• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video

Sevda Mehdizadə: Azərbaycan tariximizin ən güclü dövrünü yaşayır [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

Cəmiyyət

26-05-2023, 13:39

Sevda Mehdizadə: Azərbaycan tariximizin ən güclü dövrünü yaşayır

“32 N-li uşaq bağçasının müdiri Sevda Mehdizadə - Azərbaycan demək olar ki, tariximizin bütün dönəmlərində çətin və ağır sınaqlardan keçmişdir. Xalqımız 1918-ci il mayın 28-də çar Rusiyasının bir əsrdən artıq davam edən müstəmləkə əsarətindən azad olmuş, Şərqin ilk demokratik respublikasının təməlini qoymuşdur. Azərbaycan müstəqillik əldə etmişdir. Cəmi 23 ay fəaliyyət göstərməsinə baxmayaraq, ilk müstəqillik dövründə həyata keçirilən tədbirlər müstəqil dövlətçiliyimizin əsaslarının yaradılması və gələcək inkişaf yolunun müəyyənləşdirilməsi baxımından mühüm əhəmiyyət kəsb etdi. Yeni qurulan Azərbaycan Xalq Cümhuriyyəti öz üzərinə götürdüyü çətin tarixi vəzifəni şərəflə yerinə yetirdi. Azərbaycanın ilk Parlamenti və Hökuməti, dövlət aparatı təşkil edildi, ölkənin sərhədləri müəyyənləşdirildi, bayrağı, himni və gerbi yaradıldı, ana dili dövlət dili elan edildi, ordu quruculuğu sahəsində ciddi tədbirlər həyata keçirildi, maarifin və mədəniyyətin inkişafına xüsusi diqqət yetirildi. Azərbaycanın ilk universiteti təsis olundu, təhsil milliləşdirildi, xalqın sonrakı illərdə mədəni yüksəlişi üçün zəmin hazırlayan, ictimai fikir tarixi baxımından müstəsna əhəmiyyətli işlər görüldü. 1918-ci ilin mayından 70 il keçəndən sonra Azərbaycan xalqı yenidən ayağa qalxdı, öz haqqını: azadlığını, müstəqilliyini və bütövlüyünü tələb etdi. Bu yolda şəhidlər verdi, lakin yolundan dönmədi. 1991-ci ilin oktyabrında Azərbaycan xalqı XX əsrdə ikinci dəfə öz müstəqilliyini bərpa etdi. 1993-cü ilin may-iyun aylarında hökumət böhranının son dərəcə kəskinləşməsi ilə ölkədə vətəndaş müharibəsinin baş verməsi və müstəqilliyin itirilməsi təhlükəsi yarananda xalqın çağırışı ilə Ümummilli Lider Heydər Əliyev ikinci dəfə hakimiyyətə gətirildi və Azərbaycan müstəqilliyinin yeni mərhələsinə qədəm qoydu. Bununla da, Azərbaycanın ictimai-siyasi, sosial, iqtisadi, elmi-mədəni həyatında, beynəlxalq əlaqələrində əsl dönüş yarandı və elmi əsaslara, beynəlxalq norma və prinsiplərə uyğun dövlət quruculuğu prosesinə başlandı. Bir sözlə dahi Heydər Əliyevin şah əsəri olan müasir müstəqil Azərbaycan dövləti quruldu və ölkəmiz sürətli inkişaf yoluna qədəm qoydu. Ulu Öndər Heydər Əliyev Cümhuriyyət haqqında söylədiyi fikirlər həqiqətən onu göstərir ki, bugünükü Azərbaycan 1918-ci ildə yaradılmış ilk müstəqil dövlətimizin varisidir. “Müsəlman Şərqində ilk demokratik cümhuriyyətin məhz Azərbaycan torpağında yaranması xalqımızın o dövrdə və o illər ərəfəsində – XIX əsrin sonunda və XX əsrin əvvəllərində milli müstəqillik, azadlıq duyğuları ilə yaşaması ilə bağlıdır. O illərdə xalqımızın qabaqcıl şəxsiyyətləri, mütəfəkkir adamları, ziyalıları xalqımızda milli azadlıq, milli müstəqillik duyğularını gücləndirmiş, milli dirçəliş, milli oyanış əhval-ruhiyyəsi yaymış və bunların hamısı məntiqi olaraq Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasına gətirib çıxarmışdır.” Bəli, həqiqətən hər bir xalqın milli azadlıq və istiqlaliyyət tarixində xilaskar rolunu oynayan dahi insanlar var. Həmin dahilər öz qətiyyətləri ilə mənsub olduqları xalqı arxasınca aparıb, ən taleyüklü məqamlarda qalib rolu oynamışlar. Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyev müasir dünya tarixinə parlaq və silinməz iz qoymuş böyük şəxsiyyət, qeyri-adi zəka, fitri istedad sahibi, müdrik dövlət xadimi kimi düşmüşdür. Bu bir tarixi faktdır ki, əgər Ulu Öndər Heydər Əliyev olmasa idi bugünkü müstəqil Azərbaycan dövləti də var olmayacaqdı.

Ümummilli Liderin uzaqgörən və düzgün siyasətini Prezident İlham Əliyev uğurla davam etdirir. Dövlətimizin başçısının sərəncamları ilə 2018-ci il ölkəmizdə “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan olundu və AXC-nin 100 illik yubileyi təntənəli şəkildə qeyd edildi. Azərbaycan 2020-ci ilin sentyabrında başladığı əks-hücum əməliyyatı ilə cəmi 44 gün ərzində erməni təcavüzkarlarını döyüş meydanında darmadağın etdi. Nəticədə əzəli torpaqlarımız düşmən tapdağından azad olundu, işğala və uzun illərdir davam edən mənfur siyasətə son qoyuldu. Bu isə məhz cənab Ali Baş Komandanımız İlham Əliyevin peşəkar rəhbərliyi və Azərbaycan Ordusunun rəşadəti hesabına mümkün oldu. Bu gün “Böyük Qayıdış” proqramı uğurla icra olunur, doğma Qarabağ və ətraf digər rayonlarımız cənnətə çevrilir, vətəndaşlarımız öz dədə-baba yurduna böyük sevinc və coşqu hissi ilə geri dönür. Həqiqətən də müstəqilliyi əldə etməkdən də çətin bir iş onu qorumaq və əbədiliyini təmin etməkdir. Məhz Prezident İlham Əliyevin ali rəhbərliyi ilə Azərbaycan tariximizin ən güclü dövrünü yaşayır, müstəqil, demokratik dövlət kimi sayasız-hesabsız uğurlara imza atır və böyük inkişaf yolu keçir.

Oxunub: 274
Paylaş:
Digər xəbərlər

Cəmiyyət

25-05-2023, 14:26

Xalid Quluzadə: Müstəqil Azərbaycan Xalq Cümhuriyyətinin siyasi və mənəvi varisidir [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

---

24-05-2023, 17:17

Azərbaycan Xalq Cümhuriyyəti tariximizin şanlı və ibrətamiz səhifəsidir [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

Cəmiyyət

24-05-2023, 14:54

Emin müəllim: Ən əlamətdar günlərdən biri [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

---

24-05-2023, 10:19

Eltun Süleymanov: Azərbaycan Şərqin öz taleyini özü yazan dövlətlərindən biridir [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

Araşdırma
“Pearl Kids” bağçasında 4 yaşlı uşağaı psixoloji şiddət: “Uşağım qorxudan…”
114 nömrəli avtobusun bitməyən problemləri... – Niyə tədbir görülmür?
“Metinvest“ MMC-nin bir qrup işçisi maaşlarını ala bilmədiklərindən şikayətçidirlər - VİDEO
Elmi işçi ilə qardaşı oğlu vətəndaşın pulunu vermir - ŞİKAYƏT
Tikinti şirkəti ilə sakin arasında GƏRGİNLİK - Yasamalda gərgin məhkəmə işi
Bakıxanov qəsəbəsində ağaclar kəsilib? Hacı Rasim Nəbiyevin qanunsuz obyekt tikintisi….
Hadisə
30-04-2026, 16:00
Milli Onkologiya Mərkəzində partlayış - Xəstə öldü, həkim yaralandı
21-04-2026, 17:37
Həmin 15 yaşlı məktəbli saxlanıldı
21-04-2026, 12:18
Kənar dairəvi yolda qəza - Ölən və yaralananlar var - Foto
21-04-2026, 10:56
Tovuz rayonunda sahibkarlıq qanuna əsaslanır, yoxsa İcra hakimiyyəti rəhbərliyinin cibinə?
20-04-2026, 19:26
43 yaşlı kişi çardaqdan yıxılıb öldü
20-04-2026, 17:44
SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİNDƏ NƏLƏR BAŞ VERİR
Son xəbərlər
  • Dün, 18:53
    “Pearl Kids” bağçasında 4 yaşlı uşağaı psixoloji şiddət: “Uşağım qorxudan…”
  • Dün, 18:15
    114 nömrəli avtobusun bitməyən problemləri... – Niyə tədbir görülmür?
  • Dün, 17:29
    “Metinvest“ MMC-nin bir qrup işçisi maaşlarını ala bilmədiklərindən şikayətçidirlər - VİDEO
  • Dün, 16:57
    Elmi işçi ilə qardaşı oğlu vətəndaşın pulunu vermir - ŞİKAYƏT
  • Dün, 16:23
    Tikinti şirkəti ilə sakin arasında GƏRGİNLİK - Yasamalda gərgin məhkəmə işi
  • Dün, 15:41
    Bakıxanov qəsəbəsində ağaclar kəsilib? Hacı Rasim Nəbiyevin qanunsuz obyekt tikintisi….
  • Dün, 15:18
    “UNİBANK”, “EXPRESSBANK” VƏ DAHA 3 BANK... - Niyə onlar daim “şikayət liderləri” olur?
  • Dün, 13:16
    Məşğulluq Agentliyi ölkəyə xəstə heyvanlar gətirən “Agro Best”ə yenə sifariş verdi – Müqavilələrin ümumi dəyərəni 350 milyona çatdırdı
  • Dün, 12:41
    Generala məxsus olduğu deyilən klinikanın vergi borcu yaranıb
  • Dün, 12:08
    Ölkədən qaçmaq üçün görün hansı üsula əl atdı – DƏHŞƏT
  • Dün, 11:30
    Bakı və Azərbaycan Yepiskopu Aleksiy (Smirnov) vətəndaşın hüquqlarının bərpası əvəzinə, əksinə olaraq vətəndaşın hüquqlarını əlindən almaq istəyir.
  • Dün, 10:50
    Bakı təhsil idarəsi MƏXFİ sistemə keçib?
  • Dün, 10:03
    Fərid Əhmədov “Tubzon”u Əhəd Abdiyevə həvalə etdi - Nə dəyişəcək?
  • Dün, 09:32
    QHT-lərin qrant bildirişləri 2 aydır yubadılır -ya layihəni tələsik icra et, ya da gecikməyə görə məsuliyyət daşı
  • Dün, 08:56
    Kənan Aşurlu sənəd saxtalaşdıran “Kon-Lay Project” MMC ilə müqavilə bağladı –Həm də qanunu pozmaq yolu ilə
  • 14-05-2026, 17:48
    Sabunçuda “toxunulmaz” tikinti iddiası – İcra başçısının belə söz deyə bilmədiyi şəxs kimdir?
  • 14-05-2026, 17:18
    Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
  • 14-05-2026, 16:39
    Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
  • 14-05-2026, 16:15
    Sabunçuda TAM DƏRƏBƏYLİKDİR... - VİDEO
  • 14-05-2026, 13:06
    Sabah 30 dərəcə isti olacaq
  • 14-05-2026, 12:57
    Mədəniyyət Nazirliyi Azərbaycan ədəbi dili ilə bağlı TV layihəyə başlayır
  • 14-05-2026, 12:48
    Məktəb direktoru Facebook-dakı paylaşımlarına görə cəzalandırılıb?
  • 14-05-2026, 12:26
    Prezident İlham Əliyev paraqvaylı həmkarını təbrik edib
  • 14-05-2026, 12:09
    Tibb Universiteti “GSL Service” MMC ilə bu müqaviləni hansı əsaslarla bağlayıb - ARAŞDIRMA
  • 14-05-2026, 11:36
    WUF13 iştirakçıları üçün "Koroğlu" - Bakı Olimpiya Stadionu istiqamətində xüsusi avtobus fəaliyyətə başlayıb
  • 14-05-2026, 10:58
    “Azəristiliktəchizat” ASC-nin sədri özünü niyə reklam etdirir ki? - HƏQİQƏTƏN DƏ...
  • 14-05-2026, 10:33
    Astanada Tokayev və Ərdoğanın görüşü keçirilir
  • 14-05-2026, 10:20
    "Referens" klinikasının direktoru arvadını niyə güllələyib? – İTTİHAM AKTI
  • 14-05-2026, 09:58
    Sahibə Qafarova Buxarada II Asiya Qadınlar Forumunda iştirak edəcək
  • 14-05-2026, 09:44
    Qaradağda köhnə idarəetmənin yeni üzü - Emil Abbasov axı Mikayılovun müavini idi...
  • 14-05-2026, 09:18
    Azərbaycan səfiri etimadnaməsini Yaponiya İmperatoruna təqdim edib
  • 14-05-2026, 09:08
    “Ege Hospital” körpənin müayinəsindən imtina etdi: 350 manatım yoxdur, uşağımı öldürürlər….
  • 14-05-2026, 08:50
    Bakının bir sıra yollarında tıxac yaranıb
  • 13-05-2026, 19:18
    Slovakiya Ukrayna ilə bütün sərhəd keçid məntəqələrini bağlayıb
  • 13-05-2026, 18:57
    CENTCOM: Hörmüz boğazında "F-35" qırıcısı patrul xidməti həyata keçirir
Daha çox
  • Baş redaktor: Çingiz Məmmədov
  • Telefon: (+99450) 344 66 36
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Müsahibə
  • Araşdırma
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
Müəllif hüquqları qorunur. Gundelikxeber.org-nun məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə