• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video

Xəyalə Nağıyeva: Qalibiyyət ovqatında... [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

---

29-12-2023, 11:13

Xəyalə Nağıyeva: Qalibiyyət ovqatında...


P.H.Bəylərov adına Alxaslı kənd tam orta məktəbinin direktoru Xəyalə Nağıyeva qazilərin, şəhid ailələrinin, veteranların yaxın dostudur. Şəhid ailələri, qazilər, həmçinin müharibə veteranları daim Xəyalə Nağıyevanın diqqətindədir. “Bütün bayramlarda və əlamətdar günlərdə onlara baş çəkir, qayğıları ilə maraqlanır, hər cür maddi-mənəvi dəstək göstərilir. Onların heç bir müraciətini geri çevirməyən Xəyalə Nağıyeva səlahiyyətləri çərçivəsində hər cür köməklik göstərməyə həmişə hazırdır.

Mayası vətənpərvərliklə, halallıqla yoğrulan bu gözəl insana, P.H.Bəylərov adına Alxaslı kənd tam orta məktəbinin direktoru Xəyalə Nağıyevaya biz də uğurlar diləyirik. Xalq üçün, Vətən üçün əlindən gələni əsirgəməyən bu insana uzun və sağlam ömür, işlərində nailiyyətlər arzu edirik. Bir də arzu edirik ki, bu cür insanların sayı çox olsun, biz də onlarla fəxr edək, barələrində yazaq.

P.H.Bəylərov adına Alxaslı kənd tam orta məktəbinin direktoru Xəyalə Nağıyeva - Bu gün dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlılar arasında həmrəylik yüksək səviyyəyə qalxmaqdadır. Bunun əsas səbəbi son 250 ildə ilk dəfə olaraq erməni millətçiləri üzərində möhtəşəm qələbə qazanaraq işğal altında olan tarixi torpaqlarımızı işğaldan azad etməyimizdir. Xalqları və millətləri birləşdirən əsas amillərdən biri də ümumi düşmənə qarşı birləşməklə birgə qələbə çalmaqdan yaranan milli qürur və iftixar hissidir. Artıq Azərbaycan xalqı 2020-ci il sentyabrın 27-dən başlanan və 44 gün davam edən İkinci Qarabağ Vətən Müharibəsində əldə edilmiş Böyük Qələbənin 3 ildir ki, qürurunu və sevincini yaşayır.

“Artıq 2023-cü il tarixə qovuşur. Dövlət başçısı İlham Əliyevin ötən il Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə xalqa müraciətində söylədiyi bu fikirləri yada salaq: “Gələn il biz Ulu Öndərin 100 illik yubileyini qeyd edəcəyik. Heydər Əliyevin xatirəsinə ən böyük hörmətimiz onun yoluna sədaqətimizdir. Biz bu yolla gedirik və bu gün Azərbaycan reallıqları, uğurlar, qələbələr, bax, bu yolun təməlində dayanıb.” Prezident İlham Əliyevin Sərəncamı ilə 2023-cü il ölkəmizdə “Heydər Əliyev İli” elan edilmişdi. Bu il çərçivəsində ölkə daxilində və onun hüdudlarından kənarda müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, Ümummilli Lider Heydər Əliyevin Azərbaycan dövləti və xalqı qarşısındakı xidmətlərinin təhlilinə, indiki, gələcək nəsillərə çatdırılmasına geniş imkanlar yarandı. “Heydər Əliyev İli” Azərbaycanın çoxəsrlik tarixinə daha möhtəşəm zəfər səhifələrini yazdı. Yola saldığımız 2023-cü ilin uğurlarından bəhs edərkən ilk olaraq Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tam təmin edilməsini qürurla qeyd edirik. Təbii ki, Azərbaycanın hər bir uğuru Heydər Əliyev siyasətinin təntənəsidir. Möhkəm təməl davamlı uğurlara doğru inamla addımlamağı şərtləndirir. Azərbaycan üç il bundan əvvəl Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuzun gücü, qüdrəti sayəsində tarixi Zəfərə imza atdı. Bu il 23 aprel tarixində Laçın buraxılış-keçid məntəqəsinin yaradılması ilə ərazi bütövlüyünü tam təmin etdi. Sentyabrın 19-da Silahlı Qüvvələrimizin həyata keçirdiyi bir günlük lokal antiterror tədbirləri nəticəsində ərazilərimiz separatçılardan təmizləndi. Müzəffər Ali Baş Komandan İlham Əliyev oktyabrın 15-də Xankəndidə, Xocalıda, Ağdərədə və Xocavənddə Azərbaycan Bayrağını ucaltdı. Ölkə Prezidenti Xankəndidən xalqa müraciətində böyük qürur hissi ilə bildirmişdir ki, bu meydanda bu gün durmaq böyük xoşbəxtlik, fərəh, qürur mənbəyidir. Mən qürur hissi ilə Azərbaycan Bayrağını bu gün qaldırmışam və doğma xalqıma bir daha demək istəyirəm ki, bu Qələbəyə layiqik. Bu gün burada qaldırdığım Bayraq əbədi dalğalanacaq və burada əbədi yaşayacağıq.”

Xəyalə Nağıyeva: Qalibiyyət ovqatında...


Azərbaycan 2023-cü ildə sosial-iqtisadi uğurları ilə diqqətdə oldu: “Ölkəmizin neft və qeyri-neft sektoru sahəsində qazandığı uğurların xronologiyasına diqqət yetirmək kifayətdir. Ənənəvi və bərpaolunan enerji sahəsində malik olduğumuz imkanlar yeni əməkdaşlıq formatlarının yaradılmasında, Azərbaycanın etibarlı, arzuolunan tərəfdaş kimi nüfuz qazanmasında əhəmiyyətli rol oynayır. Bu ilin son ayında Serbiyanın Niş şəhərində Serbiya-Bolqarıstan Qaz İnterkonnektorunun açılış mərasiminin keçirilməsi Azərbaycanın enerji diplomatiyasının uğurlarının təqdimatında əhəmiyyətli rol oynadı. “Azərbaycan, sözün əsl mənasında, etibarlı tərəfdaşdır, dostluq ənənələrinə həmişə sadiqdir və dostluğu yüksək qiymətləndirir. Məhz dostluq, qarşılıqlı anlaşma, strateji tərəfdaşlıq üzərində qurulmuş əlaqələr bir çox ölkələrin maraqlarını təmin edir və qaz sahəsində əməkdaşlıq, eyni zamanda, genişmiqyaslı regional əməkdaşlığa da güclü zəmin yaradır” söyləyən dövlət başçısı İlham Əliyev diqqəti gələn il ölkəmizdə keçiriləcək BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına - COP29-a yönəldərək bildirmişdir ki, bu, Azərbaycanın zəngin neft və qaz resurslarının olmasına baxmayaraq gələcəyimizi təmiz yaşıl enerjinin istehsalında və ixracında gördüyümüzü göstərir. Belə bir əminlik də ifadə olunmuşdur ki, gün gələcək və buna oxşar mərasim yaşıl enerji layihələri ilə bağlı keçiriləcək.”

Xəyalə Nağıyeva Azərbaycanın bir ildə qazandığı uğurların miqyasının geniş olduğunu önə çəkərək hazırda işğaldan azad edilmiş ərazilərimizdə bərpa-quruculuq işlərinin prioritet olduğunu bildirib: “Qarabağımız, Şərqi Zəngəzurumuz dirçəlir. Dekabrın 21-də Xankəndi stadionunda futbol üzrə Azərbaycan Kubokunun 1/8 final mərhələsində Ağdamın “Qarabağ” və Bakının MOİK komandalarının qarşılaşmasından öncə cənab İlham Əliyevin stadiondakı çıxışı, həmçinin oyunun fasiləsində 2023-cü ilin idman yekunları ilə bağlı təşkil olunmuş mərasimdə idman ictimaiyyətinin təltif edilmiş nümayəndələri ilə görüşü azad edilmiş torpaqlarımızda görülən işlərin aydın mənzərəsini təqdim etdi. Dövlətimizin başçısının qeyd etdiyi kimi, dünyada hələ belə bir nümunə olmayıb ki, xalq, dövlət uzun illər işğal altında olmuş torpaqları döyüş meydanında qan tökərək, şəhidlər verərək azad etsin, qursun, yaratsın və cəmi üç ildən sonra artıq azad edilmiş torpaqlarda futbol matçı keçirilsin, vətəndaşlar Bakıdan, digər yerlərdən gəlib buna tamaşa etsinlər və qürur hissi yaşasınlar: “Biz tarix yazmışıq, yazırıq və bu gün dediyim kimi, Xankəndi cəmi üç ay bundan əvvəl azad edilmişdir, ancaq artıq Xankəndi - Azərbaycan şəhəri olan Xankəndi yaşayır və dirçəlir.”

Xəyalə Nağıyeva bir ildə Azərbaycan tarixinə yazılan uğur səhifələrini qürur hissi ilə vərəqləyərək diqqəti Prezident İlham Əliyevin Sərəncamı ilə 2024-cü ilin ölkəmizdə “Yaşıl dünya naminə həmrəylik İli” elan edilməsinə yönəldib: “Sərəncamda da vurğulandığı kimi, Azərbaycan beynəlxalq ictimaiyyətin etibarlı və məsuliyyətli üzvü kimi iqlim dəyişmələrinin fəsadlarına qarşı mübarizəyə öz töhfəsini verir. Yaşıl enerji növlərinin yaradılması və yaşıl enerjinin dünya bazarlarına nəqli Azərbaycanın enerji siyasətinin prioritetidir. Azərbaycan elektrik enerjisi istehsalının qoyuluş gücündə bərpa olunan enerji mənbələrinin payının 2030-cu ilə qədər 30 faizə çatdırılmasını hədəfləyir. BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası – COP29 kimi mötəbər bir tədbirin Azərbaycanda keçirilməsi ilə əlaqədar yekdil qərarın verilməsi beynəlxalq ictimaiyyət tərəfindən Azərbaycana böyük hörmət və etimadın, eləcə də ölkəmizin milli, regional və qlobal səviyyədə ətraf mühitin qorunması, iqlim dəyişmələrinin qarşısının alınması işinə töhfəsinin təqdir olunmasının bariz nümunəsidir. İqlim dəyişmələrinə qarşı qlobal mübarizədə beynəlxalq həmrəyliyin gücləndirilməsi əsas hədəflərdəndir. “Yaşıl dünya naminə həmrəylik İli” çərçivəsində atılacaq addımlar bu hədəfə öz töhfəsini verəcək.”

Oxunub: 150
Paylaş:
Digər xəbərlər

---

7-09-2023, 13:24

Elnur İbişov: İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevanın təhsilimizə yüksək diqqət və qayğısı var [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

---

24-08-2023, 14:18

Xəyalə Nağıyeva: Azərbaycanda təhsilin inkişafı hər zaman diqqət mərkəzindədir [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

---

24-08-2023, 14:10

Şərəfli vəzifəyə yiyələnən Səadət Təhməzova bu işin müqəddəsliyini qoruyub saxlayır [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

---

22-08-2023, 12:36

Seymur Məmmədov dövlətə və dövlətçiliyimizə sabit, stabil, sadiq adamdır [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

---

20-05-2023, 11:08

Görəsən Bəzi sayt rəhbərləri bu cür yazılardan yazmırlar, şantaj xarakterli yazılar dərc edirlər [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

Araşdırma
4 ayda 52 min şəxs işlə təmin olunub
İcra başçısına “stop” qoyulub: Siyəzəndə nə baş verir?
Susuzluqdan yansam belə... - NARAZILIQ VAR...
“Azərlotereya”nın sahibi “Demirören”in KİRLİ DOSYESİ: Ofşor mülklər, qarşılıqsız çeklər və HƏBS SSENARİSİ
“Pearl Kids” bağçasında 4 yaşlı uşağaı psixoloji şiddət: “Uşağım qorxudan…”
114 nömrəli avtobusun bitməyən problemləri... – Niyə tədbir görülmür?
Hadisə
30-04-2026, 16:00
Milli Onkologiya Mərkəzində partlayış - Xəstə öldü, həkim yaralandı
21-04-2026, 17:37
Həmin 15 yaşlı məktəbli saxlanıldı
21-04-2026, 12:18
Kənar dairəvi yolda qəza - Ölən və yaralananlar var - Foto
21-04-2026, 10:56
Tovuz rayonunda sahibkarlıq qanuna əsaslanır, yoxsa İcra hakimiyyəti rəhbərliyinin cibinə?
20-04-2026, 19:26
43 yaşlı kişi çardaqdan yıxılıb öldü
20-04-2026, 17:44
SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİNDƏ NƏLƏR BAŞ VERİR
Son xəbərlər
  • Bugün, 15:21
    Peskov türk dilini necə öyrənməsindən danışdı
  • Bugün, 12:33
    4 ayda 52 min şəxs işlə təmin olunub
  • Bugün, 11:43
    Ordular hazır vəziyyətə gətirildi: ABŞ-İran savaşı hər an başlaya bilər
  • Bugün, 11:04
    İcra başçısına “stop” qoyulub: Siyəzəndə nə baş verir?
  • Bugün, 10:31
    Susuzluqdan yansam belə... - NARAZILIQ VAR...
  • Bugün, 09:25
    “Azərlotereya”nın sahibi “Demirören”in KİRLİ DOSYESİ: Ofşor mülklər, qarşılıqsız çeklər və HƏBS SSENARİSİ
  • Dün, 18:53
    “Pearl Kids” bağçasında 4 yaşlı uşağaı psixoloji şiddət: “Uşağım qorxudan…”
  • Dün, 18:15
    114 nömrəli avtobusun bitməyən problemləri... – Niyə tədbir görülmür?
  • Dün, 17:29
    “Metinvest“ MMC-nin bir qrup işçisi maaşlarını ala bilmədiklərindən şikayətçidirlər - VİDEO
  • Dün, 16:57
    Elmi işçi ilə qardaşı oğlu vətəndaşın pulunu vermir - ŞİKAYƏT
  • Dün, 16:23
    Tikinti şirkəti ilə sakin arasında GƏRGİNLİK - Yasamalda gərgin məhkəmə işi
  • Dün, 15:18
    “UNİBANK”, “EXPRESSBANK” VƏ DAHA 3 BANK... - Niyə onlar daim “şikayət liderləri” olur?
  • Dün, 13:16
    Məşğulluq Agentliyi ölkəyə xəstə heyvanlar gətirən “Agro Best”ə yenə sifariş verdi – Müqavilələrin ümumi dəyərəni 350 milyona çatdırdı
  • Dün, 12:41
    Generala məxsus olduğu deyilən klinikanın vergi borcu yaranıb
  • Dün, 12:08
    Ölkədən qaçmaq üçün görün hansı üsula əl atdı – DƏHŞƏT
  • Dün, 11:30
    Bakı və Azərbaycan Yepiskopu Aleksiy (Smirnov) vətəndaşın hüquqlarının bərpası əvəzinə, əksinə olaraq vətəndaşın hüquqlarını əlindən almaq istəyir.
  • Dün, 10:50
    Bakı təhsil idarəsi MƏXFİ sistemə keçib?
  • Dün, 10:03
    Fərid Əhmədov “Tubzon”u Əhəd Abdiyevə həvalə etdi - Nə dəyişəcək?
  • Dün, 09:32
    QHT-lərin qrant bildirişləri 2 aydır yubadılır -ya layihəni tələsik icra et, ya da gecikməyə görə məsuliyyət daşı
  • Dün, 08:56
    Kənan Aşurlu sənəd saxtalaşdıran “Kon-Lay Project” MMC ilə müqavilə bağladı –Həm də qanunu pozmaq yolu ilə
  • 14-05-2026, 17:48
    Sabunçuda “toxunulmaz” tikinti iddiası – İcra başçısının belə söz deyə bilmədiyi şəxs kimdir?
  • 14-05-2026, 17:18
    Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
  • 14-05-2026, 16:39
    Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
  • 14-05-2026, 16:15
    Sabunçuda TAM DƏRƏBƏYLİKDİR... - VİDEO
  • 14-05-2026, 13:06
    Sabah 30 dərəcə isti olacaq
  • 14-05-2026, 12:57
    Mədəniyyət Nazirliyi Azərbaycan ədəbi dili ilə bağlı TV layihəyə başlayır
  • 14-05-2026, 12:48
    Məktəb direktoru Facebook-dakı paylaşımlarına görə cəzalandırılıb?
  • 14-05-2026, 12:26
    Prezident İlham Əliyev paraqvaylı həmkarını təbrik edib
  • 14-05-2026, 12:09
    Tibb Universiteti “GSL Service” MMC ilə bu müqaviləni hansı əsaslarla bağlayıb - ARAŞDIRMA
  • 14-05-2026, 11:36
    WUF13 iştirakçıları üçün "Koroğlu" - Bakı Olimpiya Stadionu istiqamətində xüsusi avtobus fəaliyyətə başlayıb
  • 14-05-2026, 10:58
    “Azəristiliktəchizat” ASC-nin sədri özünü niyə reklam etdirir ki? - HƏQİQƏTƏN DƏ...
  • 14-05-2026, 10:33
    Astanada Tokayev və Ərdoğanın görüşü keçirilir
  • 14-05-2026, 10:20
    "Referens" klinikasının direktoru arvadını niyə güllələyib? – İTTİHAM AKTI
  • 14-05-2026, 09:58
    Sahibə Qafarova Buxarada II Asiya Qadınlar Forumunda iştirak edəcək
  • 14-05-2026, 09:44
    Qaradağda köhnə idarəetmənin yeni üzü - Emil Abbasov axı Mikayılovun müavini idi...
Daha çox
  • Baş redaktor: Çingiz Məmmədov
  • Telefon: (+99450) 344 66 36
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Müsahibə
  • Araşdırma
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
Müəllif hüquqları qorunur. Gundelikxeber.org-nun məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə