Demək olar ki, hər kəs öskürəyin nə qədər narahatedici olduğunu qəbul edir. Sadə bir öskürək belə həftələrlə davam edə, boğaz ağrısına, əzələ gərginliyinə və yuxu pozuntularına səbəb ola bilər. Bu səbəbdən öskürəyin aradan qaldırılması üçün müxtəlif vasitələrin axtarılması və bu sahədə geniş bir bazarın mövcudluğu təəccüblü deyil.
"Gundelikxeber.org" öskürəyin ev şəraitində yüngülləşdirilməsi üçün tətbiq oluna biləcək təbii üsulları təqdim edir:
$
Öskürəyin təbii üsullarla müalicəsi
Öskürəyin təbii üsullarla müalicəsiDemək olar ki, hər kəs öskürəyin nə qədər narahatedici olduğunu qəbul edir. Sadə bir öskürək belə həftələrlə davam edə, boğaz ağrısına, əzələ gərginliyinə və yuxu pozuntularına səbəb ola bilər. Bu səbəbdən öskürəyin aradan qaldırılması üçün müxtəlif vasitələrin axtarılması və bu sahədə geniş bir bazarın mövcudluğu təəccüblü deyil.
Sonxeber.az öskürəyin ev şəraitində yüngülləşdirilməsi üçün tətbiq oluna biləcək təbii üsulları təqdim edir:
.
Bal
İlıq suya bal və limon qatmaq ən məşhur ev üsullarından biridir və bunun elmi izahı da var. Mütəxəssislər bildirir ki, elmi baxımdan öskürək üçün ən ümidverici qida baldır. Onun sözlərinə görə, çox şirin maddələrin dilə toxunması öskürək refleksini zəiflədə bilər. Xüsusilə gecələr öskürən uşaqlarda balın öskürəyin sayını azaltdığına dair sübutlar mövcuddur. Bal, öskürək siroplarında olduğu kimi boğazı örtərək sakitləşdirici təsir göstərir və soyuqdəymə zamanı yaranan qıcıqlanmanı azalda bilir.
Zərdəçal
Mütəxəsislər zərdəçalın öskürəyi kəsdiyinə dair qəti elmi sübut olmadığını desə də, bunun tamamilə təsirsiz olduğu mənasına gəlmədiyini vurğulayır. Sadəcə bu sahədə kifayət qədər araşdırma aparılmayıb. Bununla yanaşı, zərdəçalın isti içki şəklində qəbul edilməsi boğazın qıcıqlanmasını azalda və udqunmanı asanlaşdıraraq öskürəyin zəifləməsinə kömək edə bilər.
Zəncəfil və sarımsaq
Möhkəm elmi sübutlar olmasa da, mütəxəsislər zəncəfil və sarımsağın boğaz və tənəffüs yollarındakı bəzi reseptorları aktivləşdirdiyini bildirir. Bu reseptorlar öskürək refleksində rol oynayır. Onların zəncəfil və ya sarımsaqla "doldurulması" həssaslığı azalda bilər.
Tünd şokolad
Şokoladın tərkibində "teobromin" adlı maddə var. Mütəxəsislər bir neçə il əvvəl bu maddənin öskürək dərmanı kimi istifadə olunub-olunmayacağı ilə bağlı araşdırmalar aparıldığını xatırladır. Laboratoriya şəraitində teobrominin öskürək refleksini azaldan sinirlərin həssaslığını zəiflətdiyi müşahidə edilsə də, təsirin çox güclü olmadığı müəyyən edilib. Bu üsulu sınamaq istəyənlərə kakao faizi yüksək olan tünd şokolad tövsiyə olunur.
Hansı qidalar öskürəyi artıra bilər?
Mütəxəsislər bir çox xəstəsinin süd və süd məhsullarının öskürəyi ağırlaşdırdığını dediyini, lakin bununla bağlı elmi sübut olmadığını qeyd edir. Süd məhsulları boğazı örtən quruluşa malik olduğu üçün, xüsusilə bəlğəmli öskürək zamanı narahatlıq yarada bilər.