08
    Ankarada mikroavtobus ilə yük maşını toqquşub, ölən və yaralananlar var
  • 13-08-2026, 18:22
    Bərdədə zəncirvari qəza olub, dörd nəfər xəsarət alıb
  • 13-08-2026, 18:22
    Bərdədə zəncirvari qəza olub, dörd nəfər xəsarət alıb
Daha çox
  • Baş redaktor: Çingiz Məmmədov
  • Telefon: (+99450) 344 66 36
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Müsahibə
  • Araşdırma
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
Müəllif hüquqları qorunur. Gundelikxeber.org-nun məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə