• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video

İlham Əzimov: Xocalı faciəsi milli iradəmizi sarsıtmadı [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

---

26-02-2024, 15:39

İlham Əzimov: Xocalı faciəsi milli iradəmizi sarsıtmadı


28 saylı Yol İstismar İdarəsinin müdiri İlham Əzimov - Xocalı soyqırımı qurbanlarının, bütün şəhidlərimizin qisası döyüş meydanında alındı. Mənfur düşmən Xocalı soyqırımını törətməklə xalqımızın gözünü qorxutmaq istəsə də buna nail ola bilmədi. Bu faciə hər birimizi yaralasa da milli iradəmizi, işğalla barışmaz mövqeyimizi sarsıda bilmədi. 44 günlük İkinci Qarabağ müharibəsi Azərbaycan xalqının yenilməzliyinin, məğrurluğunun dünyaya nümayişi oldu. Xalqımız Vətən, torpaq sevgisini dəmir yumruq kimi birliyində, həmrəyliyində, Müzəffər Ali Baş Komandan İlham Əliyevin “Hücum!” əmrini böyük ruh yüksəkliyi ilə həyata keçirməkdə təsdiqlədi. Ən yüksək tribunalardan “Xalqımız heç zaman işğalla barışmayacaq”, “Qarabağ Azərbaycandır və nida işarəsi” kimi bəyanatlar səsləndirən cənab İlham Əlivin qətiyyəti, rəşadətli Ordumuzun gücü, qüdrəti sayəsində bu çağırışlar reallıqda öz təsdiqini tapdı. Bu gün Qarabağ və Şərqi Zəngəzur azaddır, yenidən qurulur, bərpa edilir, soydaşlarımız doğma yurd-yuvalarına qayıdırlar. Bu gün Xocalıda, Xankəndidə, Ağdərədə, Xocavənddə Azərbaycan Bayrağı dalğalanır.

Tarixi Zəfərimizin, ərazi bütövlüyümüzün və suverenliyimizin tam bərpası fonunda qəhrəmanlıq dolu tariximizin faciəli səhifələrini fərəqləyir, onların unudulmamasına çağırışlar edilir, beynəlxalq ictimaiyyətə çatdırmaq istiqamətində fəaliyyətimizi davam etdiririk. Tariximizə XX əsrin ən dəhşətli faciəsi kimi yazılan Xocalı soyqırımının 32-ci ili tamam olur. Əvvəldə də qeyd etdiyimiz kimi, ermənilər və onlara havadarlıq edən dövlətlər Xocalı faciəsini törətməklə xalqımızın mübarizə əzmini qırmaq, tarixi torpaqlarımızın bir qisminin itirilməsi ilə barışmağa məcbur etmək istəyirdilər. Lakin mənfur düşmən məqsədinə çata bilmədi. Xalqımız öz dövlətinin suverenliyi, ərazi bütövlüyü uğrunda mübarizədə daha da mətnləşdi, qəhrəmanlıq və dəyanət nümayiş etdirdi. Faciənin ildönümlərində paytaxtın Azadlıq meydanından Xocalı abidəsinə doğru on minlərlə insanın iştirakı ilə Xocalı soyqırımı qurbanlarının xatirəsinin ehtiramla yad edilməsi erməni faşistləri tərəfindən insanlığa qarşı törədilmiş bu vəhşi cinayəti dünya ictimaiyyətinin diqqətinə çatdırmaq məqsədi daşıyıb. Bir gecədə yerlə-yeksan edilmiş Xocalı şəhərinin adı indi Xatın, Liditse və Sonqmi ilə qoşa çəkilir. Xocalı şəhərində ermənilərin törətdikləri dəhşətli hadisələr xalqımızın tarixinə qanlı hərflərlə yazılıb. O gecə silahlı erməni dəstələri keçmiş sovet ordusunun Xankəndidə yerləşən 366-cı motoatıcı alayının ağır texnikası və şəxsi heyətinin köməyi ilə Azərbaycanın bu qədim şəhəri üzərinə hücum etdi və onun dinc əhalisinə amansızcasına divan tutdular. Hücum zamanı şəhərdə olmuş 3 min nəfərdən 613-ü, o cümlədən 106 qadın, 63 uşaq və 70 qoca xüsusi qəddarlıqla öldürülüb, 487 nəfər, o cümlədən 76 uşaq ağır yaralanıb, 1275 nəfər girov götürülüb və insanı alçaldan işgəncələrə məruz qalıb, 197 nəfərin taleyi hələ də məlum deyildir. Səkkiz ailə tamamilə məhv edilib. Həmin insanlar yalnız etnik mənsubiyyətlərinə - azərbaycanlı olduqlarına görə amansızcasına öldürülüb, işgəncələrə məruz qalıb və şikəst ediliblər.

Xocalı haqqında həqiqətlərin dünyaya çatdırılması, bu faciənin xalqımıza qarşı soyqırımı aktı kimi tanınması üçün Azərbaycan dövləti bütün zəruri addımları atır. Bu sahədə məqsədyönlü fəaliyyət Ümummilli Lider Heydər Əliyevin 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra başlandı. Belə ki, Ulu Öndərin təşəbbüsü ilə 1994-cü il fevralın 24-də Milli Məclis “Xocalı soyqırımı günü haqqında” qərar qəbul etdi. Ümummilli lider Heydər Əliyevin 25 fevral 1997-ci il tarixli Sərəncamı ilə Xocalı soyqırımı qurbanlarının xatirəsini yad etmək məqsədi ilə hər il fevral ayının 26-sı saat 17.00-da Azərbaycan Respublikası ərazisində sükut dəqiqəsi elan edilib. 2008-ci ildə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə başlanmış “Xocalıya ədalət!” beynəlxalq kampaniyası bu istiqamətdə təbliğat işini daha da gücləndirib. Xocalı soyqırımının dünya miqyasında tanıdılması istiqamətində aparılan sistemli işin nəticəsidir ki, İslam Əməkdaşlıq Təşkilatı Parlament İttifaqının, Meksika, Pakistan, Çexiya, Peru, Kolumbiya, Panama, Honduras, Sudan, Qvatemala və Cibuti parlamentlərinin müvafiq sənədlərində Xocalıda törədilmiş kütləvi qətllərin soyqırımı aktı olduğu təsdiq edilib. Rumıniya, Bosniya və Herseqovina, Serbiya, İordaniya, Sloveniya, Şotlandiya parlamentləri, eləcə də ABŞ-ın 30-dan artıq ştatının icra və qanunvericilik orqanları Xocalı faciəsini qətliam kimi qiymətləndirərək qətiyyətlə pisləyiblər.

Azərbaycan dövləti, xalqı Xocalı faciəsi qurbanlarının xatirəsini əziz tutur, daim yad edir. Onların xatirəsi bizim üçün müqəddəsdir. Həmin faciəli gecədə xilas olanlar həmişə bizim üçün fiziki zədələr, mənəvi yaralar alan, həmin qətliamı yaşayan insanlar kimi qalacaqlar. Onlar erməni vəhşiliklərinin şahidləridirlər.

Oxunub: 138
Paylaş:
Digər xəbərlər

---

26-02-2024, 13:39

Xosrov Musayev: Tarixi yaddaşlardan heç vaxt silinməyən dəhşətli faciələrdən biri [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

---

26-02-2024, 10:59

Qara Allahverdiyev: Xocalı faciəsi qurbanlarının qisası alındı [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

---

22-11-2023, 12:42

Hidayət Rzayev: Zəngin və şərəfli inkişaf yolu [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

---

8-11-2023, 11:15

Yusif Əliyev: Bu gün Azərbaycanın ərazi bütövlüyü tam təmin olunub, Xocalı, Ağdərə, Xankəndi azaddır [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

---

28-09-2023, 10:36

Cəmaləddin Rüstəmov: Sarsılmaz, əbədi və əzəli birliyin nümayişi [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

Araşdırma
İcbari Tibbi Sığorta dövlətə hansı zərbəni vurdu?
Baş nazir müşavirə keçirib, leysan yağışların vurduğu ziyanla bağlı tapşırıqlar verilib
Fuad Abdullayev qanunsuz Estetik əməliyyatları icra edir?
Sevindik Hətəmov Hacıqabulluları sevindirə bilmədi... VİDEO
Sabunçu Tibb Mərkəzi - Ümid yeri yoxsa, “Qəssabxana”? - Əlin cibində olsa şansın var...
Beynəlxalq Bank vətəndaşları intihar həddinə çatdırır - 10 ildən zonra zəng... VİDEO
Hadisə
31-03-2026, 16:36
Qadın sürücü “Range Rover”i aşırdı; xəsarət alanlar var
31-03-2026, 15:24
26 yaşlı oğlan ahıl qadına təcavüz edib? - Cinayət işi açıldı
9-03-2026, 15:14
Milli Onkologiya Mərkəzi yox... RÜŞVƏT MƏRKƏZİ! - İTTİHAM VAR...
7-03-2026, 15:34
Komendant işlədiyi binadan yıxılıb öldü
4-03-2026, 15:48
Hoteldə anasını öldürən yeniyetməyə hökm oxundu
21-02-2026, 16:14
Zabratda mağaza və evlərdən silsilə oğurluq edən şəxs saxlanılıb
Son xəbərlər
  • Dün, 16:06
    İcbari Tibbi Sığorta dövlətə hansı zərbəni vurdu?
  • Dün, 15:28
    Baş nazir müşavirə keçirib, leysan yağışların vurduğu ziyanla bağlı tapşırıqlar verilib
  • Dün, 15:00
    Fuad Abdullayev qanunsuz Estetik əməliyyatları icra edir?
  • Dün, 14:17
    Sevindik Hətəmov Hacıqabulluları sevindirə bilmədi... VİDEO
  • Dün, 14:08
    Sabunçu Tibb Mərkəzi - Ümid yeri yoxsa, “Qəssabxana”? - Əlin cibində olsa şansın var...
  • Dün, 13:34
    Beynəlxalq Bank vətəndaşları intihar həddinə çatdırır - 10 ildən zonra zəng... VİDEO
  • Dün, 12:23
    Sumqayıt xəstəxanasında insident - Vətəndaşlarla işçilər arasında əlbəyaxa dava olub?
  • Dün, 11:45
    Masallını səhrlaşdıran məmurlar kimlərdir? - FOTOLAR
  • Dün, 10:47
    Nazir postunu istirsələr də şirkətləri hələ də qazanır - 13 min manatlıq sifariş
  • Dün, 10:26
    Bu gün Beynəlxalq Mina Xəbərdarlığı və Minatəmizləmə Fəaliyyətinə Yardım Günüdür
  • Dün, 09:55
    Azərbaycan Prezidentinin tapşırığı ilə İrana növbəti humanitar yardım yola salınır
  • Dün, 09:37
    İlham Əliyev: Azərbaycan və İran daim bir-birinin yanında olmağa davam edəcək
  • 3-04-2026, 18:45
    ADY-də kadr xaosu davam edir - Yeni təyinatlar belə effekt vermir
  • 3-04-2026, 18:18
    Nizami başsız qalıb: Ağacları kəsən kəsənədir... - NARAZILIQ VAR...
  • 3-04-2026, 17:42
    Keçmiş deputatın şirkəti vətəndaşa DO GƏLİR... - VİDEO
  • 3-04-2026, 17:07
    Prezident minatəmizləmədə fərqlənənləri təltif etdi - Siyahı
  • 3-04-2026, 12:40
    Novruz Məmmədov ADU-dakı işindən çıxdı - öz ərizəsi ilə...
  • 3-04-2026, 12:24
    Mətanət Əfəndiyeva Tibbi Bərpa İnstitutundan çıxarılsa da, heç də az iz qoymayıb
  • 3-04-2026, 11:55
    İnnovasiya və Təchizat Mərkəzi “Var Construction” MMC ilə işbirliyini davam etdirir – Başqa adla
  • 3-04-2026, 11:22
    Tovuz rayonu üzrə Təhsil Sektoruna kim rəhbərlik edir? - Emin Əmrullayevin diqqətinə
  • 3-04-2026, 10:55
    Deputat Ağalar Vəliyev idarə rəisi Qafar Ağayevi necə razı salıb... - VİDEO
  • 3-04-2026, 10:10
    Saleh Məmmədov bir milyard manat talan edib?
  • 3-04-2026, 09:26
    “Qobu Park”ın binaları əyilir - Fotolar təhlükədən xəbər verir
  • 2-04-2026, 18:26
    3 il tibbi fəaliyyəti qadağan olsa da... Ülviyyə İlyasova indi də Davinçi Estetik Klinikasında işləyir?
  • 2-04-2026, 17:53
    Azərbaycanda media reklamları kimin kurasiyasındadır?
  • 2-04-2026, 17:25
    Qərbi Kaspi Universiteti ilə tələbələr arasında QALMAQAL: Nazirlik tələbələrin pulunu ödəməyib?
  • 2-04-2026, 16:44
    ADNSU-nun rektorunun "yenilikləri" elm ocağını uçuruma aparır - "Ağzına gələni danış, ancaq"
  • 2-04-2026, 16:09
    Sahib Məmmədov məmurların da pulunu vermir? - Müavinətlər niyə kəsilib?
  • 2-04-2026, 14:39
    Vitse-spikerin köməkçisindən vətəndaşa qarşı DƏLƏDUZLUQ
  • 2-04-2026, 14:19
    “Azəriqaz” vətəndaşları aldatmaqda davam edir - "Dur" deyən, "bəsdir" deyən də yoxdur...
  • 2-04-2026, 13:53
    Neftçalada torpaq maxinasiyası: Əkilməyən sahələrə subsidiyalar "ayrılıb"
  • 1-04-2026, 18:06
    Qaradağda yolu sel apardı - Belə keçirlər- AAYDA-nın yeni şefi nə düşünür?- Video
  • 1-04-2026, 17:12
    Nadir İsmayılovun Londonda müsadirə edilən 4.7 milyonluq evi – FOTOLAR
  • 1-04-2026, 16:31
    Məzahir Pənahovun oğlu keçmiş arvadına bu sərvəti qaytaracaq – SİYAHI
  • 1-04-2026, 16:00
    “Məlumat lövhəsində 1 mərtəbə yazılmışdı, indi 3-cünü tikirlər” - Fotolar
Daha çox
  • Baş redaktor: Çingiz Məmmədov
  • Telefon: (+99450) 344 66 36
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Müsahibə
  • Araşdırma
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
Müəllif hüquqları qorunur. Gundelikxeber.org-nun məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə