
Avstraliya Azərbaycanlılar Assosiasiyası (AAA) 27 Sentyabr – Anım Günü ilə bağlı Azərbaycan xalqına müraciət edib.
Gündəlikxəbər.org Atmosver.az-a istinadən xəbər verir ki, Assosiasiya Anım Günü münasibətilə Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda həyatını itirən şəhidlərin xatirəsini ehtiramla yad edib.
Müraciətdə 27 sentyabr 2020-ci ildə başlayan Vətən müharibəsinin Azərbaycanın ərazi bütövlüyünün bərpasında mühüm mərhələ olduğu vurğulanıb. Assosiasiya xalqın birlik və həmrəyliyinin, şəhidlərin qəhrəmanlığının və Silahlı Qüvvələrin fədakarlığının xüsusi əhəmiyyət daşıdığını bildirib.
Avstraliyada yaşayan azərbaycanlılara milli birlik və həmrəyliyi qorumaq, Azərbaycanın mövqeyini beynəlxalq ictimaiyyətə çatdırmaq və milli yaddaşı gələcək nəsillərə ötürmək çağırışı edilib.
Müraciətin sonunda şəhidlərin ailələrinə və yaxınlarına başsağlığı verilib.
“Şəhidlərimizin əziz xatirəsi qəlbimizdə əbədi yaşayacaqdır. Yaşasın Azərbaycan!” – deyə müraciətdə qeyd olunub.
Müraciəti Avstraliya Azərbaycanlılar Assosiasiyasının prezidenti Mikayıl Oyta imzalayıb.
Fatimə Məmmədova