• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video

Aydın Mirzəzadə: Demokratik prinsiplərə söykənən şərait [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

---

29-04-2024, 10:19

Aydın Mirzəzadə: Demokratik prinsiplərə söykənən şərait


Milli Məclisin deputatı Aydın Mirzəzadə - Bu gün Azərbaycanın apardığı uğurlu diplomatiya və balanslaşdırılmış siyasət sayəsində ölkənin gücü, qüdrəti və beynəlxalq nüfuzu durmadan yüksəlir. Artan gücümüz və ədalətli mövqeyimiz dünya birliyi tərəfindən yüksək qəbul edilir və beynəlxalq əlaqələrimiz artmaqda davam edir. Azərbaycanın bir çox Avropa ölkələri ilə münasibətləri uğurla inkişaf edir.

Son illərdə ölkəmizin bir çox beynəlxalq tədbirlərə ev sahibliyi etməsi dünya dövlətlərinin Azərbaycana olan yüksək münasibəti təcəssüm etdirir. Təsadüfi deyildir ki, Azərbaycan 120 ölkəni birləşdirən Qoşulmama Hərəkatına dörd il ərzində sədirlik edib. Hazırda isə COP29-a ev sahibliyi edəcək ölkə kimi Azərbaycan qlobal tədbirə hazırlığın fəal mərhələsindədir. Bu kimi beynəlxalq tədbirlərə ev sahibliyi etmək Azərbaycan üçün həm böyük şərəf, həm də məsuliyyətdir. COP29-a ev sahibliyi edəcək ölkə kimi yekdil qərarla seçilmək Azərbaycana verilən yüksək beynəlxalq dəyərdir. Eyni zamanda Azərbaycan Prezidenti İlham Əliyevin aprelin 25-də Almaniyanın paytaxtı Berlində keçirilən “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində iştirak etməsi dövlətimizin başçısının beynlxalq müstəvidə yüksək nüfuzunun göstəricisidir. Görülən işlərin və əldə olunan nailiyyətlərin əsasında nəyi, nə vaxt, necə etməyi yaxşı bilən Prezident İlham Əliyevin misilsiz əməyi, mükəmməl strategiyası və uğurlu siyasəti dayanır.

Məlum olduğu kimi, son vaxtlar beynəlxalq münasibətlər kontekstində Almaniya-Azərbaycan əlaqələri də öz sürətli inkişaf dövrünü yaşayır. Prezident İlham Əliyev Almaniya Federativ Respublikasının Kansleri Olaf Şoltsun dəvəti ilə “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində iştirak etmək üçün Almaniyaya işgüzar səfəri zamanı müzakirə olunan məsələlər bunu təsdiq edir. Berlində keçirilən forumda və yüksəksəviyyəli ikitərəfli görüşlər zamanı COP29-a həsr olunmuş fikir mübadiləsi öncüllük təşkil etsə də, regional təhlükəsizliklə bağlı məsələlərə də xüsusi yer ayrılması xüsusi vurğulanmalıdır. Prezident İlham Əliyevin və Kansler Olaf Şoltsun aprelin 26-da keçirilən birgə mətbuat konfransında da söylədikləri fikirlər, cənab İlham Əliyevin ədalətli və sülhpərvər mövqe sərgiləməsi, beynəlxalq hüququn norma və prinsiplərini, BMT Nizamnaməsinin 51-ci maddəsini növbəti dəfə xatırlatması müxtəlif bəhanələrlə Azərbaycanı qərəzli şəkildə hədəfə alan təşəbbüslərin ədalətsizliyini dünya ictimaiyyətinə çatdırmaq baxımından olduqca əhəmiyyətlidir. Almaniya Kanslerinin mətbuata verdiyi açıqlaması zamanı “Mən düşünürəm ki, 2024-cü il regionda sülh ili ola bilər və olmalıdır. Bu, özündə şanslar və məsuliyyətlər gətirir. Onu da qeyd edim ki, demarkasiya ilə əlaqədar ilkin razılıqlar bizi sevindirir” deməsi isə onun ölkəsinin Azərbaycanın haqlı mövqeyini dəstəkləməsini ifadə edir.

Bu gün dünyanın mühüm siyasi mərkəzlərindən olan Almaniya Cənubi Qafqazın lider dövlətinə çevrilmiş Azərbaycanla əməkdaşlığın daha da dərinləşməsinə ciddi maraq göstərir. Almaniya Azərbaycanı Cənubi Qafqazda vacib tərəfdaş kimi qəbul edir, ölkəmizin regionda lider mövqeyini, həmçinin beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində suverenliyini və ərazi bütövlüyünü tam dəstəkləyir. Ölkələrimiz arasında ticarət dövriyyəsi sürətlə artır, hazırda Azərbaycanda çoxlu 180-dən çox alman şirkəti uğurla fəaliyyət göstərir. Eyni zamanda, bu ölkə Azərbaycanın Avropanın enerji təhlükəsizliyində oynadığı rolu təqdir edir. Azərbaycan artıq xarici tərəfdaşlar və sərmayədarlarla yaşıl keçid üzrə nəhəng layihələrə başlayıb. Neft və qazımız, həmçinin Avropa bazarlarına hələ uzun illər ərzində lazım olacaq Avropaya yaşıl enerjini ixrac etmək üçün mühüm işlər görülür və təbii qaz təchizatçısı olan Azərbaycan Avropa üçün yaşıl enerji təchizatçısı da olacaqdır.

Onu da qeyd edək ki, ölkə başçısının Almaniyaya işgüzar səfərə məhz Füzuli hava limanından yola düşməsi həm də torpaqlarımızın işğaldan azad olunaraq süverenliyimizin tam bərpasının tarixi bir gerçəklik olduğuna beynəlxalq diqqətin növbəti dəfə cəlb edilməsi baxımından xüsusi siyasi çəkiyə malikdir. Digər tərəfdən, bu açıqlama insan hüquq və azadlıqları adı altında Avropa Parlamentinin aprelin 25-də Azərbaycana qarşı qəbul etdiyi növbəti qərəzli qətnaməsində irəli sürülən əsassız iddialara və ABŞ-də ölkəmiz əleyhinə sanksiya çağırışı edən bir qrup konqresmenin ədalətsiz təşəbbüsünə ən obyektiv və tutarlı cavabdır.

Ən əsası, üzləşdiyimiz haqsızlıqlara, bəzilərinin hüquq normalarını aşmasına baxmayaraq, Prezident İlham Əliyev Berlində həm ev sahiblərinə, həm də beynəlxalq birliyə Azərbaycanın sözdə və əməldə sadiq olduğu mesajını verərək “Yəni, sülhə nail olmaq üçün çox yaxşı fürsətlər var. Bütün bu işdə bizə kömək etmək istəyən ölkələrlə biz əməkdaşlıq etməyə hazırıq” deməsi ölkəmizin ədalətli mövqeyinin və sülh tərəfdarı olmasının bariz nümunəsidir.

Oxunub: 78
Paylaş:
Digər xəbərlər

---

27-04-2024, 10:07

Kamaləddin Qafarov: “Azərbaycan COP29-u Cənubi Qafqazda sülh prosesinə kömək edə bilər” [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

Siyasət

26-03-2024, 10:54

Hikmət Hacıyev: “COP29 Azərbaycan üçün həm çağırış, həm də fürsətdir” [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

Siyasət

1-03-2024, 14:47

Prezident: COP29-a ev sahibliyi etmək və bu işə töhfə vermək istəyimiz yaşıl gündəliyimizi nümayiş etdirir [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

Siyasət

29-12-2023, 13:39

Paşinyan bu tarixdə Azərbaycana gələ bilər - SENSASİYA [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

Siyasət

2-10-2023, 11:44

Prezident: Qoşulmama Hərəkatına sədrliyimiz yekdil qərarla uzadılıb [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

Araşdırma
Bakı sakinlərinə şad xəbər - Yeni avtobus marşrutu açılır
Sabah çimərlik havası olacaq?
Pensiya alanlara şad xəbər
Sabah Zərdabda suyun verilişində məhdudiyyət olacaq
Özəl bağçalara uşaqların qeydiyyatı başlayır
Maaşlarla bağlı şad xəbər - 7 faizdən çox artdı
Hadisə
Dün, 14:30
18 milyonluq 2 tablonu muzeydən oğurladılar
Dün, 13:30
Dələduzların hədəfi bu dəfə Xuraman Şuşalı oldu
Dün, 11:00
Bərdədə 2 yaşlı uşaq hovuza düşüb öldü
Dün, 09:00
Bakı metrosunda problem - Stansiyalarda izdiham yaranıb
12-09-2026, 12:10
Bakıda qadın küçədə öldü
12-09-2026, 11:47
Azərbaycanda NADİR HADİSƏ: uşaq bətnində yox, qaraciyərindədir
Son xəbərlər
  • Dün, 14:30
    18 milyonluq 2 tablonu muzeydən oğurladılar
  • Dün, 14:00
    Elşad Xose haqqında yayılan xəbərlərdən sonra ilk dəfə
  • Dün, 13:30
    Dələduzların hədəfi bu dəfə Xuraman Şuşalı oldu
  • Dün, 13:00
    Yataraq 2 milyon qazanacaqlar
  • Dün, 12:30
    “Axır ki, 34 il sonra görüşdük”
  • Dün, 12:00
    “Necə olur xarici film gəlib burada 1 milyon qazanır, bizimki yox?“
  • Dün, 11:30
    “Yeraltı”nın yayım tarixi bəlli oldu
  • Dün, 11:00
    Bərdədə 2 yaşlı uşaq hovuza düşüb öldü
  • Dün, 10:30
    Bu ərazilərdə işıq olmayacaq - Xəbərdarlıq
  • Dün, 10:00
    Azərbaycan ədəbiyyatına AĞIR İTKİ
  • Dün, 09:00
    Bakı metrosunda problem - Stansiyalarda izdiham yaranıb
  • Dün, 08:48
    Paytaxtın bəzi yollarında nəqliyyatın sıxlığı yaranıb
  • 12-09-2026, 12:10
    Bakıda qadın küçədə öldü
  • 12-09-2026, 11:48
    iPhone 18 Pro və Pro Max-ı təqdim etdi
  • 12-09-2026, 11:47
    “Kızılcık şerbeti” bu tarixdə başlayır
  • 12-09-2026, 11:47
    Azərbaycanda NADİR HADİSƏ: uşaq bətnində yox, qaraciyərindədir
  • 12-09-2026, 10:58
    Xarici diplomatlar bu gün Ağdərə və Kəlbəcərdə olacaqlar
  • 12-09-2026, 10:57
    Bakı sakinlərinə şad xəbər - Yeni avtobus marşrutu açılır
  • 11-09-2026, 17:35
    Naxçıvanda 250 minlik DƏLƏDUZLUQ: dövlət qurumunun adından saxta sənəd verirmiş
  • 11-09-2026, 15:37
    Naxçıvanda 250 minlik DƏLƏDUZLUQ: dövlət qurumunun adından saxta sənəd verirmiş
  • 11-09-2026, 15:36
    Sabah çimərlik havası olacaq?
  • 11-09-2026, 15:34
    Xarici diplomatlar Qarabağ Universitetində olublar
  • 11-09-2026, 15:33
    Diplomatik korpus nümayəndələri “AzCotton” MMC-nin tikiş fabrikinə baş çəkiblər
  • 11-09-2026, 13:55
    Şəkidə 4 nəfəri çaqqal dişləyib
  • 11-09-2026, 13:52
    Rəis müavinini elektrik cərəyanı vurub öldürdü
  • 11-09-2026, 13:51
    Pensiya alanlara şad xəbər
  • 11-09-2026, 11:37
    Faciədən əvvəlki görüntüləri
  • 11-09-2026, 10:08
    Azərbaycan Kinematoqrafçılar İttifaqına yeni sədr seçilir
  • 11-09-2026, 10:08
    Sabirabadda kişinin meyiti anbarda tapıldı
  • 11-09-2026, 10:06
    Bakı və Abşeronun bəzi ərazilərində işıq olmayacaq
  • 10-09-2026, 21:38
    “100 min ayırıb kanatı öz qaynına çəkdirdin, camaatın balası öldü”
  • 10-09-2026, 17:57
    “100 min ayırıb kanatı öz qaynına çəkdirdin, camaatın balası öldü”
  • 10-09-2026, 12:25
    Gəncədə 16 yaşlı yeniyetmə bıçaqlandı
  • 10-09-2026, 12:24
    Bərdədə "Mercedes" qadını vurub öldürdü
  • 10-09-2026, 12:24
    ANAMA əməkdaşı Xocalıda minaya DÜŞDÜ
Daha çox
  • Baş redaktor: Çingiz Məmmədov
  • Telefon: (+99450) 344 66 36
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Müsahibə
  • Araşdırma
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
Müəllif hüquqları qorunur. Gundelikxeber.org-nun məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə