Türkiyənin paytaxtı Ankarada mikroavtobus yük maşını ilə toqquşub.
Bu barədə "Haber Global" məlumat yayıb.
Hadisə yerinə jandarm, polis, yanğınsöndürən və təcili tibbi yardım briqadaları cəlb edilib.
Qəza nəticəsində 1 nəfər hadisə yerində həyatını itirib, 16 nəfər isə müxtəlif dərəcəli xəsarətlər alıb.
İlkin tibbi yardım göstərildikdən sonra yaralılar yaxınlıqdakı xəstəxanalara çatdırılıb.